Söz azadlığının Azərbaycan modeli

 

 

 

Məlum olduğu kimi, müasir dünyada demokratik tərəqqinin ən əsas göstəricilərindən biri də kütləvi informasiya vasitələrinin azadlığıdır. Azərbaycanda insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu, demokratikləşmə prosesinin geniş vüsət alması faktı demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün formalaşmış hüquqi təminatlarda öz təsdiqini tapmaqdadır. Daha doğrusu, Azərbaycanda müstəqil media fəaliyyət göstərir, insanların internetə çıxışı ən yüksək səviyyədədir. Hüquqşünas Azad Rzayev qeyd edib ki, artıq Azərbaycan söz məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlərdə nəinki Qafqazda liderdir, bütün dünyada ön sıralardadır. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Ölkədə azad medianın, insan hüquq azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir: "Hər bir xalqın dövlət quruluşu, demokratik durumu onun dini, fəlsəfəsi, incəsənəti, ümumiyyətlə, onun mədəniyyəti ilə birgə vahid bir substansiyanı, vahid ruhu əmələ gətirir. Bu vahiddən onun istənilən tərəfini ayırmaq qədər zərərlidirsə, ona antimilli fikri, sözü calaq etmək bir o qədər zərərlidir. Təəssüf ki, Qərbin cazibəsinə düşən bəzi yazarlar onun demokratiya şablonundan çıxmaq imkanından məhrum olaraq milli kimliyini, adət-ənənələrini unutmaq dərəcəsinə enib, daxili problemlərin ölkə xaricində qərəzli müzakirəsinə can atırlar. Mətbuatın əsas vəzifəsi görülən işləri işıqlandırmaq, neqativləri obyektiv qabartmaq, həllini gözləyən məsələlərin çözülməsinə dəstək olmaqdır. Təbii ki, birgə səylər inkişafa, tərəqqiyə böyük yol açır. Bir məqamı da qeyd edək ki, bu gün mətbuat dördüncü hakimiyyət kimi dəyərləndirilirsə, bu, artıq media ictimaiyyətini üzərinə düşən məsuliyyəti daha dərindən dərk etməyə çağırır. Onun sözlərinə görə, ölkədə mətbuat informasiya azadlığı yüksək səviyyədədir: "Ölkədə azad medianın, insan hüquq azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. İnsan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ali nemətdir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı sosial fəallığı formalaşdırmaqla yanaşı, həm onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti inkişafı üçün zəruri tədbirlər görülür. Məhz bunun nəticəsidir ki, Azərbaycanda söz, mətbuat informasiya azadlığı yüksək səviyyədədir".

 

A.Rzayev qeyd edib ki, son vaxtlar kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün yaradılmış şəraitdən sui-istifadə hallarının artması cəmiyyəti ciddi narahat etməkdədir. Müxtəlif səviyyələrdə gedən diskussiyalarda da məlumatlar yayan KİV jurnalist fəaliyyətindən sui-istifadə edənlərin haqqında müvafiq ölçü götürülməsi ilə bağlı təkliflər səslənir. Bütün bunlar məsələnin hüquqi cəhətdən nizamlanması zərurətini aktuallaşdırır: "Cəbhə bölgəsində atəşkəsin pozulması zamanı da bəzi KİV-lərin, xüsusən sosial şəbəkələrin fikir söz azadlığının, demokratik dəyərlərin verdiyi imkanlardan səriştəsiz, məsuliyyətsiz istifadəsi dövlətin informasiya təhlükəsizliyi baxımından da medianın fəaliyyətini müzakirə predmetinə çevirmişdi. Göründüyü kimi, bəzi media orqanlarının qeyri-peşəkarlığı, söz azadlığından sui-istifadə etməsi bu sahənin hüquqi tənzimlənməsinə yenidən baxılmasını labüd edir. Məlum olur ki, liberallığı ilə digər qanunvericilik aktlarından fərqlənən "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu zamanın bugünkü reallıqların tələbindən geri qalmaqla, media-dövlət-cəmiyyət arasında münasibətləri dolğun digər normativ hüquqi aktlarla əlaqəli şəkildə tənzimləmir. Bu baxımdan milli təhlükəsizlik, ərazi bütövlüyü ya ictimai asayiş maraqları naminə, iğtişaşın ya cinayətin qarşısının alınması, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi, şəxsiyyətin nüfuzunun qorunması, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısının alınması, ədalət mühakiməsinin nüfuz qərəzsizliyini təmin etmək üçün söz azadlığı hüququna məhdudiyyətlərin dairəsinin, şərtlərinin, məsuliyyətinin s. müəyyənləşdirilməsi ilə yanaşı, fövqəladə hallar zamanı qoyula biləcək məhdudiyyətləri də dəqiq dürüst müəyyənləşdirən, çevik praktiki tətbiq mexanizmləri olan "İfadə etmək (ekspresion) söz azadlığı hüququ haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi məqsədəmüvafiq olar".

 

Alim Hüseynli

 

Olaylar.- 2021.- 13-19 avqust.- S.11.