Azad olunmuş ərazilərdə bərpa-quruculuq
işləri sürətlə
davam edir
Bu gün Azərbaycan xalqı olaraq torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşayırıq. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın olundu. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. 44 günlük müharibə Silahlı Qüvvələrimizin rəşadətini, qəhrəmanlığını və xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəli gedirdik, hər gün. Bir gün də geri addım atmamışıq. Düşmən müharibənin son mərhələsində panikaya, isterikaya qapılaraq öz məğlubiyyətini artıq dərk etməyə başlamışdı. 44 günlük müharibə şanlı tariximizdir. Bu tarix əbədi qalacaqdır. Əfsuslar olsun ki, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. Əgər xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə olarsa, dərhal yerindəcə düşməni məhv edəcəyik. Onlar da bizim gücümüzü bilirlər və görürlər. Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı. Azad etdiyimiz bütün ərazilərdə erməni vandalizminin izləri qalıb. Ermənilərin törətdikləri cinayətlər artıq bütün dünyaya bəllidir: Xocalı soyqırımı, digər kəndlərimizin sakinlərinin qətlə yetirilməsi, şəhərlərimizin dağıdılması. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. Bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra törədildi. Bu, ikinci müharibə dövründə törədilən dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü.
Hazırda qarşıda
dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə
quruculuq-bərpa işlərinin
həyata keçirilməsidir.
Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri
xalqımız tərəfindən
böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə
artıq böyük inkişafın təməlləri
atılır. Məqsəd
yalnız ölkə səviyyəsində deyil,
həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional
və beynəlxalq səviyyələrdə inkişafı
təmin etməkdir.
30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə
canlanmanın və məskunlaşmanın şahidi
olacağıq. Azərbaycan
Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə
növbəti səfəri
də bir sıra vacib layihələrə start verilməsi və əhəmiyyətli layihələrin
reallaşması ilə
yadda qaldı. Ağdam şəhəri üçün çox önəmli və 140 illik tarixi olan
1 saylı məktəbin
təməli qoyuldu. Gələcəkdə burada
iş yerlərinin yaradılması üçün
Ağdam Sənaye Parkının təməli
qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə
də minlərlə insan işlə təmin ediləcək. Bərdə-Ağdam avtomobil
yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol
istismara veriləcəkdir.
Eyni zamanda, Bərdə-Ağdam dəmir
yolunun və dəmir yolu vağzalının tikintisi
nəzərdə tutulur.
İmarət kompleksinin
bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası artıq hazırlanıb. Böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində böyük
bir meşə zolağı olacaq - 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər.
Bütün Qarabağ
zonası “yaşıl
enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı
şəhər” konsepsiyası
əsasında qurulacaq.
Süleyman
Olaylar.- 2021.- 4-10 iyun.- S.15.