Aşıq Ələsgər irsi və müasir
dövrdə milli- mənəvi
dəyərlər
Azərbaycan
Respublikası Prezidentinin 28 fevral 2021-ci il tarixli Sərəncamına əsasən
çoxəsrlik keçmişə malik
Azərbaycan aşıq sənətinin, qədim, zəngin və
həmişəyaşar milli sərvətimizin görkəmli
nümayəndəsi, qüdrətli söz
ustadı, aşıq yaradıcılığı ənənələrinə yeni
və yüksək bədii-estetik məzmun
qazandırmış, onu yeni
inkişaf mərhələsinə
qaldırmış Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması ölkəmizin ədəbi-mədəni
tarixində əlamətdar hadisə kimi
qalacaqdır.
Maraqlı və diqqətçəkicidir ki, Göyçə mahalının Ağkilsə kəndində dünyaya göz açmış bənzərsiz sənətkarın yubileyi haqqında ölkə Prezidentinin Sərəncamı heç şübhəsiz ki, vaxtı ilə erməni vəhşiliyindən, erməni zülmündən ağır zərbə almış, var-yoxu talanmış, müvəqqəti olsa da, dədə-baba yurdunu tərk edib qaçqın həyatı yaşamış Aşıq Ələsgərin ruhunu da şad edən Böyük Zəfərimizdən təxminən 4 ay sonra imzalanmışdır. Böyük Zəfərin təməli qoyulan Vətən Müharibəsinin başlanılmasının ildönümü ərəfəsində keçirilir. Fürsətdən istifadə edib Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə şəfa diləyir, bu gün xidmətlərini şərəflə davam etdirən əsgər və zabitlərimizə möhkəm can sağlığı, uğurlar arzulayırıq.
Məzmun baxımından zəngin, forma cəhətdən rəngarəng olan, qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbənd və s. bu kimi janrlarla Azərbaycan ədəbi dilinin, aşıq şeirinin inkişafında misilsiz xidmət göstərən Aşıq Ələsgər milli- mənəvi dəyərlərimizin adət - ənənələrimizin keşiyində durmuş, bədii sözün qüdrəti ilə bu xəzinəni daha da zənginləşdirmiş və onun uzunömürlü, həmişəyaşar olması üçün böyük xidmət göstərmişdir. Xalqın bağrından qopan, onun hiss və duyğularını, istək və arzularını tərənnüm edən Aşıq Ələsgərin poeziyası ədəbi əbədi irsimizdir. Xalq şairi Bəxtiyar Vahabzadənin təbiri ilə desək, Ələsgər şeiri xalq şeiridir. Bəzən adama elə gəlir ki, bu şeirləri bir nəfər yox, xalq özü yaradıb. Ona görə ki, bu şeirlər xalq ruhunun, xalq mənəviyyatının hayqırtısıdır. Bu, Ələsgər şeirinin birinci tərəfi, ikinci tərəfi ondan ibarətdir ki, Ələsgər şeiri başdan-başa həyatın özüdür... Azərbaycan təbiəti, Azərbaycan ruhu Ələsgər şeirində dil açıb oxuyur. Vətənimizdən danışan şaqraq nəğmələrdir.
Aşıq Ələsgərin milli dəyərlərin, mənəviyyatın, insani məziyyətlərin zənginləşməsinə xidmət edən, səadətə, sədaqətə, gözəlliyə, adət-ənənələrə ehtirama, ədalətə, düzlüyə, mərdliyə səsləyən şeirləri öz dövründə də sevilirdi, dillər əzbəri idi, bu gün də onun əsərləri solmayan çiçəklər kimi təzə -tərdir, təravətlidir, aktualdır, gənclərə yol göstərəndir, onlara vətənpərvərlik hissləri, elə-obaya, xalqına, doğma torpaga, Vətənə, elə, obaya sevgi aşılayır. Onun "Gərəkdi" rədifli qoşması aşıqların əxlaq kodeksi adlandırmaq olar:
Aşıq olub, diyar-diyar gəzənin,
Əvvəl, başda pür kamalı gərəkdi.
Oturub-durmaqla ədəbin bilə,
Mərifət ålmində dolu gərəkdi.
Xalqa həqiqətdən mətləb qandıra,
Şåytanı öldürə, nəfsin yandıra,
Ål içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi.
Aşıq Ələsgər elmin,
məktəbin, mərifətin,
haq-ədalətin tərəfdarı,
saf məhəbbətin,
təmiz duyğuların tərənnümçüsü
və təbliğatşısı
idi:
Mən istərəm, alim, mömin yüz ola,
Måyli haqqa doğru, yolu düz ola,
Diliylə zəbanı üzbəüz
ola,
Ələsgər yolunda can qurban åylər.
Aşıq Ələsgər irsi bir mədəniyyət, bir mənəviyyat, bir mərifət, bir ədəbiyyat məktəb, universitetdir. O həqiqətən
zirvə və həm də əlçatmaz zirvədir.
İndiki aşıqların- istər əlində saz çayxanaları dolaşan, istər şou-biznesdə meydan sulayan aşıqların ünvanına könülə
dəyən bir söz demədən, müqayisə etməyivə
nəticə çıxarmağı
oxucunun ixtiyarına buraxıram.
Ədəbi əsərlər tarixi
hadisələri işıqlandırmaq,
onları canlandırmaq
və dəyərləndirmək
baxımından da mühüm əhəmiyyət
kəsb edir. Bu cəhətdən Aşıq
Ələsgər haqqında
söylənilən xatirələr,
dastan-rəvayətlər həm
aşığın həyat
və irsini, həm də dövrün tarixi, ictimai-siyasi prosesləri öyrənmək cəhətdən,
eləcə də dostu-düşməni tanımaq,
xainin, xəyanətin
tələsinə düşməmək,
doğma yurdu, ocağı sevmək, sevdirmək nöqteyi-nəzərindən
mühüm əhəmiyyət
kəsb edir.
"Dəyirmançı aşıq"
dastanında erməni
fitnə-fəsadından, vəhşiliyindən
kədərlə söz
açılır: "Mənim
əzizlərim, onu da dåyim ki, 1905-ci ildə årmənilər gənə
bu iki millət
arasına çaxnaşma
salmışdılar. Çox yårdə qırğın törətmişdilər."
Məlum olur ki, Göyçədə
qırğın törətmiş
ermənilər didərgin
düşmüş azərbaycablıları geri qaytarmaq və qırmaq üçün
növbəti hiyləyə
əl atır və barışığa
çağırırlar. Dastanda
oxuyuruq: "Bu xəbərdən
Aşıq Ələsgər
çox narahat oldu. Hələ ortuya çay-çörək
gəlməmiş fikrini
bildirdi: - Oğul, Səməd ağıya då ki, årmənilər tələ
quruf. Əyər gåtsələr, hamısını
qırajaxlar. Bu fikirdən
əl çəksin!
Bu dəmdə Bəşir də gəlif çıxdı,
qonaxnan görüşdü,
çörək yådilər, çay işdilər.
Bəşir qonağın
nə məqsədnən
gəldiyini biləndə,
o da irazı olmadı, dådi: - Səməd ağıya dånən, varrı,
addı-sannı olsa da, Basarkåçərdə mənim
dostum onunkunnan az döyül.
Amma mən bu dəmdə
årmənilərə
åhtivar
åliyə
bilmərəm. Mən gåtmirəm, başqalarının da gåtməyinə
irazı döyüləm."
Dədə Ələcgərin məsləhətinə
fikir verməyənlər
ermənilərlə danışığa
gedirlər. Dastandan sitat: "Səməd ağa Göyçənin
başbilənnərinnən, hörmətdi, adamlarınnan
bir nåçəsini də özüynən apardı.
Iki günnən sonra xəbər çıxdı
ki, årmənilər onnarın hamısını qırıflar.
Qırılannarın içində Aşıq
Ələsgərin şəyirdi
daşkənddi Aşıq
Nəcəf də varıydı. Onu soyunduruf,
bålinə
qaynar samavar bağlıyıf, çox
əzafnan öldürmüşdülər.
Bu bəd xəvər
hər yårdən tåz Kəlbəcərə
yayıldı. Camahat qırx
gün yas saxladı. Aşıq
Ələsgərin bir
dərdi båş oldu..."
Aşıq Ələsgərin dostu Həmidlə görüşü
təsirli və düşündürücüdür. Ermənilərin
törətdiyi qırğınlardan
təsirlənən Aşıq
Ələsgər bədahətən :
Bu dərd Ələsgərin
qaddin əyifdi,
Yapalaxlar
kəhlik alıf yåyifdi,
Laçın ölüf, o tərlannar itifdi- deyir.
Dastanda oxuyuruq: "Həmid bəy dəsmalını
çıxardıf, gözünün
yaşını sildi,
dådi: - Aşıq
Ələsgər, hər
ağrıya-ajıya dözmək
olar, əmə vətən həsrətinə,
torpax dərdinə dözmək çətindi.
Indi Göyçədə dığalar at oynadır;
buna nåcə dözmək olar?! - Həmid bəy, darıxma, Allah kərimdi! Bu görüş
də Aşıq Ələsgərə bir dərd oldu".
Bu dastanlar erməni xislətini
açmaq, onların xain, nankor, qədirbilməz,
simasız və yaltaq olduğuna bir daha şahidlik
etmək üçün
tutarlı mənbədir. "Aşıq
Ələsgərlə şəmkirli
Aşıq Hüseynin
görüşü" dastanında
oxuyuruq: "Aşıqlıq
öyrənmək istəyənlər
arzu åləyirdilər ki, nə olaydı, nə olaydı, şəmkirli Aşıq
Hüsåynə şəyird olaydı. Årmənilərdən də bir çox cavanlar Aşıq Hüsåynə şəyird olmağa çalışırdılar...
Aşıq Mıqıç Şəmkirli Aşıq
Hüsåynin şəyirdi idi. O, Şəmkir mahalının Çardaxlı
kəndindən idi. Årməni
olsa da, türkcə çox düzgün və gözəl oxuyurdu. Amma onda bir xasiyyət
var idi ki,
tanımadığı aşıq
görəndə, pisikdirməyə
çalışardı." Bu mənfur qonşular
həm dilimizi, həm musiqimizi, həm ədəbiyyatımızı
öyrənir, həm
də bu sərvətə həsəd
aparır, onu oğurlayıb özününküləşdirmək
istəyir. Onların bu
"ənənəni", çikin əməli bu gün də
hər fürsətdə
davam etdirirlər.
Böyük Zəfərin təməli
qoyulan sentyabr günlərində, Vətən
Müharibəsinin ildönümü
ərəfəsində Aşıq
Ələsgər dühası,
sənəti daha əzəmətli və əlçatmaz zirvə kimi görünür.
Abid Tahirli
Olaylar.- 2021.- 24-30 sentyabr.- S.22.