Səfəvilər
dövründə hürufilik və nöqtəvilik
Bu mənada hürufi dairələri və maraqlarını sufi şahın diqqət mərkəzində saxlayan cəhətlərin təkcə fəlsəfi-ədəbi görüşlərdən deyil, həm də onun yaşadığı dövrün tarixi gerçəkliyindən qaynaqlandığı və siyasi arxa planı olması qənaətindəyik. Həmin zümrələr də onları şairanə bir biçimdə tərənnüm edən hökmdar şairə borclu qalmırdı və o, çevrələrlə əlaqəli şairlər Şah İsmayılı və babasını - Şeyx Səfini mədh edirdilər. Bu şairlərə örnək olaraq, Süruri və Tüfeyli kimi hürufilərin adını qeyd edə bilərik. Şah İsmayıl Xətaini təkcə sarayında himayə etdiyi hürufi şairlər deyil, Türkiyədə eyni əqidənin sahibi olan şairlər də müdafiə edirdilər. Belə ki, "Yəmini8 kimi şairlər Səfəviləri müdafiə etdikləri kimi, Şah İsmayıl, sonra da Şah Təhmasib ilə sıx münasibətləri bilinən xoylu Pir Sultan Abdal Osmanlı türklərinə qarşı məzhəbinin zəfərini və şahının qələbəsini təmənna edən nəfəslər qələmə almışdır" (49). Burada bir cəhəti xüsusilə vurğulamaq istərdik ki, Səfəvilərin dövründəki hürufilik artıq Fəzlullah və xəlifələrinin sağlığındakı hürufilik deyildi. Bu şairlər ənənəvi sitayiş obyektlərinə yenilərini əlavə etmişdilər: onların məmduhları sırasında Fəzlullahla yanaşı, Şah İsmayıl, babalarından Şeyx Səfiəddin də vardı. Tüfeylinin aşağıdakı şeirində ifadəsini tapan Səfəvi ideologiyası və hürufilik görüşlərinin sintezini buna örnək olaraq göstərə bilərik: Şükr lillah kim, təriqi-şahə düşdü könlümüz, Zikrü fikri-həzrəti-Allahə düşdü könlümüz, Xoş səadətli, ulu dərgahə düşdü könlümüz, Qibleyi-hacatımızdır xanədani-Şah Səfi. (sitat: 1, s. 59)
Göründüyü kimi, Nəsiminin Fəzlullahı mədh etdiyi tuyuğunun qafiyə və rədifindən ("Düşdü könlümüz"9 )yararlanan Tüfeylinin məmduhu Şah Səfidir.10 Onun yaradıcılığının bu xüsusiyyəti barədə Həmid Araslı yazır: "Tüfeyli Şah İsmayıla və onun ulu babası Şeyx Səfiyə də tərifnamələr yazır, Səfəvilər dövlətini hürufiliyin hamisi kimi tərifləyir"di (1, s. 59). Tüfeylinin aşağıdakı şeirində də qızılbaşlıq və hürufilik görüşləri ifadəsini tapmışdır: Ey Tüfeyli, Mehdiyi-Sahibzəman dövranıdır, Əhli-fəzlə vədeyi-huri-cinan dövranıdır, İsmi-əzəm zahir oldu, "Cavidan" dövranıdır, La fəta illa Əli, la seyfə illa Zülfiqar.11 (sitat: 3, s. 275) Göründüyü kimi, Tüfeyli Şah İsmayılı dövrün "Mehdiyi-Sahibzəman"ı adlandırır (3, s. 275). Şeirdə hürufilərin ("əhli-fəzl"12) gözlədikləri cənnətə ("cinan") onun dövründə qovuşmaları açıq ifadəsini tapmışdır13. Bu bəndin ilk misrası qızılbaşlıq, ikinci və üçüncü misrası tamamilə hürufilik, sonuncu misrası isə şiəlik görüşlərinin bəyanıdır. Aşağıdakı misralardan isə şairin qızılbaşlar kimi Şah İsmayılı ilahi məzhər olaraq qəbul etməsi məlum olur. Şeirdə əvvəldən sonadək hürufilik terminologiyasından istifadə edilərək, bu təlimin baxış bucağından Səfəvi şeyx-şahı tərənnüm edilir: Şəha, hüsnün kitabında əyandır elmül-əsma, Kəlamüllahi-natiqdir vücudun sərbəsər mütləq, Yüzün nuri-təcəlladır sənin, ey surəti-rəhman, Vücudun Turi-Sinadır, kəlamın möcüzi-Musa. (sitat: 3, s. 276)
"Tüfeyli irsindən yuxarıdakı şeir Şah İsmayıl Xətainin Britaniya muzeyində saxlanılan mötə- bər əlyazmalarından birinin sonuna köçürülmüşdür. Elə bu özü də Tüfeylinin şah sarayına yaxın olması faktını bir daha təsdiqləyir. Təsadüfi deyil ki, Tüfeyli Şah İsmayıl Xətainin müharibələrini tərənnüm edən şeirlər də yazmışdır" (3, s. 276). Səfəvi sarayı ilə əlaqəsi olan digər hürufi şair Sürurinin şeirlərində Fəzlullah hürufilik ənənə- sinə uyğun olaraq, ilahlıq məqamını qoruduğu kimi14, Şah Nurullah (çox ehtimal ki, Şah İsmayıl) da hz. Əlinin məzhəri sayılmaqdadır: Ey Süruri, zahirü batində gördün, şübhəsiz, Sən Əliyyül-Murtəzayı Şah Nurullahdan. (sitat: 34, s. 409) Orta çağ qaynaqlarından məlum olduğu kimi, "tərəfdarları şahlığın Nəcəf şahından (hz. Əli) Şah İsmayıla miras qaldığı və onun hz. Sahibüz-zəmanın varisi və naibi olduğu" (9, s. 298) qənaətində idilər. Xətainin öz şeirlərində eyni düşüncəsinin ifadəsinə rast gəlinir: Xətaiyəm, al atlıyam, Sözü şəkərdən dadlıyam, Murtəza Əli zatlıyam, Qazılar, deyin, şah mənəm. (6, s. 27) Göründüyü kimi, hürufi şairin yuxarıdakı beytində də Səfəvi hökmdarına eyni mövqedən baxış inikasını tapmışdır. Hürufi şairlərin hətta bir sıra poetik obrazlarına da Səfəvi ideologiyasının təsir etdiyini görü- rük. Məsələn, XVI yüzillik hürufi ədəbiyyatı nümayəndələrindən Süruri laləni qızılbaşa bənzədir: Qönçədən gül nizə çəkdi şahə yoldaş olmağa, Lalələr başına tac aldı qızılbaş olmağa. (sitat: 32, s. 300)15 Müqayisə üçün qeyd edək ki, Nəsimi laləni hüseyniyə (şiə) bənzədirdi: Lalə öz başını yarmışdır hüseynilər kimi, Qanə boyanmış şəhidi-Kərbəlanın eşqinə. (22, II, s. 169)
Ümumiyyətlə, batini
çevrələrdə "lalə" obrazına
müraciət və mənalandırma çeşidləri ilə
maraq doğurur. Bir zamanlar hürufi şairlər
laləni şəhidliklə, hüseynilik
və qızılbaşlıqla əlaqələndirdikləri
halda, sonrakı dövr
şeirində bu obrazın hürufilərlə
əlaqələndirilməsinə də rast
gəlinir. 16 Səfəvilərlə yaxın münasibət
bu dövrdə yazıb-yaradan hürufi şairlərin təkcə
ideyasına deyil, şeir
texnikasına da müəyyən təsir
etmişdir. Öncəki yüzillikdə daha çox divan şeiri üslubuna üstünlük
verən hürufi şairlərin XVI
yüzillikdə xalq şeiri
tərzinə meyllənməsi də müşahidə olunur. Bu mənada Sürurinin heca vəzni ilə
11-lik ölçüdə yazılmış şeiri
(bax: 34, s. 603-604) xalq şeiri tərzində
yaranmış hürufi ədəbiyyatının
maraqlı bir örnəyidir. Burada M.F.Köprülünün "milli vəznlə və Yunus
üslubu təsirində bu
tərz əsərlər yazan bəktaşi
şairlərindən böyük bir qisminin hürufi
olduğu" (31, s.
351) barədəki mülahizəsini xatırlatmaq yerində olar. Ehtimal etmək olar ki, hürufi
ədəbiyyatında bu üslub
və ədəbi zövq dəyişikliyinə
Xətainin ədəbi yaradıcılığı və Səfəvilərin
ideologiyası da təsir etmişdir.
1.2. Səfəvilər dövründə hürufi şairlər: Çaldıran döyüşü öncəsi və
sonrası Səfəvi qaynaqlarında Şah
İsmayılın yaxın çevrəsindəki hürufilər
diqqətdən kənarda saxlanılsa da, o dövrün hürufi şairlərinin əsərlərində
bu xanədanla əlaqənin
açıq poetik ifadələri yer alır. Bu poetik biçimli və tarixi məzmunlu örnəklər isə həmin
münasibətlərin varlığının inkarolunmaz dəlilləridir. O
dövrdəki hadisələri sadəcə seyr
etməyən, bu proseslərin canlı
iştirakçısı olan, Səfəvi
dövlətinin quruculuğu, qorunması,
ədəbi-fəlsəfi görüşlərinin
formalaşması və məzhəbi görüşlərinin
istiqamətlənməsində payı olan
hürufilər Səfəvi dövlətinin tarixi və ədəbiyyatı kontekstində
də öyrənilməlidir. Azərbaycan ədəbiyyatı
ilə bağlı araşdırmalarda Şah
İsmayılın sarayında yaşayıbyaradan hürufi şairlərdən bəhs olunsa da, bu
məsələyə kompleks
baxışa və hadisələrin inkişafının sistemli şəkildə izlənilməsinə
ehtiyac vardır. Xüsusi araşdırmaya möhtac olan bu məsələdə yardımçı qaynaqlar isə, artıq qeyd
etdiyimiz kimi, hürufi şairlərin ədəbi
mirasıdır. İndiyədək Azərbaycan ədəbiyyatşünaslığında
Səfəvilərlə əlaqəsi məlum olan bir neçə hürufi şairdən bəhs edilmişdir.
İ.Hikmət "Xətai" və "Həbibi"
bəhslərində bu iki
şairi hürufi olaraq təqdim edir17 . H.Araslı (1, s. 57-60), A.Musayeva (12, s. 74-76), V.Feyzullayeva (3, s. 275-277) Tüfeyli və
Süruridən, bu iki
şair də daxil olmaqla Nəbatidən isə gənc tədqiqatçı
V.Musalı (11, s. 242) bəhs
etmişlər. Bəzi tədqiqatçılara görə, Süruri 1515-ci ilədək Şah
İsmayılın sarayında xidmət etmiş
(1, s. 58) və bu Səfəvi
hökmdarının yanında ölmüşdür
(34, s. 409). Burada
qaynaqlardakı fikir
ayrılığını da qeyd etməliyik: Lətifiyə görə, Süruri Çaldıran
döyüşündə həlak olmuşdur18 (32, s. 300). Həsən Çələbi də:
"Vilayəti-Əcəmdəndür. Sultan
Səlimi-Mazi zamanında fövt olub..." (30, s. 376), - deyə
dolayısıyla Lətifi ilə səsləşən fikrini dilə gətirir. Aşıq Cələbi
isə "Diyari-Əcəmdən Ruma mənasibialiyyə
uma gəl"diyi qənaətindədir
(29, s. 519). Bu şairi Lətifi
"Süruriyi-Şərqi", Aşıq Cələbi isə
"Süruriyi-Əcəm" deyə digər Süruri təxəllüslü şairlərdən
fərqləndirirlər.19 Lətifi təzkirəsində o həm Əcəm, həm də Rumla (32, s. 300), Səhi təzkirəsində
isə Sultan Səlim və Şah İsmayılla əlaqəli yad olunur. (bu
barədə bax: 21, I, s.
258; 12, s. 74; 11, s.
302-305) Bəzi araşdırıcılara görə, Süruri daha uzun ömür
yaşamışdır: "Sultan
Səlim Təbrizi fəth etdiyi zaman Türkiyəyə aparılmış
şairlər içərisində Süruri
də vardı. Onun türk
şairlərinə böyük təsiri
olmuş, Türkiyədə yüksək
nüfuz qazanmış və orada da vəfat etmişdir". (3, s. 277;
bax: 7, s. 331) Araşdırmalarda hətta Sürurinin Qanuni Süleymana qəzəl həsr etməsi qeydinə
də (12, s. 75) rast gəlinir.
İ.Hikmətin haqlı olaraq bildirdiyi kimi, "nə
Türkiyəyə nə vaxt gəldiyinə
dair bir sərahat, nə
də nə münasibətlə "Şah
İsmayıl vaxtında fövt oldu"ğuna dair qəti və aydın məlumat ala bilirik. Hər halda ölümü 91820
ilə 92621 arasında olmalıdır" (21, s.
258). Bu
mübahisəli məqama Sürurinin Ankara Millət Kitabxanasında 667 nömrədə
qeyd olunmuş
divançasının (34, s. 409) tədqiqata
cəlb olunması və təfərrüatlı təhlili
işıq tuta bilər.22 Ümumiyyətlə
isə təkcə Sürurinin deyil, Şah İsmayıl
sarayına yaxın olub bu Səfəvi hökmdarının himayəsinə
nail olmuş şiəməzhəb,
o cümlədən hürufi
şairlərin şəxsiyyəti ayrı-ayrılıqda
araşdırmaya möhtacdır. Tüfeyli
və Həbibi kimi hürufi
şair Nəbatinin də ədəbi fəaliyyəti
öncə Səfəvi, daha
sonralarOsmanlı dövləti ilə bağlı olmuşdur. Lakin bu hürufi şairin həyat yolu
çağdaşı olan həmməsləklərinə
nisbətən daha kəşməkəşli
olmuşdur. Belə ki,
Nəbati əsir aparılaraq, Ənqürüsdə 23 15 il dustaqlıq həyatı
yaşamışdır.24 Əsarətdən sonra
Niqboluya25 getmiş, İskələdə
26 katiblik etmişdir.
Aşıq Çələbi onun
divanını və nəsr əsərini oxuyub
araşdırdığını, onun bu əsərlərində dustaqlıq həyatından
bəhs etdiyini bildirir
(29, s. 446). Burada Şah İsmayılın tərəfdarı olan təriqət nümayəndələrinin
(hürufilər, nemətullahilər... 27) Çaldıran
döyüşündə iştirakını da xatırlatmaq yerinə düşərdi.
Yuxarıda xatırlatdığımız kimi,
təzkirələrdə hürufilik təliminin
təmsilçisi Sürurinin
Çaldıran döyüşündə həlak olması,
digər hürufi şair
Nəbatinin isə əsir alınması bildirilir.
Bu cəhət
isə Çaldıran döyüşündə Şah İsmayılın tərəfində vuruşanlar arasında hürufilərin də
olması qənaətini qətiləşdirir. Şəxsiyyəti
və Səfəvi sarayı ilə əlaqəsi
baxımından maraq doğuran
digər bir şair Tüfeylidir. Burada
haşiyə çıxaraq bir cəhəti
xüsusilə vurğulamaq istərdik:
Hürufilərin İran ərazisində,
daha doğrusu, Təbrizdəki
fəaliyyətinə, məlum olduğu kimi, Cahanşah
dövründə son qoyulmuşdu.
Təqribən yarım əsr sonra
Şah İsmayılı dəstəkləyən
zümrələr arasında yenidən hürufilər
görünməkdədir və onların bu
dəfə tarix səhnəsinə
çıxması isə Qaraqoyunlular dövrü ilə müqayisədə daha qısa ömürlü
oldu.28 Ümumiyyətlə, bu iki sülaləni - Qaraqoyunlular
və Səfəviləri bir-birinə və hürufilərə
bağlayan cəhətlər az deyildir. Bunlardan
biri də hər iki
xanədanla əlaqələndirilən Tüfeyli
təxəllüsüdür. Biz burada bilərəkdən Tüfeyli təxəllüslü bir şair var
demədik. Çünki Cahan-
şah (vəfatı: 1467) və Şah İsmayıl (hakimiyyətə gəlişi:
1501) dövründə yaşamış Tüfeyli
təxəllüslü şairlərin eyni
bir şəxs olmasını iddia etmək üçün
yetərli dəlillərə malik deyilik. Məlum olduğu kimi, divan şeirində eyni bir təxəllüs bir neçə şair tərəfindən
istifadə oluna bilirdi.
Nəticədə isə bəzən onlardan
birinə aid informasiya
digərinə də şamil olunurdu. Süruri və Tüfeyli təxəllüsünü
daşıyan şairlərin də çox
olması Şah İsmayılın
sarayı ilə əlaqəli bu iki hürufi şairin şəxsiyyəti,
görüşləri və əsərlərinin müəyyənləşdirilməsində
qarşıya problemlər çıxarır.
Cahanşahın dövründə yaşamış Tüfeyli haqqında M.Tərbiyətin
"Danişməndani-Azərbaycan" əsərindən məlumat
alırıq. Müəllif bu şairin şəxsiyyəti və əqidəsi
barədə qısa məlumat verir və
təfərrüata varmadan bu təxəllüslə şeir
yazan bir neçə şairin məlum olmasını qeyd etməklə kifayətlənir (45, s. 246). M.Tərbiyət onun
Cahanşahın məmlüklərindən biri
olduğunu və əmmamə ustası
("dəstarbənd") olmasını bildirir.
Qeyd etməliyik ki, Fəzlullah
da "taqiyəduz" (dərviş
papağı tikən) olmuşdur.
Araşdırmalarda bəzi ardıcıllarının Fəzlullahı
təqlidlə papaqçılıq etməsi barədə
qeydlər də yer alır. Eləcə də
məlum olduğu kimi,
Cahanşahın sarayı və şəxsən özü ilə hürufilərin sıx əlaqəsi
olmuşdur. Lakin bu detallar, təbii ki, həmin Tüfeylinin hürufi olmasını əsaslandırmağa
kifayət etmir və bu
istiqamətdə daha geniş
araşdırma aparılmalıdır. Sonralar
- XVI əsrin başlarında Tüfeyli təxəllüslü
bir şairi Şah İsmayılın sarayında, əsrin
sonlarında daha bir Tüfeylini Türkiyə və Bağdadda görürük.
Təzkirəçilərin haqqında söz
açdığı XVI yüzillikdə yaşamış bu Tüfeyli təxəllüslü
şairlərin eyni bir
şəxs olmaması hər hansı bir
şübhədən kənardır. Belə ki, Şah
İsmayılın 1501-ci ildə dövlətini qurduğu məlumdur və Tüfeyli
təxəllüslü şair 1514-cü
ilədək Səfəvilər sarayı ilə əlaqəli
ola biləcəyindən 29 onunla Əhdinin h.1000\ m.1591-1592-ci ildə Bağdadda şəxsən görüşməsi
mümkün deyildir.
Bu sonuncu Tüfeylinin Diyarbəkir doğumlu
olması və Türkiyədən Bağdada
səfər etməsi Əhdinin təzkirəsindən bəlli
olur. Buna görə də
qətiyyətlə demək olar ki, bəhsini etdiyimiz Tüfeyli təxəllüslü şairlər
eyni bir şəxs deyildir. Maraqlıdır ki,
Cahanşah dövründəki Tüfeyli Fəzlullah kimi
papaqçı, Əhdi Bağdadinin diyarbəkirli
kimi təqdim etdiyi Tüfeyli isə, şeirlərindən də göründüyü kimi,
şiəməzhəb olmuşdur (bax: 23, s. 208). Tüfeyli təxəllüslü şairlər
arasında hürufi olduğu
bilinən isə ədəbi fəaliyyəti Şah
İsmayıl sarayı ilə bağlı olan
və haqqında Sam Mirzənin məlumat verdiyi şairdir. Burada Səfəvilərlə hürufilik
təliminin təmsilçilərinin mürəkkəb
münasibətinə də qısaca nəzər salmaq yerinə düşərdi. Hürufilərin Şah
İsmayıl və Şeyx Səfi xanədanını
tərənnümü əsasında onların bu dövrdə şeyx olaraq Səfəvi hökmdarını
tanıdıqları, Çaldıran döyüşündə
iştirak baxımından isə
onların da qızılbaş birliyinə
daxil olan digər
zümrələr kimi həm də Şah İsmayılın mürid
və əsgərləri olması qənaəti hasil olur. Lakin hadisələrin
inkişafını izlədikdə bu
münasibətlərin Çaldı- randan
sonra fərqli axarda davam etdiyi təsəvvürü
yaranır. İndiyədək araşdırmalarda diqqət
yetirilməyən cəhətlərdən biri
də Səfəvilərlə hürufilərin
ittifaqının nə qədər davam
etməsi məsələsidir. Bir sıra
tədqiqat əsərlərində Şah
İsmayıl hürufiliyin himayədarı
kimi təqdim olunsa da, bunun zaman
sərhədləri müəyyənləşdirilməmişdir.
Zənnimizcə, bu əlaqələr uzun müddət davam etməmiş
və elə onun hakimiyyəti
dövründə də sona yetmişdir. Bu ehtimalımızı həmin xanədanın digər
nümayəndələrinin dövründə hürufiliyin bir təlim və
ya siyasi hərəkat
kimi fəaliyyətindən bəhs edilməməsi
təsdiqləyir. Ümumiyyətlə, XVI yüzilliyin
başlarında Səfəvilər batini yönümlü hərə- katların
yaxından iştirakı və dəstəyi ilə siyasi arenada yer aldığından ilk
dövrlərdə onların himayə edilməsi
müşahidə olunur. Xətai
şeirində hürufilik təliminin
nümayəndələrinin, eləcə də bu dövrdə hürufiliklə sintez halında olan qələndəriliyin
vəsfi, bu təriqətlərin fəlsəfi
görüşlərinin ifadəsi, öncə də qeyd etdiyimiz kimi, həm də məzhəbi-siyasi məqsədə
xidmət edirdi. Lakin bu
hərəkatların təmsilçiləri ilə Səfəvi
xanədanının sonrakı nümayəndələrinin
münasibətləri haqqında bunu demək
mümkün deyildir.
Ümumiyyətlə, Səfəvilərlə təriqətlərin
bağlılığının zəifləməsi ikitərəfli
proses olaraq
görünməkdədir. Bir tərəfdən, Çaldıran
döyüşündən sonra o zümrələrin Səfəvilərə
etimadı müəyyən anlamda zəiflədi,
digər tərəfdən, iqtidarın da
onlara ehtiyacının tədriclə
azalması nəticədə təriqətlərin bu dövlət üçün
önəminə mənfi təsir etdi.
Bu dəyişiklik
istər batini təriqətlərin
nümayəndələri və sufi
şeyxlərin şaha
baxışında, istərsə də, əksinə, Səfəvi
xanədanının təriqətlərə münasibətində
özünü göstərir.30 Səfəvi
xanədanının hakimiyyətə yiyələndiyi ilk illərdə Şah İsmayıl ilahi
məzhər olaraq qəbul olunurdu (2, s. 47), lakin mənbələrdən məlum olduğu kimi, bu təsəvvürlər Çaldıran
döyüşündən sonra nisbətən
sarsılmış və getdikcə zəifləmişdir. (bax: 9, s. 299- 300). Sonrakı dövrlərdə digər Səfəvi hökmdarlarının
çevrəsindəkilər tərəfindən "ilahi məzhər" kimi
qəbulu ənənə üzrə davam
etsə də 31, buna Şah
İsmayıl dövründəki güclü
və səmimi etiqadın ifadələrinə rast gəlinmir.
Səadət Şıxıyeva
Olaylar.- 2020.- 23-24 yanvar.- S.12.