Binəqədi şəhidlərinin
xatirəsinə həsr olunmuş
“ƏBƏDİYYƏTƏ QOVUŞANLAR”
kitabının təqdimatı
keçirilib
01 aprel 202022-ci il tarixd Əmək
və Sosial Münasibətlər Akademiyasının akt
zalında Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
maliyyə yardımıı ilə, "İnkişaf” Yerli
Özünüidarəetmənin Təşviqi İctimai
Birliyi tərəfindən "Şəhidlərimizi
tanıyaq və tanıdaq” layihəsi çərçivəsində
hazırlanaraq nəşr olunmuş, Binəqədi şəhidlərinə
həsr olunan ”Əbədiyyətə Qovuşanlar” kitabının
təqdimat mərəsimi keçirilmişdir.
Tədbirdə
Şəhid ailələri, Azərbaycan Respublikasının
Qeyri-Hğkumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin, Binəqədi Rayon İcara Hakimiyyətinin, Binəqədi
rayon ictimaiyyətinin, KİV-in nümayəndələri və
"İnkişaf” Yerli Özünüidarəetmənin Təşviqi
İctimai Birliyinin İdarə Heyətinin üzvləri
ştirak edirdi.
Tədbiri
giriş sözü ilə " İnkişaf” Yerli
Özünüidarəetmənin Təşviqi İctimai
Birliyinin İdarə Heyətinin sədri Kənan
Tağızadə açdı.Şəhidlərimizin ölməz
xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Kənan
Tağızadə çıxışına davam edərək
tədbirin mahiyyətini iştirakçıların diqqətinə
çatdırdı. O qeyd etdi ki, 44 günluk Vətən
müharibəsində Azərbaycan Ordusu Cənab Ali Bağ
Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm
qələbə qazanmışdır. Vətən müharibəsində
ordumuz 3 minə yaxın şəhid vermişdir. Həmin
şəhidlərin 71 nəfəri Binəqədi rayonunda
yaşayan və eləcə də faktiki olaraq Binəqədidə
yaşayıb digər rayonlardan səfərbər olunan şəxslərdir.Şəhidlərimizi
tanımaq və tanıtmaq üçün, eləcə də
şəhidlərimizin qəhrəmanlığını gələcək
nəsillərə ötürmək üçün belə
bir toplu hazırlamaq qərarına gəldik. Təşəbbüsümüz
barədə Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə
müraciət etdik. Agentlik təşəbbüsümüzü
dəstəklədi və biz dərhal işə
başladıq. Budur kitab hazırdır və indi kitabın təqdimatına
yığışmışıq.
Kənan
Tağızadə sonra sözü kitabın ideyasının
və ön sözün müəllifi Ramiz
Göyüşova verdi:
...İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. Qarabağ müharibəsi zamanı "torpaq”, "Vətən”, "bayraq”, "igidlik”, "vətənpərvərlik”, "dostluq”, "milli həmrəylik” kimi dəyərlərin xalqın dünya görüşündə xüsusi yer tutduğunun bir daha şahidi olduq. 2016-ci il Aprel döyüşləri bizim Şanlı Qələbəmizə gedən yolun başlanğıcı oldu. 27 sentyabr 2020-ci il tarixində rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə əks-hücum əməliyyatına - Zəfər yürüşünə başladı. 44 günlük Vətən savaşı 30 illik işğala son qoymaqla tarixə Böyük Zəfər kim yazıldı. Bu Zəfərin qazanılmasında minlərlə Vətən oğlu qəhrəmanlıq, igidlik nümunələri göstərdilər. Bütün cəsur oğullar kimi Binəqədi rayonunun gənc, cəsur, qəhrəman oğulları da 44 günlük Vətən müharibəsində şücaət göstərərək öz canlarını torpaq uğrunda qurban verdilər. Onlar öz qəhrəmanlığı, mübarizliyi və rəşadəti ilə Azərbaycanımızı dünyada tanıtdılar.
...İndi bizi Vətən müharibəsindəki tarixi qələbəmizdən ilyarıma yaxın vaxt ayırır. Gənclərimizin hazırladığı toplu artıq hazırdır. Bu toplu artıq şəhidlərimizin doğmalarına paylanmışdır. İndi şəhidlərimizin ailə üzvləri və hər bir oxucu kitabı varaqladıqca bu işin nə qədər çətin, çətin olduğu qədər də kövrək, xeyirxah və müqəddəs bir iş olduğunu hiss edəcəkdir...
Bu toplunu hazırlayanda nələrin şahidi olduq: İlk növbədə şəhidlərimizin ailə üzvlərində ən əziz varlığını itirmiş ananın, atanın, övladın, bacının, qardaşın içində bir böyük kədərlə yanaşı, həm də müqəddəs bir savaşda, müqəddəs bir Zəfərin sevinc hisslərini duymamaq mümkün deyildi.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Əsgəri 30 illik həsrətə son qoymuş, torpaqlarımızı yağı düşməndən azad etmiş, ordumuz zəfər çalmışdı.
Biz Azərbaycan Əsgərinin bu igidliyindən, qəhrəmanlığından, rəşadətindən nə qədər danışsaq da, yazsaq da, nə qədər yüksək dəyər versək də, azdır. Şəhidlərimizin hər biri Vətənimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, düşmənin cavabını vermək üçün canlarından keçməyə hazır idilər.Necə ki, keçdiləır.
Bu toplunu hazırlayanda biz əbədiyyətə qovuşan bu mələklərdə Vətənə böyük məhəbbətin, Azərbaycan bayrağına sonsuz sevginin və bir də Tovuz döyüşlərində şəhid olmuş general Polad Həşimova, Azərbaycanın Milli Qəhrəmanı Mubariz İbrahimov və Qarabaağ uğrunda canlarını qurban vermiş digər qəhrəman oğullarımıza pərəstişin şahidi olduq.
Zaman keçəcək, illər bir-birini əvəz edəcək dünya yenə də boşalıb dolacaq, bu dünyaya yeni-yeni insanlar gələcək, ancaq şəhidlərimizin qəhrəmanlığı, igidliyi dastan olacaq, dildən-dilə, eldən-elə, nəsildən-nəsilə keçəcək və əbədiyyətədək yaşayacaq. Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev demişkən, "bu qəhrəmanların hər biri haqqında mütləq dastanlar yazılacaq”,amma bu toplu şəhidlərimizin həyatını, döyüş yolunu, qəhrəmanlığını öyrənmək istəyənlər üçün onların ömür yoluna işıq salan bir qiymətli, mənbə kimi yadaşlarda qalacaqdır.
Tədbirdə çıxış edən kitabın redaktoru , filologiya elmləri doktoru, professor Rüstəm Kamal kitabın redaktəsi zamanı keçirdiyi hiss və həyacanlarından danışdı. O qeyd etdi ki, indiyə qədər professional fəaliyyətində yüzlərlə kitabın redaktoru olub, onlara ön söz yazıb . Ancaq heç vaxt bu qədər həyacanlı olmayıb. Kitab son dərəcə kövrək notlarla tərtib olunub və hər bir şəhid haqqqında yazılmış, hazırlanmış material sanki canlıdır və onu həyacansız oxumaq mümkün deyil.
Tədbirdə Binəqədi RİH başçısı aparatı, şəhid ailələri və qarabağ ılilləri ilə iş şöbəsinin əməkdaşı Rəhman Qəhrəmanov çıxış edərək, belə bir toplunun hazırlanmasının təqdirəlayiq bir iş olduğunu bildirərək kitabın nəşrində əziyyəti olanların hər birinə təşəkkür etdi, nəşrin şəhid ailələri üçün maraqla qarşılanacağına əmin olduğunu bildirdi və şəhid ailələrinə səbrlər dilədi.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsul işçisi Ülkər Süleynaova şıxış edərək Agentliyin xətti ilə maliyyələşdirilən tədbirlər çərçivəsində 44 günlük Vətən müharibəsində Şanlı qələbəmizin bu tədbirlər sirasında mühüm yer tuduğunu, bu baxımdan "İnkişaf” Yerli Özünüidarəetmənin Təşviqi İctimai Birliyi tərəfindən "Şəhidlərimizi tanıyaq və tanıdaq” layihəsinin bu istiqamətdə uğurlu bir layihə olduğunu qeyd etdı. Hazırlanmış toplaunun yüksək keyfiyyətlə hazırlandığını, onun şəhidlərimizin adına layiq olduğunu və şəhid ailələrinin bəyənəcəyinə əmin olduğunu bildirdi və şəhid ailələrinə səbrlər dilədi.
Trədbirdə iştirak edən şəhid ailələrindən "Rəşadət Ordenli” polkovnik –leytenant Yaşar Sadıqovun həyat yoldşı Nişanə Sadıqova, Vətən müharibəsinin yaganə qadın şəhidi Arəstə Baxışovanın anası Məktubə xanım, "Vətənə xidmətlərə görə” ordeni ilə təltif olunmuş pilot-mayor Abbas Qasımovun anası Kifayət xanım Abbasova, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov, şəhid Sübhan Abdurəhmanlının anası Mehriban xanım, Şəhid Teymur Zeynalovun atası Tağı Zeynalov çıxış edərək şəhidlərlə bağlı xatirələrini bölüşdülər. Kitabın tərtibatı və nəşrində əziyyəti olanlara və kitabın işıq üzü görməsi üçün maliyyə yardımı göstərən Azərbaycan Respublikasının Qeyri-Hğkumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildirdilər. Kttabın təqdimatının təşkili ilə əlaqədar, habelə digər məsələlərlə əlaqədar öz arzu və istəklərini, həmçinin irad və təkliflərini səsləndirdilər.Tədbirdə həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əhaliyə Sosial Xidmət Dövlət Agentliyinin 2 nömrəli filialının müdiri Cahandar Axundov və kitabın həmmüəlliflərindən Vüsalə Fətullayeva çıxış edərək öz təəssüratlarını bölüşdülər.
Tədbirə yekun vuran "İnkişaf” Yerli Özünüidarəetmənin Təşviqi
İctimai Birliyinin
İdarə Heyətinin sədri Kənan Tağızadə tədbirdə
iştirak etdiklərinə görə
şəhid ailələrinə dərin təşəkkürünü
bildirdi. Eyni zamanda layihənin uğurla həyata keçirilməsində
göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə
və kollektivinə, həmçinin tədbirin keçirilməsində
şərait yaratdığına görə Əmək və
Sosial Münasibətlər
Akademiyasının rəhbərliyinə təşəkkürlərini
bildirdi.
Olaylar.- 2022.- 8-14 aprel.- S.19.