Fətvanın gücü
Bir gün Molla Nəsrəddin eşşəyinə minib
bazara gedir. Oğlu da düşür
eşşəyin qabağına.
Məhəllənin lotuları bunu
görüb məzələnirlər.
Biri deyir:
- Utanmır, yekə kişidir. Özü eşşəyə minib, yazıq uşağı qoduq kimi salıb qabağına.
Molla bu sözü eşidib heyvanın üstündən
düşüb oğlunu
otuzdurur.
Yenə
kimsə söz atır:
- Buna bax, e... Özü qoca kişidir,
piyada gedir, cavan uşağı mindirib palanın üstünə.
Bu dəfə Nəsrəddin
də minir eşşəyin üstünə. Lotular gülüşürlər.
Atmaca davam edir:
- Vay, vay... Bunlara
bax ,e...
Dədə-bala miniblər eşşəyin
üstünə. Yazıq heyvana
əziyyət verirlər.
Ayıbdır, vallah ayıbdır.
Molla hirslənir. Ata-oğul eşşəyin üstündən düşürlər.
Bu dəfə Molla heyvanı alır çiyninə, üzünü
lotulara tutaraq:
- Di, dincəlin, - deyir.
İndi,
ay başınıza dönüm!
Mollanın sözü olmasın,
"Di, dincəlin!" Bir dənə şeyximiz var, düşmüsünüz
onun üstünə.
Guya ölkədə başqa
problem yoxdur? Nə var,
nə var deyib ki, İranın
dini rəhbəri müharibə başlayanda
fətva verib. Hə, nə olsun? A, kişilər, bu
şeyximiz belə deyəndə millətçi
qisim, elə deyəndə iranpərəstlər,
öz fikrini də deyəndə hökumət düşür
üstünə. Bəs,
hörmətli şeyximiz
neyləsin, nə desin? Lap, o kinodakı
kimi oldu. Deyir: "Ay camaat, qoyun rejissorumuz kinosunu çəksin".
Fətva aləmi qarışdırıb
bir-birinə. Nə çox fətva veriləsi adam,
qurum, ölkə var.
İranın Ermənistandakı səfirinin
fətvadan xəbəri
olmayıb, yoxsa vallahi-billahi, Kəlbəcər
tərəfə ayaq
da basmazdı.
Odey, Milli Məclis o deputatın fətvasını nə təhər verdisə, hələ də tərpənə bilmir. Gərək, o binava polisi döyəndə
deyərdi ki, sənin fətvan verilib, ona görə
döyülürsən. O yazıq da belə şeylərdən qorxub heç yerə şikayət etməzdi.
Elə belə deyərdi:
Tel: 050
202 88 87
Keçid
OPTİMAL
SƏRFƏLİDİR!
- Fətva verilibsə, vur, qadan alım!
Ona canım fəda olsun!
Yoxsa durub gəlib "Fəxz elə ki, səni deputat
döyüb", - deyir.
Belə şeylər olmaz, canım, gözüm! Hələ iclasda başqa
bir deputat ona qahmar çıxıb.
Bəh-bəh, gül dərib,
gülab çəkib.
Bəs sən bilmirdin ki, Milli Məclisin
özü sənin yiyəndir? Belə sadə şeyləri
bilməmiş olmazdın.
Yüzdə yüz bilirəm
ki, o deputatın fətvasını verən
doxsan doqquz nəfərin yarısı
əvvəllər onunla
yeyib-içib. Bəz nə
bilmişdiniz? Arada "Starıy
dvor" restoranı pulsuz reklam olundu.
Di gedin o məkana, yaydır, bir az dincəlin.
Bax, Tokioda idmançılarımız haqqında
fətva verilməyib deyə, elə bil əl-qollarını bağlayıblar. A kişilər,
ən titullu idmançılarımız belə
mübarizə apara bilmirlər. Qurban olduğumun
gücünü görürsünüz?
Olimpiadanı izləmirsinizsə deyim. Üzgüçümüz
az qalır
suda batsın. Velosiped sürənimiz onu kürəyində aparır.
Tataminin üstündə güləşçimizin
kürəyi necə yerə vurulursa, qalxa bilmir. Qərara alır ki, güləş
döşəyinin üstündə
uzanıb bir qədər istirahət etsin. Karateçimiz ayağını rəqibinin
boynuna necə qaldırıb qoyursa, sonradan nə illah edirsə, ayağını aşağı
sala bilmir...
Günah onlarda deyil, günah onların rəhbərliyindədir. Fətvasız basa-basa o boyda yol gedirlər. Dincəlməyə getmişdinizsə,
di dincəlin!
O gün Mirzə dostum zəng edib soruşur ki, tanış
fətva verən molla var? Deyirəm ki,
nə məsələdir?
Cavab verir ki, balalarından görəsən. Övladıma toy etmək istəyirəm.
Deyirəm qabaqcadan xeyir-duasını
alım. Çox
keçməz ki, onlar da gəlib şadlıq saraylarına
"toy mismarı"nı
vuracaqlar. Bildirəcəklər ki, "molla
kəbini" yoxdursa,
evdə xeyir-bərəkət
olmaz. Özü
də mollalarımızın
əlləri bir az aşağıdır.
Çoxdandır "bərkgedən" məclis tutmurlar. Bəs eşitməmisən
ki, xalq iki sənət yiyəsini dolandırır:
Biri aşıqdır,
müasir dildə desək manısdır, o biri də molladır.
Biri toy sahibini dincəldir, o biri ölünü.
Elə dincəldir ki, hər iki halda,
həm toy sahibi, həm də ölü sahibi mərasimdən borcla çıxırlar. Di dincəlin!
Nə isə buna tanış bir mollanın telefon nömrəsi verib başımdan elədim.
Sonra qəzeti
götürüb vərəqlədim
ki, görüm ölkədə nə baş verir? Baxdım
ki,
başqa bir
Mirzə Daxili İşlər Nazirliyinə
şikayət edib ki, bəs Beyləqan-Sabirabad
yolunda yol polisi özlərinə fətva verib. Gələni
soyur, gedənin cibinə pul qoyur. İndi heç
kim gəlmir,
hamı gedir.
Öz-özümə güldüm. Dedim ki, rəhmətliyin oğlu! Belə yol polisi təkcə sən dediyin yerdə deyil. Belə yol polisləri
Salyanda, Qobustan rayonunda, Kürdəmir-Ucar
yolunun üstündə
də var. Onlar dolanışıq üçün
deyil, dolaşıq üçün işləyirlər.
Neyləsinlər fətvaları belə
verilib. İstəsələr
də, yoldan çıxa bilməzlər.
Əlqərəz, bu fətva ki,
var, çox qəliz şeydir. Pul qazanmaq, vəzifəyə
təyin olunmaq, gözdən düşmək
istəyəndə də
gərək fətvan
yanında olsun, yoxsa əlli-ayaqlı, həmişəlik gedərsən
dincəlməyə. Di
dincəlin!
Oğuz Yunus
Olaylar.- 2021.- 6-12
avqust .-S.9.
.