Bir ömrün 65 ili
Kəngərli ziyalılarından olan Məhəmməd
Əliyev haqqında bu məqaləni əslində çoxdan qələmə almaq istəyirdim.Nəsib bu günə idi.
Məhəmməd müəllimin 65 illik yubileyinə təsadüf
etməsi daha da qürurvericidir. Məhəmməd Ələkbər oğlu Əliyev 04 sentyabr 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun (indiki Kəngərli rayonu) Qıvraq kəndində anadan olmuşdur. 1962-1972-ci illərdə orta təhsilini Qıvraq kənd orta məktəbində almış,
1973-1975-ci illərdə Sovet
Ordusu sıralarında
hərbi xidmətdə
olmuşdur. 1976-cı ildə D.Bünyadzadə adına Azərbaycan
Xalq Təsərrüfatı
İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti -UNEC) daxil olmuşdur.1980-ci ildə
institutu fərqlənmə
diplomu ilə bitirmiş və təyinatla Azərbaycan
SSR Neft Emalı və Neft Kimya
Sənayesi Nazirliyinə
göndərilmişdi.
Bakı
Neftayırma Zavodunda mühəndis-iqtisadçı, 1 May adına Bakı Metal Qablar zavodunda böyük iqtisadçı,
sex rəisi, İstehsal-Əmtəə
Kontorunda Həmkarlar Komitəsinin sədri, Bakı Tara Zavodunda baş mühəndis vəzifələrində
çalışmışdır.1991-2001-ci illərdə
Dabbax KİM-nin direktoru və təsisçisi olmuşdur.
2001-ci ildən Azərbaycan
Dövlət İqtisad
Universitetinin "İdarəetmənin
təşkili" kafedrasında
baş müəllim,
2002-ci ildə ADİU-nun dissertantı
olmuşdur. 25 fevral
2005-ci ildə AMEA-nın
İqtisadiyyat İnstitutunun
D.01.181- Dissertasiya Şurasının
geniş iclasında
08.00.05 "Xalq təsərrüfatının
iqtisadiyyatı və idarə edilməsi (komplekslərin, sahələrin
və müəssisələrin
iqtisadiyyatı, təşkili
və idarə edilməsi) ixtisası üzrə "Azərbaycan
neftinin dünya bazarlarına çıxarılmasının
strateji problemləri"
mövzusunda iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir. 2002-ci ildən
2005-ci ilədək "Biznes
inzibatçılığı" fakültəsi Elmi Şurasının katibi olmuşdur. 2005-ci ildən İqtisad Elmləri Namizədi,
2008-ci ildən isə
Dosentdir. 2006-2011-ci illərdə "Biznes inzibatçılığı" fakültəsinin dekan müavini, 2011-ci ildən bu günə qədər "Biznesin idarə edilməsi" kafedrasının müdiridir.
"İnsan resurslarının
idarə edilməsi"
dərs vəsaitinin, Bakı-2002;
"Korporativ idarəetmə"
dərsliyinin, Bakı-2011; "Biznesdə insan resurslarının idarə
edilməsi" dərsliyinin,
Bakı-2013 müəllifi, "Biznesin təşkili və idarə edilməsi"dərsliyinin Bakı-2008 həmmüəlliflərindəndir.
"Azərbaycan neftinin
dünya bazarlarına
çıxarılmasının strateji problemləri" monoqrafiyasının , Bakı-2005 müəllifidir.
50-dən çox elmi məqaləsi işıq üzü görmüşdür. Son dövrlərdə çap
olunan "Sosial biznes ideyası: Azərbaycan üçün
önəmi", "Subsidiya:
aqrar sektora dəstəyin təşviq
aləti kimi",
"Azərbaycanda innovasiya proseslərinin tədqiqi və formalaşması xüsusiyyətləri", "İnvestisiya layihələrində
risklərin kəmiyyət
təhlili", "Müasir
dövrdə Azərbaycanın
sosial-iqtisadi inkişafında
neft sənayesinin yeri, "Davamlı sosial-iqtisadi inkişafın
təmin edilməsində
biznesin rolu" elmi əsərləri xüsusi əhəmiyyət
kəsb edir. M.Ə.Əliyev
işlədiyi dövrdə müxtəlif nazirlik və təşkilatların
mükafatlarını
almışdır.2015-ci ildə Azərbaycan Respublikası
Təhsil Nazirliyinin, Azərbaycan Respublikası
Həmkarlar İttifaqları
Konfederasiyasının və
Azərbaycan Dövlət
İqtisad Universitetinin
fəxri fərmanları
ilə
mükafatlandırılmışdır.2016-cı ildə "Avropa Nəşr Mətbu Evi" mükafat komissiyasının
qərarı ilə
"Ən yaxşı
vətənpərvər tədqiqatçı
alim" qızıl medalına layiq
görülmüşdür.2018-ci ildə
AR Təhsil Nazirliyinin
müvafiq əmri ilə "Qabaqcıl Təhsil İşçisi"
döş nişanı
ilə təltif edilmişdir.Dosent M.Ə.Əliyev
hal-hazırda "Biznesin
idarə edilməsi"
kafedrasının müdiri
kimi gənclərə
vətənpərvərlik hisslərini və iqtisad elminin inkişaf tarixini böyük ruh yüksəkliyi ilə aşılayır.
Evlidir, üç
övladı və üç nəvəsi
var.
Məhəmməd müəllim haqqında yuxarıda qeyd etdiklərim onun sadəcə olaraq rəsmi bilinən iş həyatıdır.Məhəmməd müəllim eyni zamanda "Kəngərli-Qıvraq" Xeyriyyə Cəmiyyətinin sədridi. Kəngərlilər,qıvraqlılar onu təkcə alim kimi deyil,eyni zamanda el ağsaqqalı olaraq qəbul edib.Məhəmməd müəllim paytaxt Bakıda yaşayan Kəngərli-Qıvraq camaatının ağsaqqalı olaraq,hər zaman onlara məsləhətlərini verir,gənclərimizin milli və mədəni dəyərlərimizin öyrənilməsi,onun cəmiyyətimizdə tətbiqi yönündə daima maarifləndirir.Uşaqdan-böyüyə hər bir kəs üçün Məhəmməd müəllimin məsləhətləri daima gərəkli olub.Mənim üçün Məhəmməd Əliyev bir alim olmaqla bərabər,eyni zamanda da bir Ağabəyimdi.Yəni yol göstərənim,böyüyümdü. Bu gün ömrünün 65-ci baharını başa vuran görkəmli alimim üçün ən gözəl günlərdən biridir. 2020-ci il sentyabrın 4-də dosent Məhəmməd Əliyevin 65 yaşı tamam olur. Bu münasibətilə onu təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, elmi pedaqoji fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıram. Bir ömürə 65 ili sığdırmaq məncə azdı və inşallah Məhəmməd müəllimin 75,85,95,105 illik yubileylərin keçirmək,onun əsərlərinin təqdimatını keçirmək də nəsib olar.
65 illik yubleyin mübarək böyük insan
Nahid Canbaxışlı
"Vətəninfo.az" İnformasiya
Agentliyinin rəhbəri
Olaylar.- 2020.- 4-10 sentyabr.- S.16.