Abid Tahirli: “Mart soyqırımı tariximizin qara səhifələrindən biri, erməni xislətinin göstəricisidir”

 

 

Azərbaycan XX əsrdə başına gətirilən müsibətlər, faciələrdən daha birinin ildönümü ərəfəsindədir. Söhbət 31 mart-Azərbaycanlıların Soyqırımı Günündən gedir. 1918-ci ilin martında erməni-daşnak birləşmələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımın dəhşətləri, o dövrdə cərəyan edən proseslərə nəzər salmaq üçün Mart qırğınları haqqında maraqlı tədqiqatları ilə də tanınan  filologiya elmləri doktoru Abid Tahirli ilə söhbətləşdik.

 

-Abid müəllim, erməni daşnaklarının 1918-ci ilin mart ayında Azərbaycanın müxtəlif regionlarında həyata keçirdikləri soyqırımın əsas mahiyyəti, məqsədi nədən ibarət idi?

 

-Əvvəla onu qeyd edim ki, xalqımızın tarixində və taleyində misli görünməmiş Mart faciəsinin əsl mənzərəsi, mahiyyəti on illərlə gizlədilmiş, saxtalaşdırılmışdır. Tarix elmləri doktoru Ataxan Paşayev bu barədə "Açılmamış səhifələrin izi ilə" kitabında haqlı olaraq yazır ki,  Bakıdakı qanlı Mart hadisələri sovet dövrü tarixçiləri tərəfindən tarixi faktların və sənədlərin əksinə olaraq, bu qırğını bir millətin başqa millətə qarşı ədavəti nəticəsində həyata keçirdiyi soyqırımı siyasəti deyil, ümumrusiya vətəndaş müharibəsinin tərkib hissəsi, sovet hakimiyyəti uğrunda bolşeviklərin mübarizəsi və onların əksinqilab üzərində böyük qələbəsi kimi təqdim edilmişdir. Bununla belə, elavə etmək yerinə düşərdi ki, "sovet dövrü tarixçiləri" xorunda erməni ah-zarı, naləsi ilə pərdələnmiş özünəməxsus bir saxtakarlıq da diqqəti cəlb edir. Yalnız üzdəniraq "partiya və dövlət xadimi, alimpedaqoq, kommunist və vətəndaş" (Henri Azatyan) Con Kirakosyanm "Gənc türklər tarixin məhkəməsi qarşısında" (Yerevan, "Ayastan" nəşriyyatı, 1986-cı il) kitabını  vərəqləmək kifayətdir ki, tarixin nə qədər təhrif edildiyinin, qərəzlə qələmə alındığının şahidi olasan.

 

Sovet rejiminin və xəstə erməni təxəyyülünün məhsulu olan bu cızma-qarada əslində mənfur rus-ingilis siyasətinin alətinə çevrilənlərə - ermənilərə qarşı regionda, guya, ardıcıl şəkildə genosid həyata keçirildiyi qələmə alınır, erməni terrorçular, qatillər, başkəsənlər, qaniçənlər isə, "xalq qisasçıları" adı ilə oxuculara təqdim edilir, guya Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərə divan tutulduğu həyasızcasına qeyd olunur.

 

Mart qırğını ilə bağlı həqiqət yalnız son illərdə söylənilməyə başlanıb. Azərbaycan Respublikası Prezidentinin 1998-ci ildə imzaladığı Fərmana uyğun olaraq, həmin vaxtdan hər il 31 Mart Azərbaycan xalqının soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanlarının xatirəsi yad edilir. Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar mühüm sənədlər qəbul edib, beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərini tanımasını, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli tədbirlər görülməsini xahiş edib. Yeri gəlmişkən, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfındən də 1919 və 1920-ci illərdə martın 31-i milli matəm günü kimi qeyd olunmuşdur.

 

Sualınıza gəlincə qeyd etmək istərdim ki, Leninin Cənubi Qafqaz üzrə Fövqəladə Komissar təyin etdiyi S. Şaumyanın çirkin niyyətləri Tiflisdə baş tutmadıqda, o, Bakıya gəlir. Moskva nökərinin burada geniş fəaliyyət göstərməsi üçün şərait nisbətən qənaətbəxş idi. 1918-ci ilin əvvəllərində V.İ.Lenininİ.V.Stalinin imzaladıqları bədnam 13 nömrəli dekretlə Moskva Türkiyənin 6 vilayəti hesabına Qafqazda Ermənistan hökuməti yaratmaq niyyətini güdürdü. Bu oyunla Moskva ermənilərə istinadən Qafqazda yerləşmək istəyirdi. Eyni zamanda Şaumyan, Arakelyan, Ter-Mikaelyan, Saakyan Astraxan, Petrovsk, Krasnovodskİran yolu ilə cəbhədən dönən erməni alaylarını Bakıda toplayır, onlarla ruslardan ibarət "Qızıl Ordu" təşkil edirdi. Bu yolla yaradılan və sırf ermənilərdən ibarət mütəşəkkil "Qızıl Ordu"nun başına cəllad Avakyan keçmişdi. Məhz bu qüvvə ilə 31 Mart qırğını törədilmişdi. Bu qətliamla 3 gün içərisində 15 min günahsız azərbaycanlının qanı axıdılmış, mülklər, xanimanlar yerlə-yeksan edilmiş, hər tərəf qana qərq olmuşdu. Tam 3 gün 3 gecə yerdən, göydən və dənizdən Bakıya bombaqumbaralar yağmışdır. Bu qətliam Bakı ilə məhdudlaşmamış, Şaumyan, Avakyan, Arakelyan, Amazaps və Lalayanın "qızıl qəhrəmanları", öz təbirləri ilə desək, "Türkiyənin Bakı cəbhəsini yardıqdan" sonra üzü şimala - Qubaya, qərbə - Şirvana və cənuba - Muğan və Lənkərana keçərək on minlərlə azərbaycanlını qılıncdan keçirmişlər. Şərqi Azərbaycan Respublikası başdan-başa od içində yanırdı". Şamaxıda Əmiryan, Salyan, Muğan, Lənkəran və Astarada Lalayan və onların çətələri "ev-ev dolaşaraq olmazın həyasızlıqlar edir, əhalini qılıncdan keçirir, qadın və qızlara işgəncələr verirdilər.

 

Erməni vəhşiliyini gözləri ilə görən əcnəbi şahid nəql edir ki, öldürmədikləri qadınların saçlarını bir birinə bağlayaraq çılpaq bir şəkildə küçələrə sürüyür, bədənlərinə tüfəngin qundağı ilə zərbə endirirdilər. Heç kimə rəhm etmirdilər: uşaqlar kimi ixtiyarlara da aman yox idi.

 

-Ermənilərin qudurğanlığına, Qafqazda bu dərəcədə əl-qol açmasına rəvac verən amillər hansılar idi?

 

-Rus-yapon müharibəsinin qızğın vaxtında fürsətdən istifadə edən erməni terrorçular xüsusi ilə fəallaşmışdılar. İş o həddə çatmışdı ki, onlar rusları da hədəfə alırdılar. C.Hacıbəyli yazır ki, başlarını itirmiş nüfuzlu ruslar çıxış yolu axtarırdılar. Beləliklə, ruslar "dahi" ideyalarını - "parçalahökm sür" prinsipini işə saldılar və müsəlmanlarla erməniləri üz-üzə qoydular.

 

C.Hacıbəyli qeyd edir ki, qırğın bir müddət sonra başa çatsa da, kiçik bir hadisədən hər an yenidən od tutub alışmağa hazır idi. Belə də oldu. 1918-ci ildə ermənilər Bakıda, Azərbaycanın digər bölgələrində xalqımıza qarşı tarixdə görünməmiş vəhşilik törətdilər. Bu qırğın Qafqazın yenidən bolşeviklər tərəfindən ələ keçirilməsinə yardım etdi. Hər iki cəbhənin şovinistləri etiraf edirdi ki, sovetləşmədən sonra bu regionda qırğının olmaması onu deməyə əsas verir ki, bu xalqların böyük kütləsi münaqişədən kənardır və qırğın siyasət adamları tərəfindən törədilmişdir.

 

Mart qırğınından bizi bu gün 100 ildən çox vaxt ayırsa da, yara hələ də qaysaq bağlamayıb, əksinə, daha da böyüyüb, on minlərlə azərbaycanlı erməni gülləsinə tuş gəlib, on minlərlə kvadrat-metr torpaqlarımız ötən illər ərzində işğal olunub. Görünən odur ki, ermənilər işğalçılıqdan və vəhşilikdən əl çəkmək istəyində deyillər.

 

 -Abid müəllim, bəs hansı mənbələrdə Mart qırğınları ilə bağlı materiallara rast gəlinir?

 

-Mart qırğınlarına dair materiallara mühacirlərin yazdığı məqalə və memuarlarda- Ceyhun  Hacıbəylinin "Bir il xəyallarda... və bütöv bir ömür",  Mirzə Abay Dağlının  "Onlar türklərdi", Hüseyn Baykaranın  "Azerbaycan istiklal mücadelesi tarixi", Məhəmməd Altunbayın "Hürriyyətə uçan türk" və bədii-publisistik nümunələrdə kimi mühacir mətbu orqanlarda  təsadüf edilir. Sovet hakimiyyəti illərində mart soyqırımının əsl mahiyyətinin ciddi cəhdlə xalqdan gizlədildiyini, tarixi hadisələrin  saxtalaşdırıldığını, mənbələrin məhv edildiyini nəzərə alsaq, mühacirlərə məxsus materialların bu gün nə qədər böyük əhəmiyyət kəsb etdiyi aydın olar. Bu baxımdan mühacirət və ümumən Azərbaycan mətbuat tarixinin ən şərəfli, döyüşkən nümunələrindən olan "Yeni Qafqasya","AzərTürk", "Odlu yurd", "Bildiriş", "İstiqlal", "Qurtuluş", "Azərbaycan", "Mücahid" və s. kimi.  mətbu orqanlarda  dərc olunan yazılar xüsusi ilə diqqəti çəkir və mühüm əhəmiyyət kəsb edir.

 

-Bəs, Mart qırğınları ilə bağlı tədqiqatlar Sizi qane edirmi?

 

-18 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  tərəfindən imzalanan "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncamdan sonra tariximizin ciddi təhrifə uğramış bu səhifələrini yenidən, həqiqət meyarları ilə işıqlandırmaq baxımından  xeyli tədbirlər həyata keçirilib, müəyyən təqdirəlayiq işlər görülüb.  Milli Elmlər Akademiyası Tarix İnstitutunun, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun  əməkdaşları və digər mütəxəssislər Mart soyqırımı ilə bağlı dəyərli elmi-tədqiqat işləri həyata keçirib, bu mövzuda məqalələr dərc olunub, kitablar nəşr edilib.  Bu cəhətdən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 2019-cu ildə buraxılan "31 Mart - tariximizin faciəli səhifəsi" məqalələr toplusunu yüksək dəyərləndirirəm. Amma bunlar kifayətdirmi? Fikrimcə yox! Bu sahədə görülməli işlər çoxdur. Dövlət Arxivlərində, xarici ölkələrdə Mart soyqırımına dair xeyli materiallar var, həmin mənbələr müasir tələblər baxımından bir daha nəzərdən keçirilməlidir. Bir-iki  fakt deyəcəyəm. Elmi dövriyyədə Mart qırğınları zamanı həlak olanların sayı barədə bir-birindən çox fərqli rəqəmlər yazılır. Bu , yolverilməzdir. Təqribi hesablamalar hesabına olsa da,  bir rəqəmin üstündə dayanılması vacibdir. Mart qırğınlarının coğrafiyası haqqında səhih məlumatların hazırlanması da aktualdır. Tariximizin bu acı, ağır səhifəsi istər orta, istərsə ali təhsil müəssisələrində daha dərindən tədris edilməlidir.

 

 -44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunmuş torpaqlarımızda bütün dünya növbəti dəfə erməni vandalizminin şahidi oldu. Bu vəhşiliklə Mart qırğını arasında bir əlaqə, bağlılıq varmı?

 

- Azərbaycan xalqının tarixində və taleyində Son 200-də xalqımızın milli kimliyini, istiqlalsevərliyini, parlaq zəkasını və qəhrəmanlığını təsdiq edən çox  əlamətdar tarixi  hadisələr olmuşdur: İşğaıçılara qarşı illərlə, on illərlə davam edən üsyanlar, mücadilərlər, müqavimətlər olmuş, nəhəng tarixi şəxsiyyətlərimiz yetişmişonlar bəşər elminə, mədəniyyətinə, ədəbi-mədəni xəzinəsinə layiqli tövhələr vermişlər. Amma bunların içərisində  44 günlük Vətən müharibəsi  onun tarix səhnəsinə çıxardığı Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı İlham Əliyev xüsusi yer   tutur. O ki qaldı sualınıza, əslində müharibələr tarixində görünməmiş bu vandalizm birbaşa erməni xislətinin növbəti təsdiqi, həm də Mart qırğınlarının, ondan əvvəlki bütün cinayətlərinin davamı və sonrakı vəhşiliklərinin məşqi idi.

 

-Mart qırğınlarından və ümumiyyətlə ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərdən hansı nəticələri, tarixi dərsləri çıxarmalıyıq?

 

- "Şərq məsələsi"ndə çirkin alət kimi istifadə olunan ermənilər havadarlarının hərtərəfli siyasi, ideolojimaddi yardımı ilə mənfur və məkrli niyyətləri, sonu görünməyən ərazi iddiaları ilə tarixin ayrı-ayrı dövrlərində -  xüsusi ilə 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və müstəqilliyin ilk illərində xalqımıza qarşı dəhşətli cinayətlər, qətliamlar, qırğınlar, terror aktları törətmiş,  sovet rejiminin repressiyasürgün siyasətinin həyata keçirilməsinə rəvac vermiş, on minlərlə azərbaycanlını qanına qəltan etmiş, yüz minlərlə soydaşımızı doğma ocağından didərgin salmış, şəhərləri, kənd və qəsəbələri  yandırmış, viran qoymuşlar. Əlbəttə, bütün bunlardan xalqımız çox ciddi nəticələr çıxarmalıdır. Erməni məkri, hiyləsi, xəyanəti, fahişəliyi, oğurluğu, ikiüzlülüyü, terroru, yalanı haqqında çox yazılmış, çox deyilmişdir.

 

Xalqımızın taleyinə nə tarixi, nə milli xarakteri və düşüncə tərzi, nə ədəbi-mədəni, nə də etnik- antropoloji  baxımdan Qafqazla heç bir bağlılığı olmayan mənfur və vəhşi tayfa ilə qonşuluq düşmüşdür.

 

 

Süleyman İsümayılbəyli

Olaylar.- 2021.- 2-8 aprel.- S.8.