SAHİBİNİ GÖZLƏYƏN EV
Oğul da,
qız da övladdır. Hər ikisi candan bir
parçadır, əzizdir. Qız gözəllikdir,
zəriflikdir, oğul
arxadır, dayaqdır.
Mənsur
kişi də bəxtli insanlardan olub. Bir qızı və iki oğlu ilə.
Yaşadıqları Xanabad
kəndində hamı
onun ailəsini gözütox, mehriban, halal adam
kimi tanıyır. Ailəsini, balalarını
gücü çatdığı
qədər yaxşı
yaşatmağa çalışıb,
zəhmətdən qorxmayıb,
amma...
Şəkərli diabet işləmək
gücünü əlindən
aldığından, xeyli
vaxtdır bir yerdə çalışa
bilmir Mənsur kişi. Bu isə onu çox
üzür. Ailəyə elə bir köməyi
dəyməməsinin üzüntüsünü
və xəcalətini
yaşayır. İndi durumu
bir qədər də pisdir. Çünki ümid yeri
olan oğlu Kənanını müharibə
əlindən alıb.
Ata oğullu günlərinin həsrəti ilə Kənandan danışır:
-Xəstəlik məni ailə, oğul-uşaq yanında xəcalətli edib, işləyə bilmirəm. Amma şikayətçi deyildim, Allah mənə Kənan kimi oğul vermişdi. Hələ yeniyetmə çağlarından
çiyinlərini ailənin
yükü altına vermişdi. Tikinti ustalarının yanında fəhləlik edə-edə özü də bənnalığı
öyrənmişdi. İşləyib evin ehtiyaclarını ödəyirdi. Ata kimi bundan qürurlansam
da, onun yaxşı təhsil almasını istəyirdim.
Şəhid İsmayılov Kənan Mənsur oğlu haqqında danışırıq. O, 1994-cü il oktyabrın 28-də
Xanabad kəndində anadan olub. Burda çox
da fərəhli olmayan bir uşaqlıq
keçirib. Ağlı söz
kəsəndən bilib
ki, müharibə vəziyyətində olan bir vətənin övladıdır. İşğalın, torpaq əsirliyinin, qaçqın və məcburi köçkünün
nə demək olduğunu anladıqca kiçicik qəlbində
mənfur ermənilərə
qarşı nifrət
hissi baş qaldırıb. Torpağa məhəbbəti,
vətənə sevgisi,
hərbçi peşəsinə
sonsuz marağı da kiçik yaşlarından qəlbində
yuva salıb.
Həyat belədir, bəzən arzularınla imkanların tərs mütənasib olur. Kənan da həyatın
bu üzünü gördü. Amma dərd
etmədi, zaman gözlədi. Bu gözləmə müddətində
isə boş dayanmadı. Vətən qarşısında
hərbi xidmət borcunu yerinə yetirdi, sonra bənnalıqla halal çörəyini qazandı.
-Olduqca qeyrətli bir uşaq idi.
- Mənsur kişi
danışır. - Gücü
çatdığı qədər
ailəyə kömək
edirdi, bizi fikir çəkməyə
qoymurdu. Mənim üçün Kənanın yoxluğu həyatımın bitməsi
deməkdir. Mən yaşamıram
ki, sadəcə nəfəs alıram.
Balamın nə arzuları
vardı, hamısı
gözündə qaldı.
...Kənanın sevincinin həddi-hüdudu olmayıb,
biləndə ki, müddətdən artıq
həqiqi hərbi xidmət qulluqçusu olmaq üçün müraciəti müsbət
cavablandırılıb. Sıravi əsgər
kimi xidmət edəcəkdi. Hərbi formanı
geyinəndə qüruru
yerə-göyə sığmırdı.
-Özünə öz əlləri ilə həyətimizdə bir ev tikmişdi.
Hazır
idi. Düşünəndə
ki, günlərin birində o evdə Kənanımın ailəsi,
dünyaya gələcək
övladları ilə
yaşayacaq, elə bu düşüncənin
özü məni xoşbəxt edirdi,- deyir dərdli
ata. - Amma indi o ev
mənim üçün
göz dağına çevrilib.
Müharibə Mənsur kişinin də ocağını qaraltdı, övladını
əlindən almaqla həyatını zindana döndərdi.
Füzuli bölgəsində döyüşən
oğlu Sənandan, Suqovuşan istiqamətində
vuruşan Kənandan çox narahat idi valideyinləri.
Sentyabrın 27-də başlayan müharibə İsmayılovlar ailəsinin
dincliyini əlindən
aldı. Kənan döyüşlərdə idi,
hər an nə isə ola
bilər düşüncəsi
doğmalarını üzürdü.
Gözlənilən baş
verdi. Döyüşlərin
başlamasının on birinci
günündə, oktyabrın
8-də dizindən və
boyun nahiyəsindən
güllə yarası
alan sıravi
əsgər Kənan Mənsur oğlu İsmayılov haqqın dərgahına qovuşdu,
şəhid kimi.
Dəfnində iştirak edən hərbçi dostları onun haqqında danışarkən necə
cəsur, qorxmaz biri olduğunu söylədilər, belə
oğul böyütdüyü
üçün ataya,
ailəyə minnətdarlıqlarını
bildirdilər. Dedilər ki, qardaşı
isə Füzuli bölgəsində vuruşub.
Qismən Səfərbərliklə cəlb olunub.
Şəhla xanım heç vaxt işləməyib. İndi Şirvan
Meşə Meliorasiya idarəsində işləyir.
İki aydır işə başladığı.
Xanabad kənd
qəbristanlığında uyuyur şəhidimiz. Onu hələ
divarlarının nəmi
qurumayan evi gözləyirdi, amma uşaqlığının və
ilk gəncliyinin ən
əziz günlərinin
şahidi və məkanı olan doğma kəndinin torpağına qovuşdu.
...Kənandan sonra evin Sənan adlı bir oğlu
da var. Amma Kənan ölümü ilə atasına övlad itkisi acısı, ona isə əziz qardaş itkisi dərdi yaşadır.
...Xanabad kəndində işığını sahibi
yandırmayacaq bir ev var. Sahibini
gözləyən ev...Lənət sənə, müharibə!
İsmayılov Kənan Mənsur
oğlu ölümündən
sonra Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin sərəncamı ilə
"Vətən uğrunda",
"Suqovuşanın azad
olunmasına görə"
və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə
yaşayacaqdır!
Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti
Olaylar.- 2021.- 30 iyul-5 avqust.-
S.18.