İstedad
İstedad tükənməz arzuya bənzər,
Heç biri tükənməz, yox ola bilməz.
Tükənən
istedad yox olub gedər,
Ötəri
bir həvəs, nağıla bənzər.
***
Xəbis
istedadı boğmaq istəyər,
Amma
gücü çatmaz, əyə də bilməz.
İstedad
xəmirtək
böyüyüb şişər,
Hər tərəfdən
axar, sıxıla bilməz.
***
Aşar,
daşar, yaşar, bəzən titrəyər,
İstedad
yerində saya da bilməz.
Bəzən
ayaq tutar, bəzən büdrəyər,
Yenə
özün tutar, yıxıla bilməz.
Əlibalayeva Gülnarə
Cəfər Cabbarlı ev-muzeyinin
böyük elmi-işçisi,
jurnalist
Olaylar.- 2022.- 22-28
aprel.- S.24.