TANRI
CƏNNƏTİN AÇARINI VERDİYİ CƏNGAVƏR
Niyəsə dünyanı həmişə
ümumi evimiz, hər kəsi, elə özümü də qonaq hesab
etmişəm. Yaşadığı
evdə baş verənlərə kim laqeyid qalar ki?
Nə qədər qonaqpərvər olsaq da kim qonağın
evimizdə özbaşınalıq
etməyinə tab gətirər? Heç kim. Qonaq cağrılmamış
olanda isə səbrimiz aşıb-daşır.
Ən yaxşı halda ona qapı
göstəririk. Bunu edirik də. Belə deyirlər ki, bir dəfə
Həzrət Əli bilmədən bir qarışqanı tapdalayır,
sonra nə qədər calışırsa,
qarışqa hərəkətə
gəlmir, bunu görüb halı pisləşir. Əli yuxusunda gecə HZ. Məhəmmədi görür.
Peygəmbərimiz bildirir
ki, həmin qarışqaya görə
neçə gündür
göylər matəm
içindədir. Döyüş
yoldaşları danışırlar
ki, şəhidimiz Quliyev Nicat Nuşirəvan
oğlu böyüklərdən
eşitdiyi bu hədisi tez-tez təkrar etməyi xoşlayırdı. Sonra əlavə edirdi: Əlin qurusun, düşmən. Necə qıyırsan bəs igid oğulları məhv etməyə? Niyə qanına yerikləyirsən bu cəngavərlərin? Bizi
də məcbur edirsən, sizləri öldürək. Fərqimiz
budur ki, biz dünyada alçaqların sayını
azaldırıq. Siz isə qeyrətli igidlərin. Ermənilərə
nifrəti sonsuz idi. Dahilərin, mütəfəkkirlərin onlar
haqqında dediklərinin
çoxunu əzbərdən
bilirdi. Aleksandr Dümanın bu fikri ona ləzzət
edirdi: "Ermənilər
həmişə erməni
dinindən fərqli dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə
onlar öz fikirlərini, hisslərini
və məramlarını
gizlədən vücudlara,
habelə dələduzlara
və fırıldaqçılara
çevrilmişlər". Nicat belə misallardan çox çəkirdi. Bütün
dünya onların alçaqlığından xəbərdardır,-söyləyirdi. Quliyev Nicat Nuşirəvan oğlu 8 aprel 1985-ci ildə Yevlaxda anadan olub. 2 nömrəli
tam orta məktəbdə
təhsil alıb, şəkli həmişə
"Şərəf lövhəsi"ni bəzəyib. Tərbiyəsi, təlimi ilə
secilib. Fənn olimpiadalarında yer tutub. Valideynləri məktəbdən həmişə oğulları
haqqında eşitdikləri
xoş sözlərə
görə sevinclə
qayıdıblar. Elə Şahmat
məktəbində də
şəkli daim şərəf lövhəsində
olub. Məktəbi qurtardıqdan sonra
2005- ci ildə borcunu yerinə yetirmək ücün hərbi qulluga yola düşüb.
Qayıtdıqdan sonra Su-Kanal
İdarəsində çalışıb.
Öz zəhməti ilə, alın təri ilə calışan bir ailədə tərbiyə alıb Nicat. Atası Nuşirəvan taksi
sürür. Anası Şükufəni
yaxşı tanıyıram.
Mən gənc jurnalist idim. O, isə mətbəədə mürəttib,
yəni şrift yığan. Ən əziyyətli işi
yerinə yetirirdi Şükufə. İki oğul
böyüdüblər. Şəhidin qardaşı Ruslan
müxtəlif evlərdə
ustalıq edir. İki övladı var. Ata-anası
ilə birlikdə yaşayırlar. Nicatın ailəsi
darısqallıqdan həyat
yoldaşının anası
Solmazgildə yaşayır.
Elə qızının bu ocağa düşməsi
də onun razılığı ilə
baş tutub. Cavanlar da bir- birini bəyəniblər.
Aynur xanımla söhbət etdikcə Nicat Quliyevi daha yaxından
tanıyıram. Cox ailəcanlı olub. Həyat yoldaşına, balalarına
çox bağlı imiş. Çavuş idi orduda.
Heç
vaxt heç nədən çəkinməyib.
Üç dəfə yaralansa
da müharibəni tərk
etməyib. Ali Baş Komandanın
"Biz bu gün xalqımızın yeni tarixini yazdıq, şanlı tariximizi yazdıq" sözləri
onu elə fərəhləndirirdi ki.
Deyirdi: Cənab Prezidentimiz bizə çox güvənir. Biz bu güvəni
doğrultmalıyıq. 2010-cu ildə anadan
olmuş Cavidan, 2011-ci
ildə anadan olmuş Şəbnəm gözlərinin önündən
heç vaxt getmirdi. Xəyalına gətirirdi onların
qəhrəman ataları
ilə fəxr edəcəyi günü.
Axı,
2015-ci ildən müddətdən
artıq həqiqi hərbi xidmət qulluqçusu işləyirdi.
Hərbin bütün əziyyətlərinə
qatlaşmışdı. Sentyabrın
27-dən Murovdağ istiqamətində
cox igidliklər göstərmişdi.
Kəşfiyyatçı kimi tez-tez ermənilərin icinə girməyi bacarırdı.
Zəfər gününə
cəmi beş
gün qalmış Nicat düşmən snayperinin əli ilə həyatına əlvida dedi. Çox sevdiyi həyat yoldaşına zəng etmişdi. Lap az qalıb, axırlarına çıxmışıq bu
dığaların,- demişdi. Qoy bu döyüşdən
sağ çıxım,
sənə söylənəsi
o qədər sözlərim
var, Aynur, demişdi.
Aynur xanımın şəhiddən
ötrü necə alışıb-yandığını görməmək mümkün
deyildi. 2021-ci il aprelin 8-də Aynur şəhidin yadigarları olan 2 övladı və
ŞİH rəsmiləri ilə
birlikdə Şəhidlər
xiyabanında idi. Canından artıq sevdiyi Nicatın bu dəfəki ad gününü onun məzarı başında
keçirmək qisməti
imiş bu kədərli qadının.
Bəli,
sözünə əməl
edə bilməmişdi
Nicat. Nəşi 2 gün neytral
zonada qalmışdı.
Noyabrın 2-də adına
layiq Şəhidlər
xiyabanında dəfn edilmişdi.
Bəli, otuz
ildir səbr edən, dözüm göstərən Azərbaycan
oğulları bir andaca səfərbər oldular, tək yumruq oldular, düşmənin başına
od ələdilər.
Son atəş də, son zərbə
də səninkidir. Oğul əsgər, əsgər oğul, mərd igiddir. Mərd ölsə də mərdlik ölmür, əsgər ölmür. Hünər ölmür, mərdlik ölmür, əsgər ölmür. Elədir, Məmməd Araz, elədir, ulu şair. Vətən əsgərinə oğul
deməklə, eyni zamanda qəhrəmanlıgı
ilə də qürur duyur. Onların arasında tanrı cənnətin acarını verdiyi Quliyev Nicat Nuşirəvan
oğlu da var. Quliyev Nicat Nuşirəvan
oğlu ölümündən
sonra Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı
ilə "Vətən
uğrunda" və "Suqovuşanın azad olunmasına görə"
medalları ilə təltif olunmuşdur.
Sonsuzadək ürəyimizdə
yaşayacaqdır!
Əminə YUSİFQIZI, Respublikanın əməkdar jurnalisti
Olaylar.- 2021.- 20-26 avqust.- S.18.