Diaspor təşkilatlarımızdan
Azərbaycana dəstək
Azərbaycan müstəqillik əldə etdikdən sonra diaspor təşkilatlarımız ölkənin ümumilli problemlərinin həllində daim fədakarlıq nümayiş etdiriblər. Xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Azərbaycan həqiqətlərinin beynəlxalq içtimaiyyətə çatrıdırılması istiqamətində yetərincə iş görülüb. Beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlərin parlamentlərinin Azərbaycanla bağlı ədaləti qərar qəbul etməsindən tutmuş sadə əcnəbi vətəndaşların münaqişənin səbələri, ölkəmizin haqlı olmasını təsdiq edən sənədlərin yayılmasına qədər çoxsaylı fəaliyyətdə diasporamızım əməyi danılmazdır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tərtər rayonunda törətdiyi hərbi təxribatdan sonra bu sahədə fəaliyyət daha da gücləndirilib. Hazırda dünyanın əksəriyyət ölkəsində mövcud olan diaspor təşkilatlarımız fəaliyyətlərini buu istiqamətə yönəldiblər. Ermənistan işğalçı qüvvələrinin Azərbaycanın mülki insanlarına və hərbçilərinə qarşı 27 sentyabr tarixində başladığı genişmiqyaslı təxribatları qınahılır və bundan narahatlıqlar ifadə edilir. Heç şübhəsiz ki, bu addımlar təsirsiz ötüşmür, real nəticələrlə müşahidə olunur. Etiraf edilməlidir ki, artıq bir sıra uğurlar da əldə edilib. Hazırda demək olar ki, bütün dünyada fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycanın haqq savaşının müdafiəsinə qalxıb. Artıq Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Azərbaycan dövlətini dəstəkləyən bəyanatlarla çıxış ediblər. "Xəzər" Azərbaycan İctimai Birliyi, "Birlik" təşkilatı, Almatı şəhəri Azərbaycanlıları Assosiasiyası, "Atayurt-Nomad Azərbaycan etnomədəni birliyi" Respublika ictimai birliyi, Şimkənddəki Azərbaycan diasporu, "Qazaxıstanın Azərbaycan etnomədəni mərkəzlərinin birliyi" Hüquqi Şəxslər Birliyi Ermənistanın son təxribatlarını kəskin şəkildə pisləyib. Soydaşlarımız Azərbaycan ordusunun əks-hücuma keçərək işğal altında olan torpaqlarımızı azad etməsini alqışla qarşılayıb: "Ermənistan xaincəsinə törətdiyi hücumun nəticəsində haqq etdiyi cavabı almaqdadır. İnanırıq ki, Azərbaycan öz gücünü işğalçılara göstərəcək və qələbə bizim olacaq". Özbəkistandakı Azərbaycan diasporunun rəhbəri Mobil Məmmədovun imzası ilə yayılmış müraciətdə qeyd edilib ki, "biz - Özbəkistanda yaşayan azərbaycanlılar Azərbaycan xalqı ilə birlikdə olduğumuzu və Azərbaycan dövlətinin siyasətini dəstəklədiyimizi bəyan edirik. Ermənistan 30 ilə yaxındır heç bir beynəlxalq hüquq və normalara əməl etməyərək Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayır. 1 milyondan çox azərbaycanlı öz doğma yurdlarından didərgin düşərək qaçqın və məcburi köçkün həyatı yaşayır. Biz - Özbəkistanda yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin, PKK və digər terrorist qrupların köməyi ilə Azərbaycan ərazilərini işğal altında saxlamasını pisləyirik".
İordaniya Haşimilər Krallığı, Oman Sultanlığı və Əlcəzair Xalq Demokratik Respublikasındakı Azərbaycan diasporu bu ölkədə yaşayan azərbaycanlıların adından Ermənistanın təxribatlarını pisləyən bəyanat yayıb. Bəyanatda bildirilir ki, 30 ilə yaxındır ki, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayır. Ermənistan silahlı qüvvələrinin hərbi təxribatları bir daha Ermənistanın işğalçı dövlət olması təsdiqləyir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl etməyən işğalçı dövlətin münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olmadığı əksinə yeni ərazi iddiasında olduğu da vurğulanır. Dünya ictimaiyyətini Cənubi Qafqaz regionunda sülhə və sabitliyə ciddi təhlükə olan Ermənistanın bu işğalçı siyasətinə son qoymağa çağırırıq". Bununla yanaşı, Səudiyyə Ərəbistanı Krallığı, Pakistan İslam Respublikasında yaşayan azərbaycanlılar da Azərbaycan dövlətinin və Ordusunun yanında olduqlarını bəyan edərək yaşadıqları ölkələrin yerli ictimaiyyətini haqlı davasında Azərbaycanın mövqeyini dəstəkləməyə və işğalçı Ermənistanı təcavüzkarlıq siyasətini pisləməyə çağırıblar.
Kanada Azərbaycanlıları Şəbəkəsi Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan tərəfindən atəşə tutulması, dinc mülki əhalinin hədəfə alınmasına etiraz olaraq bəyanat yayıb. Bəyanatda bildirilir ki, Ermənistan tərəfinin bu addımı Cenevrə Konvensiyasına uyğun olaraq müharibə cinayəti hesab olunur. Həmçinin, Azərbaycan ərazisinin Ermənistanın ərazisindən atəşə tutulması açıq-aydın təxribatdır və münaqişə ərazisini genişləndirmək niyyəti daşıyır. Kanada Azərbaycanlıları Şəbəkəsi bəyanatda qeyd edir ki, Ermənistan tərəfindən Azərbaycanın ikinci böyük şəhərinin mülki əhalisinə qarşı müharibə cinayətinin törədilməsindən narahatdır və Kanada hökümətini Azərbaycana qarşı Ermənistanın təcavüzünü dayandırmaq üçün bütün vasitələrdən istifadə etməyə çağırır.
Belarusda yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməyə çağırıb və bununla bağlı rəsmi İrəvana təsir göstərməsi üçün Belarusun dövlət qurumlarına - Nazirlər Kabinetinə, Parlamentə, Xarici İşlər Nazirliyinə bəyanat ünvanlayıb. Belarusun Azərbaycan İcmaları Konqresi adından yayılan bəyanatda deyilir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında son təxribat əməllərindən sonra bölgədə vəziyyət gərginləşib və hərbi əməliyyatlar başlayıb. Nəticədə hər gün onlarla dinc sakin həlak olur və yaralanır, yaşayış məntəqələri dağıdılır, evlərə ziyan dəyir. Minsk və digər şəhərlərdə yaşayan soydaşlarımızın adından yayılmış bəyanatda Belarusun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə, münaqişənin həlli ilə bağlı rəsmi Bakının mövqeyini müdafiə etdiyinə görə minnədarlıq edilir. Eyni zamanda, bəyanatda Ermənistan hökumətinə işğalçı siyasətini dayandırması və işğal edilmiş Azərbaycan ərazilərini dərhal tərk etməsi üçün təsir göstərməyə, Ermənistan hökumətini beynəlxalq hüquq və normala riayət etməyə çağırış edilir. Rusiya Azərbaycanlılarının Regionlararsı Assosiasiyası (MAAR), Rusiyadakı Azərbaycanlıların Federal Milli-mədəni Muxtariyyəti Azərbaycanın Tərtər və Füzuli rayonları, Gəncə və Mİngəçevir şəhərlərinin Ermənistan tərəfindən ağır artilleriya atəşinə tutulması və dinc mülki əhalinin hədəfə alınmasına etiraz olaraq bəyanat yayıb. Bəyanatlarda Ermənistanın 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud surətdə pozduğu bildirilib.Rusiya və dünya ictimaiyyəti Ermənistan tərəfindən törədilən hərbi cinayətlərə düzgün hüquqi qiymət verməyə çağırılıb.
Rusiya Federasiyasının Primoriye diyarında yaşayan soydaşlarımız dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət edib. "Dostluq" Azərbaycan diaspor təşkilatının adından yayılan bəyanatda bildirilir ki, Ermənistanın mülki insanları və obyektləri hədəfə alması nəticəsində xeyli sayda dinc sakin, eləcə də hərbi qulluqçuların həlak olub, yaralanıb. Mülki əhaliniin qəsdən hədəfə alınması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyasının tələblərinin kobud surətdə pozulmasıdır. Müəlliflər tələb edir ki, Ermənistanın təcavüzkarlıq və işğalçılıq məqsədilə təxribatçı hərəkətlərini davam etdirməklə fundamental insan hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozaraq regionda daha təhlükəli vəziyyət yaratması beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən kəskin şəkildə pislənilməli, Ermənistan təcavüzü dərhal dayandırmalıdır. Rusiyanın Primoriya diyarında fəaliyyət göstərən "Dostluq" Azərbaycan diaspor təşkilatı dünya dövlətlərinə, beynəlxalq təşkilatlara müaricət edərək Ermənistan dövlətinə işğalçı siyasətini dayandırması və işğal edilmiş Azərbaycan ərazilərini dərhal azad etməsi üçün təsir göstərməyə, Ermənistan hökumətinin beynəlxalq hüquq və normalara riayət etməsini təmin etməyə çağırır.
Göründüyü kimi soydaşlarımız dünya birliyini və beynəlxalq təşkilatları Ermənistanın təxribatçı hərəkətlərini pisləməyə, Cənubi Qafqaz regionunda sülhün və sabitliyin, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı qətiyyətli tədbirlər görməyə çağırmaqdadırlar. Bu çağırışlarda dünya birliyi və beynəlxalq təşkilatlardan təcavüzkar siyasətin dayandırılması, Azərbaycan torpaqlarının dərhal işğaldan azad edilməsi və beynəlxalq qanun normalarına riayət etməsi üçün Ermənistana təzyiq göstərilməsi tələb edilir.
Alim Hüseynli
Olaylar.- 2020.- 9-15 oktyabr.- S.11.