Yolun düşşə bu dünyaya bir də gəl
33 il bundan qabaq, 1988-ci ilin əvvəllərində, ermənilər, yagışdan sonrakı göbələklər kimi boş başlarını qaldıraraq, bizim laləzar torpaqlarımıza baxıb ağızlarının suyunu axıdırdılar. Və biz hələ olacaqlardan xəbərzizdik.
Elə həmin il, 1988-ci il fevral ayının 10-da Yevlax şəhərində sürücü işləyən Xalıqverdi kişinin ailəsində bir oğlan uşağı dünyaya göz açır.
Gəlişi ilə ailəyə sevinc, xoşbəxtlik gətirən balaya Elnur adı verilir. Heç kəs, nə ata, nə ana bilməzdi ki, vaxtı gələcək bu oğlan öz şücayəti ilə əli nura boyayacaq, azadlıq nuruna!
Şirinzadə Elnur Xalıqverdi oğlu Yevlax şəhəri 5 saylı tam orta məktəbin məzunu olub. Təhsildə fərqlənib, nizam-intizamlı şagird olur.
5 iyul 2018-ci ildə Agdam Dövlət Sosial İqtisadiyyat kollecində təhsilini davam etdirir. Kolleci də yaxşı qiymətlərlə bitirən Elnur həqiqi hərbi xidmətə yollanır. Hərbi xidmətdən qayıtdıqdan sonra Yevlaxın "İdeal" mərkəzində komputer - operator ixtisasına yiyələnir.
Elnur uşaqlıq arzusunu reallaşdırmaq ücün sənədlərini Azərbaycan Memarlıq və İnşaat Univerisitetinə verir. Axı, o gələcəkdə yaxşı memar olub, gözəl şəhərlər, kəndlər salmaq istəyirdi. Arzusuna catır, Univeristetə qəbul olur. Dünya bəlası pandemiya ilə əlaqədar tələbə olması barədə cavab gec gəlir. Elnur cavabı almadan könüllü olaraq 21 sentiyabr 2020-ci ildə vətənimizin torpaqlarını murdan düşmənlərin tapdağından xilas etmək üçün cəbhəyə yola düşən orduya qoşulur.
27 sentiyabrda mənfur düşmən elan olunmamış müharibəni başladır.
Elnur həmin gündən Talış, Suqovuşan istiqamətlərində gedən qızğın döyüşlərdə mərdliklə vuruşur. Heç nədən qorxmurdu Elnur: nə yagış kimi yağan güllədən, nə snayper gülləsinə tuş gəlməkdən, nə yaralanmaqdan, nə ölməkdən.
Qorxmazlığı bəzən döyüş yoldaşlarını narahat edirdi. Tez-tez ona deyirdilər ki, döyüşdə çox irəli getmə, məqamı gözlə, ara sakitləşəndə yaralıları, şəhidləri çıxararıq.
Elnur isə düşmənə nifrətdən alışıb-yanırdı. Ürəyi ona pıçıldayırdı: dayanma Elnur, kişilik dəmidir, gecikmə, yaralıların harayına çat. Və Suqovuşanda şidddətli döyüşlərdə yaralanan yoldaşlarını döyüş nöqtəsindən çıxarırdı. 3 yaralanmış yoldaşını döyüş bölgəsindən çıxarıb gətirir və yenidən geri qayıdır. 4 cü yaralını xilas etmək istəyərkən şəhid olur.
Suqovuşanın azadlığı uğrunda qəhrəmancasına döyüşüb ən uca zirvədə, şəhidlik zirvəsində özünə yer tutan Elnur, özü də ucaboy idi. 1m 80 sm boyu düşmənin gözünə girib!
Anası Gültəkin xanım göz yaşları içərisində danışır.
-27 sentiyabrda, yəni döyüşlər başlayan anda qorxmadan, çəkinmədən qızğın döyüşlərə qatılır, şücayət göstərır. Oktyabrın 8-də evə zəng vurub məni soruşur. Həmin gün mən Bakıda Elnurun Univeristetə qəbul olması barədə təsdiq olunmuş sənədi alırdım, sevinə - sevinə, yaraşıqlı balamın gələcəyin ən tanınmış memarı olacağı xəyalı ilə...
Elnur anasına deyirmiş ki, tez-tez zəng eləməyin. Özüm mütləq sizə zəng vuracam döyüş səngiyən kimi. Əgər görsəniz ki, 2 gündür zəng etmirəm, onda özünüz mənə zəng vurarsız.
27 sentyabrdan 11 oktyabra kimi, yəni şəhidlik zirvəsinə ucalan ana qədər döyüşlərdə qəhrəmanlıq göstərir. Son nəfəsinəcən dogma torpaqlarımızın azad olunması üçün canını fəda edir.
Hərdən bu fikir gəlir ağlıma: torpaq əzizlərimizi ağuşuna aldığı üçünmü belə gözəl qoxuyur.?
11 oktyabr 2020-ci ildə şəhidlik zirvəsində özünə yer cecən Elnur, 12 oktyabr 2020-ci ildə canını fəda etdiyi torpağa tapşırılır. Dəfndə izdiham yaşanır. İnsanlar öz əzizlərini dəfn edirdilər axı... Hamının üzündə hüzn, kədər özünə yer tutmuşdu.
Su Kanal idarəsində çalışan Gültəkin ana ilə, atası Xalıqverdi ilə söhbətimdə ucaboylu, yarlı-yaraşıqlı, mehriban, səmimi, ağıllı Elnuru mənə o, qədər sevdirdilər ki, sanki Elnuru çoxdan tanıyırdım.
Şəhidin Elmir adında 16 yaşlı bir qardaşı da var. Mənzillərində söhbətləşirik:- Mən həm qardaşımı, həm dostumu itirmişəm. Hər gün Şəhidlər xiyabanına gedib qardaşım əvəzinə qara daşla danışmalı oluram. Amma mən qardaşımın səsini eşidib, gözünə baxmaq istəyirəm. Hərdən az qala hayqırmaq istəyirəm: gəl qardaş, sənə ehtiyacım var.
Mən nə edim ki,
atama, anama sənsizliyi az
da olsa unutdura
bilim?
Yazdıqca yazmaq istəyirəm
arzuları yarımcıq
qalan Elnurdan!
Axı,
anası ona xonçalar bəzəyəcəkdi,
boyunu sevələyəcəkdi,
qardaşı gəlinin
ağappaq paltarına
qırmızı lent bağlayacaqdı,
atası toy qonaqlarını
qarşılamaq ücün
qapıda duracaqdı,
qohumları qol qaldırıb oynayacaqdı...
Şəhidlərin qədəri-qisməti
eynidir, amma hər biri ayrı
ayrılıqda bir qəhrəmanlıq dastanıdır.!
İstəyirəm, bütün dünya tanısın, qəhrəman
Azərbaycan oğullarını. Axı, onlar
yaşamağı, yaratmağı,
sevməyi, nakam qalmış arzularını
hər şeylərini
canlarından artıq
sevdikləri Vətən
torpağaına dəyişmişdilər.
Bizi bağışlayın, oğul
toyu görməyən
analar, bizi bağışlayın barmağında
nişan üzüyü nakam məhəbbətini xatırladan
gözəllər, bizi
bağışlayın, qara
yaylıga bürünən
gəlinlər, vallah,
əzrailin də xəbəri yoxdu bu amancızlıqdan...
Tanrım, adını belə dilinə gətirmək istəmədiyim iyrənc
düşmənə lənət
eləsin.
Bir də sizə bir nəsihətim var, şəhidlər, kim desə
ki, yolun düşsə, bu dünyaya bir də gəl, özünüzü eşitməzliyə
vurun, gəlməyin. Qoy elə həmişə məkanınız cənnət
olsun.
Elnur Şirinzadənin
həyat hekayəsindən
yamanca kövrəlmişəm. Göz yaşlarıma hakim ola bilmirəm. Başımı qaldırıb, qarşımda
gözlərində dərin
kədər, çiyinlərində
daşıya bilməyəcəyi
yük olan Gültəkin xanıma baxıram. Başını dik tutub, qürurla dayanıb.
Ağlamır da. Ürəyinə axan göz yaşlarını
belə kiminsə duymasını istəmir.
Mənə baxıb:
"Təki Vətən
sağ olsun" deyir. Düzü, göz yaşlarımdan
utanıram. Mən də
başımı dik tuturam. Doğrudan da şəhadətə yüksəlimiş, həmişə
yaşayacaq bir oğulu ağlamazlar axı...
Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti
Olaylar.- 2021.- 5-11 mart.- S.17.