Qəribə üçlük və cazibədar Sofiya

 

 ("Paralel dünyalar" silsiləsindən)

 

... Biz orda qalmışdıq ki, mən bağçada gəzən qrafla gözəl xanımı göstərib soruşdum.

-O xanım kimdir?

 

 

Qulluqçu gözləmədiyim cavabı verdi:

-Qrafın xanımı.

- !?

Mən onlara baxdıqca  bir neçə il əvvəli - 1827-ci ilin hadisəsini xatırladım...

... Faytonda gedirdik. Üç nəfər idik. Məsafəni qısaltmaq üçün bir-birimizin başına gələn maraqlı əhvalatlar danışırdıq. Ən yadımda qalanı "De la Frans" qəzetinin bir zamanlar müxbiri olmuş adam oldu. O, qocalsa da yaraşığını itirməmişdi. Hiss olunurdu ki, bir zamanlar qadınlar arasında "serdtseyed" (canalan) kimi tanınırmış. Adını unutduğum həmin adam belə bir hadisə söylədi:

-Bir dəfə Fa əyalətinə ezamiyyətə getmişdim. Əslində bu ezamiyyət yox, bir səfər idi. Məqsəd gördüklərim eşitdiklərim maraqlı əhvalatları qələmə almaq idi. Amma ən maraqlı əhvalat mənim başıma gəldi. Mehmanxanaya düşmək istəyirdim ki, bir nəfər məni faytonun pilləsindəcə qarşıladı dedi ki, qraf Hafinyo (ad şərtidir) öz malikanəsinə dəvət edir. O belə hesab edir ki, əziz qonağın mehmanxnada qalması onun üçün qəbahət sayıla bilər. , onu deyim ki, mən bir neçə dəfə Fa əyalətindən keçib getmişdim qraf Hafinyo ilə yolüstü bir ziyafətdə iştirak etmişdim. Bu dəfə mənim Fa əyalətinə səfərim barədə qəzetimiz məlumat vermişdi. Ona görə mənim bura gəlişimdən elə ilk xəbər tutan da qraf Hafinyo idi.

Məni qarşılayan şəxs özünü qrafın eşikağası kimi təqdim elədi təkidlə öz karetasında əyləşdirdi.

Qraf Hafinyo gözəl arvadı məni qarşıladı. Arvadının gözəlliyi barədə eşitmişdim indi gözlərimlə gördüm. Qrafinya Sofiyanın yumru sifəti, sarı saçları iri yaşıla çalan gözləri vardı. Əyninə kip geydiyi vertuqettası (donu) belinin incəliyini qabardırdı.

Qullquçuya buyurdular ki, məni qonaq otağına aparsın. Çünki iki gündü yol gəlmişdim. Yuyunmağa istirahətə ehtiyacım vardı.

Qonaq otağının pənərəsi bağçaya açılırdı. Bağçada xırda çarhovuz vardı, ətrafına xırda heykəlciklər quraşdırılmışdı.

Bir az yatandan sonra qulluqçu məni şam yeməyinə dəvət elədi.

Uzun stolun ətrafında daha bir kişi vardı. Qraf Hafinyo onu mənə yaxın dostu kimi təqdim elədi dedi ki, o, artıq bir neçə gündür ki, burdadır demək olar ki, qəsrin sevimli müsafirlərindən biridir.

Biz süfrə ətrafında ordan-burdan danışdıq. İtalyanlarla sərhəddə baş verən xırda anlaşılmazlıq, İngiltərə kraliçasının yeni məşuqu barədə söhbət etdik insan azadlığının mənəvi fiziki cəhətlərini araşdırdıq. Məlum oldu ki, məndən başqa hər üç həmsöhbətim azad cinsi həyatın tərəfindədirlər. Mənə elə gəldi ki, bu "azadlığa" qrafın öz plantasiyasından istehsal edilmiş "Hafinya + Sofiya" şərabının da təsiri var.

Qüllədəki gecə zəngi vurulanda hərəmiz öz otağımıza çəkildik. Onu da deyim ki, mənim çarpayım həddən artıq geniş idi mən bunu qonağa xüsusi hörmətin əlaməti kimi qəbul elədim...

Gecə qəribə hadisə baş verdi... Təfərrüratı danışmayacam. Onda ayıldım ki, qrafinya Sofiya  çarpayının yanında diz üstə çöküb.

O, alt köynəyində idi, amma çırağın işığında ağappaq bədəni, iri yumru döşləri döşlərinin çəhrayı gilələri belə görünürdü. Qrafinya utanıb çəkinmədən mənə:

-Olarmı, sizinlə bir az oynaqlaşaq?

Elə bildim ki, yuxu-görürəm. Gözlərimi ovuşdura-ovuşdura qalxıb çarpayıda oturdum. Bu, yuxu-zad deyildi. Qrafinya doğrudan da qarşımdaydı əlini tumanıma salımışdı

Mən təzə evlənmişdim arvadıma xəyanət barədə düşünmürdüm .  Mən dedim ki, bu, qəti ola bilməz. Bu, mənim həm bir xristian kimi təbiətimə yaddır, həm olduğum evin sahibinə xəyanət edə bilmərəm.

Amma qrafinya öz işindəydi.

Mən qrafinyanı geri itələdim sıçrayaraq ayağa qalxdım.

-Siz istəyirsiniz!? -deyə bağırdım. -Mən heç vaxt siz deyəni etməyəcəm.

-Xoşunuza gəlmirəm? -deyə qrafinya heç olmayıbmış kimi soruşdu.

-İş bunda deyil, -deyə kəkələdim...

-Siz, deyəsən, məni düz başa düşmədiniz.

-Bəs onda istəyirsiniz?

-Gərək sənə hər şeyi başa salım, -deyə qrafinya yenidən əlini o yerə uzatdı...

Mən yenidən etiraz elədim. Ancaq onu da etiraf edim ki, nəfsim mənəvi prinsiplərimi üstələyirdi.

-Sakit olun, əziz, dost. Mən indi hər şeyi sizə başa salaram. İş burasındadır ki, hər şey siz gördüyünüz düşündüyünüz kimi deyil. Qraf Hafinya ilə biz beş ildir ki, evliyik. Bizim evliliyimizin kökü hələ anadan olmamışdan əvvəl qoyulub. Biz evlənəndə məlum oldu ki, qrafın kişiliyi yoxdur, yəni cinsi zəifliyi var. Ona görə heç kimə bir söz demədik. Sonradan qraf etiraf elədi ki, onun uşaqlıq dostu cənab Eyya da eyni mərəzə tutulub onlar bir-birilərindən həzz almağa öyrəşiblər söz veriblər ki, heç vaxt ayrılmasınlar. Qraf atasının təkidi ilə mənə evləndi əsl alicənab kimi mənə hər şeyi anlatdı, dedi ki, mən xoşuma gələn istənilən kişiylə gizli eşq macərası yaşaya bilərəm. Amma mən namuslu qadınam. Ona görə bu yolu seçmədim. Sonra biz qərara gəldik alicənab bir adamdan bizim varisimiz olsun. Ona görə səni seçdik.

-Mən bakirəyəm, əziz, dost, inanmırsan yoxlaya bilərsən. Hamilə olana kimi burada qalacaqsan...

O, doğrudan da bakirəydi...

Adını unutduğum həmin adam burda söhbətini kəısdi.

"Bəs sonra, sonra oldu?" -deyə mən hövsələsizlik elədim.

-Heç . Hər şey öz axarı ilə getdi. Mən onların arzusuna tabe olmuşdum.

Sonradan biz dəfələrlə markizlə qrafın sevgi macəralarının şahidi olduq, amma mən onlara tamaşa etmirdim.

Mənə mülkləri kəndləri gəzmək, maraqlı əhvalatları toplayıb qəzetə göndərmək üçün imkan yaradılmışdı. Sevimli arvadıma da yazmışdım ki, işlərim çox olduğuna görə ləngiyirəm. Amma qayıdanda yaxşı pulumuz olacaq. Şərtlərdən biri beləydi...

Bir gün gəzintidən qayıdarkən əşyalarımın qablaşdırıldığını gördüm.

-Sofiyanın ürəyi bulanır sizi görmək istəmir. Getmək üçün hər şey hazırdır, -deyə eşik ağası mənə sevinclə bildirdi...

Yola düşərkən həm sevinir, həm kədərlərnirdim. Sevinirdim ki, nəhayət öz Emmama qovuşacam, kədərlənirdim ona görə ki, bir cazibədar şəhvətli Sofiyanı görməyəcəm...

Yanvar, 2020

 

 

Elçin Hüseynbəyli

 

Olaylar.- 2020.- 28-29 yanvar.- S.10.