Misirin Gənclər və İdman Nazirliyində
çalışan gənc azərbaycanlı
ixtiraçı
Sandi Əl Nanay: "Hər zaman ümummilli
liderimiz Heydər Əliyevin "Mən fəxr
edirəm ki, azərbaycanlıyam" kəlamı
mənim üçün bir
bayraq olub və ulu öndərin həmin tarixi
kəlamından
irəli gələrək mən də azərbaycanlı
olmağımla fəxr edirəm"
Son illərdə müşahidə edilən müsbət tendensiyalardan biri də ondan ibarətdir ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər öz bilik və bacarıqları ilə seçilir, yaşadıqları ölkənin sosial və günlük həyatına öz töhfələrini verirlər. Belə gənclərimizdən biri də 17 yaşlı Sandi Əl Nanaydır. Misirdə dünyaya göz açan Sandi Əl Nanay imkan yarandıqca Azərbaycana, dogma Vətəninə gəlir, burada həyata keçirilən yeniliklərlə tanış olur. Biz də Sandinin Azərbaycana gəlməsindən istifadə edərək onunla müsahibə götürmək qərarına gəldik. Məlumat üçün qeyd edim ki, 17 yaşlı Sandi Əl Nanay Misirin Qahirə şəhərində orta məktəbin 12-ci sinifində təhsil alır. O, həm də gənc ixtiraçıdır. Sandi nitq və eşitmə qabiliyyətini itirənlər üçün xüsusi cihaz hazırlayıb. 5 ildir ki, həmin cihazın üzərində işləyir. 5 il ərzində Böyük Britaniya, Çin, Misir, Koreyada həmin ixtiralara gorə birinci yerə layiq görülüb, qızıl medal və platium şəhadətnaməsi ilə mükafatlandırllıb. Bir neçə həftə əvvəl isə Amerikada Cenius müsabiqəsində ikinci yerə, gümüş medala layiq görülüb.
-Sandi,
ixtira etmiş olduğun cihazın üstünlükləri
nədən ibarətdir?
-Bu cihazın üstünlüyü ondan ibarətdir ki, nitq və eşitmə qabiliyyətini itirən insanlar digər insanlarla normal ünsiyyətdə ola bilirlər. Planşet saat formasında olan cihazda səsləndirdiyim hər hansı bir söz avtomatik olaraq mətn formasına çevriləcək ki, eşitmə qabiliyyətini itirən insan da onu asanlıqla oxuyub anlaya biliəcək. Yaxid nitq qabiliyyətini itirmiş birisi istədiyi bir şeyi cihazın üzərində yazacaq və eynilə cihaz həmin ifadəni səsli formada qarşıdakına çatdıracaq. Sual yarana bulər ki, bəzi insanlar təkcə eşitmə və nitq qabiliyyətini itirməyib, hətta onlar hər hansı mətni oxuya da bilmirlər və belə olan halda cihaz həmin şəxslərə hansı yardımı göstərə bilər. Məlumat üçün qeyd edim ki, cihazın xüsusi komandaları, yaddaş sistemi olacaq ki, həmin sistemlər vasitəsilə qeyd etdiyimiz problemləri də aradan qaldırmaq mümkün olacaq.
-Bəs belə bir cihaz hazırlamaq istəyi,
ideyası haradan irəli gəldi?
-5 il bundan əvvəl nitq qabiliyyətini itirmiş bir nəfərlə rastaşdım və onunla dostlaşdıq. Onun nitq qüsuru olduğu üçün ünsiyyət qura bilmirdim. Bundan çox məyus olmuşdum. Ciddi şəkildə düşünüb axtarışlar apardım ki, hansısa formada dostumla danışa bilim və nəticə etibarilə belə bir cihaz hazırlamaq qərarına gədim. Çox şadam ki, bunu bacara bildim. Məlumat üçün qeyd edim ki, dünya əhalisinin 5 faizi eşitmə və nitq qabiliyyətini itirmiş insanlardır və 2030-cu ilə qədər həmin mənfi tendensiya arta bilər. Məhz bu amili də nəzərə alaraq insanlar üçün faydalı ola biləcək bu cihazı yaratmaq qərarına gəldim.
-Səhv etmirəmsə siz bir neçə gözəllik
müsabiqələrində də iştirak
etmisiniz və hətta qalib
də olmusunuz
-Bəli, Miss Eco Teen Azerbaycan
2020 gözəllik müsabiqəsinin
qaibi olmuşam. Həmçinin
Miss Eco Teen
international müsabiqəsində
ilk dəfə azərbaycanlı
olaraq ölkəmizi təmsil etmişəm,
Miss Eco Teen multimedia (media aləminin gözəli) adına layiq görülmüşəm.
Məlumat üçün qeyd edim ki,
müsabiqədə 36 ölkə
təmsil olunurdu.
Onu da deyim ki,
müsabiqədə iştirak
zamanı xırda bir problemlə də qarşılaşdım.
Müsabiqənin bir neçə
mərhələsi vardır
ki, bu mərhələlərdən
biri də taland şou idi. Həmin mərhələdə hər bir iştirakçı
öz istedadını
göstərməlidir. Mən də çalışdım
ki, öz istedadımı nümayiş
etdirim. Eyni zamanda bu mərhələdə də
Azərbaycanımızı təbliğ etməyi, onu iştirakçı dövlətlər arasında
bir daha tanıtmağı düşünürdüm.
Düşündüm ki, ən yaxşı təbliğat
milli rəqsimizin nümayişi olar. Beləliklə, milli paltarlarımızla
həmin mərhələdə
"Qarabağ" mahnısı
sədaları altında
rəqs etdim. Ancaq Qarabağ mahnısı səsləndirildiyi
üçün münsiflər
heyəti tərəfindən
mənə qarşı
ədalətsizlik oldu
və topladığım
ballar azaldıldı.
İddia
etdilər ki, gözəllik müsabiqəsinə,
yarışmaya siyasəti
qarışdırmışam və bu bir
siyasi mövzudur.
Buna baxmayaraq heç
də məyus olmadım. Müsabiqənin sonunda keçirilən
mətbuat konfransı
zamanı jurnalistlər
mənə belə bir sual verdilər
ki, əgər yenidən sənə şans verilsə həm musiqi, həm də geyimimi dəyişib başqa bir musiqi ilə rəqs edərdinmi? Cavabında isə bildirdim ki, mənə əlavə şans verilsə, yenə də milli paltarımızla
Qarabağ musiqisi sədaları altında milli rəqsimizi nümayiş etdirərdim.
Əlavə etdim ki, burada heç bir siyasət yoxdur və bu bizim milli
rəqsimiz, musiqimizdir.
Sonda onu da qeyd etdim
ki, əgər siz bu yarışmanı
siyasiləşdirib, mənim
xalımı kəsirsinizsə,
o zaman da mən də qətiyyətlə deyirəm
ki, Qarabağ Azərbaycandır!.
-Uzun illər Azərbaycandan kənarda yaşayan bir gənc olaraq
dogma dilimizi unutmamısınız?
-Mən Qahirə
şəhərində anadan
olmuşam. Gözümü başqa bir
məmləkətdə, ölkədə
açsam da, lakin hər zaman Azərbaycan dilində danışmışam.
Öz ana dilimi heç
zaman unutmamışam.
3 yaşından etibarən mən fortopianoda Azərbaycan himnini ifa edirdim.
Eyni zamanda "Sarı gəlin" musiqisini iştirak etdiyim bütün tədbirlərdə
Azərbaycan dilində
ifa etməyə çalışıram. Bir daha qeyd edim ki,
Azərbaycandan kənarda
dünyaya göz açsam da heç vaxt tariximiz, mədəniyyətimiz,
dilimiz, adət-ənənələrimizi
unutmamışam və
iştirakçısı olduğum
bütün tədbirlərdə
bunları təbliğ
eməyə çalışmışam.
-Azərbaycanın
Misirdəki səfirliyi
ilə hansısa formada əlaqələriniz
varmı və səfirlik sizin fəaliyyətlərə dəstək
nüümayiş etdirirmi?
-Azərbaycanın Misirdəki
səfirliyi müntəzəm
olaraq mənim fəaliyyətim, yaradıcılıq
işlərimlə maraqlanır. Demək istərdim
ki, səfirliklə sıx münasibətlərimiz
var. Müxtəlif tədbirlərdə
bir araya gəlirik. Eyni zamanda Misirdəki
Azərbaycan diasporu ilə də tez-tez görüşlərimiz
olur. Məlumat üçün onu da qeyd edim
ki, Azərbaycanın Misirdəki səfiri Tural Rzayev və
konsulumuz Emil Rəhimovun
rəhbərliyi, himayəsi
altında ilk dəfə
ərəb dünyasında
Misir kinomotoqrafçıları
tərəfindən Xocalı
faciəsi haqqında sənədli film çəkilib.
Həmin
filmin çəkilişləri
44 günlük Vətən
müharibəsindən əvvəl
baş tutmuşdu.
Filmdə mənimlə bərabər
bacım Sabina da yer alıb. Bir daha qeyd edim
ki, bu film Xocalı həqiqətlərini
dünyaya çatdırmaq
üçün ərəb
dilində çəkilən
ilk sənədli film idi.
Deyərdim ki, bu bizim ən böyük
uğurlarımızdan biridir.
Bundan başqa səfirliyimizin təşkil etdiyi digər mühüm tədbirlərdə də
iştirak etmişəm.
Belə ki, Azərbaycanın Misirdəki səfirliyinin təşkilatçılığı ilə "Nizami İli"nə həsr olunmuş rəsm sərgisi keçirilib.
Həmin
sərgidə mənim
də rəsmlərim
nümayiş olunub.
Rəsmlər arasında
Vətən müharibəsindəki
qələbəmiz, Xarı
bülbül festivalı
və s. əsərlər
də yer alırdı.
-Bildiyimiz qədər həm də musiqi təhsili almısınız,
eyni zamanda bir neçə dildə sərbəst danışa bilirsiniz.
-Bəli, hazırda 6 dildə sərbəst danışa bilirəm. Eyni zamanda 7-ci xarici dili də öyrəniərəm.
Böyük Britaniyada fortopiano
üzrə magistr dərəcəsini bitirmişəm.
Hazırda fortopiano üzrə
doktranturaya hazırlaşıram.
İndiyə qədər çoxsaylı
rəsm sərgilərim
olub. Onu da qeyd edim ki, paralel
olaraq idmanla da məşğul oluram. İdmanın şahmat, üzgüçülük
növləri üzrə
bir çox nailiyyətlərim var. Hərdən
şerlər də yazıram və bir müddət əvvəl 3 dildə, ərəb, fransız və ingilis dilində şer kitabım çıxıb.
-Misirdə dünyaya göz açsanız da Azərbaycana bağlı birisiniz və bütün fəaliyyətlərinizdə dogma Vətən üçün
çalışırsınız.
-Əlbəttə, düz
buyurursunuz və elə də olmalıdır. Mən azərbaycanlı olmağımla qürur duyuram. Hər zaman ümummilli
liderimiz Heydər Əliyevin "Mən fəxr edirəm ki, azərbaycanlıyam"
kəlamı mənim
üçün bir bayraq olub və
ulu öndərin həmin tarixi kəlaməndan irəli gələrək mən də azərbaycanlı olmağımla fəxr edirəm. Eyni zamanda Ali Baş
Komandan Cənab İlham Əliyevin "Qarabağ Azərbaycandır"
fikri də mənim üçün qürurverici bir ifadədir və bütün iştirak etdiyimiz tədbirlərdə
Cənab Prezidentin həmin fikrini inkişaf etdirib "Qarabağ, Azərbaycandır"
deyirik.
Ümumiyyətlə, iştirak etdiyim bütün tədbirlərdə. müsabiqələrdə doğma
Azərbaycanımı təbliğ
edir, onun tanıdılmasına çalışıram.
Tariximizi,
mədəniyyətimiz, həqiqətlərimiz,
barədə iştirakçısı
olduğum bütün
tədbirlədə məlumat
verəməyə çalışıram.
Bundan sonra da doğma
Azərbaycanımızı bütün iştirakçısı
olduğum tədbirlədə
layiqincə təmsil etməyə çalışacam.
-Bildiyimiz qədər həm də Misirin Gənclər və İdman Nazirliyində könüllü olaraq çalışırsınız
-Bəli, elədir. Hazırda Misirin Gənclər və İdman Nazirliyindəki müvafiq bir şöbədə yeni-yeni layihələr üzərində işləyirəm.
Onu da qeyd edim
ki, nazir özü mənimlə maraqlanıb və nazirliyə dəvət edib.
-Bu necə baş verdi?
-Misidə keçirilən
tədbirlərdən birində
mən də çıxış edib öz fikirlərimi, təşəbbüslərimi səsləndirdim.
Mənim çıxışım nazir tərəfindən
diqqətə alınıb və ertəsi gün mən
nazirliyə dəvət olundum. Nazirlikdə keçirilən
görüşdə təklif edildi ki, mənim kimi istedadlı
gənclərə ehtiyac var və nazirlikdəki müvafiq
şöbədə çalışım. 17 yaşım
olmasına baxmayaraq artıq Misirin Gənclər və
İdman Nazirliyində könüllü olaraq
çalışıram. Yaranmış fürsətdən
istifadə edərək Misir və Azərbaycan gəncləri
arasında daha yaxından əlaqələr yaratmağa,
münasibətləri inkişaf etdirməyə
çalışıram. Misirin Gənclər və İdman
Nazirliyində İki ölkənin tələbələri, gənclər
təşkilatları arasında münasibətlərin, əlaqələrin
qurulmasına xidmət edən
hansısa bir şöbənin yaradılmasını istəyirəm.
Təbii ki, bu istəyin həyata keçməsi ilk növbədə
çalışdığım nazirlikdən
asılıdır. Ümid edirəm ki, mənim bu təşəbüsüm
dəstək qazanacaq.
-Gənc yaşınızda əldə
etdiyiniz bütün bu uğurların kökündə nə
dayanır?
-Təbii
ki, ilk növbədə valideynlərimin diqqət və
qayğısı dayanır. Ailəmizin, anamın sayəsində
bu uğulara nail olmuşam. Hər zaman anamın dəstəyini
hiss etmişəm.
Süleyman İsmayılbəyli
Olaylar.- 2021.- 9-15
iyul.- S.17.