Media iqtisadi faktor

 

Milli Mətbuat-146

 

ABŞ Konstitusiyasında KİV- bağlı məqamlar diqqəti cəlb edir. Həmin ölkənin Konstitusiyasına 1-ci Düzəlişdə deyilir ki, Konqres Söz Mətbuat Azadlığını məhdudlaşdıran heç bir qanun qəbul edə bilməz. Bu düzəliş söz mətbuat azadlığı baxımından medianı birmənalı şəkildə qoruyur. Bu, o anlama gəlməməlidir ki, adı çəkilən ölkədə media ilə bağlı problem yoxdur.

Cəmiyyətin tərkib hissəsi olan bu sahə problemdən qaçılmazdır.

Bu gün bir çox insanlar düşünür ki, Medianın İnkişafı Agentliyi tərəfindən hazırlanan "Media haqqında" qanun qəbul edildikdən sonra dərhal bütün problemlər həll olacaq. Mənim qənaətimcə, bu, yanlış yanaşmadır. Çünki  Milli Məclisdə qəbul edilən qanunların böyük əksəriyyətinin Avropa standartlarına uyğunlaşdırılması prosesi başa çatıb. Ancaq qanunların icrasında ciddi problemlər var. Xırda çatışmazlığı nəzərə almasaq,  bütün qanunlar normal vəziyyətdə qəbul edilir. Deməli, ən ciddi problemlərdən biri qanunların icra mexanizmindədir.

Digər bir məqama diqqət yetirmək istərdim. Mediada  rəngarəngliyin, sərbəstliyin olması zəruridir. Lakin atılan addımlar peşəkarlığa əxlaqi dəyərlərə söykənməlidir. Çünki cəmiyyət yalnız qara rənglərdən ibarət deyil. Bu sərbəstliyi, rəngarəngliyi qorumaq üçün mediada iqtisadi faktor son dərəcə önəmlidir. Məhz buna görə reklam bazarı özünütəzimləmə ilə bağlı bəzi məqamlara diqqət yetirmək istərdim.

Pandemiya şəraitində dünyada gedən iqtisadi proseslər diqqətdən kənarda qalmır. Təbii ki, bu faktorlar mediaya mənfi təsir edir. Lakin Azərbaycanda reklam bazarının mövcud iqtisadi inkişafa adekvat olmadığı ortadadır. Bu da hər zaman deyildiyi kimi, peşəkarlığın aşağı düşməsinə, medianın vəziyyətinin ağırlaşmasına gətirib çıxarır. Deməli, burada özünütənzimləmə, azad reklam bazarının formalaşmasından başlamaq lazımdır. Medianın geniş fəaliyyəti üçün "Reklam haqqında" qanun layihəsi Azərbaycanın iqtisadi inkişaf tempinə uyğun hazırlanmalı onun həyata keçməsi üçün mexanizmlər tapılmalıdır.

Əlbəttə, mövcud iqtisadi prosesləri, pandemiyanın yaratdığı çətinlikləri nəzərə almaqla Azərbaycanın reklam bazarına münasibət dəyişməlidir. Sivil bazar münasibətlərinin yetərincə formalaşmadığı postsovet məkanında reklam işi tək hüquqi bazanın çatışmazlığı yaxud ona lazımi qədər riayət olunmaması ilə deyil, bu, yeni sistemin mahiyyəti insanların təfəkkür tərzi ilə bağlıdır.

Hər zaman Azərbaycanın media qurumlarının təmsilçiləri reklamların bölüşdürülməsində ədalət prinsipinin pozulmasından şikayətlənirlər. Reklam bazarı ölkənin Ümum Daxili Məhsulunun 1 faizi həcmində olmalıdır. Təbii ki, mövcud problemlər Azərbaycan jurnalistikasının inkişafını ləngitməklə bərabər, azad bazar münasibətlərinin prinsipləri ilə ziddiyyət təşkil edir.

Təbii ki, azad reklam bazarını formalaşdırmaq, iqtisadi rəqabəti gücləndirmək məqsədilə Reklam Şurasının yaradılmasına ehtiyac var. Bu qurumu necə yaratmaq, idarəetmə sistemini necə qurmaq olar? Bu, artıq müzakirələrin mövzusu ola bilər. Bəziləri narahatlıq keçirir ki, belə qurumun yaranması reklam bazarının tam nəzarətə düşməsinə, bəzi media qurumlarının kənarda qalmasına gətirib çıxara bilər. Mənə belə gəlir ki, bu məsələ həmin qurumda təmsil olunacaq insanların hüququ məsuliyyətini necə dərk etməsindən, işə səmimi vicdanlı yanaşmasından asılıdır.

İkincisi, ondan başlamaq lazımdır ki, "Reklam haqqında" qanun müasir dövrün tələblərinə uyğunlaşdırılsın. Rəqabət Məcəlləsinin prinsiplərinə tam riayət olunsun. Reklam bazarı ilə bağlı bəzi addımlar atarkən yenidən Amerika kəşf etməyə ehtiyac yoxdur. Sadəcə bəzi innovativ ədalətli addımların atılmasına ehtiyac var.

Bu qanunun mahiyyətinə azad iqtisadi mühitin yaradılmasına təsirini nəzərə alaraq "Reklam haqqında" qanun yenilənməlidir. Ümumiyyətlə, bu sahə ilə bağlı inkişaf strategiyası işlənib hazırlanmalıdır. Digər tərəfdən reklam verən şirkətlərə müəyyən güzəştlərin tətbiqi səmərə verər. Həmin güzəştlər çox dəqiq, aydın, həm medianın, həm sahibkarın, həm dövlətin strateji maraqlarına uyğun hazırlanmalıdır.

Nəhayət, Reklam Şurası sosial reklam məsələsini qaldıra bilər. Təəssüf  ki, bu vaxta qədər xeyriyyəçilik mahiyyətli sosial reklam çox zəif inkişaf edib. Araşdırsaq görərik, elə şirkətlər var ki, sosial reklama nəinki vəsait ayırmır, hətta bunu artıq hesab edirlər. Halbuki ətraf mühitlə, insan sağlamlığı ilə yüzlərlə digər mövzu ilə bağlı sosial reklamlara ehtiyac hiss olunur.

Reklam bazarının, reklam mədəniyyətinin formalaşması yalnız mediaya lazım deyil. Bu, cəmiyyətə, istehsalçıya, istehlakçıya lazımdır. Digər tərəfdən sivil reklam bazarının təşkili medianı təmiz iqtisadi gəlir götürməsinə şərait yaradar. Jurnalistikanı ən azından məmur asılılığından, iqtisadi sıxıntılardan  xilas edər.

 

Alim

 

Olaylar.- 2021.- 23-29 iyul.- S.10.