Ölkəmizdə aparılan hüquq islahatlarının mühüm tərkib hissəsi

 

Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində sistemli və nəticəyə hesablanmış addımlar atılır. Ümummilli lider Heydər Əliyev tərəfindən bu istiqamətdə addımlar hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hüquqşünas Əli İbrahimov deyir ki, ölkəmizdə aparılan hüquq islahatlarının mühüm tərkib hissəsi olaraq dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi məqsədilə 2001-ci ildə qeyri-məhkəmə müdafiə mexanizmi olan yeni institut Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) institutu yaradılır. Onun sözlərinə görə, qanunvericilik tədbirləri çərçivəsində yeni hüquq sisteminin fəaliyyət göstərməsi üçün Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki Prosessual Məcəllələr, Əmək, Ailə, İnzibati Xətalar, Gömrük, Vergi və digər Məcəllələri, "Notariat haqqında", "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında", "Təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında", "Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən məhkəməyə şikayət edilməsi haqqında" və digər qanunlar qəbul edilir: "Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində dövlət proqramı təsdiq olunur. Proqram insan hüquqları sahəsində milli qanunvericiliyin beynəlxalq hüquq öhdəliklərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Belə ki, bu məqsədlə proqram çərçivəsində qanunvericilikinstitusional islahatlar həyata keçirilir. Bundan əlavə, ölkəmizin Avropa Şurasına üzvlüyü ərəfəsində milli qanunvericiliyin Avropa İnsan hüquqları Konvensiyası ilə müqayisəli təhlili aparılır. Bundan əlavə, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılması, dövlət və yerli idarə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, korrupsiyaya qarşı mübarizənin normativinstitusional əsaslarının təkmilləşdirilməsi məqsədilə 2004-cü il yanvarın 13-də "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun, eyni zamanda, dövlətin siyasi iradəsi nümayiş etdirilərək korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı qəbul edilir. Dövlət Proqramı normativ-hüquqi aktların qəbul edilməsi, dövlət qulluğuna qəbul və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsini, o cümlədən iqtisadisosial sahədə, dövlət orqanları, o cümlədən hüquq mühafizə orqanlarının fəaliyyəti sahəsində tədbirlərin, maarifləndirmə və beynəlxalq əməkdaşlığın həyata keçirilməsini və s. məsələləri nəzərdə tutur. Bu məqsədlə Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə KomissiyaBaş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yaradılır".

Əli İbrahimov deyib ki, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatının birinci mərhələsində demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni üçpilləli məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılır, hüquq-mühafizə fəaliyyəti təkmilləşdirilir, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişlənir, insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri formalaşdırılır. Beynəlxalq prinsiplərə və müasir tələblərə uyğun mütərəqqi qanunlar və məcəllələr qəbul edilir: "Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurması, Avropa Şurasına üzvlüyə qəbuldan sonra Avropa hüquq məkanına daxil olması ölkəmizin Konstitusiyasına, bir sıra qanunvericilik aktlarına müvafiq əlavə və dəyişikliklərin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində yeni qanunların qəbulu, onları həyata keçirəcək yeni institutların təsisi, məhkəmə və digər aidiyyəti orqanların fəaliyyətinin təkmilləşdirilməsi, qanunların tətbiqində yaranan bəzi problemlər, hüquqi maarifləndirmə işinin gücləndirilməsi və müasirləşdirilməsi zərurətini doğurur və məhkəmə islahatının davam etdirilməsini şərtləndirir".

Hüquqşünas deyib ki, demokratik hüquqi dövlət quruculuğu prosesi hazırda Heydər Əliyev dövlətçilik ənənələrinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir: "Ölkəmizdə baş verən sürətli sosial-iqtisadi inkişafı nəzərə alaraq, Avropanın siyasi, iqtisadihüquq məkanına inteqrasiyanı dövlət siyasətinin prioritetləri sırasına qaldıraraq demokratik cəmiyyətlərə xas məhkəmə-hüquq sisteminin fəaliyyətinə, insan hüquqlarının etibarlı müdafiəsinə nail olmaq üçün Azərbaycan Respublikasının Prezidenti mühüm təşəbbüslərlə çıxış edir. Belə ki, hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvercilikinstitusional islahatlar daha da dərinləşdirilir. Praktiki tədbirlərin dairəsi isə genişləndirilir. Ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər baş verir. Ümummilli lider Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesi məhz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəlmiş, hazırda isə həmin proses Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar hüquq sisteminin davamlı inkişafını təmin edəcəkdir".

 

Süleyman İsmayılbəyli

Olaylar.- 2021.- 1-7.- oktyabr. S. 11.