Şərəfsiz toplumun

şərəfdən danışması....

 

2017-ci ilin mart ayının ortalarında Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə litvalı tədqiqatçılar, tarixçi Alqimantas Staseviç Lekisin (1943-2019) "XX əsrdə xalqların Qafqaza köçürülməsi" və jurnalist-publisist  Qintaras Visotskasın  "Qara Bağın faciəsi" kitablarının təqdimatı müəlliflərin iştirakı ilə  keçirilmişdir. Beynəlxalq və regional elmi ictimaiyyət tərəfindən təsdiq edilmiş tarixi  faktlar, qəbul edilmiş elmi-nəzəri mülahizələr və etnoqrafik- arxeoloji nəticələr əsasında yazılan bu əsərlər Azərbaycan Respublikasının  istimai-siyasi keşmişi, maddi-mənəvi tarixi irsi, etnogenetik kökənliyi barədə xarici dildə (litva və rus dillərində) qiymətli mənbə kimi dəyərə  malikdir.

Litvalı tarixçi A.S.Lekisin "XX əsrdə xalqların Qafqaza köçürülməsi" əsəri hay kilsəsini və hay sürüsünü çox narahat etmişdir. Səbəb odur ki, tarix hadisələrə və faktlara obyektiv yanaşma, məntiqi, dərin təhliletmə xüsusiyyətlərinə, milli-etnokeçmişə sayqı ilə yanaşmağa görə fərqlənən Baltikyanı ölkələrin alim-tədqiqatçıları hay kilsəsinin və hay sürüsünün çirkli təkliflərini insani dəyərlərdən və alim şərəfindən üstün tutmayaraq həqiqəti uydurmalara qurban verməmiş, Cənubi Qafqaz bölgəsinə hay sürüsünün köçürülməsi elmi-nəzəri (əski Hind-Avropa dil ailəsinə aid olan xalqların Balkan yarımadasından dünyaya yayılmasını, o cümlədən hay sürüsünün-özündə ehtiva edən "Balkan nəzəriyyəsi") ideyasını (bu ideyanın tərəfdarlarından həm də amerikalı dilçi alim E.Q.Stertevant (1875-1952), britaniyalı (çex əsilli) arxeoloq Marek Zvelebil (1952-2011), italiyalı linqvis-tədqiqatçı Mario Alinei (1926-2018), belçikalı arxeoloq-tarixçi Marsel Ott (1948) ... kimi alimlər göstərilir) fundamental tədqiqat əsəri ilə zənginləşdirmiş və bir daha bu nəzəriyyənin doğruluğunu təsdiq etmişdir. Çünki, artıq bir neçə yüz ildir ki, hay kilsəsi və hay sürüsü bütövlükdə Qafqaza, eləcə də Cənubi Qafqaza qədəm basan və ya  dəvət edilən xarici ölkə (xüsusilə Qərbi Avropa və Rusiya) müəlliflərini müxtəlif vasitələrlə-ənənəvi hay xislətinə uyğun ələ alaraq onların qələmindən çıxan və Bütöv Azərbaycanın dövlərçiliyinə, Türk-Müsəlman xalqlarının milli-etnik irsinə qarşı şər, böhtan, dürüst tarixi faktları saxtalaşdırmaqla yalan, uydurma təbliğat üçün "əsas" olan nəşrləri əldə bayraq edərək dünya ictimaiyyətini çaşdırmaqda davam edirlər.

Çox təəssüf ki, bu həyasız qarayaxma tədbirlərinə, uydurma, mifik təbliğata hələ də layiqli cavabların verilməsi lazımı səviyyədə deyil.

Haylar isə yorulmaq-usanmaq bilmir. 

Litvalı digər araşdırmaçı Q.Visotskasın "Qlobal" ictimai-siyasi portal-qəzetinin  21.03.2020-i il tarixli elektron çapında "Filip Ekozyantsın ifşa etdiyi böyük saxtakarlıq" başlıqlı məqaləsində tarixi həqiqətlərin hay və latış mənşəli yazarlar tərəfindən təsdiqlənməsi hay kilsəsinin və hay sürüsünün mürtəce xislətinin bəyanlanması istiqamətində sarsılmaz gücə malikdir. Həmin məqalədə müəllif öz fikirlərini əsaslandırmaq üçün F.Ekozyantsın tarixi faktlara söykək mülahizələrini əks etdirən "İsrail Ori.Fəlakət yeşiyi..." əsərindən (2020, 192 səh., rus dilində) yararlanır, bir neçə nümunəyə diqqət edək:

-F.Ekozyantsın həmçinin qənaətinə görə Dağlıq Qarabağın Azərbaycan ərazisi olması artıq sirr deyil;

-F.Ekozyants ermənilərin "Böyük Ermənistan" mifini qəbul etməsə də, o, Ermənistanı çox sevir, o, əsl vətənpərvərdir;

-F.Ekozyants Litva seyminin 2005-ci ildə qəbul etdiyi guya "1915-ci ildə Osmanlı dövlətində baş vermiş "erməni soyqırımı" barədə" qətnaməsini səhv addım kimi qiymətləndirir;

-F.Ekozyants tarixi faktlarla sübut etmişdir ki, "erməni"lərin milli-azadlıq qəhramanı kimi qələmə verdiyi İsrail Ori (1658-1711, hay kilsəsi onu Osmanlı Türkiyəsinə və İran dövlətinə qarşı hərəkat öncüllərindən biri kimi təbliğ edir) avantürist, fırıldaqçı, cəsus, özündən müştəbeh, şəxsi mənafeyini güdən... birisi olub, əlavə olaraq bildirir ki, XVII-XVIII əsrlərdə İran dövlətində "erməni"lərin milli-azadlıq hərəkatı olmayıb, o dövrdə "erməni"ləri heç kim təqib etməyib, onlar digər icmalardan hətta üstün olublar...

Q.Visotskas 16 mart 2020-ci il tarixli məqaləsində qeyd edir ki, F.Ekozyantsın əsəri bir neçə il əvvəl çıxmış ədəbiyyatşünas və tənqidçi Alqimantas Buçisin "Litva kralları və orta əsrlər Avropasında Litva kralları de-yure və de-fakto" əsəri ilə müqayisə edilə bilər.

Rusiya və Ukrayna Yazıçılar İttifaqlarının üzvü İrina Serqeyevna Qlebova (1981, siyasi elmlər namizədi, senarist, rejissor) hay əsillinin əsərini tarixi faktlara əsaslanaraq "erməni"lərin milli-azadlıq hərakatının yalanlar üzərində qurulduğunu bir daha sübut edən qiymətli mənbə adlandırmışdır. 

Azərbaycan dövləti və xalqı barədə tarixi kerçəkliyi qələmə alan rus tarixçisi O.Kuznetsovun (1971) "Qarabağ münaqişəsinin "mifi" haqqında" kitabı işıq üzü gördükdən və 2013-cü ilin noyabr ayının ortalarında Moskva şəhərində "Arqumentı i faktı" qəzetinin mətbuat mərkəzində təqdimatı keçirildikdən sonra hay sürüsünün milli (Asatur Sarkisyan...) və əcnəbu (Vadim Qomoz...) üzvləri haray-həşir salmışlar. Həmin V.Qomoz guya haylara havadarlıq edib, əslində savadsızlığı və riyakarlığı ucbatından onların əlehinə fikir yürüdüb.

Diqqət edək.

Təqdimat mərasimində çıxış edən V.Qomoz müəllifə bir neçə sual ünvanlayıb və açıqlaması necə olub? Canıyanan bildirir ki, müəllif nəyə görə tarixi hadisələrə bəzi hallarda yazılı mənbələr əsasında deyil, şifahi mətnlərlə aydınlıq gətirir, axı qədim rus mənbəyi "Tarixi salnamə", yəhudi tarixi olan "Bibliya" şifahi deyimlər, miflər əsasında ərsəyə gəlib, hayların tarixinə miflərin şamil edilməsi düz deyil. Doğrudan da "Bibliya"da haylar və onların olmayan torpaqları barədə bir kəlmə belə yoxdur, bəs onda niyə haylar Nuh peyğəmbəri az qala hay əsilli edir, Naxçıvana-Ağrı dağına, Nuh peyğəmbərin gəmisinin qalıqları qalan Qazan göl-Gəmiqaya silsilələrinə saxta "göz yaşları" axıdırlar.

Axı bütün bunlar mifik-mistik təsəvvürlərdən qaynaqlanır.

Əgər hay tarixi miflərdən deyil, tarixi faktlardan ibarətdirsə, nəyə görə guya dünyanın ən qədim (e.ə. VI əsrə aid, guya XIX əsrdə İraq ərazisində aşkar edilib) Babil xəritəsi üç dövlətin-Babil, Assuriya və Urartu ("ermənistan"-bu sözü haylar uydurub-Q.Y.)-adı yazılmış gil lövhə sonradan bərpa ediləndə iki dövlətin adı qalıb: Babil və ermənistan. İstər antik dövrlər olsun, istər orta əsrlər, istərsə də indiki dövrdə xəritədə dövlərin adı rəsmi təsdiq olunmuş variantda yazılır, antik dövr xəritələrində isə buna heç icazə də verilməyib, kilsənin qorxusundan.

Və ya haylar əgər həqiqətən Urartu dövlətinin "uşaqları"dırsa, nəyə görə Urartu dövləti ilə "Böyük Ermənistan"ın"xəritələri üst-üstə düşmür?

Bu mifik ənənə haylardan qalma uydurmadır.

Hay sürüsünün üzvü Sedrak Sayas (Krkyaşaryan) A.S.Lekisin "XX əsrdə xalqların Qafqaza köçürülməsi" əsərinin əlehinə (guya müəllif Azərbaycan tarixçilərinin haylara aid saxtalaşdırdığı tarixi faktlardan istifadə etmişdir, haylar Cənubi Qafqazın kökənli xalqıdır, Azərbaycan türkləri hay ərazilərində məskunlaşıb...) yazdığı 5 iri həcmli məqalədə O.Kuznetsovu ("Beynəlxalq miqyasda siyasi münasibətlərinə görə ermənilər zəhərlidir"), eləcə də siyasi elmlər namizədi Aleksey Sinitsini təmənna müqabilində hayların əlehinə yazdıqlarını vurğulamağı unutmayıb. Amma nədənsə hay kilsəsinin ələ aldığı minlərlə qulbeşələri unutmuşdur. Onlardan biri də "dimdiyi sarı" Valeriya Olyuninadır (1974), V.B.Artsruni adına Qaradəniz və Xəzər regionu siyasi və sosial tədqiqatlar institutunun aparıcı elmi işçisi, 2009-cu ildən hay nəşrləri ilə əməkdaşlıq edən, məşhur "Literaturnaya qazeta"nın icmalçısı, SSRİ xalq rəssamı N.Nikoqosyanın yaradıcılığını geniş işıqlandıran, 2010-cu ildə iki dəfə Qarabağda olan, hay mənşəli mühəndis P.S.Cahangiryanla (1945, Bakı şəhərində doğulub) yazdığı "Ermənistan-kvadratda Günəş" kitabını (İrəvan şəhəri, 2018) və "Özgə" (İrəvan şəhəri, 2014) əsərinin müəllifi...

Moskva şəhərinin "Sülh" prospektində, 33 nömrəli evdə  yerləşən "erməni" milli mədəniyyət muzeyində bu gözəlçənin  "Müharibə və soyqırımda erməni uşaqları" nəşrinin 2018-ci ilin 24 aprelində müzakirəsi keçirilib.

S.Sayas-Krkyaşaryan "XX əsrdə xalqların Qafqaza köçürülməsi" əsərinə qarşı yazdığı 1-ci məqalədə müəllifi bir sıra yanlışlıqlara yol verdiyini, kitabın yazılmasına səbəb kimi tarixçinin guya "erməni"lərə olan nifrətinin əsas olduğunu iddia edir. Daha sonra, yazır ki, əsərdə adı çəkilən,Yaxın və Orta Şərq, eləcə də Avropa ölkələrində Astronomiya elminə aid əsərləri ilə məşhur olan N.Tusi milli mənsubiyyətinə görə Azərbaycan türkü yox, farsdır. Və sitat gətirir ki, bu barədə Böyük Sovet Ensklopediyasının 1-3 nəşrlərində də yazılıb, amma yazmır ki, həmin toplumun redaksiyasında 1949-ci ildən işləyən Azərbaycan xalqının qatili S.Şaumyanının "nökərçəsi", qatı hay-daşnak L.S.Şaumyan (1904-1971), 1954-cü ildən Baş redaksiya üzvü və Baş redaktorun müavini olmuşdur.

Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.

Hay yazarı növbəti qarayaxmasında vurğulayır ki, əsərdə adı çəkilən Gəncə şəhəri qədim "erməni" şəhəri  "Qandzak"dır və həyasızcasına əlavə edir ki, 1723-cü ildə bu şəhərin əhalisinin yarıdan çoxu haylar olub, həmin ildə onlar gürcülərlə birləşərək Osmanlı ordusunu məğlubiyyətə uğradıblar. Hay saxtakarı 1723-1727-ci illərdə baş vermiş Osmanlı-Səfəvi müharibəsindən danışdığı halda unudur ki, həmin müharibənin nəticəsi olaraq 04 oktyabr 1727-ci il Həmədan sülh müqaviləsində (12 bəndlik) Naxçıvan, Çuxursəəd (Göyçə, İrəvan mahalı-Q.Y.), Qarabağ, Təbriz..., eləcə də Gəncə şəhəri Osmanlı sultanlığının tabeliyinə keçmişdir.

Bəs, haylar-gürcülər kimi qırıblar?

Bəli, haylar Gəncə şəhərində olublar, bu barədə 1802-ci ildə çar Rusiyasının Qafqazdakı 17-ci Atıcı alıyının polkovniki P.M.Karyaginin (1752-1807) gürcü mənşəli, Qafqaz qoşunlarının baş komandanı P.D.Sisiyanova (1754-1806) ünvanladığı məktubda göstərmişdir ki, "erməni"lər yalnız Gəncə şəhərinin Qala divarlarının çöl hissəsində məskunlaşıb.

Bu amili nəzərə alaraq həmin ildə Rusiya çarı I Aleksandr Pavloviç (1777-1825)  P.Sisiyanova yazdığı məktubda tapşırır:

-Nə olursa olsun,"erməni"lər Azərbaycanın bu və ya digər xanlıqlarında istifadə olunmalıdır.     

S.Sayas-Krkyaşaryan "XX əsrdə xalqların Qafqaza köçürülməsi" əsərinə qarşı əsassız iddialarını nə qədər çox səsləndirsə də, bir o qədər uydurma tarixlərinin üstü açılır, büsbütün faş olunur.

 

Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.- 2022.- 15-21 aprel.- S.17.