İlham Əliyev hərbi sahədə olduğu
kimi diplomatik və informasiya savaşı
cəbhəsində də misilsiz
rəşadət göstərir
Prezident İlham Əliyevin
həyata keçirdiyi
uğurlu daxili və xarici siyasəti nəticəsində
əldə olunmuş
iqtidar-xalq-ordu birliyi bir "dəmir
yumruq"da birləşərək
işğalçıya qarşı
sarsıdıcı zərbə
endirdi.
Azərbaycan Respublikasının suverenliyi
və ərazi bütövlüyü uğrunda
gedən mübarizədə
qəhrəmanlıq göstərən
əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan
mülki şəxslər,
bütövlükdə xalqımız
əzm və iradə, bir yumruq kimi birlik
və həmrəylik
nümayiş etdirərək
düşməni məğlubiyyətə
uğratdı. Hər zaman xalqın dəstəyinə arxalanan
Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində
hərbi sahədə
olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də
misilsiz rəşadət
göstərdi. Azərbaycana
qarşı formalaşmış
informasiya blokadasını
yararaq müharibənin
gedişində və
müharibədən sonra
onlarla aparıcı xarici KİV-ə müsahibələr
verdi. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur desək, fikrimizdə yanılmarıq. Məhz
həmin müsahibələr
vasitəsilə beynəlxalq
təşkilatlar tərəfindən ölkəmizə
yönəlmiş təzyiqlər
cəhdinin qarşısı
müvəffəqiyyətlə alındı. Müharibədən sonrakı dövrdə
də Prezident İlham Əliyev öz çıxışları,
müsahibələri ilə
Azərbaycanın Zəfər
qələbəsinə qısqanclıqla
yanaşan, bu qələbəni həzm
etməyən qüvvələri
yerində oturtmağı
bacardı. Elə dövlət
başçısının Türkiyənin "Anadolu"
agentliyinə verdiyi müsahibə buna bariz nümunədir.
Prezident sözügedən müsahibədə
ölkəmizin haqq davasında əldə etdiyi ədalətli qələbəni şərtləndirən
amillər və Azərbaycanın mövqeyini
qəti şəkildə
ortaya qoydu.
Politoloq
Əlimusa İbrahimov
da hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin bütün müsahibə
və bəyanatlarında
olduğu kimi Türkiyənin "Anadolu"
agentliyinə verdiyi müsahibə də Azərbaycanı və ümumiyyətlə regionu
maraqlandıran və yaxın keçmiş və gələcək perspektivləri aydınlaşdıran
məqamlarla doludur:
"Hər şeydən
əvvəl bir il bundan qabaq
baş vermiş 44 günlük müharibənin
motivlərinin İlham
Əliyev tərəfindən
açılması olduqca
maraqlı idi və Azərbaycanı bu müharibəni başlamaqda günahlandıran
xarici qüvvələrə
ən tutarlı cavab kimi qiymətləndirilə
bilər. Son müharibənin
baş verməsi səbəbləri və şəraitini bu qədər ciddi dəlillərlə izah edən ikinci bir təhlil tapmaq mümkün deyil: "Bilirsiniz, son müddət ərzində
Ermənistanın bizə
qarşı təxribatları
müntəzəm xarakter
almışdı. Həm bizə
qarşı yönəlmiş
açıqlamalar, eyni
zamanda, addımlar onu göstərirdi ki, Ermənistan yeni müharibəyə hazırlaşır. Mən bunun
səbəblərini bu
günə qədər
də anlaya bilmirəm. Çünki 30 il ərzində
digər dövlətin
torpaqlarını işğal
altında saxlayan bir dövlət yeni savaşa çıxmaq fikrində olursa, bu, çox
ciddi araşdırılmalıdır
ki, bunun səbəbi nədir".
Bu ifadələrlə yanaşı, İlham Əliyev Ermənistanın
müharibə ərəfəsində
atdıqları addımları
ardıcıllıqla sadalayır.
Bu dəlilləri diqqətlə nəzərdən
keçirən istənilən
şəxs - istər
siyasətçi olsun,
istər olmasın - müharibənin məhz Ermənistan tərəfindən
qaynaqlandığına heç
bir şübhə görmür". Onun bildirdiyinə
görə, Prezident İlham Əliyev orada yaşayan ermənilərin həyat şəraitindən dəhşətə
gəlir və bu sakinləri, Ermənistana rəhbərlik
edənləri insanlıq
naminə ədalətli
olmağa çağırır.
Azərbaycan Respublikası Prezidenti
düşmən cəbhəsində
dayanan insanların belə insanlıqdan uzaq olan şəraitdə
yaşamasına dözməyin
mümkün olmadığını
ifadə edir. Qoy ermənilər Sarkisyan, Koçaryan kimi vaxtında rəhbərləri olmuş
şəxslərin Azərbaycan
xalqı haqqında dediklərini də yada salıb utansınlar və əsl Prezidentin necə və hansı xüsusiyyətlərə
malik olması haqqında dərs götürsünlər: "Mən
Zəfərdən sonra
bölgələrə onlarla
səfər etdim və orada bəzi
kəndlərdə, ermənilərin
yaşadıqları kəndlərdə
gördüyüm mənzərə
məni dəhşətə
gətirdi. Yəni, insana yaraşmayan
bir vəziyyət.
Bəzi kəndlərin evləri indi analiz edilir,
evlərin 95 faizi yararsızdır, yəni,
orada heç kimsə yaşaya bilməz, onlar sökülməlidir. Yəni,
30 il belə
rəzil durumda yaşayan bir toplum təbii ki, işıq üzü görmək istəyir və işıq yalnız Azərbaycandan gələcək.
Anlamaq lazımdır ki, onlar üçün də bu, o qədər
də asan məsələ deyil.
Burada psixoloji durum da nəzərə alınmalıdır.
Ancaq biz hər halda xoş niyyət göstəririk və ümid edirəm, onlar anlayacaq ki, xoşbəxt gələcəkləri, rifahla
dolu gələcək
ancaq Azərbaycan dövləti ilə bağlıdır".
Ə.İbrahimov qeyd edib ki, Azərbaycan Prezidentinin Qarabağda yaşayan erməniləri diqqətdənkənar buraxmaması humanizm prinsiplərinə necə hörmət etməyimizin ən bariz nümunəsi ola bilər: "Budur dinimizə, adət-ənənəmizə, bəşəri hisslərə hörmətlə yanaşmağın təcəssümü. İlham Əliyev dünən bizə qarşı silah qaldıran, amma bu gün bizdən asılı vəziyyətdə olan insanlara öz vətəndaşları kimi rəftar edir. Onlar üçün heç bir qorxu və təhlükənin olmadığını bütün dünyaya elan edir. Bunun qədər humanist addım atılıbmı dünənki düşmənə qarşı? Bəs nədən bizim bu xeyirxah addımlarımızı layiqincə qiymətləndirmək istəmir ikili standartların əsiri olan dövlətlər? Çünki görmək istəmirlər və onların xidmət etdikləri amallar insanlıq naminə adlandırılan amallar deyil. "Qarabağda 25 min erməni yaşayır, onlar da bu işlərdə iştirak edə bilərlər - həm inşaat, həm də bərpa işlərində. Eyni zamanda, gələcəkdə biz onların yaşadıqları yerlərdə, kəndlərdə onlar üçün şərait yaradarıq. İndi baxın, bizim Qarabağ və Şərqi Zəngəzurla bağlı planlarımız göz önündədir. Ağdam şəhərinin baş planı təsdiq edildi. Yaxın gələcəkdə Cəbrayıl və Füzuli şəhərlərinin, bütövlükdə rayonların baş planları təsdiq ediləcək. Bu, bizim gücümüzü göstərir və biz ermənilərin indi Qarabağda yaşadıqları kəndlərdə də bunu edə bilərik".
Nurlan
Olaylar.- 2021.- 1-7 oktyabr.- S.12.