" Bəhruzun qanı da
vətən torpağına qarışdı"
Tarixən müharibələr qan , qada törətdiyi üçün lənətlənilib və arzuolunmaz hesab olunub. Erməni vandalları tərəfindən torpaqları işğal olunmuş Azərbaycan xalqı isə əzəli torpaqlarının azad olunması üçün yeganə yol olan müharibənin olmasını nəinki dəstəkləyir, hətta arzulayırdı. Odur ki, Vətən müharibəmiz başlandıqda xalqımız ayağa qalxaraq bir yumruğa çevrildi. Analar oğullarını "Vətən sənə əmanət" deyib, gülə - gülə torpaq uğrunda savaşa göndərdi. Ölkəmizin hər tərəfindən yaşından aslı olmayaraq müharibəyə qatılan qorxmaz igidlərin adı Azərbaycan adı ilə eyniləşdi. Onlardan ən seçilmişlərinin qanı isə Qarabağ torpaqlarına qarışdı və ona daha da müqəddəslik bəxş etdi. Vaxtı ilə döyüşlərdə Şəhid olmuş igidlərimizin qisasını Qarabağın Qarabağ sevdalı igidləri aldı.
Heç vaxt bitişməyən Qarabağ yaramızın dərmanı olan ərənlərimizin hərəsi bir tarix oldu..
Tarix olan qəhrəman igidlərimizdən biri- Şəhid Bəhruz Əliyev də Qarabağsız Qarabağ sevgisi ilə doğulmuşdu. Bəhruzun anası Leyli xanım əslən Qarabağın dilbər guşələrindən olan Laçından idi.
Bakının Maştağa qəsəbəsinə gəlin köçmüş Leyli xanım özü ilə qəlbində gəzdirdiyi Vətən nisgilini hələ körpəlikdən ana südü ilə övladlarına ötürmüş, Qarabağ sevgisi ilə doğulmuş övladlarının qəlbinə ermənidən torpaqlarımızı mütləq geri almalıyıq deyimini isə müqəddəs laylay kimi əbədi həkk etdirmişdi.
Məhz bu deyimin qüvvəsi hərbi xidmətdə olan Bəhruzun müharibənin ilk günlərindən ön cəbhəyə getmək istəyini bildirməsinə zəmin yaratmışdı..
Əliyev Bəhruz Elman oğlu 24 oktyabr 1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəki 187 saylı tam orta məktəbin 9-cu sinfini bitirmişdir. Peşə seçmək və peşəyə yiyələnmək istəyi onu qəsəbədəki 13 saylı peşə liseyinə gətirmiş , seçdiyi aşpaz ixtisasına yiyələnərək 2015-ci ildə həmin liseyin məzunu olmuşdur. Bəhruz 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinə çağırış vərəqəsi alır. Tibbi Komissiyadan keçdikdə səhhətində problemlər aşkar olunur. Buna görə də səhhətindəki problemlərin aradan qaldırılması və müalicə olunması üçün ona müəyyən müddət verilir. Lakin bu müddət başa çatmamış, o, artıq 2019-cu ilin sentyabr ayından sənədlərini yığmağa başlayır və könüllü olaraq oktyabr ayının 22-sində hərbi xidmətə yola düşür.
Goranboy rayon Ballıqaya kəndində N saylı Hərbi Hissədə xidmətə başlayan Bəhruz sonradan xidmətini Tapqaraqoyunlu kəndində davam etdirir. Bu müddətdə Bəhruz motoatıcılıq kurslarına cəlb edilir.
Bəhruzun hələ uşaq ikən atıcılığa xüsusi marağının olması keçirilən yarışlarda 1-ci yerə layiq görülməsi ilə nəticələnir. Bəhruz Atıcılıq kurslarında dəfələrlə 1-ci yerə layiq görüldüyü üçün atıcı vəzifəsindən baş atıcı vəzifəsinə təyin edilir. Sentyabr ayının 27-si Qarabağ müharibəsi başlandıqda könüllü olaraq ön cəbhədə xidmət etmək istəyini bildirən Bəhruz müharibənin ilk günləridən düşmənin 2 tankını, snayperlə 60-a yaxın əsgərini məhv edərək qəhrəmanlıqla döyüşür. Bəhruz yaralı əsgər yoldaşlarının da müharibə zonasından çıxarılmasına köməklik edir.
Sentyabrın 28-i son dəfə yaralı əsgər dostunu xilas edib döyüşə qayıtdıqda düşmənin atdığı minamyot qəlpələri sağ ayağını ağır yaralayır. Hospitala çatdırılarkən kəskin qanitirmədən Şəhidlik zirvəsinə ucalır.
Anası Leyli xanımın dediklərindən : " Bəhruz 11 ayın əsgəri idi. Bu müddətdə üzünü bir dəfə də görmədik"
Oğlundan danışarkən qürurla dik dayanan ana : " Mən arxayın idim ki , Bəhruz verilən tapşırıqları yerinə yetirəcəkdir" - deyir.
" Yaxşı ki, mənim oğlum da Vətən müharibəsimizdə iştirak edib".
" Bəhruzun qanı da vətən torpağına qarışdı" - deyən ana qürurla oğlunun şəklini öpür.
Oğlu ilə fəxr etdiyini söyləyən atası Elman Əliyev :
Sentyabrın 27-si Bəhruza zəng vurdum. Telefonu Bəhruzun
əsgər yoldaşı
götürdü və
dedi ki , biz yaralanmışıq
əmi , məni və digər 20 nəfərə yaxın adamı Bəhruz xilas edərək arxaya qoyub, özü
isə döyüşdədir"
Ürəyində oğlu ilə fərəhlənən ataya
sentyabrın 28 - i Maştağa qəsəbə
nümayəndəliyi zəng
edərək , oğlunun qəhrəmanlıqla Vətən
uğrunda Şəhid
olduğunu söyləyir.
Bəhruz sentyabrın 28 - i Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə
Şəhidlik zirvəsinə
yüksəlir.
Sentyabr ayının
29-u Bəhruzun böyüyüb,
boya-başa çatdığı
Maştağa qəsəbəsi
kəndin Vətən
müharibəsində qəhrəmanlıq
göstərən və
Şəhadətə yüksələn
ilk igidini böyük
hörmət və ehtiramla qarşılayır. Bəhruz
yüzlərlə insanın
çiynində böyük
sayğı ilə doğma kəndinin küçələrindən keçərək , Şəhidlər Xiyabanında
dəfn edilir.
Azərbaycan Respublikasının Ali Baş Komandanı İ.Əliyevin sərəncamları
ilə Şəhid B.Əliyev " Vətən
uğrunda " və
" Laçının azad
olunması uğrunda
" medalları ilə
təltif olunur.
Məqamın qarşısında baş əyirəm, Şəhid
Mehriban Sadıqova
Olaylar.- 2021.- 15-21 yanvar.- S.17.