Səfəvilər dövründə hürufilik və nöqtəvilik

 

Belə ki, bir çox nöqtəvinin edam və ya həbs edildiyi h. 1002-ci ildə (m. 1593/1594)45 baş verən hadisələrin təhlili I Şah Abbasın bir üsyanın qarşısını aldığını düşünməyə əsas verir. Hadisələri müqayisəli təhlilimiz nəticəsində belə bir qənaətə gəldik ki, Səfəvi hökmdarı bu qiyamı baş verməmiş yatırtmağı bacarmış, bunu olduqca tədbirli və qeyri-ənənəvi bir biçimdə etmişdi. Bu hadisənin təfərrüatlı təhlili "Aləmarayi-Abbasi" müəllifi İsgəndər bəy Münşinin haqqında məlumat verdiyi hadisələrin qaynaqda vurğulandığı kimi ulduzların hərəkəti ilə bağlı olmadığını üzə çıxardı. Belə ki, nöqtəvilərin gizli tutduqları və açılınca şahı qeyzləndirən məsələnin mehdinin zühuru adı altında qiyam planı olması hadisələrin sonrakı cərəyanından bəlli olur. Nöqtəvilərin bu əhvalatı mahiyyət etibarı ilə ilk öncə Teymurilərlə ittifaq bağlayan, sirri açıldıqda edam olunan Fəzlullahla əlaqəli hadisəni də xatırladır. I Şah Abbasın Loristana getməsindən öncə nöqtəvi böyüklərindən Dərviş Xosrovun və tərəfdarlarından böyük bir qrupun tutulması, dinsizlikdə təqsirləndirilməsinə baxmayaraq, məhz Yusif Tərkeşduzun xalqın yanında "şah" elan olunması işlərin üzünün fərqliliyindən xəbər verirbir çox baxımdan sual doğurur. İsgəndər bəy Münşi nə qədər qapalı yazsa da, üç günlük hakimiyyətə gətirilən bu nöqtəvinin haqqında deyilənlərdən onun hakimiyyət hərisi olması, I Şah Abbasın onun dilindən hakimiyyət iddialarını anlaması, sarayda olduğu müddətdə Yusufi-Tərkeşduzun ev dustağı olması bəlli olur. İsgəndər bəy Münşi "Aləmarayi-Abbasi"də dolayısı ilə olsa da, bu nöqtə- vinin aldadıldığına işarə edir: این بیچاره عاقبت کار خود را فهمیده آن سه روز را فراغت گذارانید. (42, s. 475) (O biçarə işini başa düşdüo üç günü sakit oturdu). Qaynaqda I Şah Abbasın hakimiyyətdən çəkilərək Yusif Tərkeşduzu yerinə taxta oturtması və sonunda bu nöqtəvinin ölümünün ulduzların hərəkəti ilə əlaqələndirilməsi, ardınca nöqtəvilik hərəkatının öndə olanlarının çeşidli bəhanələrlə tək-tək edam olunması Səfəvi hökmdarın mənafeyinə xidmət edirüsyan baş verməmiş qarşısı alınır. Belə məlum olur ki, Yusif Tərkeşduzu üçgünlük hakimiyyətə gətirmə I Şah Abbasın zahiri güzəşti idi. Bu üçgünlük hakimiyyət əvəzlənməsindəm öncəki və sonrakı bir çox hadisələr qiyam qorxusundan xəbər verir. İsgəndər bəy Münşinin ifadəsi ilə desək, ilhadı ilə digərlərindən irəlidə olan Yusif Tərkeşduzun46 seçimi təsadüfi deyildi. Mətndəki pərakəndə və çox üstüörtülü ifadələrdən belə bu təriqətin xalq arasında nüfuzluqorxunc bir qüvvəyə çevrildiyi bəlli olur. Yalnız bu kontekstdə şərh olunarkən mülhid birinə görə Şah Abbasın öz taxt-tacından imtina etməsinin və onu öz yerinə taxta oturtmasının səbəbi aydın olur. Əgər məqsəd tək bir günahkarı cəzalandırmaq və nəticədə "ulduzları aldatmaq" idisə, niyə həmin uğursuz günlər bitdikdən sonra da nöqtəvi böyükləri və təmsilçilərinin təqibi davam edir, dərhal bu hadisənin ardınca Dərviş Xosrov mühakimə edilərək edam olunur? Digər mərkəzlərdəki başçılar da tək-tək öldürülür. Həm də bu, xalq qarşısında deyil, bəzən gizlində edilir, məsələn, şəhərdən - İsfahandan çıxarılaraq Xorasan yolunda öldürülürlər. (bax: 46, s. 476) Əgər nöqtəvilərin təqibinə əsas verən onların dini görüşləri idi, onda niyə bu məsələ təkcə din xadimlərinin mühakiməsinə verilmirya onlar xalqın gözü qarşısında edam edilmirdilər? Orta çağ qaynaqlarına səpələnmiş məlumatlardan bu təlimin bəzi nümayəndələrinin mühakiməsində Şah Abbasın şəxsən iştirakı da aydın olur. Bunu da qeyd etməliyik ki, "Aləmarayi-Abbasi"də bu geniş planlı tədbirlərin qiyam qorxusundan qaynaqlanmasına müəyyən işarələr yer alır: "Qoy, məsciddə yaşamasın və avam camaatın ağlı gödəklərini yanına toplamasın" (42, s. 474). "...Tabelikdə olan məmləkətlərdə ("məmalik-e məhruse") onların çoxalması və yolunu azması üzə çıxdı" (42, s. 476). "Üləma şəriətə əməl edərək (o) məhəlin yolunu azmış cahil adamlarından ehtiyatlanaraq, həbs qərarı verdi" 47 (bax: 42, s. 476) və s. Ehtimal ki, ilk illərdə Səfəvilərə böyük ümidlər bəsləyən hürufilərin xəyalı puça çıxdıqdan sonra müxalifət yolunu tutmuş, onların bir qolundan törəmiş nöqtəvilər 48 artıq fərqli mehdibaşqa ilahi zühur axtarmışlar. Şah Təhmasibin dövründə Məhəmməd Şirzad Pasixaninin üsyanı (46, s. 147), adı açıqlanmayan Səfəvi hökmdarının (ehtimal ki, II Şah İsmayıl) ətrafına çox adam yığışmaması barədə Dərviş Xosrova xəbərdarlığı, Şah Abbasın cülusunun VII ilində gizli üsyan hazırlığı, nəhayət, Şah Səfi dövründə Dərvis Rzanın mehdilik iddiası ilə üsyan qaldırması belə düşünməyə əsas verir. Dərviş Xosrov və tərəfdarlarının həbsi və qətlinin üsyan cəhdi ilə bağlılığını sübut edən digər bir cəhət də Şah Abbasın bu hərəkatın çeşidli şəhərlərdəki (Qəzvin, Kaşan, İsfahan...) başçıları və öndə olanlarını edam etdirdikdən sonra dərhal bir sıra islahatları həyata keçirməsidir. (Məzdəkilik, Alafirəng hərəkatı, hürufilik, nöqtəvilik, babiliks. cərəyanların üsyanlarının qarşısı alındıqdan sonra hakimiyyətin islahatlar keçirməsi barədə bax: 46, s. 109-110) Əslində gənc yaşda olan Şah Abbas, eləcə də ixtiyar yaşlı və təcrübəli münəccim Mövlana Cəlaləddin Yəzdi nöqtəvilərlə onların öz oyun qaydaları ilə oynamış və mövcud çətin vəziyyətdən çox ağıllı düşünülmüş bir gedişlə çıxmışdılar.49 Niyə bu hadisə ulduzların hərəkəti ilə əlaqələndirilir, dinya siyasət adamlarına deyil, - nəccimə müraciət edilir sorğusuna cavab verəcək olsaq, bildirməliyik ki: İslam aləmində batinilər və şiələr qədimdən bəri iqtidarın hakimiyyətinin yıxılacağı vədini verməklə münəccimlik öncəgörmələri pərdəsi altında simvolik hərf və rəqəmlər əsasında plan cızmışlar (46, s. 51). Məsələn, hürufiliklə bir sıra ortaq cəhətlərə malik "İxvanüs-səfa"da da şər əhlinin məğlub olacağı, xeyir əhlinin isə qalib gələrək dövlətini quracağı fələklərin - çərxin dövretməsi ilə əlaqələndirilirdi. (bax: 46, s. 51) Ehtimal ki, nöqtəvilər də nücum elminə əsaslanmaqla xalqı yeni zühurun gəlişinə inandırmışdılar. Hürufilikdə də mehdinin zühuru Nəsri-teyr adlı ulduzun hərəkəti və onun minillərlə sayılan dövrü ilə əlaqələndirilirdi (13, s. 403). Belə ki, təkcə nöqtəvilikdə deyil, İranda fəaliyyət göstərmiş digər təriqətlərdə də münəccimliyə meyl gözə çarpır.50 Nöqtəvilikdə, eləcə də bu təlimin sələfləri (şüubilik, ismaililik, qərmətilik, hürufilik...) və xələfləri (babilik, bəhailik...) minillik dövr, min ildə bir dəfə görünən ulduzilahi zühur anlayışı olmuşdur. (bax: 19, s. 569-570)

Qənaətimizcə, əslində qiyam hadisəsi növbəti ildə - 1003-cü ildə baş verməli idi. Bu, nöqtəvi Xacə Nəsirin aşağıdakı şeirindən məlum olur: در الف و ثالثین دو قران می بینیم، از مهدی و دجال نشان می بینیم. یا ملک شود خراب یا گردد دین، سری است نهان و من عیان می بینم. (sitat: 46, s. 111) (Min üçdə iki yaxınlaşma51 görürəm, Mehdi və Dəccaldan əlamət görürəm. Ya mülk52 dağılacaq, ya din dönəcək, Gizli bir sirdir və mən aşkar görürəm). Ə.Z.Qaragözlünün qeyd etdiyi kimi, səfəvilik təriqətinin başlanğıcından etibarən hz. Qaimə yaxın zühurun vədi verilmişdi (46, s. 150). Bu çevrələrdə formalaşmış nöqtəvilər də batini və şiələrin bənzər ("mutəşabihə") ibarələrinin qəlibində vəd olunmuş zühurun yaxınlığını və yeni dövrün başladığını müjdə verirdilər (46, s. 51). Nəhayət, nöqtəvilər hicri tarixlə minilliyin başında qiyam fikrinə düşdülər (46, s. 157-158). Bu üsyan cəhdi batinilərin görüşlərində xüsusi yeri olan minillik dövr anlayışından qaynaqlanırdı. Həmin təlimin nümayəndələri Şah Abbasın idarəsində olan bölgələrdə uğursuzluğa uğradıqdan sonra da minilliyin başlarında zühur edəcək mehdi etiqadından əl çəkmədilər. Onların bir qismi Hindistana üz tutdu. Orada nöqtəvilər Teymurilər sülaləsindən olan Cəlaləddin Məhəmməd Əkbər şahın yaxınlarından olan Şeyx Əbülfəzl ilə əlaqə qurdular (42, s.476) və Əkbər şahın yanına gedərək, təlqin sonunda onu minilliyin vəd olunmuş başçısı olduğuna inandırdılar (bax: 46, s. 41). Nəticədə birbaşa hakimiyyətə yiyələnə bilməyən nöqtəvilər onlara rəğbət bəsləyən Əkbər şaha sığınmaq və dolayısı ilə onun siyasi gücündən yararlanmaqla gizli niyyətlərini qismən də olsa, həyata keçirə bildilər. Bu cəhət isə Səfəvi dövlətinin ilk illərində Şah İsmayıl-hürufi münasibətlərini yada salır. Qeyd etməliyik ki, Şah Abbasın ulduzların "göstərişi" ilə taxt-tacdan müəyyən bir müddətə uzaqlaşması və yerinə nöqtəvilərdən olan Yusif Tərkeşduzu hakimiyyətə gətirməsi (42, s. 474- 475) şüubi-ismaili-şiə çevrələrindən olan Zeydanın görüşlərini xatırladır: "Ulduzların və planetlərin seyri islamın siyasi-məzhəbi həyatının sona çatdığını və İranın (=Sasanilərin) din və dövlətinin geri qayıtmasını göstərir..." (43, s. 245). Zeydanda nəzəri şəkildə mövcud olan düşüncələr nöqtəvilərin görüşlərində daha aktiv fazaya keçdi (19, s. 554). Göründüyü kimi, "nöqtəvilər də dərvişlik libasında şahlıq axtarır və Səfəvilərlə rəqabətdə müəyyən bir şəkildə hakimiyyət qurmaq istəyirdilər". (bax: 46, s. 22) Burada onu da qeyd etməliyik ki, Səfəvilərin nöqtəvilərə münasibəti yalnız nifrət üzərində qurulmamışdı. Məsələn, II Şah Abbas həmin təriqətin dərvişlərindən Dərviş Baba Kəlbəlini himayə etmişdi. (bu barədə bax: 46, s. 149) İsgəndər bəy Münşi Şah Abbas dövründəki nöqtəvi qətliamından sonra bu təlimin bəzi nümayəndələrinin ölkədən Hindistana qaçdığını53 və ya gizlinə çəkildiyini, eləcə də onların görüş- lərinə (tənasüx) son qoyulduğunu yazırsa da (42, s. 477), Şah Səfi (ö. 1051/1642) dövrində bu təlimin - qısa bir müddət də olsa - yenidən canlandığını görürük. Bu dövrdə Qəzvində Dərviş Rza adlı bir nöqtəvi mehdilik iddiası ilə üsyan qaldırdı, amma sonda məğlub olduedam edildi (h. 1041 / m. 1631) (bax: 46, s. 150; 26, s. 203). H.H.Ballı haqlı olaraq qeyd edir ki, Səfəvilərdən sonrakı dövrlərdə də bu təlimin izlərini görmək mümkündür. Babiliyin qurucusu Mirzə Əli Məhəmməd Bab (ö. 1266 / 1850) Makuda həbsdə olarkən nöqtəvi görüşləri ilə tanış olmuş, "Bəyan" adlı kitabına birbaşa bu doktrinaları daxil etmişdi. (26, s. 203) Nöqtəvilərin Səfəvilər dövlətindəki fəaliyyəti ziqzaqvarı xarakterliliyi ilə hürufiliyi xatırlatsa da, Şah Təhmasibdən II Şah Abbasadək bir neçə Səfəvi hökmdarının adı ilə bağlılığı, başqa sözlə, hürufiliyə nisbətən daha uzunömürlülüyü onu sələfi hürufilikdən fərqlənir.

Nəticə

Bu məqalədə Şah İsmayılın dövründə hürufilərin daha çox ədəbi, Şah Abbasın dövründəki nöqtəvilərin isə siyasi yönümlü fəaliyyətindən söz açdıq. Amma Səfəvilər dövründə hürufilərin siyasi, nöqtəvilərin isə ədəbi fəaliyyəti də olmuşdur. Artıq qeyd etdiyimiz kimi, orta əsrlər mənbələrində hürufilərin Səfəvilər dövründəki fəaliyyətinə dair məlumatlar dağınıq şəkildə və dolayısı ilə ifadəsini tapmışdır. Məqalə boyu yeri gəldikcə onların siyasi xarakterli fəaliyyətinə də diqqəti çəkdik. Nöqtəvi əqidəli şairlərin əsərlərindən isə bəzi farsca orta çağ qaynaqlarında yeri gəldikcə bəhs olunmuşdur54 və bu faktiki materialın mövcudluğu problemin araşdılmasına şərait yaradır. Əgər orta əsrlər tarix kitabları (əsasən, İsgəndər bəy Türkmanın əsəri) Səfəvilərin nöqtəviliyə baxış bucağını əks etdirirsə, nöqtəvilərin ədəbi mirası həm onların dünyagörüşünü, həm də o dövrün hadisələrinə təlimin nümayəndələrinin baxışını açıqlayır. Bununla belə, nöqtəvi-Səfəvi münasibətlərinin ədəbiyyatda inikası, bu istiqamətdə geniş təhlil və dəyərləndirmə böyük həcmli bir tədqiqat əsərinə mövzu ola biləcəyindən burada həmin problemlərdən bəhs etmədik. Sonda bunu da qeyd etməliyik ki, ümumiyyətlə, iqtidar sahiblərinin hürufilərə olduğu kimi, nöqtəvilərə münasibətində də sabitlik olmamışdır. Müqayisə üçün qeyd edək ki, Əmir TeymurŞahruxun hürufiliyə münasibəti mənfi, Miranşahın dəyişkən (öncə dostluq, sonra düşmənçilik) olmuşdur. Əmir Teymurun nəvəsi Uluğ bəy Fəzlullahın nəvəsi Əmir Nurullaha rəğbət bəsləmiş- dir.55 Teymurilərdən olan Əkbər şah hürufilərlə əlaqəli nöqtəviləri himayə etmişdir. Qaraqoyunlu Qara Yusif hürufilərlə müttəfiq olduğu halda, onun oğlu İsgəndər Mirzənin bu təlimin nümayəndələri ilə münasibəti ziddiyyətli olmuşdur.56 Çərkəz məmlüklərindən Şeyx əl-Müəyyəd Nəsiminin ölüm hökmünü imzaladığı halda, digər Çərkəz sultanı Qansuh əl-Quri (Qansuh əl-Qavri) (XVI) bir qalibiyyəti şərəfinə Nəsiminin türbəsini bərpa etmişdi (bu barədə bax: 17, s. 129). Səfəvilərdən Şah İsmayıl ilk dövrlərdə hürufiləri himayə etdiyi halda, Şah Abbas bu təriqətin içindən çıxmış nöqtəvilərlə əvvəl yaxın münasibətdə olmuş, onların etiqadının siyasi yönünü anladıqdan sonra isə ağır cəzalandırmışdı. Şah Abbas 7 il bu təriqətlə yaxın münasibətdə olsa da, sonda onların hakimiyyət iddiasını görüb bir qismini edam, bir qismini həbs etdirmişdir. Bəziləri isə təqibə görə ölkəni tərk etməyə məcbur olmuşdular.

 

Səadət Şıxıyeva

 

Olaylar.- 2020.- 30-31 yanvar.- S.12.