Dağlar...

 

 

Dağlar, ulu dağlar, səfalı dağlar,

Heç kəs bilməyibdir, neçədir yaşın.

Çiçəyi, bitkisi şəfalı dağlar,

Vüqarlıdır göylərə ucalan başın.

 

***

 

Göz oxşayan Böyük Qafqaz dağları,

Havası  xoş olan Şəki dağları,

Dağlar keşikçisi Gədəbəy dağı,

Bənzərsiz, rəngarəng Xızı dağları!

 

***

 

Ölkəmin dağı var ki, qəlbləri dağlar,

İndi lalə küsüb, bitməz o dağda.

Buludlar da ağlar, göylər ağlar,

Şuşanın dağları qəmdən qan ağlar.

 

***

 

Rənglər sanki küsüb, qarışıbdılar,

Hanı göy, qırmızı, bəs yaşıl hanı?

Qəm yemə, çəkilər qara buludlar,

Tanıyar hər kəs Azərbaycanı!..

 

 

Gülnarə  Əlibalayeva

 

Olaylar.- 2020.- 9-15 oktyabr.- S.24.