Məsləhət

 

Sınayın insanları,

Müxtəlif  anlarında:

Kişini toxluğunda,

Qadını yoxluğunda.

 

***

 

Dostunu yol boyunda,

Qohumu dar oyunda,

Onda bilərsiniz ki,

Kimlər olub soyunda.

 

***

 

Sınayın insanları,

Zəif məqamlarında:

Qardaşını - bacını,

Miras qoyuluşunda.

 

***

 

Oğlunu qızını,

Taqədsiz qocalıqda.

Onda bilərsiniz ki,

Kimlər var ocağında.

 

Əlibalayeva Gülnarə

 

Olaylar.- 2022.- 1-7 aprel.- S.22.