Diaspora təşkilatlarımız Azərbaycan dövlətinin yanındadır

 

 

Azərbaycan diasporası yarandığı qısa müddət ərzində misli görünməmiş uğurlara imza atıb. Əminliklə demək olar ki, diaspora təşkilatlarımız əsirlərlə tarixi olan diasporaların görə bilmədikləri fəaliyyəti həyata keçiriblər. Xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində əvəzssiz xidmətləri olub. Sentyabrın 27-si tarixindən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən sonra diaspora təşkilatlarımız daha da fəallaşəblar. Belə ki, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımız həmrəylik nümayiş etdirərək Azərbaycanın haqq səsinə dəstək nümayiş etdiriblər. Diaspora təşkilatlarımız yaşadıqları ölkələrin hökumətləri ilə yanaşı, beynəlxalq təşkilatlara da etirazlarını çatdırıblar ki, təcavüzkar dövlətə qarşı beynəlxalq hüququn müddəaları tətbiq edilsin. Bu isə o deməkdir ki, artıq maddi və mənəvi zəmində tərbiyə olunan soydaşlarımız özünün, xalqının varlığını dərk edir, torpaq, Vətən, xalq, millət kimi böyük arzular və müqəddəs amallar dünyasına daxil olur. Bu işdə milli mənlik şüurunu dərk etmək üçün bir neçə ideoloji əsas var ki, onların hazırlanıb həyata keçirilməsi mütləqdir. Sirr deyil ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik xətti və onun ideoloji əsasını təşkil edən azərbaycançılıq məfkurəsi cəmiyyətdə daha da möhkəmlənib. Azərbaycançılıq ideologiyasını  genişləndirən  prezident İlham Əliyevin  "hücun diplomatiyası" siyasəti diaspora təşkilatlarımızın daha da birləşməsi, vahid mərkəzdən koordinasiya olunmasında mühüm rol oynayıb. Qətiyyətlə demək olar ki, Azərbaycanın müstəqilliyini, birliyinihüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir diaspora təşkilatımız öz dəstəyini əsirgəmir.

 

O da etiraf edilməlidir ki, Ermənistanın hərbi təxribatı zamanı ölkəmizə, xüsusən mülki əhaliyə və onların əmlakına dəyən ziyanın, mülki şəxslərin-uşaq, qoca və qadınların raket atəşinə tutulmasının beynəlxalq ictimaiyyətə çatdırılmasında diaspora təşkilatlarımız xüsusi fəallıq göstərib və hazırda da bu fəaliyyət davam etməkdədir. Məlumat üçün qeyd edək ki, bu işdə Diasporla İş üzrə dövlət Komitəsinin fəaliyyəti danılmazdır. Elə bu günlərdə də Diasporla İş üzrə dövlət Komitəsi Azərbaycan diasporuna müraciət edib. Müraciətdə deyilir ki,  Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda atdığı qətiyyətli addımlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun dəyişməsinə səbəb oldu. Təxminən 30 il işğalçıların tapdağı altında qalan ərazilərdə tədricən Azərbaycan bayrağı dalğalanır. Beləliklə, Azərbaycan dövləti ərazi bütövlüyünün tamamilə bərpasına doğru gedir. Müraciətdə qeyd olunub ki, hadisələrin bu gedişatı bütün beynəlxalq normaları pozaraq özünü Dağlıq Qarabağda və Ermənistanda "qanuni hakimiyyət" elan edən kukla rejimi arasında çaxnaşmaya səbəb olub: "Bütün bunların fonunda erməni tərəfi barbar, qeyri-insani addımlar atır, dinc Azərbaycan şəhərlərini və mülki obyektləri atəşə tutur. Cinayətkar rejimlərin bu addımları, əminliklə "Qarabağ Ermənistanındır" bəyanatını verən antiazərbaycan ideoloqlarının aqoniyasından xəbər verir. Eyni zamanda, rəsmi beynəlxalq təşkilatlar da daxil olmaqla bütün dünya ictimaiyyəti erməni cinayətkarlarının Gəncə istiqamətindəki terror hücumlarını birmənalı şəkildə pislədi. Beləliklə, erməni tərəfi yalnız hərbi deyil, ideoloji cəbhədə də məğlub olur. Azərbaycanın mövqeyinin (atdığı addımların) qlobal səviyyədə düzgün anlaşılması və dəstəklənməsi Azərbaycan diasporunun aktiv fəaliyyəti nəticəsində baş verir. Bu, yalanları həqiqət kimi təqdim etməyə adət edən dünya erməni lobbisini və onların "tərifli" diasporunu həyəcanlandırmaya bilməz. Buna görə də bütün mövqelərdəki məğlubiyyətlər fonunda xaricdəki maraqlı erməni dairələrinin azərbaycanlılara qarşı müxtəlif təxribat fəndlərini həyata keçirməsi təəccüblü deyil. Bu qanunsuz aksiyaların məqsədi sonradan Azərbaycan tərəfini cinayət hərəkətlərində ittiham etmək üçün azərbaycanlıları müəyyən addımlara təhrik etməkdir. Sözügedən müstəvidə öz cinayətkar ideyalarının həyata keçirilməsinə üçüncü qüvvələri cəlb edə biləcək ermənilərin təxribatlarına uymamaq çox vacibdir". Sonda bildirilib ki, buna görə də, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sizi sayıq olmağa, yalnız yaşadığınız ölkələrin qanunları çərçivəsində fəaliyyət göstərməyə və lazım olduqda hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırır".

 

İnsafən qeyd edilməlidir ki, diaspora təşkilatlarımız  Dövlət Komitəsinin bu çağırışına biganə qalmayaraq öz qüvvələrini səfərbər etdilər. Xarici ölkələrdə fəaliyyət göstərən müxtəlif icma və dərnəklər dövlətin vahid ideologiyası altında birləşməyə qərar verdilər. Məhz bunun nəticəsidir ki, dünyanın ən müxtəlif ölkələrində  fəaliyyət göstərən diaspora təşkilatlarımız  birləşərək ortaya vahid mövqe qoyublar. Konkret olaraq İsrailin Petah-Tiqva şəhərindəki Azərbaycan diasporu Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı işğalçı, təcavüzkar və terrorçu siyasətinə etiraz əlaməti olaraq aksiya keçirib. Aksiya iştirakçıları yerli sakinlərin diqqətini Ermənistan ərarizindən Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin və digər yaşayış məntəqələrinin raket atəşinə tutulması nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasına, mülki obyektlərin dağıdılmasına cəlb edərək, bütün insani dəyərlərə zidd olan bu vəhşi, amansız terror aktlarını sərt şəkildə qınayıblar. Ermənistanın və erməni separatçılarının hərbi təxribatlarla Cenevrə Konvensiyasının tələblərini, fundamental insan hüquqlarını, azərbaycanlıların yaşamaq haqqını kobudcasına pozduğu, faşist mahiyyətli siyasət yürütdüyü nəzərə çatdırılıb. Aksiya iştirakçıları dünya birliyinə və beynəlxalq ictimaiyyətə ermənilərin barbarvandalizm aktlarına laqeyd və səssiz qalmamağa çağırış ediblər. Tədbirdə Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqımıza müraciətindən, müxtəlif ölkələrin aparıcı və nüfuzlu telekanallarına verdiyi müsahibələrindən sitatlar səsləndirilib. Haqlı və ədalətli mövqeyə malik Azərbaycanı dəstəkləyən Türkiyə, İsrail, Pakistan, Ukrayna və digər ölkələrə minnətdarlıq ifadə edilib. Eyni zamanda, Azərbaycan Xalqlar Dostluğu Dərnəyinin təşkilatçılığı ilə Azərbaycanın dinc əhalisinə qarşı Ermənistanın törətdiyi terror aktını qınamaq üçün Antalyada etiraz aksiyası və avtoyürüş təşkil edilib. Yürüşdən əvvəl Azərbaycanın və Türkiyənin Dövlət Himnləri səsləndirilib, Gəncə terroru zamanı həlak olanların xatirəsi yad edilib.Aksiyada soydaşlarımız, yerlixarici qeyri-hökumət təşkilatları, eləcə də siyasi partiya təmsilçiləri və mətbuat nümayəndələri iştirak edib. Dərnəyin İdarə Heyətinin sədri hüquqşünas Lalə Həsənova çıxış edərək illərdir Ermənistanın işğalı altında olan torpaqarımızın Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti və şanlı Azərbaycan ordusunun şücaəti nəticəsində geri qaytarılmasından danışıb. İşğalçı Ermənistanın tərəfdaş olduğu beynəlxalq müqavilələri ciddi şəkildə pozduğunu və dəfələrlə imzalanan atəşkəs rejiminə riayət etmədiyini vurğulayıb. Aksiyada çıxış edən Türkiyəli siyasətçilər də Azərbaycan-Türkiyə qardaşlığını vurğulayaraq hər zaman Azərbaycanın yanında olduqlarını qeyd ediblər. Azərbaycanın Laçın rayonundan olan adamı Elnur Malikoğlu da aksiyada çıxış edərək işğalçı Ermənistanın Qarabağda törətdiyi vəhşiliklərin canlı şahidi kimi Laçın rayonunun işğalından danışıb, xalqımıza, dövlətimizə qələbə və əmin-amanlıq arzulayıb. Aksiyada "Qarabağ Azərbaycandır!", "Gəncə cəbhə bölgəsi deyil!", "Mülki insanlar toxunulmazdır!", "Biz terrora yox deyirik!"  "Uşaq ölümünə son qoyun!", "Ermənistan - BMT qətnamələrinə əməl et!" və s. kimi şüarlar səsləndirilib. Dərnəyin üzvü Lamiyə Novruzovanın ifasında Azərbaycanın "Sarı gəlin" xalq mahnısı səsləndirilib. Daha sonra aksiya 100-dən çox avtomobilin iştirakı ilə "Dostluq" parkından başlayan avtoyürüşlə davam edib. Sadalanan faktlar deməyə əsas verir ki, artıq diaspora təşkilatlarımız Azərbaycanın haqq işinin beynəlxalq aləmdə müdafiə etmək gücündədir.

 

Paralel olaraq Finlandiya Azərbaycanlılarının koordinatoruFinlandiyada yaşayan azərbaycanlıların təşəbbüsü ilə paytaxt Helsinki şəhərində bu ölkə parlamentinin qarşisında, "Ermənistan dövlətinin mülki Azərbaycan əhalisinə təcavüzünə dur deyək" adlı dinc aksiya keçirilib. Əvvəlcə Finlandiyanın Baş naziri Sanna Marinə, rəhbər Sosial-Demokratik partiyanın parlament qrupunun rəhbərinə və üzvilərinə, Avropa məsələləri və Əmlakın İdarəetmə naziri Tytti Tuppurainenə, Finlandiya parlamentinin İsveç, Yaşıllar partiyalarının rəhbərləri və üzvilərinə, habelə ölkənin Xarici İşlər naziri Pekka Haavistoya müraciət-məktub oxunub. Məktubda, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini və digər yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən mütəmadi olaraq atəşə tutması nəticəsində dinc əhali arasında baş vermiş ölüm, yaralanma halları və mülki obyektlərin dağıntılara məruz qalmasına dair kəskin etiraz bildirilib. Qeyd olunub ki, cari il sentyabr 27-dən etibarən Ermənistan ordusunun atəşkəs rejımini kobud şəkıldə növbətı dəfə pozub. Yaranmış vəziyyətdə Azərbaycan ordusu öz torpaqlarında Ermənistanın işğalçı ordusu ilə müharibə etmək məcburiyyətində qalıb. Bundan sonra oktyabrın 10-da saat 12.00-dən etıbarən elan edılən humanitar atəşkəs rejimini Ermənistan tərəfi kobud şəkildə pozaraq 11.10.2020 tarixində gecə saat 02.00 də Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 10 mülki şəxs ölüb, 30-dan çox insan yaralanıb. Qeyd olunub ki, bu addımlarla Ermənistan 1949-cu il Cenevrə konvensiyaların, 1954-cu il Haaqa konvensiyasının şərtlərını və beynəlxalq hüququn qəbul edılmiş ümumı normalarını kobud şəkıldə pozub.Sonda aksiya iştirakçıları Finlandiyada yaşayan azərbaycanlılar adından Finlandiya parlamentinə, ATƏT-in Finlandiya üzrə təmsılçisinə, dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara səslənərək, Ermənistan dövlətinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi bu təcavüzü dayandırması, Ermənistanin işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsinə daha tutarlı addımlar atmağa çağırıblar.

 

Alim Hüseynli

 

Olaylar.- 2020.- 23-29 oktyabr.- S.11.