“Qərbi Azərbaycanın  sakrak coğrafiyası” silsiləsindən - Dağ Borçalının  tarixi, maddi və mənəvi ocaqları  (XVIII yazı)

 

 

Bütöv Azərbaycanın qərb bölgəsinin quzey-dağlıq hissəsini əhatə edən Dağ Borçalı mahalı (təqribən 3 min kv.km-ə qədər sahə) 1920-ci ildən sonra "Ermənistan SSR" adlanan qondarma inzibati-ərazi qurumunun tərkibinə daxil edilərək Türkiyə, Yunanıstan, Fransa, Suriya, RF-nın KrasnodarStavropol diyarlarından köçürülmüş hay sürülərinin məskunlaşdırılmasına başlanılmışdır. Nəticədə Qərbi Azərbaycanın bu ərazilərin çoxəsrlik sakral həyat tərzinə yabançı hayların yaşadığı Ağbulaq, Qoturkənd, Şahnəzərli, Sərçəkənd... kəndləri yaranmışdır.

 

Dağ Borçalı mahalı Qərbi Azərbaycanın şimal hissəsini tutur, aran Borçalı ilə (Başkeçid nahiyəsinin Yırğançağ, Hamamlı, Muğanlı, Saatlı, Qamışlı...kəndləri ilə, "Molla Eyyublu dərəsi" boyunca) həmsərhəddir. Tarixən biçənək-qıpçaq, sak-səlcuq, oğuz-qaraparaq tayfalarının qədim-qaim yurdlarına ünvan olan Sarvan çayının hövzəsi, Dəlidağ-Naltökən dağlarının və Ovdərəsinin vadiləri, Şəmsəddilli-Pəmbək düzənliyi (e.ə.III miniliyə aid yaşayış yerləri), geniş Muradlı yaylaqları, yüzlərlə yaşayış məntəqələri... əski, kökənli müsəlman-türk əhalisinin sakral-irfani irsinin zənginliyi ilə də seçilən mahala aiddir.

 

Bu baxımdan Dağ Borçalı mahalının Pəmbək nahiyəsinin (1937-1991-ci illərdə Kalinin rayonu, 1991-ci ildən sonra Taşir adlanıb, sahəsi 692 kv.km, əhalisi 35 min nəfər) İlməzli, Qızıldaş, Övliya (1950-ci ilə qədər Molla Eyyublu adlanıb, sonra isə təhrif edilərək Evli deyilib), Təzəkənd, Qaraisa, Qaraqala, Qızıl Şəfəq (Cucikənd, böyük türk hökmdarı Çingiz xan Yesugey bahadır oğlunun (1162-1227) böyük oğlu Cuci xanın (1185-1227) adını 1950-ci ilədək yaşadan), Dəmirçilər, Şiştəpə, Ballıkənd, Gözəldərə, Ağbulaq... kəndlərinin dini-maddi və mənəvi dünyagörüşü (əski qəbir ocaqlarının duyğusallığı, ziyarət məqamları, qədim ruhlar məkanına təsəvvüf ruhunda qovuşuq mərasimləri, dini təqvalarının özəlliyi) ilə bağlı tarixi məlumatların zəngiliyi ilə fərqlənir, həm də bu yerlərdə tanınmış din xadimlərinin adları çəkilir, ruhani fəaliyyətləri barədə indi də danışılır.

 

Bölgənin dini-ruhsal ocaqlar sırasında Pəmbək düzündə (Naltökən dağı yaxınlığında) Sarı Baba ocağı, Ovdərəsində Hacı Xəlil Baba ziyarətgahı nəinki yerli inanclı-möminlərin, eləcə də aran Borçalı və Qarayazı-Qazax mahalının da camaatının ibadət məkanları, dini mərasimlərin keçirildiyi məkanlar (məqamlar) olmuşdur. Bu mərasimlərdə tanınmış müridlər, dərvişlər Yunus İmrədən (1240-1321) zikrlər ("Yəmən illərində Veysəl Qərani"), türk-müsəlman övliyası Veysəl Qəraninin hədislərini-ruhsal deyimlərini oxuyardılar, sufi filosofu Mövlana Cəlaləddin ər-Ruminin (1207-1273) hikmətli-irfani kəlamlarını (nəsihətlərini, tapşırmalarını) təkrarlayardılar, Qarabağın-Qərbi Azərbaycanın məşhur dini həzrəti Mir Həmzə Seyid Nigari Seyid Rüxnəddin Əfəndi oğlunun (1802-1886) təriqət yolunu ("təriqətüş-şüttar" təlimi ilə insani eşq, cəzbə, vəcd, şövq, zikrfikir vasitəsi ilə Uca Tanrıya qovuşmaq amaclı təsəvvüf dünyagörüşünün təlqini) "canlandırardılar". Bu mərasimlərdə bölgənin tanınmış mürşidləri, müridləri, xəlifələri, dərvişləri, inanclı-imanlı möminlər, duyğusal-ruhsal təsəvvüf yiyələri iştirak edərdilər, Seyid Nigari ocağının müridi olmuş, Qazax nahiyəsinin Aslanbəyli kəndinin şeyxi Hacı Mahmud Əfəndinin (1835-1896, şirvanlı Mövlanə İsmayıl Səracəddin əfəndinin (1782-1853) müridi, Sufi təriqətinin Nəqşibəndi silsiləsinin "Xalidi" qolunun yayıcısı, Seyid Mir Həmzə Nigarinin seçkin xəlifələrindən biri) dini fikir-əməl ardıcılları kimi.

 

İlməzli kənd sakinləri Lələ oğlu Allahverdi (1866-1956), Sofu (Sufi) oğlu Əhməd (1895-1975), Şeyx Rüstəm Mustafa oğlu, Çavuş Abdulla (1898-1986), Xainallı Kazım (1857-1937), Hacı İdris Nəsib oğlu (1886-1960), Mustafa Ömər oğlu (1910-1984), Qara Mirzəli oğlu (1887-1965), qardaşı Əhməd (1910-1992), Nəriman Məhəmməd oğlu (1926-1996) ...(el-obanın tanınan müridləri, dərvişləri...də onların arasında idi).

 

Bu cür mərasimlər bir mahalın dini-sakral şöləni kimi yaddaşlarda indi də qorunub-xatırlanır (tanınmış şair-publisist İsmayıl Mustafa oğlu İlməzlinin (1948) "Od üstündə Səma rəqsi" məqaləsi (2017) bu mərasimlərin və dini təriqətin tarixinə, ruhsal-sakral dünyagürüşünün təhlilinə həsr edilmişdir), müqəddəs xalq-dini gələnəyi kimi qiymətləndirilir.

 

İlməzli kəndinin irfan-ruh sahibi Şeyx Paşa Kazım oğlu (1837-1898) Hacı Mahmud Əfəndi ilə nəinki dost, həm də duyğusal-mistik bağlılığı olub. Hacı İdris Nəsib oğlunun söyləməsinə görə, bir dəfə Şeyx Paşa Gümrü nahiyəsindən qayıdanda (kömür aparıb duza, avadanlığa dəyişib gətirəndə) yolda Əfəndinin səsi ona agah olur: "ay Paşa, mənə qəhvədan ala gətir."

 

Geri qayıdır, Əfəndinin istədiyini alır və gətirir Aslanbəyli kəndində Mürşidinə çatdırır...

 

Şeyx Paşanın oğul nəvəsi Şəmistan Əziz oğlu Kazımov (1925-1990) Dağ Borçalı mahalında ilk Ali Partiya təhsili almış, erməni ədəbiyyatından dərs demiş, uzun illər ərzində nahiyə Mədəniyyət Evinə başçılıq etmişdir.

 

Sarvan çayı hövzəsindəki Naltökən, Qaraxaç, Dəlidağ-Axçalı dağlarının yüksək alp çəmənlikləri (Çapıq, El yeri, Əyri qar dərəsi...) nəinki təbiətin duyğusal oylaqları idi, həm də qonşu tərəkəmə elatının (Qaraçöp, Qarayazı, Yırğançağ... qəflət-köçünün) ilahi ruhunun sığınacaqı kimi müqəddəs-ruhsal məkanlar olmuşdur.

 

Naltökən dağnın yaxınlığında (7-8 km-lik məsafədə) Qaraqala kəndinin günbatanında 1.5 km aralıdakı Dəlidağ və Ovdərəsi yaylaqlarında Hacı Xəlil ocağı, ona bitişik X-XII əsrlərə aid qədim qəbirstanlıq (2000-ə qədər mamırlaşmış qəbir daşları) ziyarətgah idi. Bu qəbir daşları naxışlı-yazılı, üzərində qoç, silah təsvirli olub. Hacı Xəlil ocağında (yaşı XIX əsrdən hesablanır) qırmızı daşdan olan bir qəbirin (hündürlüyü 2,5 m, eni 60-80 cm) üstündə qurban kəsilərdi, namaz qılınardı. Ocağın ətrafı daş barı (hündürlüyü 3 m-ə çatan, ölçüsü 6 m x 6 m) ilə, ona bitişik isə üstü örtülü 2 otaq (eni-uzunu 4 m x 5 m) ilboyu zəvvarların ziyarət-ibadət yeri idi.

 

İbtidai insan-hay sürüsü bu qəbirləri söküb-uçuraraq dünyadan köçənlərin qızıl-gümüş miraslarını, zinyət əşyalarını yağmalamış (əski dövrün dəfn mərasimlərinə uyğyn qəbirlərə basdırılan), X-XV əsrlərə aid yazılı-naxışlı qəbirüstü baş və sinə daşlarını qarət edib İrəvan və Üçmüəzzin şəhərlərinə aparmışlar-1988-ci ildən sonra (bu barədə Gürcüstan mənbələrində 1989-1990-cı illərdə məlumat verilmişdir).

 

Kəndin aşağı hissəsində, günçıxanda digər qəbirstanlıqda da uçulub-dağılmış dairəvi gümbəz (diametri 6-7 m, hündürlüyü 12 m) qalmışdır, ortasında iki qəbir, üstü lay daşlarla örtülü. Bu gümbəzin kimə məxsus olması məlim deyildi.

 

Hay kilsəsinin rəzil, nifrin xisləti müsəlman-türk dünyasının iki min illik tarixə uyar bu müqəddəs məkanın yer üzündən silinməsinə 1958-1961-ci illərdə rəvac vermişdir. Belə ki, Gümrü-Pəmbək şəhərləri arasındakı 125 km-lik avtomobil yolunun çəkilişində Qaraqala kəndinin hər iki qəbirstanlığının qəbir daşlarını söküb-üyüdərək çınqıl-qırıntı halında istifadə edilmiş, müqəddəs məkanların izini silinib yox olunmuşdur.

 

Sufi, irfan-kəramət sahibi olan Hacı Xəlil Baba (Qərbi Azərbaycanda Baba, Sarı Baba, Hacı Mahmud əfəndi və Hacı Xəlil Baba qardaşlar və ibadət edilən övliya olublar) ömrünü tərəkəmə elatı arasında keçirdiyi, "Ov dərəsi" yaylağında (İlməzli kəndinin quzeyində, 7-8 km aralıda) binə qurduğu barədə el arasında yayılan deyimlərdən birionun vəsiyyəti və qəbrinin yeri ilə bağlıdır. Deyilənə görə Baba vəsiyyət edib ki, dəfn edildiyi məkanı heç kimə bildirməsinlər, çünki aran Borçalıdan bu yerlərə gəlib-getmək çətindir. Amma, Babanın qəbrinin yerinin üzə çıxması ilə bağlı bir el deyimi vardır.

 

Kürqırağı İlməzli kəndindən olan Hacı Alı ağa Hacı Mahmud əfəndini "Ov dərəsi" yaylağına dəvət edib, qonaq saxlayıb bilən arxadaşlarından, yaxınlarından bir nəfər həmişə gəlib onu ziyarət edərmiş. Bir dəfə bu ibadətləri keçirəndə qonaq qaldığı evin sahibi də müqəddəs ocağın yerini bildikdən və Baba barədə bilmədiklərindən agah olandan sonra həmin ocaq el-oba ziyarətgahına çevrilmişdir.

 

Aran Borçalının Kəpənəkçi, Qaraçöp, Qarayazı elatından, Qazax, Ağstafa nahiyələrindən gələn zəvvarlar əsasən Cümə günlərində ibadətlərini keçirərdilər. Zəvvarlar bir neçə gün əvvəl İlməzli kəndinə gələr və bu dini mərasimə hazırlaşardılar.

 

İlməzli kəndi həm də tarixən dini-elmi biliklərin tədrisi ilə məşhur olmuş, görkəmli dinelm xadimlərinin doğma yeri olmuşdur. Öz evində Quranı və dini bilikləri tədris edən Cümə məscidinin mollası Kazım Xainallının ("hər uşağa bir yumşaq şillə vurardı kı, ustadını unutmasın") şagirdlərindən molla Mustafa Balakişi oğlu (1907-1989), Allahyar Osman oğlu (1894-1980), molla Hacı Xəlil Məhəmməd oğlu (1928-2018)... sonrakı dövrlərdə həm də din təbliğatçıları, dini mərasimlərin elmi təhlilçiləri olmuşlar. Sonralar Məhəmməd İsa oğlu Səmərqənd Ali Ruhani Məktəbində yüksək dini təhsil almışdır.

 

Qızıldaş kəndindən isə Mehdi Muhammad oğlu Buxara Ali Dini məktəbini bitirmiş, bölgənin tanınmış din xadimi kimi hörmət qazanmışdır.

 

Bir tarixi faktı qeyd edək ki, aran Borçalı mahalının tərəkəmə elatının, dini-irfani əhlinin müqəddəs yerləri olan bu məkanları-yaylaqları 1958-ci ildən sonra ibtidai insan-hay sürülərinin ixtiyarına verdilər, bu yerlərdən müsəlman-türk əhalisinin izini silib, yox etdilər.

 

Dağ Borçalının dini-irfani ocaqlarının Molla Eyyub dərəsi boyunca yayılması tarixi-mistik ruhun müqəddəs məkanı, ərazisi kimi xalqımızın irfani yaddaşında qorunub saxlanılması təsadüfi deyil. Belə ki, DağAran Borçalı mahallarını əhatə edən bu vadidə xristianlığa qədərki, Alban, müsəlman-türk mədəniyyətinin yer üzündə nişanəsi kimi nəsildən-nəsilə saxlanılan müqəddəs qəbirstanlıqlar Molla Eyyub dərəsinin ayrı-ayrı hissəsində, qədim yurd yerlərində qalmaqdadır.

 

SoyuqbulaqQaraqala kəndləri arasında "Mehdi çapılan yer"də, İlməzli kəndindən 1-2 km qərbə doğru aralı "Şərifoğlu yeri"ndə, Hacı Xəlil ocağına yaxın "Şadınoğlu düzü"ndə, "Qotaz təpə"də, Ov dərəsinin üst hissəsindəki (ayrı-ayrılıqda 3-10 km məsafədə) aran Borçalının əski yurd yerlərində ("Qarayazı yaylağı"nda, Kəpənəkçi, Sarıcallı camaatının obalarında) olan qəbirstanlıqların qəbir daşları sivri, oval şəkildə, üstündə yumru daş kündə olub (əksəriyyəti Axçallı daşlarından idi, boz-kül rəngində), boyu 1,5-2 m-ə çatırdı. Yazıları ərəbcə, baş daşlarında at, qılınc, Quran, çomaq təsvirləri... olmaqla.

 

Bölgənin sakral irsinin zənginliyi xalqımızın dini dünyagörüşünün nə dərər qədim tarixə malik olmasını göstərməklə yanaşı, həm də Qərbi Azərbaycan bölgələrinin dini əsaslarının bütöv Azərbaycan timsalında elmi-nəzəri baxımından qiymətləndirilməsi zəruriliyini qarşıya qoymuşdur.

 

(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Dağ Borçalı mahalının Pəmbək nahiyəsinin Ülməzli kənd sakinlər İbrahim İskəndər oğlunun (1941) və İmamhüseyn Camal oğlu Təhməzovun (1959) məlumatlarından istifadə edilmişdir.)

 

Qismət Yunusoğlu,

 

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.- 2021.- 9-15 aprel.- S.20.