Qarabağ xanlığı... Şimali Qafqaz... hay kilsəsi

 

Qıpçaq, peçeneq, xəzər, sak, qaraqaş türklərinin (noqayların),  oyratların (kəlmuğların)...tayfa-qəbilə ittifaqlarının məskunlaşma yurdları, böyük köç yollarının üstü və özgürlüklərini   qoruyub-saxladıqları Azov və Xəzər dənizlərinin düzən əraziləri,   Şimali  Qafqazın aran nahiyələri əski Türk-Müsəlman dövlətlərinin    siyasi-iqtisadi mənzərəsinin müxtəlifliyi ilə səciyyələnir. Bu sırada       Avar xalqı həm də qədim dövlətçilik gələnəkləri ilə fərlənir, belə ki,  Dunay çayı ilə Karpat dağları arasında bu xalqın yaratdığı dövlət VI-VIII əsrlərdə Bizans imperiyasına qarşı bir sıra müzəffər qələbələr   qazanmış, Qıpçaq xaqanlığının XIII əsr tarixi salnaməsi -"İgid polkun   dastanı"nda adı çəkilmişdir.

 

Məskunlaşma məkanları Uzaq Şərqdən qərbə doğru Mərkəzi Asiyadan Qərbi Avropaya qədər uzanan çoxsaylı Türk dilli xalqların ittifaq birliklərinə məxsus əski dövlətlərin (VI əsrdə Qərbi Türk xaqanlığı; VI-VIII əsrdə Göytürk xaqanlığı,VII-XI əsrdə Xəzər xaqanlığı; XII əsrdə Qaraxanilər dövləti...ümumiyyətlə bu barədə tarix elmləri doktoru, professor Ə.İ.Muxtarovanın "Türk xalqlarının tarixi (qədim dövr və orta əsrlər)" dərsliyi (2013) dəyərli mənbədir) hüdudları içərisində Xəzər və Azov dənizləri arası geniş çöllər-düzənliklər (Kuma-Manıç vadisi), Volqa, Don, Terek, Kuban çaylarının hövzələri, Qafqaz dağlarının quzey bölgələri tarixən xüsusi yer tutmuşdur. Göstərilən sərhədlər daxilindəki ərazilər siyasi-iqtisadi və hərbi-dövlət quruculuğu baxımdan mühüm strateji əhəmiyyət daşıdığınadan, beynəlxalq dəyərli ticarət yolu üstündə yerləşdiyindən, güclü Müsəlman-Türk birliyinin batı qalası olduğundan birləşmiş düşmən, xüsusilə mənfur rus-hay qüvvələrinin tarixən hədəfində olmuşdur.

 

Hay kilsəsinin (Naxapet (1691-1705), I Astvatsatur (1650-1725), V Akop Şamaxılı (1759-1763), I Qukas (1780-1799, Rusiya çarı I Pavelə "erməni"ləri himayə etməyə rəsmən müraciət edib 1786-cı ildə və çar 26.02.1794-cü il tarixli fərmanla Rusiya ərazisindəki bütün hay kilsələrinə böyük imtiyazlar vermişdir...) Bütöv Azərbaycanın Qərb bölgələrini və Qarabağ mahalını işğal etməkdə məkrli niyyəti ilə çar Rusiyasının Şimali Qafqazı zəbtetmə siyasətinin ilişgiləri XVIII-XIX əsrlərdə üst-üstə düşdüyündən onlar bu əlaqələri uzlaşdırmış, sonrakı mərhələdə xeyli gücləndirmiş və bu vaxtadək davam etdirməkdədir.

 

Quzey Qafqazda Müsəlman-Türk xalqlarına (dövlətlərinə) qarşı düşmən cəbhədə yer alan hay kilsəsinin yürütdüyü mürtəce fəaliyyətin  istiqamətini aşağıdakı kimi təsnif etmək olar:

 

- milli, etnik tərkibinə görə əsasən Müsəlman-Türk xalqlarını-dövlətlərini əhatə edən Şimali Qafqaz bölgəsində dini-etnik amildən istifadə etməklə parçalanmanı gücləndirmək, tarixi-coğrafi, milli-mədəni, etnoloji-ictimai, etnoloji-siyasi əsasları sarsıtmaq və birləşmiş düşmən qüvvələrinin mövqeyini, nüfuzunu-təsirini bölgədə artırmaq;

 

- ictimai-sosial və iqtisadi-ticari yönümlü fəaliyyətı həyata keşirməklə Rusiyanın mənafeyi naminə etibarlı-daimi hərbi-siyasi kəşfiyyat əməliyyatlarını gücləndirmək;

 

- icmalararası münasibətlərdə dini amilləri önə çəkmər, dövlət idarəetmə və digər sahələrdə üstünlüyü ələ almaq;

 

- maliyyə ehtiyaclarını yerli təbii-milli ehtiyatlar hesabına təmin etmək;

 

-bölgədə etno-demoqrafik tərkibi kəskin azaltmaq;

 

- yerli, kökənli xalqlar arasında etnik birliyin pozuculuğuna nail olmaq, milli münasibətlərdə süni münaqişələri daha da gücləndirmək və arealını genişləndirmək;

 

- bölgədə demoqrafik dəyişikliyə səbəb olacaq ictimai-sosial, elmi-mədəni siyasəti şaxələndirmək;

 

Hay kilsəsinin qeyd edilən fəaliyyəti hay sürüsünün xisləti ilə bütün dövrlərdə eynilik təşkil edib. Təsadüfi deyil ki, Müsəlman-Türk dünyasının canisi Q.Nijdenin (1886-1955) qanlı təliminə görə də - "rus xalqı "erməni"lərin yeganə təbii mühafizəçiləridir."

 

Neçə yüzildir dəyişilməz qalan qalan bu mürtəce siyasətin hədəfində Şimali Qafqazın ilk növbədə kökənli xalqları, Müsəlman-türk icması olmuşlar.

 

Tarixilik baxımından Qafqaz xalqlarının birliyinə dirəniş göstərə bilməyən rus və hay qüvvələri XVIII əsr hadisələrini də unutmamışlar. Belə ki, Cənubi Qafqazda Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, birləşmiş düşmən qüvvələrinə qarşı mübarizəsində Şimali Qafqazın Müsəlman-Türk xalqlarının birliyi onlara sarsıdıcı zərbə vurduğuna görə, onlar taktiki və strateji yanaşmalarında bir sıra düzəlişlər etmişlər.

 

XVII-XVIII əsrlərdə Qarabağ dövlətçiliyində Şimali Qafqaz əlaqələrinin güclü olması hay kilsəsinin çar Rusiyasının əlaltısına çevrilməsinə əsas səbəb olmuşdur. 1902-ci ildə Tiflis şəhərində şap edilən xəritədə Cənubi Qafqazda Qarabağ bəylərbəyliyinin və xanlığının inzibati-idarəetməsinə daxil olan Şərqi Göyçə, Zəngəzur mahallarını əhatə etdiyi ərazilərin sərhədləri çar Rusiyasının Qafqaz hərbi-dairəsinin xəritəçiləri tərəfindən təsvir (təsdiq) edilmişdir. Təbii ki, ərazisi 30 min kv.km-ə qədər olan Qarabağ dövlətinin idarəedilməsində beynəlxalq iqtisadi-siyasi əlaqələr mühüm rol oynamış və bu amil bu dövlətin aparıcı sülaləsi olan Cavanşirlər nəslinin (Pənahəli xan Cavanşir-Saraclının (1693-1763), oğlu İbrahimxəlil xanın (1732-1806), nəvəsi Mehdiqulu xanın (1757-1845...) diqqətində durmuşdur. Etnik-milli birlikdən savayı Şimali Qafqaz xalqları ilə qan qohumluğunun yaranması (XII-XIX əsrlərdə güclü olmuş Avar dövləti ilə) bu  dövlətlər arasında siyasi-hərbi mahiyyət daşımış, mühüm siyasi-hərbi məqsədlərin həllinə təkan vermişdir. Avar xanı IV Ümmə xan Məhəmməd oğlunun (1761-1801) bacısı Bikə xatunla ailə quran İbrahimxəlil xanın mövqeyi bu baxımdan xeyli güclü olmuşdur. Nəhayətdə Qarabağ-Avar əlaqələrini "erməni" xəyanəti zəiflədə bilmiş, Qarabağın alban mənşəli məliklərini ələ alan hay kilsəsi dövləti xəyanətləri həyata keçirməklə çar Rusiyasının Cənubi Qafqaza hərbi yürüşlərinə şərait yaratmışlar. Lakin, Qarabağ xanlığında növbəti şəcərə sırası bu qohumluğu davam etdirə bilmişdir, məşhur şairə-xeyriyyəçi Xurşid banu Natəvan Mediqulu xan qızı (1832-1897) Avar knyazı, çar ordusunun general-mayoru Xasay bəy Musa oğlu Usmiyevlə (1823-1866) 1849-cu ildə ailə qurmuşdur (baxmayaraq ki, bu nigah uğurlu olmamışdır).

 

Tarixi mənbələrdə göstərilir ki, Qarabağ xanlığının ordusunun tərkibində bir sıra hərbi yürüşlərdə, Ağa Məhəmməd şah Qacara (1742-1797) qarşı döyüşlərdə Avar xanlığının döyüşçüləri də iştirak etmişlər. Həmin döyüşçülərdən Qarabağda qalanlar Xəlifəliçayın sol sahilində, 1 km aralıda Qaybalı kəndinin əsasını qoymuşlar, Azərbaycanın Milli Qəhrəmanı, Şuşa özünümüdafiə batalyonunun komandiri Ramiz Bulud oğlu Qənbərov (1962-1992) ana xətti ilə bu şəcərənin üzvü olub.

 

1918-ci ildə Qaybalı kəndində 200 ailə yaşamışdır, kəndin yuxarı hissəsinə isə 1828-ci ildə Dərələyəz mahalının Çarmıx qalası (haylar bu toponimi dəyişib "Cermux" adlandırır) ətrafından bir neçə hay sürüsü köçürülmüşdür. 1904-1906-cı və 1918-1920-ci illərdə daşnak-hay quldurlarının Qaybalı və Qaladərəsi kəndlərinin dinc sakinlərinə qarşı amansız qətliamlar törətməsinə səbəb həm də güclü etnik-dini intiqam hissi olmuşdur.

 

XVIII-XIX əsrlərdə çar Rusiyasının qoşun növlərində quldur hay nizami-süvari dəstələrinin sayı xeyli dərəcə də artmışdır, xüsusilə Şimali Qafqazda yerli xalqlara qarşı aparılan döyüşlərdə iştirak etmək üçün. Döyüşçülər kazak dəstələrinə qatılsa da, hay tacirləri sərbəst, güzəştli şərtlərlə göstərirdilər, çünki onlar həm də İran və Osmanlı Türkiyəsinin dövlət, siyasi, hərbi, iqtisadi...sirləri barədə məlumatların əldə edilməsi üçün "etibarlı" mənbə rolunu oynayırdı. Ona görə də hay kilsəsinin mülkü dövlət səviyyəsində mühafizə olunurdu.

 

Nəticədə, qısa müddət ərzində Quzey Qafqazın bir sıra bölgələrində (Həştərxanda, Noqay düzündə, Qaraçay vadilərində, Mahaçqala və Qroznı ətrafında... hay sürüsünün yerləşdirilməsi siyasəti gücləndirildi.

 

Rusiya nəfinə Azərbaycan dövlətşiliyinə xəyanət edən hay kilsəsinin fəaliyyəti barədə son dövr nəşrlərindən Sankt-Peterburq şəhərində 2011-ci ildə rus dilində çap edilmiş Arsen Məlik-Şahnəzəryanın "Vərəndə hakimləri İmperiya qulluğunda" kitabını göstərmək olar.

 

Mürtəce hay kilsəsindən Müsəlman-Türk dünyasına az nifrət etməyən I Pyotrun Qafqaz yürüşündən sonra (XVIII əsr ərzində) Qarabağ bölgəsində baş verən xəyanətkar siyasətin mənzərəsini əks etdirən bu toplu ayrıca təhli mövzusu olduğundan, başqa bir nəşri misal çəkmək olar.

 

Çar Rusiyasının Qafqaz ordusunun komandanı M.S.Borontsovun (1782-1856) yavəri general Mixail Tariyeloviç Loris-Məlikovun "1776-cı ildən XVIII əsrin sonuna qədər Qafqaz hakimləri haqqında (Stavropol arxiv materialları əsasında)" kitabı (1873) "erməni"lərin Şimali Qafqqaz fəaliyyətinə gur işıq saçır.

 

Hay kilsəsi başda olmaqla, ibtidai-insan hay sürüsünün çar Rusiyasına təmannalı xidmət göstərməsi bu həyasız canlılar tərəfindən fəxrlə, təşəxxüslə, utanılmadan qeyd edilsə də, xislətlərini də gizlətmirlər.

 

Şimali Qafqazın Adıgey Respublikası ərazisində (bu qurum Krasnodar diyarı hüdudlarındadır) "erməni" mədəni-muxtariyyətinin yaradılması tələbini irəli sürmüşlər, 2015-ci ilin avqust ayında keçirdikləri yığıncaqda.

 

Hay kilsəsi "erməni" amilini özəl niyyətlə Şimali Qafqazda qabartmaq üçün ali məktəblərin, elmi-tədqiqat mərkəzlərinin, mədəniyyət mərkəzlərinin, dini ocaqların şəbəkəsindən... geniş istifadə edir,"erməni" amilini əsas tədqiqat obyektinə çevirməkdə çox fəallıq göstərir, bu amili nəzərə almaq çox vacib...

 

Bir vacib cəhəti qeyd etmək lazımdır ki, Şimali Qafqazın hay mənşəli koloniyaya çevrilməsi (hazırda bu bölgədə 500 mindən çox hay yaşayır) etnosiyasi və etnoiqtisadi nisbətdə hay mənşəlilərin üstünlük təşkil etməsi XVII-XVIII əsrlərdə çar Rusiyasının ilk növbədə Osmanlı imperiyasına qarşı hərbi-siyasi cəbhənin Qafqaza köçürülməsi ilə bağlı olsa da, indiki dövrdə birbaşa Böyük Turan İttifaqının qarşısının alınması məqsədinə xidmət edir. Sələflərindən fərqli olaraq Rusiya Federasiyasının siyasi-hərbi elitası unudur ki, hay kilsəsinin irəli sürdüyü saxta "Qafqaz evi" lahiyəsi Şimali Qafqazdakı 500 min hay gələcəkdə "partlayacaq minalardır". Faciə onda olacaq ki, bu "partlayacaq minalar"ın qəlpələri etnik-kökənli Müsəlman-Türk xalqlarının da müstəqim və ya məcazi mənada qanının da tökülməsinə səbəb olacaq.

 

Sadə bir misal.

 

Təəssüf ki, bu riyakarlığa Şimali Qafqazın bir çox etnik Müsəlman-Türk mənşəli tədqiqatçıları da qoşulur.

 

Dağıstan Dövlət Pedaqoji Universitetinin professoru Məhəmməd Rəcəb oğlu Həsənovun "Qafqazın elmi fikri" jurnalının 2016-cı il tarixli 2¹-li nəşrində (səhifə 66-70) "Qafqaz xalqları: ənən və müasirlik"  başlıqlı yazısında hay kilsəsinin saxta təxəyyülünə uyaraq tarixi faktların təhrifinə yer vermişdir. Daha acınacaqlısı odur ki, bu qeyri-dəqiqlik Azərbaycan dövlətçiliyi naminə və xalqının nüfuzdan düşməsinə zərbə vurmaqla biruzə vermişdir.

 

Çox təəssüf...təəssüf...

 

(Yazının hazırlanmasında həm də Qarabağ bölgəsinin Şuşa nahiyəsi, Qaybalı kənd sakini Maya Sarı qızının (1899-1980), Şuşa şəhər sakini Rəfael Cümşüd  oğlu Ağayevin (1959) məlumatlarından istifadə edilmişdir.)

 

Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

Olaylar.- 2021.- 2-8 iyul. S. 17.