“Azərbaycanın sakral
coğrafiyası” silsiləsindən
Qarabağın incisi
Şuşanın dini-irfani və ruhsal-mənəvi...
zənginliyi
IX yazı
Soy kökü ilə Krım yarımadasının kökənli xəzər-qıpçaq türklərinin xələflərindən olan (Krım türkləri, etnoleksik-fonetik və dialekt təhrifinə uğrayaraq "karaimlər" adlanır) Kim Naumoviç Bakşi 2013-cü ildə Moskva şəhərində "Ərsaxın ruhani inciləri" kitabını nəşr etdirmişdir (bu kitabın təqdimatı müəllifin iştirakı ilə 2014-cü ilin may ayında Şuşa şəhərində keçirilmişdir). Əski türk kökənli K.Bakşi hay kilsəsinin və sürüsünün tarixi keçmişi barədə həm də "Qartal və qalxan", "Tale və daş", "Müqəddəs Lazarın dirilməsi" kitablarının müəllifi, 20 bölümlü "Metanadaran" televiziya filminin həmmüəlifi kimi "erməni xalqı və dövləti" qarşısındakı xidmətlərinə görə Dövlət və Beynəlxalq F.Nansen adına mükafatlara layiq görülüb.
Bütöv Azərbaycanın zəngin milli, tarixi-coğrafi, maddi və mənəvi irsinə, xalqımızın dini-irfani, ruhsal-sakral dünyagörüşünə, onun yazılı xəzinələrinə qarşı minilliklərcə mürtəce hay kilsəsinin hücumları davamlı surətdə davam etdirilməkdədir. İbtidai insan-hay sürüsünün bu qəsbkar, riyakar xislətli xəstəliyinə nəinki özləri, həm də yad millətdən olanlar da (fransız mənşəli rus etnoqrafı-tarixçi İ.İ.Şopenin (1798-1870) "Erməni vilayətlərinin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidələri" əsəri (1852); arxitektor-tarixçi N.M.Tokarskinin (1892-1977) "Erməni arxitekturasının tarixi, IV-XIV əsrlər" (1961) kitabı; polyak hüquqşünası-yazıçısı Tomas Lex Buçekin "Erməni analarının cəlladı: Sumqayıt soyqırımı, 1988-ci il", "Azərbaycanın ermənilərə qarşı hərbi cinayəti. Ərsak-2020" kitabları; polşalı rəssam Vladislav Çaxurski rəsmlərində Qarabağ xalçalarını "erməni" irsi kimi təsvir etmişdir; MƏR-da nəşr edilən "Əl-Əhrəm Weekly" qəzetinin siyasi icmalçısı Sayed Abdel-Meqid, Beynəlxalq Abidələr Fondu-World Monuments Fund ...) yoluxmuşdur, təbii ki, hay kilsəsinin dindən uzaq şirnikləndirici, şeytani təlimləri-təşviqləri sayəsində. Adlarını yazar, yazıçı, siyasətçi, tarixçi, ictimai xadim... qoyan haysevərlər Qarabağ bölgəsinin təbii-coğrafi şəraitini, siyasi-iqtisadi mühitini, maddi-mədəni irsini etno-morfoloji baxımdan bütünlüklə ibtidai insan-hay sürüsünün "milli sərvəti" kimi dünya miqyasında tanıtdırmaqdan usanmırlar, üstəlik ağ-qırmızı yalanlarına görə heç də utanmırlar.
Bu sıradan (sürüdən) biri olan rus-sovet yazıçısı, kinodramaturq K.N.Bakşi (1931-2019) hayların həm də olmayan, saxta, uydurma tarixlərinə yamaq olan inancına-dininə, quldurluğa tay olan "qəhrəmanlığına", Qarabağ bölgəsinin milli-mənəvi, ruhani dəyərlərinin, abidələrinin "erməni"ləşdirilməsinə dair 7 kitab yazmış, "98 pillə" kinolentini ərsəyə gətirmişdir. Çox təəssüf ki, aranlı-dağlı Qarabağıın e.ə. II-I minilliklərə aid əski yaşayış məskənlərinin kökənli (xristianlığa qədərki, Alban (türkdilli) mədəniyyəti və müsəlman dini dünyagörüşünün yaradıcıları və daşıyıcıları olan), qədim müsəlman-türk xalqlarının irfani-sakral maddi irsini, ruhsal mənəvi-inanc ocaqlarını, müqəddəs mistik məkanlarını bir çox yabançı yazarlar (hayların uydurmalarına uyaraq), o cümlədən K.Bakşi "erməni"lərə məxsus "dəyərli ruh zənginliyinin irsi", "qartal yuvaları"nda salınan Alban məbədlərinin daş lövhələrində yazılı manuskritləri "erməni" Apostol Kilsəsinin maddi-mənəvi göstəricisisi", "Gəncəsər məbədi"ndə "erməni" kilsəsinin tarixinə dair əski əlyazmaların saxlanılması", Qarabağın din-irfani və sakral mədəniyyətinin yalnız "erməni"lərə məxsusluğu", Qarabağın dağlıq-Ərsak hissəsini, Qərbi Azərbaycanın Irəvan şəhərindəki 1920-ci ildə Üçmüəzzin (İçmüzzin) şəhərində hay kilsəsinin Suriyada, Livanda, Cənubi Azərbaycanda, Osmanlı Türkiyəsində, Yunanıstanda, Fransada, Rusiyada... qarət etdiyi qədim arxiv yazılı nümunələri, münüatürlü təsvirlər, muzey nüsxələri hesabına yaradılan qədim əlyazmalar institutunu və Şərqi Anadolu yaylasını (Kilikiya) "qədim "erməni"- dini əlyazmalarının əski ocağı" kimi qələmə almaqla saxta mülahizələrə və əsassız ümumdünya təbliğatına vaxt-ömür sərf edirlər.
Bir cəhəti qeyd etmək zəruridir ki, keçən əsrin 30-cu illərində rus-sovet yazarı O.E.Mandelştamın (1891-1938) 1931-ci ildə yazdığı "Faytonçu" şeri, 1933-cü ildə "Ulduz" jurnalında çap etdirdiyi "Ermənistana səyahət" əsəri ilə yanaşı, hiyləgər hay kilsəsinin toruna düşən K.Bakşinin 2012-ci ildə yazdığı "Ərsakın ruhani inciləri" kitabı eyni ruhdadır, yəni, bu yazılarda "erməni"lərə qan-ürək bağlılığı, guya Qarabağın onlara məxsus olması, Cənubi Qafqazda xristian "erməni"lərin dini-ruhani zənginliyi, xristian əxlaqının və xristian ruhunun daşıyıcılarının "Qarabağı bürüməsi", Ərsakın dini abidələrinin "erməni"lərə məxsus olması..." barədə "həqiqətlərin doğmalığı" onlara qələmə sarılmağa vadar etmişdir.
Heyif ki, uydurma faktlarla.
Həqiqətdə isə, Qarabağın dağlıq bölgəsinin tarixi-coğrafi, mənəvi-mədəni incisi olan Şuşa şəhərinin dini-irfani və mənəvi-ruhsal zənginliyi qədim olduğu kimi, həm də çoxşaxəlidir. Bu sakral-səmavi irsə Şuşa şəhəri və ona qonşu olan nahiyələrdə, kəndlərdə və digər ərazilərdə yayılmış məbədlər (Malıbəyli kəndinin cənub-qərbində "Ağvan başı" deyilən yerdə Alban məbədi, Şuşa şəhərində Qazançı məbədi, Meşəli kəndindəki Alban məbədi və ətrafındakı qəbirstanlıq...), məscidlər (məşhur memar Kərbəlayi Səfixan Sultanhüseyn oğlu Qarabaği (1817-1910) tərəfindən Malıbəyli kəndində tikilmiş Cümə məscidi, Şuşa şəhərindəki Aşağı Gövhər ağa məscidi...), əski qəbirstanlıqlar və yurd yerləri (Qırxqız dağı ətəyindəki Qaragah, eləcə də Malıbəyli və Daşbulaq kəndlərinin qəbirstanlığı, Dağdağan kəndinin əski yurd ocaqları, Quşçular kəndində "Uzun tala" və "Sığnaq yeri"...), ziyarətgahlar (təkçə Şuşa şəhərində 11 müqəddəs ocaq var idi - Seyid Xəlil ocağı, Həzrət Abbas ocağı, Mir Faseh ocağı, Şami Qəribcan ocağı...), pirlər (Pirməki kəndində "Cındırlı piri", Daşkənd kəndində "Çinar piri", Malıbəyli kəndində "Daşlı pir", Aşağı Quşçular kəndində "Dül-dül ocağı"...) və ibadətgahlarla yanaşı tanınmış-məşhur din xadimləri, iman-irfan sahibləri də aid edilir, qiymətli dini-tarixi mənbə kimi nəzərə alınır.
Çünki, onlar da bölgənin dini dünyagörüşünün, mənəvi-irfani irs xəzinəsinin yaradıçıları və davamçıları olmuşlar. Bu zənginlik hələ də qorunub saxlanılmaqdadır - Şuşa, Kəlbəcər, Laçın, Ağdam rayonlarının yaşlılarının (Şuşa şəhər sakini Səttar Səməd oğlu Məhərrəmovun (1914-2010), İsa Hilal oğlu Axundovun (1916), rayonun Kosalar kənd sakini Surxay Məhəmməd oğlunun (1915-1994)...) yaddaşında, Leninqrad vilayətinin Dövlət Arxivində, İslam Ensklopediyasında, İran, İraq, Misir, Özbəkistan və başqa ölkələrdə olan tarixi mənbələrdə...
Göstərilən tarixi, dini-sakral məlumatlarda Qarabağın əski tarixinə (xüsusilə e.ə. XIV-X əsrlər dövrünü əhatə edən Xocalı-Gədəbəy mədəniyyəti mərhələsinə aid maddi abidələrin, Gəncəçay hövzəsinin tarixi irsinin nümunələri timsalında), təbii-coğrafi şəraitinə, dini-irfani, ruhsal ziyarət ocaqlarına, tanınmış din xadimlərinə, bölgə əhalisinin sakral dünyagörüşünə, keçmiş tarixi hadisələrin ictimai-siyasi gedişatına... aid bilmədiyimizlər toplanmışdır.
Bu baxımdan ümumilikdə Cənubi Qafqazda, əlahiddə olaraq Qarabağ tarixində yeri-imzası bilinməyən ibtidai insan-hay sürüsünün olmayan milli-mənəvi dəyərlərinin saxtalığı baxımından maraq doğuran faktlardan biri kimi onların tanınan, məlum xislətinə qiymət verən Rusiya çarları IV İvan Qroznı (1530-1584) və I Pyotr (1672-1725) tərəfindən hay əsilli nümayəndələrin olması səbəbindən Litva dövləti səfirliyinin nümayəndə heyətini qəbul edilməməsi barədə hökmdarların rəsmi cavab məktublarının Rusiya Federasiyasının mərkəzi arxiv məlumatlarında əks olunması da qiymətli sübutlardan biridir.
Dini-irfani şəcərəsinə görə Qarabağın ziyarət edilən ocaqlarından olan Seyid Mir Sadıq Seyid Mir Mehdi oğlunun (1908-1990) nəsil-əməl davamçısı olan Şuşa şəhər məscidinin imamı Mirabdullah Ağa (1976) bildirir ki, Qarabağın kökənli müsəlman-türk əhalisinin milli-sakral irsi Xristianlığa və İslamaqədərki Alban mədəniyyətindən, Türk-İslam dünyagörüşündən formalaşaraq minilliklər boyunca indiki mərhələsinə çatmış, İslam dünyadərkinin maddi-mənəvi irsi isə xüsusi səhifə, zəngin mərhələ təşkil etmişdir.
VII-IX əsrlərdə Qarabağ hüdudlarında (aran və dağlıq ərazilər daxil olmaqla) xəlifələr Ömər ibn Xəttabın (581-644), Osman ibn Əffanın (574-656), Əli ibn Əbu Talibin (599-661) və digər Rəşidi xəlifələrinin adı ilə bağlı (644-cü ildə 160 min nəfərlik ordu Qarabağ bölgəsinə daxil olmuşdur) tarixi-coğrafi yerlər, məbədlər, ziyarətgahlar, sakral-təlim ocaqları-mədrəsələr... mövcud olmuş və bu günümüzədək qalmaqdadır (Şuşa şəhəri yaxınlığında Xəlifəli dərəsi, Qarabağın aran ərazilərində (İmişli, Saatlı...nahiyələrində) Həzrəti-Əli məscidləri, ziyarətgahları - "Əli qədəmgahları"...).
Həm də dini-ruhani tədqiqatçı olan Abdullah Həsənlinin məlumatına görə, Qarabağ xanlığı ilə çar Rusiyası arasında bağlanılmış 1805-ci il 14 may tarixli Kürəkçay müqaviləsindən sonra Xankəndi kəndində yerləşdirilən 500 nəfərlik nizami-süvari kazak dəstələrinin, icma üzvləri üçün bölgədə 3 Rus Pravoslav kilsələri inşa edilmişdir. Onlardan biri Şuşa şəhərinin "Bazarbaşı meydanı" səmtində (indi İcra hakimiyyəti binasının yaxınlığında, 20-30 m aralıda) tikilmiş, 1956-1959-cu illərdə dağıdılmış, yerində rayon Mədəniyyət Evi ucaldılmışdır.
Digər Rus Pravoslav kilsəsi e.ə. II əsrə aid olan Alban məbədinin-Qazançı ibadətgahının 100 metrliyində olmuşdur, 1860-1870-ci illərdə. 1950-ci illərdə bu kilsə də sökülərək yerində 4 mərtəbəli 4 saylı şəhər orta məktəbinin binası tikilmişdir. Kilsə həyətinin bir hissəsi beynəlxalq əhəmiyyətli sanatoriyanın Su qalareyası kimi istifadəsində idi, dini-mistik təsəvürlərə yönəlik təsvirlərlə, ikonalarla, şəkillərlə örtülü kilsə divarlarlarının ortasında Turşu bulağının, digər termal mənbələrin suyu axıdılırdı.
Ümumiyyətlə, Qarabağ bölgəsində (Şuşa rayonu və Qaybalı kənd inzibat-ərazi vahidləri də daxil olmaqla) 5 rus-pravoslav kilsəsi mövcud olmuşdur.
Rus-pravoslav dini icmasının qəbirstanlığı Şuşa-Xankəndi yolunun sağında, Qala divarlarından 500-600 m aralıda, "Məhəmmədhəsən qəbirstanlığı"nın yanında salınmışdır.
Tədqiqat-araşdırma nəticəsində xalqımızın dini-irfani, mənəvi irs zənginliyini təmin edən ruhani-sakral məkanlarla (Şuşa şəhərinin Mamaylar məhəlləsindəki Həzrət-Abbas ocağı, şeyx Əhməd ocağı, Səqqaxana pirləri, Seyid Mir Mehdi ağa ocağı, Şeyx Mir Faseh ağa ocağı,Mir Möhsün ağa ocağı, Zamanpəyə kəndində Seyid Qasım ağa ocağı, Məmişlər kəndində Seyid Həsən ağa ocağı...) yanaşı, eləcə də Yaxın və Orta şərq ölkələrinin məşhur ali-dini təhsil ocaqlarında (Təbriz, Nəcəf, Bağdad, Tehran, Səmərqənd... şəhərlərində) elmi-dini biliklərə yiyələnmiş görkəmli xadimləri (islam alimi Qazi şeyx Muhammad ibn-Bərdəyi (XIV əsr), dini filosof Qazi şeyx Yusif ibn-Muhammad ibn-Qarabaği (1560-1645, Səmərqənd şəhərindəki Mir Ərəb mədrəsəsində təhsil almış və bu ocaqda dərs demişdir, qəbri bu şəhərdədir), ayətullah-üzma şeyx İsmayıl Qarabaği (XIX əsr)...), irfani-ruh sahiblərinin uyuduqları müqəddəs məkanlar (Mir Faseh qəbirstanlığı, Mir Mehdi ağa qəbirstanlığı (Qacarlar sülaləsinin üzvü Bəhmən Mirzə və ailə üzvlərinin qəbirləri buradadır), Məhəmmədhəsən qəbirstanlığı...), dini tədris ocaqları (Əcəmilər məscidində...) barədə uzun illər ərzində Qarabağın aran və dağlıq ərazilərində (Xankəndi, Şuşa, Xocalı, Ağdam, Laçın, Kəlbəcər, Cəbrayıl, Xocavənd, Ağdərə ...) yayılmış qiymətli məlumatlar üzə çıxarılmışdır.
Eləcə də Qarabağ bölgəsinin dini, sakral ocaqlarının təsvirləri, ölçüləri, memarlıq üslubları (hay kilsəsinin işğalına qədərki vəziyyətləri timsalında), təbii-coğrafi şəraiti və ruhsal-inanc mərasimlərinin özəllikləri... ilə bağlı elmi-tarixi maraq doğuran kifayət qədər bilgilər bu araşdırmalarda yer almışdır.
Bir cəhəti də qeyd etmək iazımdır ki, Şuşa qəzasının və nahiyəsinin dini-irfani irsinin zənginləşməsində Laçın nahiyəsinin də görkəmli din xadimlərinin böyük xidməti olmuşdur. Onlardan biri də XX əsrin əvvəllərində Şuşa qəzasının axundu, əslən Laçın nahiyəsinin Ağayunus kəndindən olan Yaxın Şərqin məşhur dini ocaqlarında təhsil almış Hacı Şükür Məhərrəm oğlu (1821-1924) olmuşdur.
Onun dini fəaliyyəti barədə növbəti yazılarımızda.
R.S. Hay kilsəsinin, ibtidai insan-hay sürüsünün, onların çoxsayl və çoxmillətli muzdlu yazarlarının (havadarlarının) saxta, yalan uydurmalarını əsaslı elmi-tarixi dəlillərlə, dini-ruhani həyat həqiqətləri, dini-folklor nümunələri və sakral gələnəklərlə təkzib edən Şuşa şəhər məscidinin imamı Mirabdullah Məzahir oğlu Həsənlinin 2010-cu ildən bəri araşdırdığı, qələmə aldığı (hələlik əlyazma hüquqnda olan, çap edilməyən) VI fəsildən ibarət olan "Qarabağın dini-irfani tarixi" tədqiqat materialları (250-260 səhifəlik) yeni məlumatların zənginliyi baxımından, həm də elmi-nəzəri əhəmiyyətə malikdir.
Gələcəkdə kitab kimi çap edilməsi nəzərdə tutulan topluda göstərilən faktlar, tarixi elmi-nəzəri təhlillər göstərmişdir ki, Şuşa qəzası və onun incisi olan Şuşa şəhəri (ətraf yaşayış məskənləri ilə birlikdə) ilə bağlı üzə çıxarılan faktlar əski tarixi olayların təkzibedilməz sübutudur.
(Yazının hazırlanmasında həm də Şuşa şəhər sakini Yunis Rza oğlu Hüseynovun (1935) "Şuşa salnaməsi" (2015) və "Azərbaycanın Qarabağ bölgəsinin tarixi" (2019) kitablarından, Kosalar kənd sakini Rafael Cümşüd oğlu Ağayevin (1959), Malıbəyli kənd sakinləri Bəsail Məmiş oğlu İbrahimlinin (1946), Rəfael Qulam oğlu Əlixanovun (1946), Tacir Nuruş oğlu Cəfərovun (1957), Aşağı Quşçular kənd sakini Allahverdi Balakişi oğlu Balakişiyevin (1953) məlumatlarından istifadə edilmişdir.)
Qismət Yunusoğlu,
Bakı
Dövlət Universitetinin müəllimi
Olaylar.- 2021.- 23-29 aprel.- S19.