Vətəni üçün
atəşdə Səməndər
quşu kimi yanan Səməndər
Bir fikir
adamı təəssüflə
bildirib ki, müharibələrə səbəb
insan münasibətləri
deyil, əşya münasibətləridir. Yəni,
tarixboyu müharibələr
qənimətə, mənfəətə,
əraziyə və dini münasibətlərə
görə baş verir. Neft və
başqa sərvətlər,
isti və soyuq dənizlər, ərazilər və sair. Sən demə müharibənin
yaxşı tərəfi
də varmış. Yəni arzuolunmaz tərəfləri ilə
bərabər, həm
də millətin genetik xarakterinin, bütünlüyünün, mənəviyyatının
və əxlaqının
nümayişiymiş savaş.
Ona görə ki, savaşa tək-tək insanlar deyil, bütöv xalq girir. Yurd,
vətən, torpaq, tarix, milli mədəniyyət,
sosial quruluş, hətta iqlim belə etnosu və milləti müəyyənləşdirən amillərdir. Bunların bötövləşməsindən yurd anlayışı yaranır. O yurdun üstündə yaşayan
insanlar isə mahiyyətcə mənəviləşir
və üzərində
yaşadığı torpağın
qoruyucusuna çevrilir.
Səməndər quşu
kimi. Bu əfsanəni oxumayan yoxdur yəqin ki. Dimdiyi poladdan,
caynaqları çaxmaq
daşından olan bu fədakar quş sevdiyi üçün alışıb
yanır. Bu əfsanəni oxuyan analar da Səməndəri
oğullarının adına
verir, onlar da böyüyüncə bir bayraq uğrunda
yanıb kül olurlar...
ƏTRAFLI
Barni
(June) 2021
Niyə bilirsinizmi?! Çünki gəncliyimiz qəhrəmanlığı,
atəşdə Səməndər
quşu kimi yanmağı bədii kitablardan oxuyub, kinolardan izləmədi, həyatında gördü,
yaşadı, müasiri
oldu. İgidlərimizin, ərənlərimizin şərəfli həyatı
gəncliyimizin öləzimiş
ümidini oyatdı, korşalmış ruhunu toxum kimi təzədən
cücərtdi. Onların
ismarıcı vardı:
"Biz bu torpağa zəfər toxumunu əkdik, qanımızla suvardıq, onu yaşadın, böyüdün".
Bu ismarıcla yeri yerindən oynadan oğullar yetişdi. Oğullarının tabutuna girib
bayraqdar kimi öndə gedən analar, qız-gəlinlər
yetişdi, əzizlərinin
şəhid cənazələrini
sevdaları ilə sarıdılar. Hər kəs
"Vətənimizə sahib olmaq üçün gərəkirsə hər
birimiz torpağın qoynuna girərik."-dedi. İsmayılzadə Səməndər Vahid oğlu əfsanələşmiş belə
oğullarımızdan biridir.
Vətəni üçün
yanıb külə döndü, bəlkə bir könül sevdalısı da vardı,
bəlkə xəyalında
sevdiyi ilə nağıl ev
də tikib, çevrəsində çiçəklər
də əkmişdi.
O, 1990-cı il avqustun 25-də Yevlaxda dünyaya gəlmişdi. İki ekiz bacının- Günellə Günayın
kiçik qardaşı,
qüruru idi Səməndər. Atasının
yolu ilə gedən bu gənc
ana babasının adını daşıyırdı.
Atası
baş leytenant Vahid İsmayılov I Qarabağ müharibəsində
yaralanmış ikinci
qrup əlil idi. Təəssüf ki, 2018-ci ildə
dünyasını dəyişib.
Səməndər 1996-cı ildə Yevlax şəhər Səməd
Vurğun adına
5 saylı tam orta məktəbin I sinifinə
gedir. 2007-ci ildə
məktəbi bitirir.
Bir az
diş texniki kimi çalışıb.
Ailəsinə, bacılarına kömək edir. 2011-ci ildən Qaradağ
RMŞ-də mühafizəçi
olmuşdu. 2014-cü ildə "STONE LİNE" MMC-də ambardar işləyir.
Səməndər gözünü açıb evdə atasını hərbçi
görmüşdü. Odur
ki, hərbə çox böyük həvəsi vardı. Bu səbəbdən başqa işlərdə
bənd almırdı.
Nəhayət, öz yolunu seçir. 2016-cı
ildə Azərbaycan Silahlı Qüvvlərinin
Təlim-Tədris
Mərkəzində fəaliyyət
göstərən ZTR-82 A komandir
kursunu bitirir. Gizir hazırlığı
kursunu bitirmə haqqında GHN3090 sertifikatı
da alır. Yüksək
xidmət göstərdiyinə
görə hərbi xidmət dövründə
döyüş və
ictimai-siyasi hazırlıqda
əldə etdiyi nailiyyətlərə, nümunəvi
hərbi intizamına,
yüksək mənəvi
işgüzar keyfiyyətlərinə
görə 9 noyabr
2016-cı ildə Dövlət
Bayrağı Günü, 9 may faşizm üzərində
qələbənin 73-cü ildönümü, eləcə
də döyüş
və ictimai-siyasi hazırlıqda əldə
etdiyi nailiyyətlərə
görə fəxri fərmanlarla təltif olunur. 26 iyun 2018-ci ildə Azərbaycan Respublikasının Müdafiə
Nazirinin əmri ilə "Azərbaycan Ordusunun 100 illiyi- 1918-2018 yubiley medalı"na layiq bilinir. Səməndər Aprel döyüşlərində
də igidliklə iştirak etmişdi.
2020-ci il sentyabrın
27-də başlayan Vətən
müharibəsində qəhrəmanlıqla
döyüşür. Sonuncu
dəfə oktyabr ayında anası Fəridə xanımla danışıb. Sevinclə
Cəbrayılı almışıq,
deyir. Sonra ondan xəbər çıxmır. Ailəsi
bir neçə gün axtarıb. Oktyabrın 28-də zəng
edib Səməndərin
Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə
qəhrəmanlıqla şəhid
olduğunu deyirlər.
Elə həmin gün Lökbatandakı Şəhidlər xiyabanında
dəfn olunub. Səməndər ağır
döyüşlərdə zirehli gödəkçəsinin
yan hissəsindən snayperlə vurulub. Döyüşçü dostları
dərhal onu döyüş meydanından
götürməyə çalışsalar
da, bu mümkün
olmayıb, bir müddət nəşi neytral zonada qalıb. Anası Fəridə xanım İsmayılova Yevlaxda uzun illər mühəndis-texnoloq və
müxtəlif vəzifələrdə
çalışıb. Hazırda
Lökbatan qəsəbəsi
Qaradağ Maşınqayırma
ASC-də kadrlar üzrə mühəndis
işləyir. Səməndər
özündən sonra
bir gözüyaşlı
ana və iki bacı qoyub
getdi. Onlar ömürboyu bu yaranın ağrısını
qürurla çəkəcəklər.
Fəridə xanımı
Yevlaxda işləyəndən
tanıyırdım. İşgüzarlığı,
bacarığı, səriştəliliyi
ilə həmişə
seçilirdi. Yevlaxlıların
onu unutmadığına,
ŞİH rəhbərliyi tərəfindən şəhid
oğluna olan sayğılı münasibətinə
görə mənə
minnətdarlığını bildirdi:- "Yevlaxda artıq evim yoxdur. Lökbatan qəsəbəsində yaşayıram.
Ancaq yaxşı bilirəm ki, buradakı hər evin qapısı bizim üzümüzə
açıqdır". Düz
deyirsiniz, Fəridə
xanım. Şəhidiniz
oğlumuz, dərdiniz
dərdimizdir. Özünüz
də, qızlarınız
da əzizlərimizsiniz.
Və belə qərara gəldik ki, tezliklə Yevlaxda görüşəcəyik. İsmayılzadə
Səməndər Vahid
oğlu ölümündən
sonra Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin sərəncamı
ilə "Vətən
uğrunda", "Füzulinin
azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə"
və "Xocavəndin
azad olunmasına görə" medalları
ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır.
Olaylar.-
2021.- 11-17 iyun.- S.18.