KÖRPÜNÜN ÜSTÜ
(poema)
Bolluğa qapısa, sitəmi çoxdu,
Bəlkə də bizdədi bunun günahı.
Kimisə köməyə gözləyən çoxdu,
Uçub körpü kimi elin pənahı.
Get- gəllər azalıb Körpünün Üstdən,
Altında suları haray salardı...
Qocalar xatirə danışar pəsdən,
Hər axşam
bir belə yığnaq olardı.
Dünya
insanına,ruha,mənliyə,
Sınaq
körpüsüdür,sınaq
körpüsü...
Bizimki qarışıq hər bir şenliyə
Həm rəhmət,həm də ki,qınaq körpüsü.
O payız ləngidik yaylaqda bir az,
Başlardı sözünə Cıqı
Süleyman.
Qayğının suyunu azaltmaq olmaz,
Dünyada körpüdür bir əhdi-peyman.
Elə ki,dirəndi üzümüz
qışa,
Gördük ki,qalmışıq
alafsız,otsuz.
Baxıb
da donmadı gözümüz qışa,
Əminin
qayğısı olmadı
odsuz...
Odun da gətirdik Əhmədlə hələ,
Rəhmətlik qayğıdan od-ocaq idi.
Heç
zaman vermirdi fürsəti yelə,
Beləsi şenliyə bir dayaq idi.
O yay binələrə bayram gəlmişdi,
Təhlə Əsgər ilə həm də bizlərə.
Bir iki günlüyə Bayram gəlmişdi,
Gəldi bayramımız yaman gözlərə.
Təpədən dırnağa nur
idi atan,
Yamanlıq gəlmirdi heç vaxt əlindən.
Addımı yaylağa qonaq tək atan,
Bayram da heç kəsin düşmür dilindən.
Ömür çox gödəkdi...
qayğıyla dolu,
Hamının dərdi var nə deyim,nəsə...
Bir də ki,hər
ili aran-dağ yolu,
Bizə yoldaş idi Göyüşov İsə.
O payız deyirdim bayaq mən sənə,
Rüzgar əsdirirdi sərt küləyini.
Bircə
ay sonrası,elə o sənə,
Torpağa tapşırdıq Tat Hüseyini.
Əvvəllər adamlar adam
balası,
Çoxu da Tanrının törpüsü idi.
Yaxşılıqlar idi ömrə çalası,
Qayğılar insanlıq körpüsü
idi.
Adamlar adını eldən alandı,
Baban Hümbət
kimi bir addı göstər.
Adamlar ömürdən ömür
salandı,
Ənənə üstündə bir
atlı göstər.
Zamana dəyişib,Ayvazov Kamal,
Quluoğlu Əhməd tək adamlar hanı?
Bir az başqalaşıb
insanda amal,
Yoxdu əvəzləyən
Melsə Astanı.
Bolluğu varsa da, şenniyi yoxdu,
Görürəm, az deyil günah bizdə də.
Kimisə
gözləyir kəndimiz
yaman,
Nəsə də çatışmır
məhləmizdə də...
Olub- olacağa
çarəmi var ki?
Nə qədər yaşamaq Tanrı işidir...
Nə qədər aralar qırovdu,qardı,
Qınama,məni də yaman üşüdür.
Doğma
yaylaqlardan nə bezdi,doydu,,
Bu adla özünü salsa da dilə
Mamed ovçuluqda ömrünü
qoydu,
Tək Şəmil
söhbəti yaşayır
hələ.
Qarılı-gəlinli ağlatdı dil-dil,
Bir evdə
görünmür kədər
sonu.
Şenlik
yana-yana itirdi o il,
Sərdərov Təhməzin nakam oğlunu.
Alış-veriş idi gündəlik işi,
Bir başqa
məsləki bir də seçərmi?
Körpünün Üstünnən Uğurlu
kişi,
Accallın Ağayşı bir də keçərmi?
Hörmətdi adamdı Ağayşı
bavam,
Hər işdə
öz sözü, öz fikri vardı.
İş görən hər
kəsə məsləhət
verər,
Ev tikən
olanda şırpı
tutardı.
Alxanı
demirəm... cavan bir oğlan,
Hamıya bir sirdaş, bir qardaş oldu.
Kamını almamış fani
dünyadan,
Gedən yolçulara yar-yoldaş oldu.
Gün-günnən bəd gəldi,il-ildən ağır,
Çəkildi əl-ayaq,soyudu ara.
Köç etdi Ziyəddin,Bahəddin fağır,
Nə deyim,son vaxtı
mən olanlara?
Hələ Teymur dayım...
yaxşı bir insan,
Təbi
qaynar idi,sinəsi
dolu.
Şirin
danışardı, şirin
gəzərdi,
Aşağı-yuxarı Qaş Məhlə yolu.
O günlər haraya, bu günlər hara,
Burda olardılar
hər səhər-axşam.
Sərdərrin Məhəmməd, Veysəllin
Qara,
Usta Avdırrahman,
Guallın İslam.
Molloğlu Məhəmməd cana
dəyən can ,
İlyaz da, İslam da doymazdı sözdən. .
Xaloğlu İsaxan,İlhan,Ədilxan
Yeznəm
Museyib də ayrıldı bizdən..
Olub-olanları yada salanda,
Adamın min yerə gedir xəyalı.
Körpünün Üstündə olardı
bir vaxt,
Niyazı,
Mustafa, Abbasnan Alı.
Talelər oxşamır, həm
də təzə-tər...
Həm də hər birinin öz vəhmi,qeyzi..
Daha olmayacaq Buludov Ənvər,
Bayramov İbrahim,Quliyev Feyzi.
Alan yaxşılardan örnəyi
alır,
Axtarma Meydanı, nə Məhəmmədi.
Sanma ki,bircə gün
rəhmətsiz qalır,
El - oba yanında Nurəddin, Sədi.
O biri Nurəddin... qaravuluydu,
Yaman bağlanmışdı
yuvaya, yurda.
Rəşid də, Söyün
də xatirə qoydu,
Bir Şavan kişi
də varıydı burda.
Köç yaman başlayıb,yaman,indidən,
Bu dünya kimlərə
görün dar oldu.
Körpünün Üstündən ayrılıb
gedən,
Bu dəfə Kərimnən
Allahyar oldu.
Eldar da görmədi bu ilki yayı,
Sular tək dəyişib günün axarı.
Calada unudub bulağı, çayı,
Məhlə yaman gedir üzüyuxarı...
Telmannan nə deyim? Həlimnən,
həlim,
Amansız ayrılıq gerçəkdi,
gerçək.
Yadımdan çıxmayıb bir
də Müsəllim,
Bir də...
bu Körpüdən kimlər keçəcək?
Nəyi
xatırlayir gedib-gələnlər,
Kim yazıb,deyəcək sonuncu sözü.
Yarğanın üstündə ey
neçə illər,
Novruz kişinin
də qalacaq izi.
Kəsilmir axının ardı
- arası,
Günün nə axşamı, nə də səhəri.
Təzədi Zahidnən Sabir
yarası,
Fəxrəddin, Ziyadxan Murad xəbəri.
Ayrıla
bilmirəm dəftər
- qələmdən,
Məni
yaxalayır yeni bir xəbər:
Sonuncu dəfədi, keçdi Körpüdən,
Ziyəddin müəllim, Bayramov Əsgər.
Belədi
neyləyək,gərdişi-dövran,
Hər vaxtın öz hökmü,öz fərmanı var.
Dəyişir huyunu vərdişi-dövran,
Deyirlər hər dərdin öz dərmanı var.
Dünyanın buzları quraq olurlar,
Çaylara nə qədər körpü yaranır.
İnsanlar ayrılır,uzaq
olurlar,
İnsanlıq deyilən körpülər
yanır.
Əl-ayaq kəsilir elə
bil qəsdən,
Adamlar arası
sevgi sozalır.
Get-gəllər azalıb Körpünün Üstdən,
İnsanlıq çoxalır,insan azalır!
Kamandar EYVAZLI
Olaylar.- 2022.- 1-7 aprel.- S.22.