Azərbaycan həm də multikulturalizm
prinsiplərini
dünyada yayan nadir ölkələrdəndir
Azərbaycan tarixin bütün
dövrlərində bu və ya digər qonşuları ilə meydana çıxan irili-xırdalı problemləri
danışıqlar, diplomatik yolla həll etməyə üstünlük
verib və günümüzdə də bu prinsipinə
sadiqdir.
Baxmayaraq ki, keçən ilin sentyabrında Azərbaycan məcburiyyət qarşısında qalaraq güc nümayiş etdirdi və 30 ilə yaxın işğal altında olan ərazilərini düşməndən azad etdi, ancaq yenə də müharibədən keçən dövr ərzində iki ölkə arasında hələ də qalan bəzi problemləri diplomatik yolla həll etməyə, işğalçı Ermənistanla süıh sazişi bağlamağa üstünlük verir. Eyni zamanda rəsmi Bakı bu mövqeyini, konstruktivliyini prezident səviyyəsində beynəlxalq aləmə, dünya birliyinə də çatdırır. Azərbaycan Respublikasının bu mövqeyi həm dövlət başçısının iştirak etdiyi görüşlərdə, toiplantılarda, həm də xarici KİV-lərə verdiyi müsahibədə öz əksini tapır. Elə siyasi şərhçi Tural Məmmədov da belə deyir. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 44 günlük Vətən müharibəsindən öncə xalqımızın işğalla barışmayacağı və nəyin bahasına olursa-olsun işğala son qoyacağı barədə səsləndirdiyi fikirləri müsahibələrində xatırlatmaqla, əslində dövlətimizin və xalqımızın proseslərin bundan sonrakı inkişafı ilə bağlı qətiyyətli mövqeyini də ortaya qoyur: "Bəyan edir ki, Azərbaycanın əldə etdiyi Zəfərin diqtə etdiyi şərtlər, yaratdığı reallıqlar heç bir halda dəyişməyəcək və buna cəhd edənlər daha acınacaqlı məğlubiyyətə düçar olacaqlar.
Danışıqlar və təmaslar artıq başlamışdır. Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlığın formatı mövcuddur və bu format kommunikasiyaların açılması məsələsinə həsr olunub. Eyni zamanda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub və bu görüş konstruktiv olmuşdur. Azərbaycanın mövqeyi müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Azərbaycan Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyindədir. Dövlətimiz sərhədlərin delimitasiyasına və dərhal sonra demarkasiyasına başlamağa hazırdır. Gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa da hazırıq. Bütün bu təşəbbüslər dövlətimiz tərəfimdən dəfələrlə vurğulanmışdır. Lakin Ermənistan hələ də müsbət cavab verməyib".
Tural Məmmədov qeyd edib ki, özünəməxsus
milli və yüksək humanist
ənənələrə malik olan Azərbaycan həm də multikulturalizm
prinsiplərini dünyada yayan
nadir ölkələrdəndir:
"Ölkəmizdə bu sahədə bərqərar
olan münasibətlər təsdiq edir ki, multikulturalizm
xalqımızın tarix boyu formalaşan milli keyfiyyətidir və bütün
dövrlərdə cəmiyyətin yaşam
tərzi olub. Bu gün
isə reallıq odur ki,
artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb və bu,
mükəmməl örnək kimi ölkəmizdəki
çoxsaylı fərqli etnik qrupların
sülh şəraitində
yaşamasına, bərabərhüquqlu fəaliyyətinə
tam zəmin yaradır. Cənab İlham Əliyevin
2021-ci il 2 oktyabr
tarixində İspaniyanın EFE informasiya
agentliyinə müsahibəsində qeyd etdiyi kimi, bu
gün Rusiya sülhməramlılarının
məsuliyyət daşıdığı ərazidə - Qarabağda yaşayan 25
minə yaxın etnik erməni Azərbaycan
vətəndaşıdır. Onların fərqli dini və ya etnik mənşəyi olan
istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları,
imtiyazları və öhdəlikləri olacaq,
ancaq status məsələsinə
qayıtmaq mümkün deyil".
Onun sözlərinə görə, prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan dünyada müxtəlif sivilizasiyaların qovuşduğu tolerant məkan, multikultural dəyərlərin inkişaf etdiyi çoxmillətli ölkə kimi tanınır: "Xalqımızın milli-mənəvi dəyərlərinin təbliğinə, mədəni həyatının zənginləşməsinə dövlət səviyyəsində göstərilən diqqət milli mədəniyyətimizin qorunmasında və dünya miqyasında tanınmasında xüsusi əhəmiyyət kəsb edir. Fərqli mədəniyyətlər arasında vəhdət və qarşılıqlı təsirin mövcud olması müasir cəmiyyətimizin xarakterini səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Dövlət başçısı uzaqgörən siyasi lider kimi bu faktoru nəzərə alaraq, Azərbaycan vətəndaşlarına belə bir ideya aşılayır ki, dünyadakı qloballaşma şəraitində multikultural dəyərlərin qarşılıqlı təsiri milli və dini mənsubiyyətindən asılı olmayaraq insanlardan mədəniyyətlərarası dialoqu dəstəkləməyi və başqalarının mədəni dəyərlərinə hörmətlə yanaşılmasını tələb edir".
Tural Məmmədov deyib ki, ölkəmizin əldə etdiyi nailiyyətlər və beynəlxalq arenadakı böyük nüfuzu, xalq-iqtidar birliyi, xüsusilə ordu quruculuğu sahəsində görülmüş işlər Azərbaycanın Vətən müharibəsində qələbəsini şərtləndirən vacib faktorlardır: "Xalqımız 30 ilə yaxındır işğal altında olan torpaqlarımızın azad olunmasını, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpasını böyük sevinc hissi ilə qeyd edir. Bu qələbə ilə Azərbaycan bütün dünyaya öz gücünü və haqq-ədalət uğrunda qətiyyətli mübarizəsini nümayiş etdirdi".
Füzuli
Olaylar.- 2021.-8-14 oktyabr.- S.20.