Qaşqaylar və onların folkloru
Folklorşünas alim Əli Şamilin "Qaşqaylar və onların folkloru" kitabını oxuculara təqdim edirik
Qaşqayları mənə tanıdan insanlar
Qaşqaylar haqqında ilk dəfə Məmmədəli Müsəddiqdən
eşitmişdim. O, M.F.Axundov
adına Respublika Kitabxanasının üçüncü mərtəbəsindəki
"Azərbaycan kitabı" şöbəsinin müdiri idi. Köhnə
qəzet-dərgiləri, kitabları oxumaq
lazım gələndə "Azərbaycan kitabı"
şöbəsinə getməli olurdum. Hərdən Azərbaycan Milli
Hökuməti ilə bağlı suallarıma həvəslə,
bəzən də kövrələrək cavab
verirdi. 1922-ci ildə Gərmərud
mahalının Yengicə kəndində doğulmuş,
Azərbaycan Milli Hökuməti məhv
edildikdən sonra, 1947-ci ildə ürəyini
ailəsinin, körpə qızınının
yanında qoyub canını götürərək
min bir zülümlə
Sovet Azərbaycanına qaça
bilmişdi. Cənnət bildiyi
kommunist ölkədə də az əziyyət çəkməmişdi. Min bir zülümlə Mirzə Mehdi
Şükuhi haqqında araşdırmalar
aparsa da, istədiyini yazmağa imkan verməmişlər.
Əmrə boyun əymiş,
ideologiyanın tələblərinə uyğun
dissertasiya yazaraq filologiya elmləri namizədi (indiki
deyilişlə: filologiya üzrə fəlsəfə
doktoru) adını almışdı.
Ara-sıra İranda yaşayan
Türklərin ədəbiyyatı haqqında qəzet və
dərgilarda çap etdirdiyi
məqalələrini maraqla oxuyurdum. Qaşqaylar
haqqında ilk bilgini də
Məmmədəli Müsəddiqdən almışdım. Sonralar daha geniş, faktlarla zəngin xeyli kitab, məqalə oxusam da, Məmmədəli Müsəddiqi heç vaxt unuda bilmədim. 1979-ci ilin
sonlarında Sovet qoşunlarının
bölmələri Naxçıvana toplanmışdı. Səbirsizliklə
gözləyirdim ki, onlar
bu günsabah İrana keçəcəklər. Muxtar Respublikada sadə
insanların da, rəhbər vəzifədə
işləyənlərin də həmin günlərdə
söz-söhbətləri Təbriz, Mərənd, Xoy, Maku və şəhər
və qəsəbələr haqqında idi.
Yaşlı nəsil 1941-1946-cı illər haqqında
eşitdiklərini, gördüklərini
danışırdılar. Gənclər də böyük
həvəslə dinləyirdilər. Bakıya gələndə
Məmmədəli müəllimə sevinclə yaxın
günlərdə sərhədlərin
açılacağını, Təbrizə gedəcəyimizi
dedim. Diqqətlə üzümə
baxıb dərindən köks ötürdü, "Yenə milləti
qırğına 14 verəcəklər..." - dedi. Heyrət etdim ki, Məmmədəli müəllim niyə həsrətində
olduğu, kövrələ-kövrələ
danışdığı Təbrizə getməyə sevinmir? Nədən qohumlarını, əzizlərini
görməyə can atmır? 1979-ci ildə
nə Sovet ordusu İrana keçdi, nə
də sərhədlər açıldı. Sadəcə, şah ölkədən qaçdı, hakimiyyətə
yeni qüvvələr gəldi. Onlar da islami
qaydalarla ölkəni idarə edəcəklərini
vəd etsələr də, sözlərinin üstündə
durmadılar. Tərsinə, milli
düşüncəlilərə, demokratik
fikirlilərə sərt divan tutdular. Azərbaycan Elmlər Akademiyasında
işləyən Tağı İbrahimovun
(Şahin) bir neçə
dəfə qısa söhbətini dinləmişdim. Bu da 1945-ci ildə Təbrizdə
qurulmuş Milli
Hökumət və onun fəalları
haqqında olmuşdu. Qaşqaylar
haqqında yazdıqlarını isə dərgilərdən və
Bakıda "Elm" nəşriyyatının
çap etdiyi "Qaşqaylar" kitabından (1988) oxumuşdum. Səhv etmirəmsə, bu onun doktorluq
dissertasiyası idi. Acgözlüklə oxuduğum bu kitabı dostlara, tanışlara da oxudurdum. Sovetlər Birliyinin
çöküşü, Azərbaycanda milli azadlıq hərəkatının
başlandığı bir dövrdə İranda yaşayan
soydaşlarımıza da maraq
artmışdı. Buna görə də,
tövsiyyə etdiyim adamlar
"Qaşqaylar" kitabını böyük həvəslə oxuyurdu.
Sonra da fikir mübadiləsi və müzakirələr
başlayırdı. İranda yaşayan soydaşlarımız haqqında
hisslərimə təsir edən ədəbiyyat, yəni ədəbi-bədii
əsərlər xeyli oxumuşdum.
Lakin elmi ədəbiyyata
çox az-az rast gəlirdim. Təbliğatın təsirindən,
yoxsa bilgisizliyimdən elə düşünürdüm ki,
İranda Türklərin sayı,
onların yaşadığı bölgələr haqqında
araşdırmalar aparmaq, kitablar
nəşr etmək məhdudlaşdırılıb.
Tağı İbrahimovun (Şahin)
kitabını oxuyanda gördüm
ki, səhvim var. İranda yaşayan
Türklər haqqında xeyli kitab nəşr olunub. Həmin
kitablar Azərbaycanın kitabxanalarında
olmasaydı Tağı İbrahimov (Şahin) onlardan necə
istifadə edə bilərdi? Deməli, həmin kitablar Farsca olduğundan mənim kimi Fars dilini bilməyənlər
o dəyərli qaynaqlarla
tanış ola bilməyiblər.
Tağı İbrahimovun (Şahin)
"Qaşqaylar" kitabında istifadə
etdiyi qaynaqların bəzilərinin
adını burada çəkirəm: Məsud Key- 15 hani
iki cildlik
"İranın mükəmməl coğrafiyası"
(1310- 1311/1931-1932), general Hüseynəli Rəzmaranın
başçılığı ilə İran
Hərbi Nazirliyi Coğrafiya
İdarəsinin müxtəlif qrupları tərəfindən
işlənən çoxcildlik "Coğrafiyaye-nezamiye-İran" (İranın
hərbi coğrafiyası) (1323/1944), yenə
də həmin kollektiv tərəfindən
hazırlanan 10 cildlik "Fərhənge coğrafiyaye-İran" (İran
coğrafiya lüğəti)
(1328-1330/1949-1951), general Mahmud
Pənahiyanın dörd cildlik
"Fərhənge-coğrafiyaye millie törkane-İran" (İran
Türklərinin milli coğrafiya
lüğəti"(1351-1352/1972-1973), Cavad
Məşkurun "Azərbaycan tarixinə bir
nəzər" (1349/1970), "İran
Azərbaycanının tarixi sərhədləri"
(1348/1969), "Oğuz Türkləri və
onların İrana köçmələri"(1349/1970),
Kazım Bədiinin "İranın inzibati
ərazisi" (1348/1968), Əhməd Kəsrəvinin
"Şəhryarane-qomnam" (Bilinməyən, tanınmayan şahlar) (1332/1956), "Kəbiha dər
ağaze
səltənəte Qacariyyə" (Qacarlar
hakimiyyətinin başlanğıcında kəbilər)
(1304/1925), "Tarixe məşruteyi-İran"
(İran məşrutə tarixi)
(1316/1937)", Səid Nəfisinin " Tarixe
ictimai və siyasiye İran" (İranın ictimai-siyasi
tarixi) (1344/1965)", "Mahmud
İskəndərinin "Şeir və şairi dər ile Qaşqay" (Qaşqay
elində şeir və şairlər)
(1358/1979), Şahbaz Şahbazinin
"Qaşqai şiiri
və asar-i şüara-yi
Qaşqayi" (Qaşqay
şeiri və Qaşqay
şairlərinin əsərləri) (1367/1988) və s. Yuxarıda adlarını çəkdiklərim
1990-ci illərədək nəşr edilən kitab-ların bir qismidir. Bəs ötən
30 ildə mövzu ilə bağlı nə
qədər kitab nəşr olunub? Onlardan xəbərimiz
varmı? Azərbaycan müstəqilliyinə qo-vuşandan
sonra qəzetlərimizdə və dərgilərimizdə,
radio-televizyamızda, saytlarda, sosial şəbəkələrdə İranda yaşayan
Türklər haqqında yüzlərlə məqalə oxumuşam, verilişə baxmışam. Nə
yazıq ki, Fars dilində
yazılmış elmi əsərlərin
dilimizə tərcüməsinə rast gəlməmişəm.
Yaxın qonşumuz olan dövləti tanıımaq istəyiriksə,
bu dövlətdə yaşayan
soydaşlarımızla bağlı doğru-düzgün
bilgi əldə etmək istəyiriksə,
mütləq orada nəşr edilən,
yazılan kitabları dilimizə tərcümə etməliyik.
16 Heyf ki, bu sahədə elə bir ciddi irəliləyiş gözə dəymir.
Nəticədə ciddi elmi
əsası olmayan, hay-küyçü
yazıların sayı artır. Sərhədlər
açılandan sonra Türkyəyə
gediş-gəlişimiz rahatlaşdı. Bunun
sayəsində 1953-cü ildə Türkiyənin Qars şəhərində doğulmuş,
professor Ali
Kafkasyalının "İran Türkləri"
(2010), "İran coğ-rafiyasında
Türklər" (2011), "İran
Türkləri. Aşıq mühitləri" (2009),
"İran Türk
aşıqları və milli kimlik" (2009), "Kafkas
koçakları" (2018), "Azərbaycanın qadın
alimləri" (1991) və b.
kitablarını, məqalələrini oxuya
bildik. Onun əsərlərində
də Qaşqaylarla bağlı xeyli dəyərli bilgilər var.
Mövzuya aid oxuduğum ən sanballı və ciddi əsər isə Rəcəb
Albayrağın ikicildlik "Türklərin
İranı" kitabı oldu. Rəcəb
Albayraqla bir neçə
dəfə görüşmüşdüm.
Onu ciddi tarixçi alim kimi tanıyırdım. Maraqla
söhbətlərini dinləyirdim. Xoş münasibətlərimiz
vardı. Onun "Azəri Türklərinin
dil klavuzu",
"Əfqanıstan Türkləri" kitabları
haqqında bilgim vardı. İki
cildlik "Türklərin
İranı" kitabının böyük
əks-səda doğuracağını söyləyirdi. 2013-cü
ilin fevral
ayının 28-dən başlayaraq
Türkiyənin qəzet və radio-televiziyaları Rəcəb
Albayrağın doğulub boyabaşa
çatdığı kənddə - Kütahya
ili Simav ilçəsi
Dəmirçi köy qəbristanlığında
cəsədi tapıldığını xəbər verdi. Kəndə gələrək
bacısı Rabia Turun
ilə görüşməyən 62 yaşlı Rəcəb
Albayrağın arxa çantasını
bacısı evinin qarşısında qoyub qəbristanlığa gedərək
ata-anasının məzarı yanında özünü
tapanca ilə vurmasına heç
cür inana bilmədim.
Cəsədinin yanında Quran
kitabı və yanında gəzdirməyə rəsmi icazəsi
olan tapançası da
tapılmışdı. 17 Mətbuat yazanadək mən Rəcəb
Albayrağı bir tarixçi
alim kimi
tanıyırdım. Öləndən sonra
isə bildim ki, o, Milli İstihbarat
Təşkilatının (MİT) istefada
olan əməkdaşı imiş.
Onun özünü
öldürdüyünə bu gün də inana bilmirəm.
Mənə elə gəlir ki, milliyətçi,
coşğun vətənpərvər, islami dəyərlərə ürəkdən
bağlı olan bu insan Türkiyədə baş
verən hakimiyyətdaxili çəkişmələrin
qurbanı oldu. Baçısı da qardaşının ölümü
günlərində mətbuata verdiyi
müsahibədə demişdi: "Kardeşim Simav en son Kurban
Bayramında gelmişti. Ondan
sonra cep telefonundan görüştük.
Kendisiyle en son geçen Cumartesi günü cep telefonundan görüştük, keyfinin
yerinde olduğunu ve bir yaramazlık
olmadığını söyledi. Olay günü saat 12.00-de kardeşimin eşi aradı, Abla, Recep oraya geldi
mi? dedi. Ben de gelmediğini
söyledim ancak bir süre sonra
acı haberi aldık" dedi. Recep Albayrakın planlı-programlı yaşayan
bir kişi
olduğunu söyleyen
ablası Güler Çimecioğlu sözlerini
şöyle sürdürdü:
"İntihar edecek biri değildi. Herhangi bir tehdit alıp-almadığını
bilmiyorum. Biz daha çok ailevi şeylerden konuşurduk. Herkesin kendine
sakladığı sırları
vardır elbette.
Belki Ailene zarar veririz diye
tehdit etmiş olabilirler ancak bununla ilgili kesin bir bilgim
yok. Kardeşime intiharı yakıştıramıyorum
ama olay intihar gibi görülüyor.
Bana, eşine ve ablama
bir not bırakmış.
Bana bıraktığı
notta, Abla, eşim ve çocuklarım
sana emanet.
Hakkını helal et diye
yazmış. Bir de ablamın
evinin önüne bıraktığı çantadaki
son kitabında bir not yazmış ama onu göremedim. Kardeşim eğer
intihar ettiyse onu oraya götüren
bir sebep vardır. Hepimiz perişan olduk."
Professor Ramiz Əskər
böyük zəhmət
çəkərək Rəcəb
Albayrağın "Türklərin
İranı" kitabını
dilimizə uyğunlaşdırıb
öz vəsaiti hesabına 2016-cı ildə
Bakıda nəşr etdirdi. Bu nəhəng
əsərdə Qaşqaylar
haqqında olduqca geniş bilgi var.
ARDI
VAR
-ƏLİ ŞAMİL
Olaylar.- 2020.- 4-10 sentyabr.- S.20.