Şanlı tariximizin
hünər,
rəşadət və
igidlik rəmzi
Təxminən bir ay yarımdan sonra
Azərbaycan xalqı çoxəsrlik tarixinin, eləcə də
çağdaş hərb tarixinin ən əzəmətli
hadisəsinin ildönümünü təntənə ilə
qeyd edəcəkdir. Xalqımızın şərəf və
ləyaqət tarixinin qızıl hərflərlə
yazılmış səhifələri olan 44 günlük Vətən
müharibəsi və qazanılan möhtəşəm Zəfər
gələcək nəsillər üçün də əbədi
sevinci mənbəyi olacaqdır. Məhz keçən il Azərbaycan
xalqının Müzəffər Ali Baş Kamandanının
və Milli Ordumuzun qəhrəmanlığı ilə otuz ilə
yaxın müddətdə işğal altında olan Vətənimizin
əbədi və ayrılmaz parçası Qarabağ
torpaqları azad edilərək, dövrümüzün hünər, rəşadət,
igidlik və şücaət
salnaməsinə çevrildi. Bu Qələbə
möhtərəm Prezidentimizin komandanlığı ilə əfsanəvi
“Dəmir yumruq” əməliyyatı ilə ölkəmizin ərazi
bütövlüyü bərpa edildi.
Milli Məclisin
deputatı Məlahət İbrahimqızı qeyd edib ki, Müzəffər
Ali Baş Kamandanımızın qətiyyəti, əyilməz
siyasi iradəsi və barışmaz mövqeyilə dünya
bir daha Azərbaycan Xalqının birliyinin, həmrəyliyinin,
Azərbaycan dövlətinin gücünün və Ordumuzun məğlubedilməızliyin
şahidi oldu. Möhtərəm Prezidentimizin beynəlxalq aləmdəki
informasiya və diplomatiya savaşındakı misilsiz
uğurları 44 günlük Vətən müharibəsində
şəksiz qələbənin
əldə edilməsində həlledici rol
oynadı. Bu zəfər həm
də son iki yüz il ərzində Azərbaycan və
Türkiyəyə qarşı düşmənçilik
mövqeyində və ərazi iddiasında olan təcavüzkar Ermənistan və və onun
havadarlarıı üzərində tarixi bir Zəfər idi.
Azərbaycan xalqının qürur mənbəyi olan bu Qələbənin
möhtəşəmliyi və doğurduğu sevinc sözlə
ifadə edilə bilmədiyi kimi, onun siyasi, hüquqi, tarixi,
iqtisadi və etnokultural və geosiyasi əhəmiyyəti də
ölçüyə gələ bilməyəcək dərəcədə
misilsizdir. Bölgədə yeni reallıqlar yaratmış və bölgənin həqiqi mənada
lideri, dayanıqlı sülhün və inkişafın
qarantı olan Azərbaycanın haqq və ədalət
uğrunda apardığı Vətən müharibəsi, onun
taktika və strategiyası, istifadə edilən müasir hərbi
texnologiyaları bugün bir sıra inkişaf etmiş ölkələrdə
və beynəlxalq təşkilatlarda tanınmış hərbi
ekspertlər tərəfindən müasir hərb elminin yeni səhifəsi
adlandırılır və hərbi məktəblərdə
bu təcrübəsinin öyrənilməsini təqdir və
tövsiyə edirlər. 44 gün ərzində təcavüzkar
qonşumuzdan fərqli olaraq, Milli Ordumuzun nümayiş
etdirdiyi hərb mədəniyyəti, beynəlxalq və
humanitar qanun və normalara riəyyət etməsi dünya hərb
tarixinə örnək səhifələr kimi yazıldı. Bu müharibə həm
də sübut etdi ki, vətən torpağını namus bilən
Azərbaycan xalqı şəhidliyi şərəf və
savaş meydanınında döyüşməyi
toy-bayram hesab edir. Xüsusi qeyd etmək lazımdır ki,
ötən illər ərzində Azərbaycan xalqının əvəzolunmaz
və yenilməz LİDERi diplomatiya və informasiya
savaşında saxtalaşdırılmış erməni
tarixinin mifologiya üzərində qurulduğunu beynəlxalq təşkilatlarda
dəfələrlə sübut etmişdi. Xüsusən də
2020-ci ilin fevral ayının
15-də keçirilmiş Münxen Təhlükəsizlik
konfransında möhtərəm Prezidentimiz cənab İlham
Əliyev dünyanın gözü önündə tarixi
faktlara və beynəlxalq hüquqa istinad edərək, işğalçı Ermənistanın
Baş Nazirinin və onun ideoloqlarının yalanlarını
ifşa edərək, bir daha onları dəstəkləyən
qüvvələri xəbərdar etmiş və dünya erməniliyin
əsl mahiyyətini açmışdı. Keçən il Vətən
müharibəsi zamanı möhtərəm cənab
Prezidentimizın çıxışlarının birində
də “bizim Zəfərimiz Münxendən başlayır” deməsi
də həqiqəti və Münxendən bugünədək
baş verən tarixi hadisələrə uzaqgörənlik və
müdrikliklə verilən qiymətdir. Bu mənada Münxen
konfransında dünya birliyinə çox önəmli
mesajlar verməklə Azərbaycanın məğlubedilməz
LİDERi öz xalqına da ən yaxın zamanda savaş meydanında
qazanacağımız Zəfərin
müjdəsini də vermiş oldu.
Konfrasda Ermənistanın Baş Nazirinə hüquq və
tarix dərsi verilməsinə və ifşaedici məğlubiyyətinə
baxmayaraq,işğalçılıq siyasətinə son vermək
əvəzinə, o, müxtəlif hərbi təxribatları,
çıxış və hərəkətləri ilə
münaqişəni yenidən alovlandırmışdır. Azərbaycan
xalqının səbrini sınağa çəkməyə
cəhd Paşinyan bununla da, təcavüzkar və qondarma Ermənistan
dövlətinin, onun havadarlarının və erməni
faşizminin sonunu gətirmiş oldu.
Fəxrlə qeyd etmək lazımdır ki, möhtərəm
Prezidentimiz bütün dövlər ərzində
prinsipiallığı, qətiyyəti və əzmkarlığı
ilə həqiqi mənada qalib
LİDER və Müzəffər
Ali Baş Kamandan obrazını yaratmışdır. Onun
Münxen konfransında Qarabağın Azərbaycanın tarixi
torpağı olmasını təsdiq edən Kürəkçay,
eləcə də Cənubi Qafqazın tarixində
mühüm əhəmiyyət kəsb edən Gülüstan
və Türkmənçay müqavilələri haqqında,
eləcə də, son iki yüz ildə həm Çar
Rusiyası həm də Sovet imperializmi dövründə bu
bölgədə baş verən proseslər, bölgənin
etnik tərkibi, azərbaycanlıların deportasiyası,
demoqrafik nisbətin azərbaycanlıların əleyhinə məqsədyönlü
dəyişdirilməsi, toponimləri barədə məlumatları
beynəlxalq auditoriyaya çatdırmışdı.
Erməni xislətinin mahiyyətinin və onun
yaratmış olduğu problem və faciələrin tarixi
kökü qədim dövrlərə qədər
uzandığını, erməni millətçi və
ideoloqlarının bu xislətinin tarix boyu Azərbaycan və
Türk xalqlarına qarşə
müxtəlif cinayət əməlləri törətdiyini
gerçək faktlarla əsaslandırmışdır. Fəxarətlə
demək lazımdır ki, möhtərəm Prezidentimiz cənab
İlham Əliyev daima istər
müharibəyə qədər istərsə müharibənin
gedişi və post müharibə dövründə müasir
dünyanın mübarizə məkanı olan informasiya
mübarizəsində cəsarətli və arqumentli
çıxışları ilə
bütün ermənipərəst qüvvələri
ifşa etmişdi. O, çəkinmədən XIX-XX əsrlərdə erməni
millətçilərinin törətdikləri cinayətkar əməllərinin
xronologiyasının istər Çar Rusiyası istərsə
də Sovet Rusiyasının arxivlərində təsbit
olduğunu bəyan etmişdi. Erməni millətçilərinin
müsəlmanlara, xüsusilə də azərbaycanlılara və
türklərə qarşı tətbiq etdiyi əsassız
tarixi ədavət və düşmənçilik Çar
Rusiyasının Cənubi Qafqaz dair arxiv sənədlərində,
o dövrün tarixi personajlarının məktub və
yazışmalarında aydın əks olunmuşdur.
Bütün bu anti-azərbaycan və anti-türk siyasəti Sovet imperializmi
dövründə daha ifrat dərəcədə
aparılmışdır. Belə ki, Siyasi Büroda, eləcə
də Sovet İttifaqının rəhbərliyində təmsil
olan, mahiyyətini və niyyətini dəyişməyən
bolşevik maskalı erməni daşnakları və
onların havadarları tərəfindən daha sürətlə,
daha çoxşaxəli və daha faciəli formada həyata
keçirilirdi. İki yüz il ərzində Azərbaycan
xalqına qarşı həyata keçirilən bu mütəşəkkil
və məqsədyönlü düşmənçilik və
etnik təmizləmə XX əsrin sonuna doğru qondarma Ermənistan
dövləti ərazisində kompakt yaşayan iki yüz əlli
mindən çox azərbaycanlının deportasiyasə,
Xocalı soyqırımının
törədilməsi və Azərbaycanın 20 faiz
torpağı olan Qarabağın işğalı və burada
yaşayan səkkiz yüz minə yaxın azərbaycanlının
qovulması erməni vandalizminin və faşizminin, onları dəstəkləyən
qüvvələrin cinayət əməllərinin nəticəsi
idi. Bu mənada möhtərəm Prezidentimizin bütün
xarici səfərlərində və görüşlərində
“münaqişənin necə həll edilməsi haqqında
danışmaq üçün hər şeydən öncə
biz geriyə qayıtmalı və məsələnin tarixinə
baxmalıyıq”,-deməsi əslində bu problemin nə qədər
ağır və nə qədər dərin kökə malik
olmasını dünya ictimaiyyətinə çatdırmaq
idi. Bütün bunlarla sözsüz ki, möhtərəm
Prezidentimiz erməni təcavüzünün
bütün hüquqi normaları pozmasını, eləcə
də, təcavüzkarı dəstəkləyən bəzi
beynəlxalq təşkilatları və dövlətlərin haqsızlığını və
riyakarlığını da açıq-aşkar sübut
edirdi. Bu mənada 2020-ci ilin 27 sentyabrında möhtərəm
cənab Prezidentimiz və Müzəffər Ali Baş
Kamandanımız cənab İlham Əliyevin haqq və ədalət uğrunda
“İrəli” əmri ilə başlayan əks-hücum əməliyyatının
hansı qüvvələrlə müharibə və
mübarizə aparılmasının tam mənzərəsi
aydın olur. Bütün bunları düşündükcə,
eləcə də Vətən müharibəsi
adlandırdığımız bu savaşda 44 gün ərzində baş verənləri
təhlil etdikcə, dünya erməniliyi ilə mübarizə
edən Azərbaycan xalqının əvəzolunmaz
LİDER-inin, onun qəhraman Milli Ordusunun, hər qarış Vətən
torpağı uğrunda canından, həyatında
keçmiş şəhid və qazilərimizin
misligörünməmiş qüdrətinin və fədakarlıqlarını bir daha dərk edir və bunula
qürur duyursan. Bugün qalibiyyətlə bitirdiyimiz II
Qarabağ müharibəsindən təxminən bir il
keçməsinə baxmayaraq, əfsanəvi qəhramanlıq
dastanına çevrilmiş mübarək Zəfərimiz və
onun əzəməti haqqında beynəlxalq aləmdə də
hələ də danışılır və müzakirə
edilir. İllər, əsrlər keçəcək
xalqımıza başucalığı gətirmiş bu
mübarək Zəfərimizin
tükənməyən sevinci gələcək nəsillər
üçün də qürur mənbəyi olacaqdır. Bu Zəfəri şanlı tariximizə
qanları ilə yazan şəhid və qazilərimiz daima minnətdarlıqla
xatırlanaraq, ölməzlik rəmzi kimi əbədiyyən
yaşayacaqlar. Yaşasın Azərbaycan Xalqı!
Yaşasın Müzəffər Ali Baş Kamandanımız!
Və Yaşasın Müzəffər Milli Ordumuz!
Alim
Olaylar.- 2021.- 24-30 sentyabr.- S.10.