28 illik hazırlıq
və ermənilərə verilən 44 günlük
dərs
Epiqraf
Hökumət o zaman özünə potensial
üsyançılar hazırlayır ki, cəmiyyətdə
xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə
sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb
gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin,
vətənpərvərliyin təbliği effekt vermir və
dövlətçilik anlayışı məmur və ictimai
status anlayışı ilə eyniləşdirilir.
"Tarix ibrətdir" silsiləsindən
Əvvəli ötən saylarımızda
Bu
sazişdən sonra ermənilər
hələ də depressiyadan
çıxa bilmirlər. Görünür onları həmişə
bu vəziyyətdə saxlamaq və
idarə etmək üçün depressiya vacib şərt
olaraq daima qalmalıdır. Ermənistan müxalifəti (on
yeddi partiya) baş nazir Nikol Paşinyanı istefaya göndərmək üçün hərəkətə
keçsə də on min
etirazçını meydana güclə yığa bilirdi. Bu, o demək idi
ki, xalq həm məğlubiyyət şokundan ayıla bilmir, həm
də otuz iki il
apardığı diplomatik
mübarizənin nəticə vermədiyini görür. (Hətta
Ermənistan qondarma
"DQR"nın müstəqilliyini heç vaxt tanımadı, yaxud
buna cəsarəti
çatmadı, Çünki belə olsa idi, siyasi fəsadları daha ağır olacaqdı və bu səbəbdən də Ermənistanın
özündə çox
kasıb həyat tərzi əhalinin bu problemdən
yorulduğunu, birdəfəlik həll
etmək istəyini təzahür edirdi.) Digər tərəfdən
dünya erməni diasporasının "Qarabağ"
adına topladığı milyonlarla vəsaitin hakimiyyət tərəfindən
mənimsənilməsi əhali tərəfindən hökumətə
və müxalifətə
qarşı biganəlik yaratmışdı.Ona görə də
müxalifət xalqdan dəstək ala bilmədi. Başqa bir səbəb
də erməni xalqının
"Böyük Ermənistan" xülyasının ilğımdan başqa bir şey
olmaması idi. 44 günlük Vətən müharibəsi bütün bunların
üstündən yekə,
yağlı qırmızı xətt çəkdi.
Bundan sonra Ermənistan dövlətinin mövcudluğu sual
altına düşdü, çünki hazırda bu ölkə
iqtisadi, siyasi, psixoloji, humanitar fəlakətin
astanasındadır. Bir neçə
kəlmə də ermənilərin psixoloji durumu
haqqında yazmaq yerinə
düşərdi. Zaman- zaman bu
xalqın psixologiyası, fəaliyyəti,
cəmiyyətdə mövqeyi
haqqında məşhur adamlar,
yazıçılar, siyasi xadimlər elə sözlər yazıblar ki, bunu
bir kilo balla həzm etmək mümkün deyil. Mən
K.Marksın, F.Engelsin, L.Tolstoyun, A.Puşkinin, Qriboyedovun,
Mayokovskinin ermənilər barədə yazdıqları kəlamları
qoyuram qırağa. Görün, azacıq vicdanı olan erməni
ziyalıları öz soydaşları haqqında nələr
yazırlar.
Şair
Yeqise Çarents : "Bizdə ikiüzlülük
anamızın bətnində yaranır".
Tarixçi Qeveroq Aslan : "Ermənilərin dövlətçiliyi olmayıb. Onlar vətən hissi və siyasətlə bir - birinə bağlı deyillər. Erməni vətənpərvərliyi yaşadığı yerə bağlıdır".
Tarixçi F.Ekozyans : "Ermənistan coğrafi əyalətdir. Tarixdə erməni xalqı və erməni dövləti olmayıb. Ancaq erməni dini icması olub".
Tarxiçi Kerop Patkanov: "Ermənilər insan tarixində önəmli rol oynamayıblar".
Dilçi, ədəbiyyatşünas Manuk Abeqyan : " Ermənilərin kökü hardandır, nə zaman və hansı yolla bura gəliblər? Biz bu barədə dəqiq və aydın faktlara söykənmirik".
Yazıçı Xaçatar Abovyan: "Türk dili lənətə gəlsin, lakin bu dil Tanrının xeyir -duasını alıb... Hər məclisdə, toy şənliklərində biz türkcə oxuyuruq. Bizim dilimizin ən azı əlli faizi türk sözlərindən ibarətdir. Azərbaycan dili dilimizə o qədər daxil olub ki, bizdə mahnılar, şeirlər, məsəllər türkcə səsləndirilir".
Yazıçı Qazaros Aqaryan : " Bizim aşıqlar şeirlə heç vaxt dastan qoşmayıblar, bütün bu dastanlar azərbaycancadır".
Dilçi Edrin Arustamyan: "Azərbaycan dilində çoxlu məsəllər və misallar erməni dilində ilkin formada deyilir və tərcümə olunmur, çünki tərcümə onların dərin mahiyyətini itirir."
Yazıçı M.Nalbandyan: "Həmişə nəsə təmiz ermənicə eşitmək istəmişəm. Təəssüflər olsun ki, bu günə qədər eşidə bilmədim.
Folklorşünas Perç Proşyan: "Onlar(ermənilər-Y.0) türkcə ağlayırlar, bayatılardan istifadə edib hönkürürlər."
Folklorşünas Qeqam Tarverdyan : "Tərəfimdən toplanan erməni aşıqlarının şeirlərinin böyük bir hissəsi azərbaycan dilindədir."
Tarixçi Aram Arakelyan : "Ermənilərin başları o qədər zərərli ideyalarla dolub ki, onları təmizləmək üçün uzun illər lazım gələcək."
Bəstəkar A.Xaçaturyan : "Mən aşığam . Mən Azərbaycan musiqisi qarşısında borcluyam."
İrina Petrosyan : "Uzun müddət ermənilərin dövləti olmayıb. Uzun müddət dövləti və sərhədləri olan başqa xalqlardan fərqli olaraq ermənilərin milli mətbəxi də olmayıb."
Bax belə! Bu iqtibaşları görkəmli yazıçı-dramaturq, filosof Firuz Mustafa sosial şəbəkələrdə rus dilində dərc etmişdi. Mənə yalnız tərcümə etmək qaldı.
A.S. Puşkinin ermənilər haqqında məşhur bir kəlamı var: " Sən oğrusan, donuzsan, ermənisən."
Məşhur yazıçı Aleksandr Düma Qafqaza səyahət edərkən burada yaşayan bəzi xalqlar haqqında orjinal müşahidə aparmışdı. O yazırdı ki, Qafqazda yunanlarla bir iş görmək istəsən onlarla yalnız müqavilə bağlamaq lazımdır. Verdikləri sözə heç zaman əməl etməzlər. Tatarlar(türklər) söz verdisə müqavilə bağlamağa ehtiyac yoxdur. Əməl edəcəklər. Ermənilər isə istər söz versin, istərsə də səninlə müqavilə bağlasın, xeyri yoxdur, hər ikisinin altından qaçmağa çalışacaqlar.
Bu da ibrətdir. İndi görürük ki, həm musiqimizi, mətbəximizi, adət-ənənələrimizi, tariximizi, kilsələrimizi və s. oğurlayır, mənimsəyir, özününkiləşdirirlər, həm də indinin özündə də imzaladıqları kaputaliyasiya aktının altından qaçmağa çalışırlar, min bir hiylə dolu fikirlər dövriyyəyə buraxırlar.
Bizim prezident çoxsaylı müsahibələrinin birində söylədi ki, erməni silahlı qüvvələri ərazimizdən çıxması haqqında mərhələli cədvələ imza atsın, mən müharibəni dayandırıram. Kişi kimi də dayandırdı.
Amma erməni tərəfi yenə də Qarabağda müxtəlif təxribatlar törədir, bir neçə aparıcı dövləti münaqişəyə cəlb etmək istəyir.
Erməni xisləti belədir. Bu xalq heç zaman müstəqil yaşamadığından və dövlətçilik şüuru formalaşmadığından zaman-zaman bu və ya başqa dövlətə xidmət edib, maksimum yararlanmağa çalışıb. Son min ilin tarixini götürsək, görərik ki, ermənilər bizans, səlcuq, monqol, qaraman, baharlı, bayandur, teymuri, səfəvi, avşar, qacar imperiyalarının təbəələri olublar. Son iki yüz ildə isə yuxarıda qeyd etdiyimiz kimi 1828-ci il rus-qacar müharibəsindən sonra köç ediblər.
Maraqlıdır ki, nə İrəvanda, nə də Qarabağda öz mədəni və mənəvi abidələri olmadıqları üçün digər xalqların abidələrini ya dağıdır, ya da çox həyasızcasına özününkiləşdirirlər.
Beləliklə ermənilərin öz tarixi olmadığından qonşuların tarixinə yiyə durmaq cəhdi etdilər, rus imperiyasının onlar üçün XIX əsrdə yaratdığı qurama tarixə sonradan özləri də inanmağa başladılar. "Böyük Ermənistan" və " dənizdən dənizə" ideyası bu xalqı xəstələndirdi və bu indi də davam edir. Azərbaycanın tarixi ərazisində, özü də 1918-ci ildə Azərbaycan tərəfinin razılığı ilə İrəvanı özünə paytaxt edən balaca Ermənistan nə zaman "dənizdən dənizə" böyük dövlət qurub?
Uydurduğu tarix dövründə eramızın birinci minilliyində Roma, Bizans, Sasani, ərəb və başqa imperiyalar olan zamanda sən necə "dənizdən dənizə" imperiya qura bilərdin?" Son iki min illik tarixə baxsaq görərik ki, ermənilər həmişə son anda xidmət etdikləri ağalarının kürəklərinə xəncər saplayıb. Belə olub, bundan sonra da belə olacaq və artıq bunun işartıları da görünür, belə ki, Ermənistan Rusiyadan qopmaq, aralanmaq siyasətini yürüdür. İndi bu mümkün olmasa da, buna hazırlıq gedir.
Ermənilər haqqında hələlik bu qədər.
Qayıdaq 10 dekabr Zəfər paradına. Bununla bağlı " Zəfər paradı" adlı esse yazdım və onu hörmətli oxucuların diqqətinə çatdırıram.
Həsrətini çəkdiyimiz, günəşin altında susuz qalmağımıza, şaxtasına, ağrısına-acısına dözməyimizə baxmayaraq yel də gələndə, sel də gələndə çölə çıxıb elə bilirdik sən gələrsən, Zəfər Paradı .
Sənin üçün hazırlaşırdıq, sənin üçün oxuyurduq, səni gözləyirdik, ey möhtəşəm Zəfər Paradı!
Sənin içində nələr yoxdu?
Son iki yüz ildə param-parça olmuş ruhumuzun birləşməsi, bütövləşməsi başlayır səninlə.
Parçalanmış ruhumuzla yanaşı, bölünmüş Vətənimiz də vardı. İndi Vətənlərimiz də səni həsrətlə gözləyir.
Sənə qədər nələr yaşamadıq?
Torpağa qan qarışdı, Vətən demədik. Vətən yadların əlində idi. Vətən üçün vuruşmadıq, çünki özəl Dövlətimiz yox idi. Bir qardaşım bir vətəndə, o biri qardaşım başqa Vətəndə, qarşı-qarşıya vuruşurdu. Sən qurtardın bizi hərc-mərclikdən, nisgildən, sıxıntıdan, yadlara işləməkdən, boyun əyməkdən, baş endirməkdən, diz çökməkdən, Zəfər Paradı.
Cümhuriyyət yaratdıq, üç rəngli bayrağımızı göylərə ucaltdıq. Dövlətlər içində yer almaq istədik, qoymadılar. Gizlində söylədilər: "Bunlara müstəqil dövlət yaratmaq olmaz! Olsa, çox irəli gedərlər, həmişə başı qapazlı etmək, qorxu altında saxlamaq lazımdır, gərəkdir. Bunları yüksəklikdə saxlamaq olmaz".
Bayrağımızı endirdilər, unutdurmağa çalışdılar. Bölünmüş torpaqlarımızı, Vətənimizi yenidən, lap yenidən bölüşdürdülər. Bu dəfə lap dəhşətli idi. Əlindən alınan torpaqda, vətəndə yaşaya bilməzsən. İndi də Vətənsiz olmalısan. Həsrət, nisgil, vətənsizliyi şeirlərdə, mahnılarda yaşatdıq. Ölmədik, yaşaya-yaşaya öldük, ölə- ölə yaşadıq.
Sən qaldırdın aramızdan qorxu- hürkünü, həsrəti, nisgili, əzilən, alçalan bayrağımızı yenidən ucalığa qaldırdın, Zəfər Paradı!
Bu dəfə həm də könül, can ucalığına qaldırdın Azərbaycanı! Sən sübut etdin: "Bir kərə qalxan bayraq, bir daha enməz!" Səndən ötrü can da verdik, qurban da verdik. Üçrəngli bayrağa görə şəhid də verdik, Zəfər Paradı!
Qətlə yetirimiş cocuğu əlləri üstündə göyə qaldırıb fəryad edən Ananın qisasını sən aldın. İmkan vermədin ki, cocuqlar, atalar, analar Vətənsiz yaşasın. Vətən həm uğrunda ölən, həm də orada dəfn olunanda Vətəndir.
Sən sındırılmış qürurumuzu geri qaytardın, əyilmiş belimizi dikəltdin, oğrun gözlərimizdə utancaqlığı sildin, min illərdir babalarımızın daşıdığı Qüruru, Mənliyi yenidən fəxrlə köksümüzdə daşıtmağa başlatdırdın, göz qıpıqlığını, baş qaxınclığını aradan qaldırdın. "Millətin namusu sərhəddən başlayır" deyib başbilənimiz. Sən kiçik vətəndə, Azərbaycanda Dövlətinin Milli Namusunu qorumağı bacardın, sərhədlərini bərpa etdin, bütün düşmənlərinin ürəklərində sənə qarşı gəzdirdikləri hiylə-fəsadı, fitnələri heç etdin, puç etdin. Hayqırdın ki, mən də varam, sınmaram. Dövlətimin "imzasını imzalar içində" görmək haqqımdır. Haqqına sahib oldu Dövlətim, Millətim sənin hesabına.
Sənin hesabına parçalanmış Ruhumuz birləşir. Qalib Ruhumuz Zəfər Paradına çevrilib Qarabağı dolaşdı, Bakı küçələrində gəzir, hər evin, hər ürəyin sahibidir Zəfər Paradı.
Qürurumuza qürur qatdın. Şanımıza şan, sanımıza san verdin. Susuz qalana su, ac olana çörək verdin, ruhsuz gəzənə ruh, mənlik verdin. Şübhəli gəzənlərin dumanını yağışdan sonra çıxan günəş kimi dağıtdın.
Dövlətimizin, millətimizin şah əsərinə, şeirlərinə çevrildin.
Sən ilk Zəfər
Paradısan, amma sonuncu olma. Dövlətimizin, millətimizin sənə hər zaman ehtiyacı olacaq. Sən olduqca Azərbaycanın adı göylərə ucalacaq, yenilməzliyin tarixdə yaşayacaq.
İrəli Azərbaycan, İrəli
Zəfər Paradı!
...Ermənilər, elə Ermənistan
kimi bu məğlubiyyətin
nəticəsində dərin, iqtisadi, siyasi, mənəvi böhran keçirirlər. Bu böhrandan nə zaman çıxacalar, o da bilinmir. Hətta mətbuatda yazırlar ki, Ermənistan dövləti özünü
defolt elan edəcək, yəni müflisləşməni rəsmiləşdirəcək,
çünki Azərbaycan
ordusu ərazilərimizi
işğaldan azad etdikdən sonra büdcəsinin böyük
bir hissəsini Qarabağdan formalaşdıran
İrəvan indi quru yurdda qalıb.
Ərzaq bahalaşması sürətlə
davam edir.
Əlbəttə, müstəqil dövlətimiz
və ordumuz olmayanda ermənilər hamilərinin vasitəsilə istədikləri
siyasəti bizə qarşı tətbiq edə bilir, müxtəlif vasitələrlə ərazilərimizi
Ermənistan torpaqlarına
qata bilirdilər. İndi isə vəziyyət tamam başqadır. Dövlətimiz, onun iqtisadiyyatı,
ordusu, xarici siyasəti daha da gücləndikcə ermənilər zəifləyəcək,
bizə qarşı hansısa siyasəti yürütməkdən çəkinəcəklər.
Ancaq, bu o demək deyil ki, onlara
yenə də yaxınlıq göstərək,
süfrəmizin başında
otuzduraq, sonra elə öz evimizdə də, imkan düşən kimi kürəyimizə xəncər saplasınlar.
Onları həmişə məsafədə saxlamaq lazımdır. Tarix ibrətdir və keçmişdə olanları
heç zaman yaddan çıxartmaq olmaz.
YUNUS OĞUZ
Olaylar.- 2021.- 12-18 fevral.- S.12-13.