Azərbaycanın intibahında və tərəqqisində Mehriban
xanım Əliyevanın
xüsusi rolu var
Dünyada,
eyni zamanda həm populyar ictimai persona, həm də nüfuzlu
siyasətçi kimi tanınan,
fəaliyyəti ölkəsi daxilində və dünya
miqyasında böyük rəğbətlə
qarşılanan şəxsiyyətlərin sayı çox
deyil. Çünki yalnız fəaliyyəti
öz ölkəsinin
coğrafi sərhədləri
ilə məhdudlaşmayan, qlobal məzmun kəsb edən, həm milli maraqlara, həm də ümumbəşəri dəyərlərə
əsaslanan ictimai-siyasi
xadimlər belə müsbət imicə – reputasiyaya sahib olur, tarixin yaddaşına
əbədi həkk olunan – izləri silinməyəcək parlaq
nümunə yaradırlar.
Eynilə Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyeva kimi.
Mehriban xanım
Əliyevanın çoxşaxəli
fəaliyyəti xalqa xidmət, millli və ümumbəşəri
dəyərlərə hörmət
nümunəsi olmaqla humanizm və vətənpərvərlik prinsiplərinə
əsaslanır
Mehriban xanım
Əliyevanın adı
xeyriyyəçilik, humanizm,
qayğıkeşlik, vətənpərvərlik
kimi anlayışlarla
assosiasiya olunur. Bu, təsadüfi deyil. Çünki onun fəaliyyəti məzmun etibarilə rəngarəng və zəngin, miqyasına və istiqamətinə görə çoxşaxəlidir.
Azərbaycanın Birinci
xanımının gördüyü
işlər, ilk növbədə, xalqın
rifahına, dövlətin
inkişafına xidmət
edir. Mehriban xanım Əliyeva
bu zamana qədər müxtəlif
vəzifə və statuslarda öz üzərinə düşənləri
layiqincə yerinə yetirərək, strateji hədəflərin gerçəkləşdirilməsinə,
milli birliyin gücləndirilməsinə, Azərbaycanın
müsbət beynəlxalq
imicinin daha da möhkəmləndirilməsinə
müstəsna töhfələr verib. O, Heydər Əliyev
Fondunun prezidenti, Cənubi Qafqazın ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasının Sədr müavini, Milli Məclisin deputatı, Azərbaycan Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü,
UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi məqsədyönlü, faydalı
və səmərəli
fəaliyyəti ilə
həm ölkəmizdə,
həm də beynəlxalq müstəvidə
böyük nüfuz qazanıb, ona olan inam və
etimadı yüksək
səviyyədə doğruldub.
Başqa sözlə,
Mehriban xanım Əliyeva nümunəvi fəaliyyəti ilə Vətənə sonsuz sədaqət, xalqa şərəfli xidmət,
milli və ümumbəşəri dəyərlərə
hörmət nümunəsi
yaradıb. Təsadüfi deyil ki, onun milli məzmun
və qlobal əhəmiyyət daşıyan
şəxsi nümunəsi
dünyanın nüfuzlu
ekspertləri, ictimai-siyasi
xadimləri, elm adamları tərəfindən
gələcək nəsillər
üçün mühüm
tarixi miras kimi səciyyələndirilir.
Bu, sözün əsl mənasında, azərbaycanlı milli kimliyinin mütərəqqi
nümunəsi kimi qlobal məzmunda özünütəsdiqidir.
Xalqın sonsuz
sevgisini qazanan Mehriban xanım Əliyeva inam və etimadı ən yüksək səviyyədə doğruldub
Azərbaycan dövlətinin inkişafında,
möhtəşəm nailiyyətlər
qazanaraq tarixin XXI əsr səhifəsinə
öz adını qüdrətli və qalib dövlət kimi yazdıran ölkəmizin
milli tərəqqisində
Mehriban xanım Əliyevanın xüsusi rolu var. O, Prezident
İlham Əliyevin ən yaxın silahdaşı olaraq sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində müstəsna
rol oynayır. Ölkə əhalisinin bərabər, əlçatan
və keyfiyyətli təhsillə təmin olunması, insanların sağlamlığının qorunması,
həssas əhali qruplarının (şəhid
ailələri, qazilər,
məcburi köçkünlər, ahıllar, kimsəsizlər,
irsi qan xəstəliyindən və
digər xəstəliklərdən əziyyət
çəkən şəxslər
və s.) problemlərinin
həlli, ölkədə idman hərəkatının davamlılığının
təmin olunması, respublikamızda ekoloji problemlərin həllinə
dəstək göstərilməsi və
digər istiqamətlərdə
Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə çox mühüm işlər görülüb və uğurlu nəticələr
əldə olunub. Eyni zamanda, Azərbaycan xalqının yaratdığı
milli mədəniyyət
nümunələrinin, tarixi
ənənələrimizin öyrənilməsi, mədəni
irs nümunəsi kimi qorunması və dünyada təbliği ilə əlaqədar atılan addımlar böyük əhəmiyyətə malikdir.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
Azərbaycanın maddi
və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan
xalqının yaratmış
olduğu ənənə
və dəyərlərin
dünyada tanıdılması
üçün müxtəlif
təqdimatlar, sərgilər,
tədbirlər keçirilib,
UNESCO və ISESCO platformalarından
səmərəli istifadə
olunub, Azərbaycan xalqının mədəni
abidələri dünya
irs siyahılarına daxil edilərək qorunma altına alınıb.
Bunlarla yanaşı, 30 ilə
yaxın davam edən işğal dövründə, Vətən
müharibəsi zamanı
və postkonflikt mərhələsində Azərbaycan
həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması
istiqamətində görülən
işlər, erməni
yalanlarının ifşası,
ermənipərəst dairələrin qara piar kampaniyasının iflasa uğradılması,
Azərbaycanın beynəlxalq
müstəvidə haqlı
və ədalətli mövqeyinin gücləndirilməsi
baxımından, xüsusi
önəm kəsb edir. Hazırda Mehriban xanım
Əliyevanın irəli
sürdüyü bir sıra təşəbbüslər
Vətən müharibəsində
qazanılmış tarixi
Qələbəmizin qlobal
miqyasda informasiya və diplomatiya platformasında möhkəmləndirilməsinə,
milli birliyin gücləndirilməsinə mühüm
töhfədir. İşğaldan
azad olunmuş torpaqların bərpasında humanitar missiyanın həyata keçirilməsi də bu kontekstdə ayrıca vurğulanmalıdır.
Eyni zamanda, bu gün Mehriban
xanım Əliyevanın
Azərbaycanı dünyada
sivilizasiyalararası dialoq,
multikulturalizm və tolerantlıq məkanı
kimi təqdim etməsi Prezident İlham Əliyevin Müzəffər Lider portretini uğurla tamamlayır.
Mehriban xanım
Əliyevanın yaratdığı
güclü qadın və qayğıkeş ana obrazı həm indiki, həm də gələcək nəsillər
üçün parlaq
nümunədir
Mehriban xanım
Əliyevanın ictimai-siyasi
portretinin çox mühüm cizgilərindən
biri onun Azərbaycan qadınının
dünya miqyasında müsbət obrazının
gücləndirilməsi ilə
əlaqədar tarixi xidmətləri ilə bağlıdır. Azərbaycanın Birinci xanımı milli tariximizdə qadın hərəkatının
yeni bir səhifəsini açıb,
idarəetmədə qadınların
rolunun artmasına, həyatın müxtəlif
sahələrində onların
fəallığının yüksəlməsinə xüsusi
impuls – böyük rəvac verib. O, ölkəmizdəki qadın
hərəkatı tarixində
ilk şəxsiyyətdir
ki, maarifçilikdən
səhiyyəyə, idmandan
mədəniyyətimizin təbliğinə,
xeyriyyəçilikdən ətraf
mühitin qorunmasına
qədər geniş bir fəaliyyət platformasını əhatə
edir. Mehriban xanım Əliyevanın timsalında həm də qayğıkeş ana obrazı görürük. Xüsusilə,
onun kimsəsiz, xüsusi diqqətə ehtiyacı olan uşaqlara, qəhrəman
şəhidlərimizin övladlarına
böyük qayğı
göstərməsi, ana
nəvazişi ilə
yanaşması bunun bariz nümunələrindəndir.
Bir sözlə,
Mehriban xanım Əliyevanın yaratdığı
güclü qadın və qayğıkeş ana obrazı həm indiki, həm də gələcək nəsillər
üçün xüsusi
nümunədir.
Mehriban xanım
Əliyevanın qlobal
məzmunlu fəaliyyəti
beynəlxalq səviyyədə
yüksək dəyərləndirilir
Mehriban xanım
Əliyevanın çoxşaxəli,
məqsədyönlü, müasir
qlobal çağırışlara
adekvat cavab verən fəaliyyəti həm də beynəlmiləl xarakter daşıyır.
Onun
UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi dünya əhalisinin sağlamlıq və təhsil ehtiyaclarının
qarşılanması təşəbbüslərinə
dəstək göstərməsi,
dünyanın maddi, qeyri-maddi irsinin bərpası və onun gələcək nəsillərə çatdırılması
missiyasını yerinə
yetirməsi, dinlər və
mədəniyyətlərarası dialoq mühitinin yaradılması ilə bağlı mühüm təşəbbüslər irəli
sürməsi xalqlararsı
əməkdaşlığın, qlobal həmrəyliyin gücləndirilməsi, sivilizasiyalar
arasında inteqrasiyanın
sürətləndirilməsi və dünyada sülhün, mehriban birgəyaşayışın
təşviqi baxımından
böyük əhəmiyyət
daşıyır. Təsadüfi
deyil ki, Mehriban xanım Əliyeva belə ümumbəşəri xarakterli
fəaliyyətinə görə
bu zamana qədər çoxsaylı
beynəlxalq mükafatlara
layiq görülüb.
Bu, onun fəaliyyətinin əhəmiyyətinə
və aktuallığına
qlobal miqyasda yüksək önəm –
dəyər verilməsinin
bariz nümunəsidir.
Nəticə etibarilə, Mehriban
xanım Əliyeva ülvi amallara və məqsədlərə
söykənən nümunəvi
fəaliyyəti ilə
tarixiliklə müasirliyin
vəhdətini yaradır,
bugünkü və gələcək nəsillər
arasında mənəvi
körpülər inşa
edir. Onun Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi çoxəsərlik dövlətçilik tariximizin
zənginləşməsinə, ölkəmizin milli qüdrətinin artmasına
verdiyi töhfələr
isə Azərbaycanın
qarşısında yeni
perspektivlər açır.
Alim
Olaylar.- 2021.- 27
avqust.- 2 sentyabr.-S.4.