Heydər Əliyev siyasəti uğurlu və
xoşbəxt gələcəyimizin əsas təminatçısıdır
Bu günlər Azərbaycan xalqı üçün
daha bir tarixlə əlamətdardır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi ilə. Hər il qədirbilən
Azərbaycan xalqı ümummilli liderin doğum günnü qeyd edir, onun
əziz xatirəsini anır. Çünki Azərbaycanın bu günkü inkişafı,
əldə etdiyi nailiyyətlər məhz
Heydər Əliyevin adı ilə bağlıdır və onun başlamış olduğu siyasətin bu gün uğurla
davam etdirilməsinin nəticəsidir ki, ölkəmiz təkcə
region deyil, eləcə
də dünyada öz nüfuzu, gücü, qüdrəti
ilə seçilir. Elə Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu da bu qənaətdədir.
Millət vəkili deyib ki, müstəqilliyimizin
ilk illərində hakimiyyəti
qanunsuz olaraq qəsb etmiş AXC-Müsavat cütlüyünün
səriştəsiz idarəçiliyi
Azərbaycanı sözün
əsl mənasında
uçuruma sürükləyirdi.
Onun sözlərinə görə,
ölkəmiz dünya
xəritəsindən silinmək
təhlükəsi ilə
üz-üzə qalmışdı.
Belə şərtlər
daxilində nəinki ölkənin inkişaf trendlərini müəyyən
etmək mümkün
deyildi, hətta gələcək mövcudluğumuz
böyük bir sual altında idi: "Belə bir məqamda yeganə nicat yolunu Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında
görən Azərbaycan
xalqı onu təkidlə Bakıya, Azərbaycan adlı gəminin sükanı arxasına keçməyə
çağırırdı. Xalqımız inanırdı ki,
Azərbaycanı düşdüyü
bu ağır, mürəkkəb və faciəvi vəziyyətdən,
sosial-iqtisadi, hərbi-siyasi
böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Beləliklə, müdrik xalqımızın
təkidli tələbi
ilə Heydər Əliyevin 1993-cü ildə
siyasi hakimiyyətə
möhtəşəm qayıdışı
baş tutdu. Bu tarixi dönüş
olmasa idi, bəlkə bugünkü
Azərbaycan da olmazdı. Qısa bir zamanda ölkədə vətəndaş
müharibəsi təhlükəsinin,
daxili və xarici bədxahların Azərbaycanı parçalamaq,
dövlətçiliyimizi məhv
etmək istiqamətindəki
bütün cəhdlərinin
qarşısı unikal
siyasi taktikalarla alındı. Ümummilli lider
öz qayıdışı
ilə Azərbaycana sabitlik, təhlükəsizlik,
dirçəliş və
davamlı inkişaf gətirdi". Deputat
deyib ki, Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı
misilsiz xidmətlərindən
biri ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır:
"Yeni Azərbaycan Partiyasının yaranması
tarixi zərurət idi. YAP Azərbaycanın müstəqillik tarixinin
son dərəcə ağır
və keşməkeşli
günlərində, ölkənin
ciddi sınaqlarla üz-üzə qaldığı
bir dövrdə Azərbaycan ziyalılarının
təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Ulu öndərin
siyasi təcrübəsi,
müdrikliyi, tarixi xidmətləri, Naxçıvanda
çalışdığı dövrdə göstərdiyi
əsl vətənpərvərlik
nümunələri və
öz xalqına olan sonsuz sevgisi
Azərbaycanın mütərəqqi
insanlarının onun
ətrafında sıx
birləşməsini təmin
etdi. Ümumiyyətlə, Azərbaycanda siyasi
təsisatların formalaşması
prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində
özünü büruzə
vermiş, 1990-cı ilin
əvvəllərindən etibarən
isə bir sıra siyasi təşkilatlar meydana gəlmişdir. Lakin yaradılan
partiyalar ölkəni
düşdüyü ağır
iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti
daha da ağırlaşdıraraq
ölkəni təhlükəli
böhran vəziyyətinə
çatdırdılar. Taleyüklü hadisələrin yaşandığı belə
bir məqamda Azərbaycan ziyalıları
ölkəni böhrandan
çıxara biləcək
yeni bir partiya yaratmaq təşəbbüsü ilə
çıxış etdilər
və bu məqsədlə xalqın
sınanmış lideri
və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti
ətrafında birləşdilər.
91 nəfər Azərbaycan ziyalısının
imzası ilə o vaxt Naxçıvan Muxtar Respublikasının
Ali Məclisinin sədri
vəzifəsini tutan Heydər Əliyevə müraciət göndərildi.
Həmin
sənəd əslində,
bütün xalqın
arzu və istəklərini ifadə edirdi. Müraciətdə Heydər Əliyevdən
yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı
hakimiyyət maneələr
ciddi manelər törədirdi. Hətta o vaxt
hakimiyyətdə olan
AXC-Müsavat cütlüyü
torpaqlarımıza təcavüz
edən düşmən
Ermənistanla savaşmaq
yerinə, xəyanətkar
xislətinə uyğun
olaraq, Naxçıvana
hərbi desant göndərirdi ki, Heydər Əliyevi hakimiyyətdən devirsinlər.
Beləliklə, 550 nəfərdən ibarət təşəbbüs
qrupu Naxçıvana
gedərək partiyanın
təsis konfransını
orada keçirməyə
nail oldular". Millət vəkili
qeyd edib ki. Heydər Əliyevə olan bu inam
və etimadın əsasları onun
1969-1982-ci illərdə Azərbaycana
rəhbərlik etdiyi dövrdə qoyulmuşdu:
"Heydər Əliyev
uzaqgörən, müdrik
və dahi siyasətçi olduğunu
hələ ölkəyə
ilk dəfə rəhbərlik
etdiyi həmin illərdə sübut etmişdir. Ulu öndər Azərbaycanda
birinci dəfə hakimiyyətə gələndə
ölkəmiz iqtisadi və mədəni tənəzzül
dövrünü yaşayırdı.
O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının
bütün sahələrində
sürətli yüksəliş
dövrü yaşandı.
Həmin
vaxt ulu öndərin qətiyyətli,
cəsarətli və
müdrik addımları,
korrupsiyaya və rüşvətxorluğa qarşı
amansız mübarizəsi
haqlı olaraq ona xalqın sevgi və rəğbətini
qazandırdı. Əgər Heydər
Əliyev 1969-cu ildə
Azərbaycana rəhbərlik
etməyə başlayanda
Azərbaycan Respublikası
Sovet İttifaqının
müttəfiq respublikaları
arasında bütün
göstəricilərə görə
axırıncı yerlərdə
idisə, 1982-ci ildə
ən qabaqcıl yerlərdə qərarlaşmışdı.
Bütün bu amillər
isə qədirbilən
xalqımızın diqqətindən
qaçmırdı və
beləliklə, xalqımız
o təlatümlü günlərdə
xilaskar kimi məhz Heydər Əliyevin ətrafında
sıx birləşməklə
ölkəni uçurumdan
xilas etdi. Heydər Əliyevin
1993-cü ildə Azərbaycan
rəhbərliyinə qayıdışı
ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq
əlaqələrdə dönüş
yaranmış, elmi əsaslara, beynəlxalq norma və
prinsiplərə uyğun
müstəqil dövlət
quruculuğu prosesinə
start verilmişdir. O vaxta
qədər vahid komandanlıqdan idarə olunmayan, müqavimət qabiliyyətini itirmiş və başıpozuq hərbi dəstələrdən
təşkil olunmuş
ordu Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmız
tədbirlərin nəticəsində
Azərbaycanın milli
mənafelərini qorumağa
qadir nizami silahlı qüvvələrə
çevrilir. Əlbəttə, torpaqları işğal altında olan ölkənin güclü
ordusu olmalı idi. Bu reallıqdan
irəli gələrək,
müasir ordu quruculuğu strategiyasının
reallaşmasına start verilir.
Tam əminliklə deyə
bilərik ki, 44 günlük Vətən müharibəsində qazandığımız
şanlı zəfərin
təməlləri məhz
ulu öndər Heydər Əliyevin hərb sahəsində apardığı islahatlarla
qoyulmuşdu"..
Elşad Mirbəşir oğlu bildirib ki, Heydər Əliyevin son dərəcə gərgin və səmərəli fəaliyyəti nəticəsində ölkəmizin təbii sərvətləri və əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən milli mənafelərimizə uyğun şəkildə istifadə edilməsi təmin olunmuşdu: "Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq layihələrə imza atılmış və onların həyata keçirilməsinə başlanmışdır. 1994-cü ildə sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" bu mənada xüsusi əhəmiyyət daşıyır. Müstəqilliyinin ilk illərindən etibarən iqtisadi təlatümlər içərisində boğulan Azərbaycan bu sazişin imzalanması ilə böyük tənəzzüldən xilas olaraq sürətli inkişaf yoluna qədəm qoydu. Azərbaycanın inkişafını gözü götürməyən bəzi xarici dairələr bu müqavilənin bağlanmasına ya açıq, ya da gizli maneələr yaradırdılar. Heydər Əliyev özünün müdrik siyasəti, mətin və cəsarətli addımları ilə Azərbaycan nefti birbaşa Ceyhan limanına çıxarıldı və burada yüksək tonnajlı tankerlərlə dünyanın istehlakçı ölkələrinə çatdırıldı. Bu, Azərbaycanın siyasi və iqtisadi qələbəsi idi. Ölkəmizin bugünkü inkişafında "Əsrin müqaviləsi"nin yeri ölçüyə gəlməzdir. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti dünyanın aparıcı ölkələri və beynəlxalq təşkilatları ilə milli maraqlara və uzaqgörən siyasi perspektivlərə söykənən münasibətlər qurmuşdur. Onun xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Ulu öndər vaxtilə demişdir: "Azərbaycan dünyaya Günəş kimi doğacaq". Həqiqətən də, bu gün ölkəmiz Prezident İlham Əliyevin və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın simasında dünyaya bir Günəş kimi parlayır. 2003-cü ilin prezident seçkiləri ərəfəsində ümummilli liderimiz Heydər Əliyevin xalqa müraciəti zamanı ifadə etdiyi "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" müdrik kəlamı reallıqda tam təsdiqini tapdı. Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə apardığımız "Dəmir yumruq" əməliyyatı nəticəsində 30 il işğal altında qalan torpaqlarımız azadlığa qovuşdu, ərazi bütövlüyümüz bərpa olundu. Qarşıda isə bizi daha böyük hədəflər, məqsədlər gözləyir. Bu hədəflərə çatmağın yeganə qarantı isə xalq olaraq Prezidentimizin ətrafında sıx birləşmək və Heydər Əliyev ideyalarını gələcək nəsillərə ötürməkdir. Heydər Əliyev siyasəti uğurlu və xoşbəxt gələcəyimizin əsas təminatçısıdır".
Füzuli
Olaylar.- 2021.- 7-20 may.- S.12.