NECƏ QALACAĞAM YADDAŞINIZDA?

 

Salahlı kəndinə bu dəfəki gəlişimin məqsədi həmin kənddən olan şəhid ailələri ilə görüşmək idi. Dünyaya səs salan Azərbaycanı qalib ölkə, qalib xalq kimi şərəfləndirən 44 günlük İkinci Qarabağ savaşı. Vətən müharibəsi zamanı bu kəndin mərd, cəsur həddən artıq qoçaq ərənlərindən 4 nəfəri düşmən ordusunu darmadağın etməyi tezləşdirərək şəhidlik zirvəsinə ucalmışdır. Onlardan  biri Ülvi Rövşən oğlu Kərimovdur.  

Salahlı kənd İƏD üzrə nümayəndə Azər Əhmədov bizi vaxtilə qəhrəman Ülvinin yaşadığı ünvana apardı. Elə bizi ilk qarşılayan da rəşadətli vətən oğlunun atası Rövşən kişi oldu. "Uf" demədən öz qanı bahasına bizə Qələbə sevinci yaşadan Ülvinin yarımçıq ömrünün yaddaqalan anlarını əks etdirən foto-şəkillər, müxtəlif şəxsi əşyaları eksponatlar toplanmış evdə ailə üzvlərinin ağrılı-acılı, hər kəsi duyğulandıran xatirə təəssüratlarını bölüşdük. Rövşən kişi Səidə ana qəmli gözlərini Ülvinin yadiğarları yarımçıq ömrünün davamçıları olan dörd ay üzlü balalara- 9 yaşlı Fatiməyə, 6 yaşlı Yusifə, 5 yaşlı Rövşənə, 2 yaşlı Dilək adlı nəvələrinə gəlinləri Nəcibəyə dikərək, ürəklərini boşaldır, mənsə həmin hisslərin təsiri altında qovrula-qovrula onları dinləyirdim

Evin tək oğlu, nəslin ümid çırağı idi Ülvi. Hələ Bəylər Əliyev adına Salahlı kənd tam orta məktəbdə təhsil aldığı dövrdən idmanın populyar növü olan sambo karate ilə məşğul olurdu. Vətən qarşısında həqiqi hərbi xidməti borcunu yerinə yetirdiyi dövrdə hərbin sirlərinə, döyüş silah texnikalarından mükəmməl istifadə etməyə yiyələnməklə yanaşı, bölmələr, tağımlar batalyonlar arası keçirilən yarışlarda da öz gücünü ortaya qoyaraq xidmət etdiyi hissənin idman şərəfini ləyaqətlə qoruyurmuş.

Hərbi xidmətini Ağstafa rayonunun Saloğlu kəndində "N" saylı hərbi hissədə kəşfiyyatçı olaraq keçirib. Bir müddət sonra öz istəyi ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 19 noyabr 2016-ci ildə "N" saylı Hərbi hissəyə kəşfiyyatçı-snayper, daha sonra 24 sentyabr 2018-ci ildə manqa komandiri təyin edilmişdi. Vəzifə borcunu yerinə yetirməsi, döyüş hazırlığı nizam-intizamı  ilə fərqlənən Ülviyə 15 dekabr 2019-cu ildə kiçik çavuş hərbi rütbəsi verilmişdi.

Hərdən evə gəlirdi... ailə - uşağına baş çəkirdi. Rövşən kişi danışır ki, hətta mən sağ ola-ola 2016-cı ildə dünyaya təzəcə gələn ikinci oğluna Rövşən adının qoyulmasını istədi. Olduqca vətənpərvər, xalqına dövlətinə ürəkdən yanan sədaqətli bir oğul idi. Hər dəfə evə zəng edəndə anasına təskinlik verib deyirdi ki, narahat olma, ana! Əhvalımız yüksək, kefimiz  əladır! Tezliklə sizə möhtəşəm toy-bayram olacağı barədə xoş xəbər çatdıracağam.

Sonuncu dəfə ötən ilin sentyabr ayında, düşmən təxribatının qarşısını almaq üçün Ali Baş Komandanımızın əmri ilə "Dəmir yumruq" əməliyyatı başlamazdan cəmi bir-neçə saat oncə Ülvi evə zəng edərək yenə tezliklə sizi toy- bayram olacaq  xəbərini verməklə  sevindirəcəyəm, - sözünü bir daha təkrar etməklə tamamlayıb. Ülvi toy-bayram deyəndə yağı düşmən üzərində möhtəşəm Qələbəmizə aparan Vətən müharibəsinin başlanacağına işarə edib.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Ülvi Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində iştirak edir. Döyüşə girməmişdən əvvəl Naftalan ərazisindən keçərkən ailə üzvlərini görüşə çağırır. Bir-bir hamı ilə görüşür, övladlarını öpür-qucur, qayğıkeşlik göstərir. O, döyüş meydanında kəşfiyyatçı olaraq üzərinə düşən tapşırıqları rəşadətlə yerinə yetirir. top-tüfəngin səsi, başında hər an ölüm təhlükəsinin olması Ülvi Rövşən oğlunun iradəsini sındıra bilmir. Şəhidlik zirvəsinə ucalmamışdan öncə  həyat yoldaşı Nəcibə xanıma zəng edib: "Başını dik tut, sən hərbçi xanımısan, qayıda bilməsəm, şəhid olsam övladlarıma yaxşı  bax" deyə sanki vəsiyyət edib.

Anası Səidə xanım göz yaşlarını boğa-boğa Ülvi ilə eyni cəbhədə  vuruşaraq düşməni qanına qəltan eləmiş əsğər yoldaşlarından tərtərli Səhmanın, mingəçevirli   Səmədin Ülvi haqqında necə böyük məhəbbətlə,  ürək ağrısı  ilə, heyfsilənə-heyfsilənə söhbət açdıqlarını dedi. Deyirdilər ki, biz onun əsgər yoldaşları qədər təkid etsək o, heç nədən ehtiyatlanmır, özünü  cəsarətlə irəli atır, sanki quduzlaşmış dığaların kökünü təkbaşına kəsmək istəyirdi. Hətta müharibə qanunlarına uyğun olaraq batalyon manqalara  növbə ilə  istirahət veriləndə Ülvi heç cür döyüş meydanından aralanmaq istəmirdi. "Yevlax rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin vərəm şöbəsində çalışan Səidə xanım onu da etiraf edərək dedi ki, sözün düzü, biz bir valideyn olaraq oğlumuz Ülvinin bu qədər vətən sevgisi ilə alışıb-yandığını, bu torpağa bütün  varlığı ilə  bağlı olduğunu duymamışdıq.       

11 sentyabr 1988-ci ildə Salahlı kəndində anadan olmuş Ülvi 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, oktyabırın 16-si Suqovuşan istiqamətində şəhidlik zirvəsinə yüksəlmiş, bir gün sonra anadan olduğu Salahlı kəndində dəfn edilmişdir.

Döyüş yodaşları danışır ki, onun üzündə elə bir ilahi təbəssüm var idi ki, sanki o, cənnətə düşəcəyindən əmin idi. Bəlkə elə buna görə o, qəhrəmancasına həlak olarkən bizə son sözü "Mən gördüuymü siz görmürsüz" deyib, gözlərini yumaraq birdəfəlik əbədiyyətə qovuşub.

  Dövlətimiz tərəfindən hər cür diqqət qayğı ilə əhatə olunmuş qəhrəmanımızı onun ailə üzvlərini Salahlı kəndinin ağlı söz kəsənlərindən tutmuş qocalarına qədər hər kəs özünə doğma bilir, şəhid balamızın doğulduğu yurd-yuvanın, od-ocağın daim gur yanmasını, nurlu-işıqlı olmasını istəyir, müqəddəs ziyarətgah kimi dərin inam ehtiram göstərir.

Bir gün dünya məni saxlamayanda,

Daha qapı açıb, bağlamayanda,

Doğmanı, simsarı yoxlamayanda,

Bir gülməyəndə, ağlamayanda,

Pozulub itəndə dünya gözümdən

Yaddaş zəncirinə bağlanmayanda...

Necə qalacağam yaddaşınızda?

Ülvi Rövşən oğlu da sağlığında həmişə yaddaşlarda necə qalacağından narahat olub. Ona görə Vaqif Bəhmənlinin bu şeirini xatırladım. Rahat uyu, igid oğlumuz, mətin döyüşçümüz. Sən həmişə yaddaşlarda Vətənin, elin-obanın sevimlisi olan şəhid kimi yaşayacaqsan.

Kərimov Ülvi Rövşən oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına gözə" "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır!

 

Əminə YUSİFQIZI,

Respublikanın əməkdar jurnalisti

 

Olaylar.- 2021.- 24-30 sentyabr.- S.18.