Bizə qələbə sevinci yaşadanların fondu

 

Adətən müharibələr saysız-hesabsız itkilər, külli miqdarda ziyan, zərərlə yekunlaşır. Kimisi müharibıdə şəhid olur, kimisi qazi. Kimisi də müharibə nəticəsində öz ev-eşiyini itirir. Ona görə də müharibdən sonra onun vurduğu yaraları sağaltmaq üçün illər gərəkir. Bəzən isə dövlətlər bu işə xüsusi həssaslıqla yanaşdığı və ciddi tədbirlər gördüyü üçün müharibə fəsadlarını tez bir zamanda aradan qaldırmaq olur. Necə ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın timsalında bunu göstərmək mümkündür. Daha dəqiq desək "YAŞAT" Fondunun uğurlu fəaliyyəti fonunda. Məlumat üçün qeyd edək ki, 44 günlük Vətən müharibəsində şəhid və qazi olanlara, onların ailə üzvlərinə yardım göstərmək məqsədilə yaradılan Fondun ötən bir ildəki uğurlu fəaliyyəti nəticəsində qeyd edilən kateqoriyadan olan minlərlə vətəndaşımızın buya digər problemi həll edilib.

"YAŞAT" Fondunun fəaliyyət istiqamətlırində özünü ehtiva edən məsələlərdən biri şəhid ailələri və qazilərin məişət şəraitinin yaxşılaşdırılmasıdır.  Məhz bu istiqamət  üzrə şəhid ailə üzvlərinin 3 738, itkin ailə üzvlərinin 5 və yaralıların 4 746 müraciəti olmaqla ümumilikdə 8 489 müraciət təmin edilib. 27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı Fond tərəfindən həyata keçirilən "Onlar bizə əmanət" layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb.

Təhsil cəmiyyətin, gənclərin sağlam ruhda böyüməsi, onların layiqli vətəndaş olması üçün ən vacib istiqamətlərdəndir. Buna görə də Azərbaycanda təhsil sahəsinə daim diqqət ayrılıb. Elə "YAŞAT" Fondunun fəaliyyət istiqamətində də təhsil sahəsi mühüm yer tutub. Belə ki, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 143 və yaralıların 21 müraciəti olmaqla ümumilikdə 164 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 222 822 AZN vəsait qarşılanıb. Təhsil haqqı qarşılanan 66 şəxsin ödənişi Fond tərəfindən, 60 şəxsin isə ödənişi Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb.

02 dekabr  2021-ci il tarixinədək Dövlət Agentliyinin "YAŞAT" Fondu ilə şöbəsi ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Türk Dünyası Bakı Atatürk Liseyi,  XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Hədəf liseyi, Kaspi Tədris Mərkəzi, Evrika Liseyi, Dünya məktəbi və "Dərs evi" tədris mərkəzi arasında şəhidlərin övladlarına ödənişsiz təhsil alması məqsədi ilə niyyət protokolu imzalanıb. Əməkdaşlıq çərçivəsində imtahanda uğurlu nəticə əldə etmiş 34 şəhid övladı özəl təhsil müəssisələrində ödənişsiz kvota əsasında təhsil alır. Eyni zamanda 7 şəhid övladı ödənişsiz kvota əsasında bağça (5 şəxs) və məktəbəqədər təhsil müəssisəsinə (2 şəxs) qəbul olunub.

2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara "YAŞAT" Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilib. Cari günədək 36 şəxsə (22 şəhid ailə üzvü və 14 yaralı) 2000 AZN vəsait köçürülüb.

Qeyd etdiyimiz kimi müharibə insanların həyatında dərin iz buraxır. Kimi müharibədən yaralı, kimi psixoloji sarsıntı içərisində çıxır. Belə vətən oğullarının öz əvvəki səhhətlərinə qayıda bilməsi, onların sağlamlıqlarına qovuşması üçün "YAŞAT" Fondu əlindən gələni əsirgəməyib. Hər bir ediıən müraciətə həssaslıqla yanaşan Fond  ötən müddət ərzində xeyli sayda Vətən müharibəsi qazisinin müalicə və psixoloji dəstək xərclərini qarşılayıb. Belə ki, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 3 012 və yaralıların 2 525 müraciəti olmaqla ümumilikdə 5 537 müraciət təmin edilib. Ümumilikdə 154 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib, onlardan 115-si ölkəyə geri qayıdıb. Hazırda 39 ağır yaralının müalicəsi  Türkiyə Respublikasında davam edir.

YAŞAT" Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib. 10 mart 2021-ci il tarixdə Türkiyə Respublikasından dəvət olunan həkim tərəfindən komada olan ağır yaralılar müayinə edilib.

28 fevral - 07 mart 2021-ci il tarixlərdə İsrail dövlətindən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis gətirilib, qeydiyyatı aparılmış ağır göz problemləri olan 148 nəfər şəxs müayinə edilib. Müayinə nəticəsinə uyğun olaraq 30 nəfər əməliyyat edilib, əməliyyat nəticəsində 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə sadəcə müayinə edilib.

Ciddi fiziki travma alan yaralıların fiziki bərpa prosesini daha da sürətləndimək üçün "YAŞAT" Fondu tərəfindən xaricdən sifariş edilən 39 451.41 manat məbləğində "RGO" ortopedik cihazları ölkəmizə gətirilib. Avadanlıqdan 8 yaralının müalicəsində istifadə olunub.

Gün ərzində 35-40 nəfər yaralının müalicəsində istifadə edilməsi üçün 47 270.80 manat məbləğində Giger MD reabilitasiya cihazı alınıb.

2021-ci ilin 12 avqust tarixində Fondun Himayəçilik Şurasının üzvü, Kopenhagen Universitetinin nevrologiya üzrə professorbaş məsləhətçisi, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina tərəfindən 34 nəfər yaralının müayinəsi həyata keçirilib və müalicə istiqamətləri müəyyən edilib.

2021-ci ilin 12 avqust tarixində İsrail dövlətindən gələn həkim tərəfindən 9 nəfər yaralının müayinəsi həyata keçirilib və müalicə istiqamətləri müəyyən edilib.

Azərbaycanda hər zaman vətəndaşlar buya digər formada kredit problemi ilə qarşılaşıb, baş verən hər hansı gözlənilməz situasiyadan dolayı bankdan götürdüyü krediti qaytara bilməyib. Elə Vətən müharibəsindən əvvəl də vətəndaşlarımız müxtəlif banklardan kreditlər götürmüşdübaşlanan 44 günıük müharibə həmin kreditlərin zamanında qaytarılmasını mümkünsüz etdi. Bir çox kredit öhdəçiliyi olan Vətən oğullarımız şəhid oldu, yaxud müharibədən yaralı vəziyyətdə dönən qazilərimizin həmin krditi qaytarmasına çətinliklər yarandı  Belə bir həssa məqamı diqqətə alan Fond məhz bu istiqamətdə, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması yönündə də bir ilik fəaliyyəti dövründə təqdirəlayiq addımlar atdı.  Fondun açıqlamasından məlum olur ki, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 696, itkin ailə üzvlərinin 3 və yaralıların 919 müraciəti olmaqla ümumilikdə 1 618 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 125 926.74 AZN vəsait qarşılanıb.

"YAŞAT" Fondu bir il ərzində digər istiqamətlərdə də müxtəlif layihə və tədbirlər həyata keçirib ki, onların da nəticəsi müsbət sonluqla bitib və həmin tədbirlərdən də kifayət qədər faydalanan olub. Bir sözlə, "YAŞAT" Fondu bir il ərzində sözün həqiqi mənasında bizə qələbə sevincini yaşadanların fonduna çevrilib.

 

Süleyman İsmayılbəyli

 

Olaylar.- 2021.- 10-16 dekabr.- S.8.