“Azərbaycanın sakral
coğrafiyası” silsiləsindən
Süsəndağ ətəklərinin müqəddəsliyi
(VI məqalə)
Qərbi Azərbaycanın Qazangöl dağından başlayaraq Zəngilan rayonu ərazisində Muşlan Məlikli kəndi yaxınlığında Araz çayına qovuşan
Oxçuçay çayının sol sahilində uzanan Süsəndağ silsiləsinin ətəyindəki qədim kəndlərimizin etnogenezisi (həm bu toponimlərin mənası, həm də bu kəndlərin əsasını qoyan soyların şəcərəsi timsalında) bütünlüklə dini-irfani məna yükü ilə sakral mədəniyyətimizin bir nümunəsidir.
Qədim Zəngəzur mahalının zəngin sakral mədəniyyətinin bütün növ dini-irfani yüklü maddi-mənəvi irsinin tarixi dövlətimizin və xalqımızın keçmişi ilə sıx bağlılığına bölgənin istənilən yerində və yaşayış məskənində rast gəlinir. Mahalın Süsəndağ və Əsgülüm silsilələrinin, Araz və Oxçuçay hövzələrinin, Bartaz (2629 m), Qızqala (1023 m), Ağoyuq (548 m), Ağbiz (854 m), Qaraqanli (1166 m), Gədikli, Ütəli və Çaxmaq dağlarının ətəklərində, Süsənçay, Sobuçay və Ələddin çaylarının əhatəsində əski Alban dini və İslam mədəniyyətinin dini dünyagörüşünü təcəssüm etdirən milli abidələrimiz, eləcə də ziyarət ocaqlarımız, qədim qəbirstanlıqlar və dini-ruhani, irfan xadimlərimiz az olmamışdır.
Ağbiz dağının ətəyindəki və Susən meşəliyinin qoynundakı Yuxarı Yeməzli kəndinin qərbində, 1,5-2 km aralıdakı yalın belində ("Xmelin yeri" adlı sahədə, 50-60-a qədər məzarlıq) qədim Alban qəbirstanlığı, bu kəndlə Orta Yeməzli kəndi arasında (sonuncudan 500 m aralı) yaşı 500-600 ilə çatan "Sufilər qəbirstanlığı" var idi. Ümumilikdə, Yuxarı Yeməzli kəndinin hüdudlarında 13 əski qəbirstanlıq olmuşdur.
1965-1966-cı illərdə "Sufilər qəbirstanlığı"ndan 3 qoç təsfirli qəbir daşları Zəngilan rayon Tarix-Diyarşünasıəq muzeyinə aparılmışdır. Bu qəbirstanlığda hündürlüyü 2-2,5 m olan, hələ bir hissəsi torpağa batan dördkünc hörmə divar salamat qalmışdı, içində 3 sinə daşı olan məzar ilə, ora "Pir yeri" deyilirdi. Yuxarı Yeməzli kəndindən Mələk Mehdiqulu qızı (1880-1970) həmişə fəsəli bişirib bu qəbirləri ziyarət edər və deyərdi ki, bu qəbirlər babalarımızın müqəddəs məkanlarıdır.
Qeyd etmək lazımdır ki, Yuxarı Yeməzli kəndinin şimal-şərqində, 2,5-3 km aralıda tarixi Sufilər kəndinin qədim yurd yerləri (50-60) kollu-koslu, tərəli sahədə qalmaqdadır. Bu kəndin sakinləri Zəngəzur qəzasının bir çox yaşayış məntəqələrinə (Seyidlər, Kurud, Ağakişilər...) yayılmışlar.
Yuxarı Yeməzli kənd sakini Sufi Mustafa (1851-1936) "düz söz danışmağı və yalana qarşı sərtliyi" ilə fərqlənən olub. Bu barədə kəndin ilk filoloji ali təhsilli müəllimi, 30 il orta məktəbin direktoru olmuş Yusif Baba oğlu Babayev (1927-2014) xüsusilə xatırlamışdır.
Sufilər dini-irfani təriqətin "qan-din qohumluğu" ilə bağlı olan Xustub dağının yalçın, çılpar qayalığının ətəyindəki ziyarət ocağı da müqəddəs etiqad yeri idi. Yuxarı Yeməzli kənd sakini Hacı Alməmməd oğlu (1898-1975) üzünü həmişə Sufilər-Xustub pirlərinə tutub dua edərdi:
Ya ala gərdənli Həzrəti-Abbas,
Ya mıxı mismara dondərən,
saili borcdan qurtaran,
Yusifi quyudan qurturan, Ağa,
Ya böyük
Allah.
Əlimi tutmuşam ətəyində,
əlimi üzmə ətəyindən.
Nəzərini üzmə üstümüzdən...
Sobu dağının (998 m) qoynunda
və Sobu çayının sol sahilində,
palıd meşələri
qoynunda yurdlanan Sobu kəndindən olan Seyid Züleyxa
Seyid Qurban qızının (1914-1978) ata
ocağı "Seyid
Qurban ocağı"
elin-obanın ziyarətgahı
idi, dini-irfani mərasimlərin keçirildiyi
məkan olub. Kəndin günçıxanında, 3 km aralıda, "Vənlik meşəliyi"ndə (vən
ağacları üstünlük
təşkil edir) çıxan bulağın
suyundan kəndin ortasına 1984-cü ildə
çəkilmiş bulaq
- "Seyid Qurban bulağı" adlanır.
Yuxarıda adı çəkilən
Ələddin çayının
(Həkəri çayının
sağ qolu, bu hidrotoponim nədənsə "Aladin"
adlanır) sağ sahilində yerləşən
Şamlı kəndi bu baxımdan istisnalıq təşkil etmir.
XI əsrdə şimallı-cənublu Azərbaycan ərazisində məskunlaşmış
səlcuq tayfalarının
məşhur şamlı
boyundan olan qəbilələr Türkiyə,
Suriya, İraq, Hindistan, Əfqanısatan...
ərazilərində yerləşməklə
"Şamlı" toponiminin
geniş coğrafi ərazi üzrə paylanmasına səbəb
olmuşdur. Bu toponim mənaca mistik-dini ibadətlərin
təsvirini, ruhsal duyğuların ifadəsini
özündə ehtiva
və xalqımızın
əski dini dünyagörüşünün zənginliyini ifadə edir.
Azərbaycan Respublikasının Qobustan,
Qəbələ rayonlarında
Şamlı kəndi,
Bakı şəhəri
yaxınlığında "Şamlı qəbirstanlığı",
Laçın rayonunda
Şamkənd kəndi,
Naxçıvan MR-da Culfa və Şahbuz
rayonlarında "Şamlı
dərəsi", "Şamlar"
yaşayış yeri,
Qərbi Azərbaycanın
Mehri, Gorus, Qarakilsə, Basarkeçər,
Zəngibasar... nahiyələrində
bu mənşəli oyko-etno toponimlər həm də müsəlman-türk mədəniyyətinin
tarixini özündə
yaşadır.
Zəngilan rayonunun inzibati-ərazi
vahidləri sırasında
"Şamlı" toponimindən
savayı dini-sakral məzmunlu yer adları xeylidir (Məşədiismayıllı, Seyidliər, Pirveys və Hacallı kəndləri; Ağalı
kəndində "Lal
Pəri ocağı";
Sobu kəndi əslində "Sufi" sözünün
dialekt-şivə tələffüzünə
əsasən dəyişilmiş
teotoponimidir; Məmmədbəyli
kəndində e.ə.
II əsrdə hündürlüyü
20 m-ə çatan
məbəd inşa edilib;...).
Ələddin çayının və
eyniadlı dərənin
sağ hissəsində
yerləşən Şamlı
kəndinin (bu kəndin əski soyları Cənubi Azərbaycanın Xudafərin
şəhərinin Aşıqlar
və Sütən kəndlərində yaşayır)
əhalisi də türk fitototeminə-Dağdağan
ağacına
(müsəlman-türk dünyasının totemi)
mistik inam-inanc duyğusu ilə yanaşmış,
onu müqəddəs
varlıq kim qədul etmiş, inam-etiqadlarının rəmzi
kimi ona müxtəlif, rəngli parçalar bağlamaqla dualarının qəbul edilməsinə ruhi inamla bağlı olmuşlar. "Dağdağan
piri" kəndin cənubunda, 500 m aralıdakı
çılpaq qayalıqda,
həm də saqqız ağaclarının
əhatəsindədir.
Kəndin
şərqində, 1 km aralıda
"Kəhriz bulağı"nın
üstündə "Pir
daşı" müqəddəs
ziyarətgah sayılırdı,
adətən dini bayramlarda üstündə
şam yandırardılar
(sal daş parçası bulaqdan 15 m
aralı idi, eni-uzunu 2 m, 3m, hündürlüyü
2 m-ə çatardı).
Şamlı kəndinin dini-irfani
"Seyid Mahmud ocağı"na
qonşu Vənədli,
Qaraqoyunlu, Dərə
Gilətağ... kəndlərindən,
həmçinin Cəbrayıl,
Qubadlı rayonlarından
da ziyarətə gəlib, burada qurban kəsərdilər.
Bu qurbanlar son tikəsinə kimi imkansız ailələrə
paylanardı. Ümumiyyətlə, bu ocaqda ayda
ən azı iki dəfə qurban kəsilib, hamısı kənd camaatına paylanılardı.
Bu işdə kəndin
xəlfələrindən olan
(dini-irfani mərasimlərin
xidmətçiləri) Məhərrəm
Ağaqulu oğlunun
(1910-2000) zəhməti
həmişə xeyirliklə
anılmışdır. O da xatırlanır ki, Məhərrəm kişi
Xustup dağalrında,
Mələk nənə
isə Zəngəzur
dağlarında "Qazan
göl" yaylaqlarında
qaçaq Nəbi Alı oğlunu (1854-1896) gördükləri barədə
həmişə ürəkdolusu
danışardılar.
Qurban kəsilməsinin
də xüsusi icrası var idi. Seyid Mahmud əvvəlcə qurbanın sağ ayağını yuyrdu, sonra ona 7 dua
oxuyurdu, qurbanın başının altına
mis sini qoyulurdu, kəsiləndə
qanı kənara tökülməsin, onu təmiz yerə axıdıb üstünü
örtürdülər.
Bu ocaqda ayda bir
dəfə cümə
günü 400 illik
"Şəcərə lövhəsi"nin ziyarəti edilərdi. 12 Həzrəti-imam
və bu ocağın Seyid soylarının şəcərəsi
yazılmış lövhə
qara naxışlı
"Şamaxı kəlağayısı"na bükülüb saxlanılırdı və
dualanaraq məqamına
ibadət edilirdi, sonra yerinə qoyulurdu. Qonşu Ələddin, Dərə
Gilətağ, Vənədli
kəndindən də
gələn ziyarətçilər
iştirak edirdi.
Seyid
Mahmud Seyid Xudayar oğlu (1897-1993) və qardaşı Seyid
Həbib (1910-1978) bu müqəddəs ocağın
qoruyucuları və davamçıları olmuşlar.
Zəngəzur qəzasının
nahiyələri və
kəndlərində bu
ocağa olan dini-mistik inamın və inancın sakral yaddaşı (olayları) barədə
el-obanın xatirə deyimləri az
olmamışdır.
Şamlı kənd sakini Camal Camalov (1938-2006) Böyük Gilətağ,
Dərə Gilətağ
və Şamlı kəndlərini əhatə
edən "Kommunizm"
kolxozunda məsul olduğu texniki təhlükəsizlik qaydalarını
pozduğuna görə
Naxçıvan şəhər
həbsxanasında cəza
çəkərkən bir
axşam yuxusuna Seyid Mahmud girir, ona deyir:
-Nə yatmısan, dur get evinə.
-Necə gedim, həbsdəyəm axı, Ağa.
-Sənə deyirəm, dur get evinə.
Səhər açılır, gəlib
qapını açırlar
ki, ...artıq sən azadsan.
Həbsdən kəndə qayıdan
Camal altı balalı camışı
Ağanın qapısına
gətirir, amma Seyid mahmud onu
qəbul etmir, apar evinə, uşaqlarına ağartı
lazımdır, qabağdan
payız-qış gəlir,
deyir və nəziri qəbul etmir, bir xoruz
kəsən Allah-Təala
qəbul edəcək,
deyərək onun xətrinə də dəymir.
1950-ci illərin sonlarında
Vənədli (bu kəndin əsasını
Ordubad nahiyəsinin Vənənd kəndindən
köçən ailələr
qoyub) kənd sakini Şahsuvar Şamlı kəndinin yolunun qırağında qaratikan kolunun ətrafınadairə çəkib
Ağaya deyib ki, kolda gizlənən
ilan bu xəttdən
kənara çıxmağa
qoymasan, sənə inam-iman edəcəm.
Bu olayı söhbət
edən Xəlil Şahsuvar oğlu xatırlayır ki, o gündən sonra atam inancıl mömin adama çevrildi.
1978-ci ilin avqust ayında Seyid Mahmud kənddən 5 km aralıda
olan meşəlikdən
odun gətirməyə
gedir, orda bir hadisə ilə rastlaşır. Zəngilan rayonundan
gəlmiş "Qaz-51" markalı yük maşını ağacla
dolu yoldan çıxıb, dərin,
sıldırımlı dərənin
qaşında ilişib
qalıb, qorxulu bir mənzərə yaradıbmış, adamları
da qorxu içində. Ağa ovcuna
dua oxuyur, tutur maşını arxadan və sürüsüyə təskinlik
verib, sürməyi tapşırır. Maşın heç
bir xəta etmədən yola çıxır, təhlükə
asanlıqla sövuşur,
hamı Ağaya təşəkkür edir.
Xustub və Süsən dağları aydın görünən Qarababa kəndində yaşayan haylar (1972-ci ildə bu kənd boşalıb) qədim Alban məbədinin və dini-ziyarət ocağının yerində (orda müqəddəs Dağdağan ağacı bitmişdi) 1882-ci ildə özlərinə kilsə tikmişdilər. Bu kəndin şimal-qərbində Alban qəbirstanlığı salınmışdı. Qəbirstanlığın girişində sal boz, dördkünc daş (hündürlüyü 1,5 m, eni-uzunu 50 cm olan) xüsusi-mistik təsirə malik idi (bu kəndin şərqində, 3 km kənarda mərmər yatağı yerləşirdi). Alban məbədinin şimal-qərb tinində Yuxarı Yeməzli kəndinin yaşlı sakinləri (Sənubər Mustafayeva (1924-1996), Telli Hüseynova (1855-1975), Abdin Molla Hacı oğlu (1883-1973), Balaxanım nənə (1844-1964)...) bayram-dini mərasimlərdə şam, çıraq yandırardılar, oranı ziyarət edərdilər.
Qarababa kəndinin adı da dini-irfanı məna daşıyır, sakral-ruhsal təriqətin nəticəsində yaranıb.
Zəngilan rayonunun digər kəndlərindəki - Həkəri və Oxçuçay hövzələrində yerləşən yurd yerlərimizin dini-sakral maddi-mənəvi irsi də zənginliyi və əski tarixiliyinə görə xeyli dərəcədə fərqlənməkdədir.
(Yazının hazırlanmasında həm də Zəngilan rayonunun Yuxarı Yeməzli, Şamlı kənd sakinləri Akif Adış oğlu Qurbanovun (1946), Sahib Yusif oğlu Babayevin (1956), Seyid Hüseyn Seyid Mahmud oğlu Xudayarovun (1943), İmamqulu Məhərrəm oğlu Ağaquluyevin (1948) bilgilərindən istifadə edilib.)
Qismət
Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Olaylar.- 2020.- 30 oktyabr.- 5 noyabr.-
S.18.