AYAĞA DUR, AZƏRBAYCAN!
Təhməzov
Cavid Əvəz oğlu
Bərdə rayon sakini
I Qarabağ müharibəsi qazisi Təhməzov Əvəz Təhməz oğlunun ailəsində 1994-cü il iyun ayının 25-i dünyaya gəlib. Çətin həyat yolu keçib. Əvvəllər
ana himayəsində olsa
da sonralar atası da oğlunun qayğısına qalıb. Züleyxa xanım oğlu
böyüyənə qədər necə deyərlər gözü ilə od götürüb.
-O, mənim hər şeyim idi, -deyir şəhid anası Züleyxa xanım. -Köməkçim idi, məsləhət yerim idi, arxam, dayağımdı. Yoxluğu qəlbimdə elə bir sağalmaz yara açıb ki, hər gün sızıldayır.
Cavid orta təhsilini Yevlax şəhər Q. Məhərrəmov adına 4 nömrəli tam orta məktəbdə almışdır. 2012-ci ildə həqiqi hərbi xidmətə çağrılıb və Naxçıvanda "N" hərbi hissədə kəşfiyyatçı kimi hərbi xidmətə başlayıb. 2014-cü ildə hərbi xidmətini başa vurduqdan sonra 2016-cı ildə yenidən müddətdən artıq həqiqi hərbi qulluqçu, xüsusi təyinatlı kəşfiyyatçı minaaxtaran kimi davam etməyə başlayıb.
Şəhidimiz ailəli olub və 2 oğul övladı Vətənə əmanət qaldı. Ümid və Cəsur. Çətin uşaqlıq dövrü keçsə də Cavid övladlarını çox sevən bir ata olub.
Xidmət müddətində Cavid özünü təsdiqləyə bilmişdi. Onu yaxşı kəşfiyyatçı kimi dəyərləndirirdilər. Bir dəfə anası Züleyxa xanıma demişdi: Vətəni mənim kimi oğullar qorumalıdır. Özü də fikir eləməyin, mən ölərəmsə, dövlətim mənim ailəmə də, uşaqlarıma da sahib çıxar, deyib.
Cavid 2020-ci il 12 iyulda olan Tovuz döyüşlərində də iştirak edib.
Bu o zaman idi ki, hər kəs artıq qələbəyə, zəfərə susamışdı. Ünlü şair Məmməd Araz həyəcan təbili çalırdı:
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri
biz hər şeyi bölə billik!
Səndən qeyri
biz hamımız ölə billik!
Bu o zaman idi ki,
Ali Baş Komandanımız
son qərarını vermişdi:
Azərbaycan nəyin bahasına olursa-olsun, qalib gəlməlidir.
Vətən müharibəsi başlşayan
gündən isə döyüşlərə qatılıb. Suqovuşanın,
Ağdərə, Murov,
Talış yüksəkliklərinin
və digər ərazilərin alınmasında
yaxından iştirak edib. 1 oktyabr 2020-ci il tarixində
Suqovuşanın işğaldan
azad olunması uğrunda gedən döyüşlərdə qəhramanlıqla
şəhid olub. Oktyabrın
10 da isə Yevlax şəhərində
şəhidlər xiyabanında
dəfn olunub.
Onu tanıyan hər kəs barəsində çox
mehriban, səmimi və mərd biriydi, deyir. Ana heç qəbul
edə bilmir Cavidin yoxluğunu.
-Sən bu yeni
dövrü görməsən
də daim yaddaşlarda yaşayacaq, görülən işlərdə
müharibədə qazandığın
qələbələrin izləri
olacaq, Cavid balam,-söyləyir atası
Əvəz kişi.
Məzarın nurla dolu olsun, şəhid Cavid, igid kəşfiyyatçı!
Təhməzov Cavid Əvəz
oğlu ölümündən
sonra Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin sərəncamı ilə
"Vətən uğrunda",
"Suqovuşanın azad
olunmasına gözə"
və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə
yaşayacaqdır!
Əminə Yusifqızı
Olaylar.- 2021.- 8-14
oktyabr.- S.18.