Dəyişdi

 

 

Müharibə təməlin qoyan kəs, nə dəyişdi?

Öldü, getdi, dünyanın sükutunu dəyişdi.

Rəhmət də qazanmadı, cəhənnəmdə əzildi,

Cəhənnəmə dözməyib, ruh dünyasını dəyişdi.

 

Yurdumu zəbt edənlər, sazişlərin dəyişdi,

Sülhə razılıq verib, sözlərini dəyişdi.

Ali baş komandanım namərdliyi görüncə,

"İrəli!" əmri ilə vəziyyət dəyişdi.

 

Zəfərləri görüncə, abu-havam dəyişdi,

Sevincdən gözlərimdə qəm yaşları dəyişdi.

Zirvədə dalğalanan bayrağımı görüncə,

Ruhum qidalanaraq, əzabları dəyişdi.

 

Əlibalayeva Gülnarə

 

Olaylar.- 2020.- 23-29 oktyabr.- S.24.