Gəncliyimiz “ağ ölüm”ün cəngində: necə
xilas
edək?
21-ci əsrin bəlalarından biri də narkomaniyadır. Təəssüf ki, son zamanlar uşaqdan böyüyə kimi bir çox insan bu bəlanın aludəçisi olub. Narkotik vasitə, psixotrop maddə və onların qanunsuz satışı, cəmiyyəti ciddi şəkildə düşündürən, insanın mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran qlobal problemlərdən ən başlıcasıdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, son illər Azərbaycanda narkomaniyadan əziyyət çəkənlərin sayı artıb. Hazırda dünya üzrə milyondan çox narkotik istifadəçi var və onların yarıdan çoxunu kişilər və qadınlar, digər hissəsini isə gənclər, uşaqlar təşkil edir. Gəncliyimiz məhv olur. Nəzarətsiz qalan gənclər hələ uşaq yaşlarında, başları aldadılaraq bunun aludəçisi olur və özlərini məhv edirlər. Zamanla bu problemə diqqət yetirmədikdə, narkomanların sayı artaraq yoluxucu xəstəlik kimi insanları məhv edir və yaşadığımız kainatı dağıtmaq gücünə qədər gəlib çatır. Hazırda daha çox narkotik vasitələrdən "Patı" və "Şüşə"maddəsi yayılıb. Təəssüf ki, Azərbaycanda son zamanlar narkotik vasitə satan və bu işlə məşqul olanlar hədsiz sayda çoxalıb. Hətta hər gün yeni bir dəstə-qrup tutularaq məsuliyyətə cəlb olunur. Əvvəllər bu hal az olsa da, son illər hətta belə qeyd etsək , son 1 il ərzində bu dəstələrin sayı hədsiz artıb. Düşünə bilirsinizmi hər gün on nəfərdən çox üzvü olan belə dəstələr aşkarlanır. Bu nə deməkdir bilirsiniz? Məlumdur ki, bu Azərbaycanı sevməyən hansısa qüvvələr tərəfindən həyata keçirilir. Azərbaycan xalqı bu gün qalib xalqdır və onu qalibiyyətə aparan ordu gənclərdən ibarətdir. Bu yolla gənclərimizin həyatını məhv etməyə çalışırlar. Qalibiyyətimizi həzm edə bilməyənlər indi də gənc təbəqəni məhv edərək Azərbaycan xalqını əzmək istəyirlər. Təbii ki aidiyyəti orqanlar bu sahədə ciddi işlər aparır, hüquq- mühafizə orqanları, sərhəd, gömrük işçiləri təbliğatlar aparır. Bəs bizim məktəblər, universitetlər, müəyyən qurumlar, sosial media, ziyalılarımız , QHT-lər bu sahədə hansı işləri görür? Gəncliyimizin sonu hara gedir? Bu sahədə nə kimi işlər görməliyik?
Olaylar.az-a bu barədə açıqlama verən "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, son dövrlər dövlətin müvafiq qurumları tərəfindən narkotik satan və bununla məşğul olan qruplara qarşı ciddi tədbirlər görülməkdədir: "Əslində əvvəllər də bu məsələ ciddi olaraq diqqət mərkəzində olub. Görünən odur ki, bəzi qüvvələr məqsədli şəkildə gənclərin həyatını məhv etmək, onları "ağ ölüm"ə sürükləmədə maraqlıdır və bununla bağlı fəaliyyətlərini daha da intesivləşdiriblər. Bununla gənclərimizi və ölkəmizin gələcəyini hədəfə alıblar. Dövlətin müvafiq strukturları tərəfindən ciddi formada narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparır. Hər gün biz ölkə daxilində müxtəlif "ağ ölüm"ü yayan şəxslərin saxlanaraq məsuliyyətə cəlb olunmasının və eyni zamanda sərhəddən keçirməsinin qarşısının alınması ilə bağlı faktları görürük. Sözsüz ki, əsrin bəlası olan "ağ ölüm"lə təkcə hüquq mühafizə orqanları mübarizə aparmalı deyil. Cəmiyyət olaraq hər birimiz bu istiqamətdə iş aparmalıyıq. Xüsusən də QHT-lərin fəallığına ehtiyac var.
Vətəndaş cəmiyyəti prosesdə aktivlik göstərməyə çalışır. Müəyyən layihələr çərçivəsində maarifləndirici və təbliğat xarakterli işlər görülür. Pandemiya səbəbindən kütləvi tədbirlərin keçirilməsin mümkün olmasa da, alternativ mexanizmlərdən istifadə olunur. Hesab edirəm ki, yeni şəraitə uyğun hüquq- mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində iş görülməsinə daha çox ehtiyac var. Bu məlumatların bölünməsi üçün vacibdir. Təhsil müəssisələrində, xüsusən ali təhsil ocaqlarında fəaliyyətlər genişlənməlidir. Təbliğat və maarifləndirmə yeni çağırışlara uyğun olaraq, vizual formatda olmalıdır. Kampaniyalara məhşur şəxsləri cəlb etmək olar. Maarifləndirmə həmçinin valideynlərə də fokuslanmalıdır. "Ağ ölüm"un qurbanlarının acı həyat hekayələri kimi reportaj və videoçarxlaırn da hazırlnması və kütləvi yayımı maarifləndimə işinə tövhə ola bilər."
Gəncliyimiz mübariz gənclikdir. Hər addımbaşı gənclərə izah etmək lazımdır ki, bu səni hər şeydən ayırır, bu səni manqurt edir və heç nəyə çevirir. Daha sonra isə metro, universtet girəcəklərində, hətta marketlərdə belə maarifləndirici bukletlər,elanlar, afişalar asılmalıdır. Gəncliyimizin sağlam yetişməsi üçün əlimizdən gələni əsirgəməməliyik.
Mehriban Xəlilli
Olaylar .- 2021.- 1-7 oktyabr.S.20.