Səfəvilər dövründə hürufilik və nöqtəvilik

 

 

Sürurinin divanı günü- müzədək gəlib çatsa da, öncə də qeyd etdiyimiz kimi, Azərbaycanda tədqiqatdan kənarda qalmışdır. Göründüyü kimi, qızılbaşlıq hərəkatının tərkib hissələri və ünsürlərindən olan hürufilik Səfəvi deyil, Osmanlı imperiyasında özünə əlverişli və münbit zəmin tapdı və yayıldı. Burada yazıya alınan çoxsaylı əsərlərdə hürufilik ideyalarının ifadəsi və təbliği bu dediklərimizi təsdiqləyir. Bəzi hürufi şairlərin artıq Şah İsmayılın sağlığında Anadoluya üz tutması və bu təlimin

nümayəndələrinin Osmanlı torpaqlarında fəallığı ənənəvi təsəvvürlərdən fərqli qənaətlər yaradır. Belə ki, bir çox tədqiqatçılar Osmanlı imperiyası sərhədləri daxilində batini hərəkatların fəaliyyə- tini, o cümlədən hürufilik ideyalarının təbliğini Səfəvilərin siyasətinin nəticəsi sayırlar. Halbuki bu təlimin nümayəndələrinin hələ Şah İsmayıl dövründə Osmanlı torpaqlarına gedişi, bu gedişin məcburi və ya könüllü olmasından asılı olmayaraq orada məskunlaşması, sonrakı Səfəvi hökmdarları dövründə onların Azərbaycan və İranda fəaliyyəti barəqaynaqlarda bəhs edilməməsi və Səfəvilər dövlətinin sərhədləri daxilində təriqətlərin fəaliyyətinin məhdudlaşdırılması bu iddiaların yenidən nəzərdən keçirilməsi, Səfəvilər dövləti və Anadoluda batini hərəkatların münasibətindəki yaxınlığın və qarşılıqlı təsirin zaman və məkan sərhədlərinin müəyyənləşdirilməsi zərurətini yaradır. Hürufiliyin İran torpaqlarında mövcudiyyət biçimini izlədikcə, ümumiyyətlə, bu təlimin fəaliyyətinin ziqzaqvariliyi diqqəti çəkir: özünəqədərki batini cərəyanların bir sıra cəhətlərini ehtiva edən hürufilik uyğunmünbit şərait yarandıqda üzə çıxıb açıq fəaliyyətə başlamış və şərait açıq fəaliyyət üçün uyğun olmadıqda qeyri-leqallığa üstünlük vermişdir. Hürufilərin Qaraqoyunlular dövründə açıq fəaliyyəti, Cahanşah dövründəki qətliamdan sonrakı böyük bir zaman fasiləsindən sonra - Şah İsmayılın hakimiyyəti dövründə təkrar üzə çıxması və gənc hökmdarı dəstəkləməsi bu deyilənləri təsdiqləyir. Görünür, Ağqoyunlu dövründə uyğun zaman yetişənədək İranda gizli olaraq görüşlərini yayanqoruyan hürufilər Şah İsmayılı hakimiyyətə gətirmək üçün açıq fəaliyyətə keçmişlər. Bu hürufilərin bir qismi Səfəvilərin gənc rəhbərini Türkiyədən müşayiət edərək gələnlər arasında da ola bilərdi. Başqa sözlə, ehtimal şəklində belə söyləmək olar: Şah İsmayılın çevrəsindəki hürufi şairlərin və ümumiyyətlə, hürufi zümrələrin bir qismi Anadoludan Şah İsmayılı müşayiət edərək İrana gəlmiş35, digər qismi isə İranda gizli olaraq görüşlərini yayanqoruyan hürufilər olmuşdur. Tə- əssüf ki, Şah İsmayılın çevrəsindəki hürufilərin coğrafi mənsubiyyətini məlum tarixi qaynaqlara istinadən təyin etmək çətindir. Lakin Şah İsmayılı dəstəkləyən zümrələrin batini görüşlərin daşı- yıcıları olması, hürufiliyin bu fikri axınlardan biri olması, şahın açıq bir şəkildə hürufi şeyxlərini tərənnümü, onların görüşlərinə dərindən bələdliyi, sarayında hürufi şairlərin yer alması, hətta məliküş-şüəranın (Həbibi) belə hürufi əqidəli şair sayılması, hürufilik təlimi mənsublarının Çaldıran döyüşündə iştirakı bu münasibətlərin tarixi keçmişi olması qənaətini yaradır. Nəhayət, Şah İsmayıl və hürufilər bəhsini yekunlaşdırarkən bunu da qeyd etməliyik ki, bu Səfəvi hökmdarının sağlığında - Çaldıran döyüşündən sonra hürufi şairlərin taleyi müxtəlif səbəblərdən Osmanlılarla bağlanır və onların bir qismi, artıq qeyd etdiyimiz kimi, yaranmış siyasi durumun nəticəsində Anadoluya məcburi və ya könüllü gedişindən asılı olmayaraq, orada məskunlaşır. Bu zümrəyə Səfəvilərin marağı itdikdən sonra isə İranda qalan hürufilərin gizli fəaliyyətə keçərək, görüşlərini qoruduğunu ehtimal edirik. Çünki bu torpaqlarda özəyi qorunan hürufiliyin bəzi görüşləri sonralar Səfəvi Şah Abbasın dövründə nöqtəvilikdə üzə çıxdı və hürufiliyin fikri zəmini bu təlimin yaranmasına əsas təşkil etdi. Şah Abbasın dövründə nöqtəvilərin kütləvi qırğınından sonra bu təlimin təmsilçiləri aktiv fəaliyyət səhnəsindən çəkildilər 36 , böyük fasilədən sonra isə hürufilik və nöqtəvilik düşüncəsi yeni biçimdə - babilik və bəhailiyin tərkibində üzə çıxdı. Son iki təriqətin ciddi təqib olunmasına baxmayaraq, XIX və XXe yüzilliklərdə Makuda qaraqoyunluların (41; 10, s. 371-430), İranın bir sıra məntəqələrində digər əhli-həqlərin37 görüşlərində bu təlimlər fikir həyatını davam etdirdi. 2. Səfəvilər və nöqtəvilər: siyasi-məzhəbi maraq ayrılığı Ümumiyyətlə, hürufilərin siyasi mübarizə tarixini araşdırmamız nəticəsində belə bir qənaətə gəldik ki, bu təlimin nümayəndələrinin siyasi gücə yiyələnmə niyyəti hər zaman müəyyən bir iqtidar sahibinin himayəsində gerçəkləşmişdir və onların müstəqil hakimiyyət istəyi açıq və konkret bir biçimdə görünmür. Bununla belə, istər Qaraqoyunlular, istərsə də Teymurilər tərəfindən onlara qarşı hakimiyyət çevrilişi iddiasında olma ittihamı irəli sürülmüşdür. Hürufilərin belə bir gizli istəyi əslində mümkün idibu, batinilərin mehdi haqqındakı təsəvvürlərindən qaynaqlanırdı. Mehdinin zühuru anlayışı altında kütləvi iğtişaşlarsosial ədalətin bərpası niyyəti ilə mövcud hakimiyyətin dəyişdirilməsi nəzərdə tutulduğundan hürufilərin belə bir iddiasının ola biləcəyi - şünülürdü. Belə bir niyyət Şah İsmayılın dövründə hürufilərin, I Şah Abbasın dövründə isə nöqtəvilərin görüşlərində daha ön plana çıxdı. Adı bir sıra üsyanlarla əlaqələndirilsə də, hürufiliyin siyasi fəaliyyət və mücadilə tarixindən onların niyyətlərinin çox zaman öncədən bilinərək qarşısının alındığı qənaəti hasil olur. Hürufiliklə bəzi ortaq cəhətlərə malik olanbu təlimlə əlaqəli fikri cərəyanlardan birinin də nöqtəvilik olması məlumdur. Fəzlullahın xəlifəsi olduğu bildirilən Mahmud Pasixani tərəfindən bünövrəsi qoyulan nöqtəvilik bir sıra görüşlərini hürufilikdən əxz etmişdir. Bu təlimin mürşidinin bəzi mülahizələrində daha artıq ifrata varması (bu barədə bax: 19, s. 566-567) müşahidə olunur. Hürufilik tarixdə daha çox üsyankar və iğtişaşçı bir cərəyan kimi tanınsa da, onun müəyyən anlamda xələfi olan nöqtəviliyin ilk üsyan təşəbbüsü I Şah Abbasın dövrünə təsadüf edir. Amma Cahanşah dövründə hürufilərin məruz qaldığı uğursuzluğa bu dəfə nöqtəvilər düçar olurlar. Şah Səfi dövründə daha bir üsyan cəhdinə baxmayaraq, Səfəvi-nöqtəvi qarşıdurması daha çox I Şah Abbasbu dövrdə nöqtəvilərin mürşidi olan Dərviş Xosrov Qəzvininin adı ilə bağlıdır. Maraqlıdır ki, I Şah Abbasın taxta çıxmasından bir neçə il öncə nöqtəvi olaraq fəaliyyətə başlayan Dərviş Xosrov38 daha əvvəl qələndəri olmuşdur. Artıq qeyd etdiyimiz kimi, XVI yüzillikdə qələndərilikdə hürufilik görüşləri sintez şəklində yer alırdı. Bununla belə, Dərviş Xosrovun təbliğ etdiyi nöqtəviliyin sinkretik görüşlər üzərində deyil, hürufiliyin daha ilkin fikri zəmini üzərində qurulması bu düşüncələrin birbaşa hürufilikdən alınması təsəvvürünü yaradır. Dərviş Xosrovun bioqrafiyasından məlum olan bəzi detallarda da hürufiliyin mürşidinin ya- şam tərzinə bənzərlik görmək mümkündür. Belə ki, Dərviş Xosrovun da Fəzlullah kimi uzun müddət məsciddə oturaraq öz ideyalarını təbliğ etdiyini görürük. Dərviş Xosrovun ayrıca təriqət mərkəzinin rəhbəri olmasına baxmayaraq, onun da XV yüzilliyin birinci yarısındakı bir çox hürufi kimi "dərviş" adlandırılması diqqətimizi çəkdi. Şəxsiyyəti və görüşləri nə qədər mənfi planda təqdim olunsa da, ona aid tarixi faktlardan dini biliklərinin mükəmməl olması qənaəti hasil olur. Şeyx Bədrəddin və Fəzlullahın nəvəsi Əmir Nurullah kimi şah qarşısında üləma ilə mübahisədə Dərviş Xosrovun üstün gəlməsi (bax: 42, s. 473-474) mühüm bir göstəricidir. Sonda hökmdar onun görüşlərində şəriətə zidd heçgörmür. Bu cəhət isə nöqtəvi şeyxinin dini elmlərə kifayət qədər, həm də dərindən bələd olduğunu göstərir. Ardıclıları ilk öncə İranda gözə dəyən bu təlim, qənaətimizcə, hürufiliyin bir qolundan törə- mişdir. Belə ki, tənasüxə inanannamaza təklif qalmadığını iddia edən bir qrup hürufi (bu barədə bax: 24, s. 80, 81, 83-85, 86, 88, 91), ehtimal ki, zamanla nöqtəviliyin zəminini yaratdı. Bir sıra əsərlərdən bu da bəlli olur ki, İranda bəzən "nöqtəvilər" deyilərkən hürufilər nəzərdə tutulmuşdur: دیباچه پیکرش نشد حرف پذیر گر نقطویانش بپرسند رواست (sitat: 46, s. 152) (Onun yüzünün yazısını39 hərflə 40 (vəsf etmək) mümkün deyil, Onu nöqtəvilərdən soruşmaq uyğundur). Nöqtəviliyin təmsilçiləri ilə I Şah Abbasın münasibətinin diqqətlə təhlili maraqlı nəticələrə gətirdi. "Aləmarayi-Abbasi" müəllifi İsgəndər bəy Türkmanın (Münşi) qeyd etdiyi kimi, I Şah Abbas nöqtəvi böyüklərindən Dərviş Xosrovun yerləşdiyi təkyəyə aradabir gedərək, söhbətlərində iştirak edirdi.41 Təbiət etibarilə təmkinli olan Dərviş Xosrov deyil, onun müridlərindən olan Yusif Tərkeşduz42 və Dərviş Kiçik Qələndər böyük iddialarda olduqlarını açıq söylədiyi üçün Şah Abbas həqiqəti anlayır, narahat olur və onların həbs olunması əmrini verir. (bax: 42, s. 474) Dərviş Xosrovun hələ Şah Abbasın taxt-taca sahib olmasından bir neçə il əvvəl nöqtəvi olaraq fəaliyyətə başlaması43, bu işdən çəkindirilməsi, bir ara dini elmləri öyrənməklə məşğul olması, Şah Abbasın taxta çıxmasından etibarən tədriclə yenidən nöqtəviliyə dönməsi və nəhayət, bu Sə- fəvi hökmdarının cülusunun44 VII ilində onun bir sıra müridi ilə həbs olunması hadisəsi (bu barədə bax: 42, s. 474) həm onun uzun müddət nöqtəvi olaraq fəaliyyət göstərməsi, bu illər ərzində çox sayda tərəfdar toplaya biləcəyi, həm də nöqtəvilərlə Şah Abbasın əlaqəsinin uzun müddət davam etməsi qənaətini yaranır. Nöqtəvilərin nəyi açıq söylədiyi və aşkara çıxması ilə şahı onlara qarşı çevirən və hiddətləndirən səbəbin nə olduğu "Aləmarayi-Abbasi"dən bəlli olmur. Amma bu təlimin mehdilik etiqadı və minillik dövr anlayışına istinad edərək, gizli niyyətin məhz qiyam olduğunu ehtimal etmək olar.

 

Olaylar.- 2020.- 28-29 yanvar.- S.15.