Yunus Oğuz:
"Laçın dəhlizində
Azərbaycan əsgərləri
də durmalıdırlar"
"Şoyqunun bu sözləri deməyə əsas verir ki, Ermənistan
ordusu yox dərəcəsindədir"
Qarabağda cərəyan
edən hadisələr,
Rusiya sülhməramlılarının
özbaşınalığı, Azərbaycanın Rusiyaya etirazı, eləcə də İrana nota verməsi gündəmi zəbt edən hadisələrdir.
Qarabağ ətrafında
baş verən hadisələrə aydınlıq
gətirilməsi üçün
yazıçı-publisist, Milli Vəhdət Partiyasının sədri
Yunus Oğuza müraciət etdik.
- Yunus bəy,
hazırda Qarabağda
qeyri-müəyyənlik hökm
sürür. Rus sülhməramlıları öhdəliklərinin
icrasından boyun qaçırırlar. Ərazidə
baş verən prosesləri necə dəyərləndirirsiniz?
- Qarabağda baş verən proseslər deməyə əsas verir ki, Azərbaycan antiterror əməliyyatı
aparmağa məhkumdur.
Bunu zəruri edən amillər mövcuddur. Rusiya sülhməramlılarına Azərbaycanın narazılığı
bir tərəfdən,
İrana verilən nota digər tərəfdən, üçüncü
tərəfdən isə
Ermənistan müdafiə
nazirinin sərt açıqlaması göstərir
ki, Azərbaycan antiterror əməliyyatına
başlamalıdır. Yəqin, onlar da proseslərin gedişindən hansısa
bir məlumat alıblar ki, Azərbaycan antiterror əməliyyatına başlayacaq.
Artıq kosmosdan da şəkillər çəkilib ki, Qarabağda ermənilərin
yeni postları, yeni hərbi hissələri qurulur. Təbii ki, belə vəziyyət Azərbaycanı heç cür qane edə
bilməz. Ona görə də düşünürəm ki,
antiterror əməliyyatı
başlamalıdır. Gec-tez
Rusiya da öz yerini bilməlidir. Azərbaycan Rusiya tərəfinə inanaraq Laçın dəhlizinə nəzarəti
bu ölkəyə vermişdi. Əslində rus sülhməramlıları
Laçın dəhlizində
Azərbaycan əsgərləri
ilə birgə nəzarəti həyata keçirməli idilər.
Lakin bu təmin olunmadığından
İran tərəfi bu marşrut xəttindən istənilən
yükü keçirə
bilir. Rusiya sülhməramlıları isə
öz siyasətlərini
həyata keçirirlər.
Azərbaycan tərəfi
artıq öz sərhədlərini özü
qorumalıdır, rus sülhməramlıları ilə
birgə Laçın
dəhlizindən keçirilən
yüklərə nəzarət
etməlidir.
- Jirinovskinin təhdid dolu fikirlərindən sonra rus sülhməramlılarının
qərəzli hərəkətlərini
Azərbaycana qarşı
təzyiq hesab etmək olarmı?
- Əvvəlcə aydınlıq gətirək
ki, rus sülhməramlıları
nəyə arxayındır.
Rusiyanın müdafiə
naziri Sergey Şoyqunun gənclərlə
görüşündəki açıqlamasına diqqət
yetirin. Nəzərə alaq ki, Şoyqu sentyabr ayından faktiki olaraq siyasətlə məşğul olmağa
başlayacaq. Şoyqu
Ermənistan müdafiə
naziri ilə görüşdən sonra
birbaşa deyir ki, biz Ermənistana
yeni ordunun yaradılmasında kömək
etməyə hazırıq.
Əslində, Şoyqu
bizə məlumat ötürür ki, ermənilərin ordusu yoxdur. Biz ordunun
yaradılmasında yardım
etməyə hazırıq,
ancaq sən Fransadan, Avropadan əlini çək. Guya bunun da
nəticəsi kimi Qarabağda modul tipli hərbi baza yaradırlar. Şoyqunun söylədiklərinin
sətiraltı mənası
odur ki, Ermənistanda ordu yoxdur. Bu baxımdan
Rusiya Ermənistana qarşı açıq hücuma keçib, sülhməramlılar isə
bizə qarşı həyasızlıq edir. Rusiya Ermənistan tərəfdən bütün
sərhədləri nəzarətinə
keçirmək istəyir,
artıq rus əsgərlərinin Qazax
rayonu ətrafına yerləşdirilməsi nəzərdə
tutulur. Bu o deməkdir ki, Ermənistanın baş nazirinin, müdafiə nazirinin, revanşistlərin
qışqırmağına baxmayın, bu ölkənin ordusu yoxdur.
- Rus sülhməramlıları
Qarabağda təlim keçirmək istəyir,
ermənilərin də
həmin təlimlərə
qatılacağı gözlənir.
Bunu Rusiyanın Qarabağda yeni hərbi baza yaratmaq planı kimi qəbul etmək olar?
-Əslində Rusiya ilə Ermənistan həmişə
birgə hərbi təlim keçiriblər.
İndi Rusiyanın sosial-iqtisadi vəziyyəti
yaxşı olmadığından
belə təlimlərə
ara verilib. Hazırda Rusiya seçkilərə gedir,
ölkə daxilində
sosial-iqtisadi məsələlər
həddindən artıq
yüklənib. Avropa Şurasına üzv dövlətlərin ərazisi
boyda Rusiyada yanğın var, ölkədə altı milyon kvadrat kilometr meşə yanğını tüğyan
edir. Yanğının
əhatə dairəsi
Sibir, Tayqa, Arktikaya qədər gedib çıxır, cənubdan sel axını var. Digər tərəfdən,
Amerika Rusiyaya pas ötürdü, ordusunu Əfqanıstandan çıxardı. Hazırda
Rusiya təkbaşına
Taliban ilə üzbəüz qalıb.
Belə bir vəziyyətdə Rusiya bütün gücünü
ya seçkilərə
yönəltməlidir, ya
da sadalanan problemləri həll etməlidir. Bu kimi məsələlərin
seçkiqabağa qabardılması
təsadüfi deyil. Bizim əlimizə şans düşüb tələb
edək ki, ya 10 noyabr müqaviləsi
yerinə yetirilsin, yerinə yetirilmədiyi tədqirdə Azərbaycan
dövləti birbaşa
Rusiya qarşısında
məsələ qoyur
ki, sülhməramlılarını
ölkədən çıxart.
10 noyabr sazişinin
4-cü bəndinə əsasən
sülhməramlılar
müəyyən olunmuş
ərazilərdə yerləşdiriləndə
paralel olaraq erməni silahlı qüvvələri bütövlükdə
ərazidən çıxarılmalı
idi. Bu baş
verməyibsə, artıq
Rusiyaya xəbərdarlıq
edildi. Hesab edirəm ki, seçkilərə qədər
Rusiyaya bu məsələ ilə bağlı sərt mövqe bildirmək lazımdır. Çünki
Azərbaycanın əlinə
unikal imkanlar düşüb. Bu unikal imkanlardan maksimum istifadə etmək lazımdır.
- Azərbaycanın İrana notası nəyi ehtiva edir?
-İran səfiri
deyir ki, hələ məsələ
araşdırılacaq. A, qardaş,
nəyi araşdıracaqsan?
Sənə qardaş deyirik, özün də bizə qardaş deyirsən, amma İran nömrəli maşınlar
ermənilərə yük
daşıyır. Kor-kor, gör-gör,
İranın ermənilərə
satılmış bombaları
tapıldı, hansı
ki, Azərbaycan tərəfə atıblar,
lakin partlamayıb, üstündə İranın
bayrağı. Ermənilərə
qazı verirdin, indi də Qarabağa
gedən maşınların
içərisində nə
aparılır, bilinmir,
nömrəni dəyişib
Ermənistan nömrəsi
ilə ərazidən
keçirsən, orada
yarı türk, yarı farsca danışanda hamı bilir ki, bunlar
İran maşınlarıdır.
Bəs nə oldu, Azərbaycanın qələbə çalması
üçün fətva
vermişdiniz? Azərbaycana
bir dəfə də olsun humanitar
yardım göndərilməyib
ki, müharibədən
çıxmış ölkədir,
amma ermənilər üçün yük daşıyan maşınların
ardı-arası kəsilmir.
Belə halda təbii ki, nota verilməlidir.
-Necə hesab
edirsiniz, üçüncü
Qarabağ müharibəsinin
başlanması labüd
görünür?
-Üçüncü Qarabağ müharibəsi
başlaya bilməz. Azərbaycan yalnız antiterror əməliyyatı apara bilər. Ermənistanın faktiki olaraq
ordusu yoxdur, Azərbaycan kimlə vuruşmalıdır ki?
Şoyqu
da təsdiq etdi ki, Ermənistanın ordusu yoxdur. Odur ki, üçüncü Qarabağ savaşının
olacağı barədə
səslənən fikirlər
yalan söhbətdir.
44 günlük Vətən müharibəsində
gördük ki, ordu ordu ilə
vuruşur, indi biz kimlə vuruşacağıq
ki? Qarabağda yüz nəfərlik
silahlı birləşmə
varsa, bu o demək deyil ki, müharibə başlayacaq. Müharibənin
şərtləri tamam
başqadır, gərək
mövcud olan bütün silah-sursat işə düşsün,
bu isə yalnız antiterror əməliyyatı ola bilər.
Alim
Olaylar.- 2021.- 13-19 avqust.- S.12