Litvalı tarixçiyə qarşı
hay qarayaxmaları...
"Qələmə aldığım əsərdə əsrarəngiz təbiətə və qədim mədəniyyətə malik olan Azərbaycan xalqının ağrı və fəlakətləri barədə Həqiqəti və Ədaləti uca tutan, xalqlar arasında sülhün yaranmasını dəyərləndirən, göstərilən faciələrin bir daha təkrar olunmaması naminə səylərini artıran oxuculara məlumat verməyə çalışmışam. Bütün bunları biz-litvalılar da unutmamalıyıq, çünki zəhərlənmiş mühit, insana nifrət hissinin yayıldığı mühit bizə də yad deyil, əhatəmizdədir...".
tarixçi-tədqiqatçı Alqimantas Staseviç Lekisi (1943-2019) "XX əsrdə xalqların Qafqaza köçürülməsi" əsəri barədə ön sözündən...
xxx
Qərb dünyasında, Şərq dünyası da istisna deyil, Türkdilli xalqların zəngin tarixi-coğrafiyası, milli, etnik maddi-mədəni irsi, dini-sakral dünyagörüşü haqqında doğru-dürüst həqiqətləri əks etdirən elmi-kütləvi nəşrlərə az rast gəlinir, əlbəttə, səbəb ilk növbədə bu istiqamətdə Türkdilli xalqları səyinin zəif olması ilə bərabər, həm də dünyanın hələ də Haqqa və Ədalətə biganə qalması da vəsilə ola bilər...
Görünən odur ki, Türk dünyasının, xüsusilə Bütöv Azərbaycaan naminə yazılan əsərlərə qarşı birinci olaraq mənfur, mürtəce hay kilsəsinin və hay sürüsünün həyasızcasına nifrin püskürməsi qısa zamanda özünü biruzə verir.
Həqiqətə tarixi dəlillərlə dəstək durmağı alim və vətəndaş borcu hesab edən Alqimantas Staseviç Lekisin (1943-2019) "XX əsrdə xalqların Qafqaza köçürülməsi" əsəri barədə hay yazarı Sedrak Sayas-Krkyaşaryan yazdığı, 5 məqalədən ibarət olan "Alim şərəfini itirmiş alim və yaxud ölənlər haqqında yalnız həqiqət" uydurmaları bu baxımdan növbəti hay qarayaxmalarından biridir, yəni hay sürüsünün olmayan, uydurma "tarixi"nı cild-cild dünyaya yaymaq olar, amma Ədalət naminə Azərbaycan xalqının tarixini yazmaq və təbliğ etmək olmaz, bunca sərhədsiz həyasızlıq, şərəfsizlik, vicdansızlıq... nümunəsi.
I məqalədə irəli sürülən uydurmalara qısa da olsa əvvəlki yazımızda cavab verildiyindən bu qeydlər II qarayaxma barədə olacaqdır.
Xəstə təxəyyüllü hay üzvü II yazının girişində Litvalı tarixçinin Azərbaycan xalqının XX-XXI əsrlərdə hay kilsəsi və rus-hay silahlı düşmən qüvvəlləri tərəfindən düçar olduğu faciəvi yaşantılarına dil-din bağlılığı olmadığı halda şərik olmasını təəccüblə qarşılayır, soyuq Baltik dənizi sahillərindən isti Xəzər dənizinə uzanan həmrəylik istəyinə, həqiqi tarixi faktlara söykənən mülahizələrinə qısqanclıqla, istehza-təhqirlə və rişxəndlə yanaşır.
Yenə də istər 1905-1920-ci illərdə, istərsə də 1988-1990-cı illərdə Bakı, Gəncə və Sumqayıt şəhərlərində özləri törətdikləri qırğınları Azərbaycan xalqının adına yaxmaqla, guya hay sürüsünün soyqırıma məruz qalmasını həyasızcasına yazmaqla müəllifin fikrinə yanlışlıq gölgəsi salmağa çalışır. Qeyd edilən tarixlərdə Bütöv Azərbaycanın hər guşəsində hay-rus silahlı quldurlarının amansızlıqla qətlə yetirdikləri Türk-Müsəlman Şəhidlərinin xatirəsinə məkan nişanələri qoyulsaydı, anım lövhələri basdırılsaydı, bəlkə də sayı milyonlarla olardı...
Daha sonra, 1991-ci ilin avqust ayında o vaxt Xanlar rayonunun (indiki Göygöl) Çaykənd kəndində muzdlu daşnak-terrorçu ünsürlərin təmizlənməsi əməliyyatını ("Halqa") müəllifə xatırladır və yenə də hay xislətinə rəğmən guya həmin bölgənin 23 kəndindən "məzlumlar"ın sürüldüyünü utanmadan bildirir.
Amma, hay sürüsünün əli qələmli üzvü unudur ki, Amerika qitəsindən Avstraliya materikinə kimi quru-ada hövzələrində hay sürüsünün uydurma tarixi barədə yazılanlar, Türk-Müsəlman dünyasına qarşı muzdlu küfr püskürmələri yer alan nəşrlər-toplular, məkr-hiylə, saxta ilmələrlə toxunmuş xəritələr... dünya bəhri həcmindədir.
Xəzər dənizinin sahilində yerləşən bol-bərəkətli torpaqları, mavi səmalı Azərbaycan təbiəti, igid əsgərləri, müdrik ağsaqqalları və gözəlləri barədə A.Lekisin təsəvvürü məktəb illərindən müstəqil Litva dövlətinin Bakı şəhərində 1919-cu ilin mart ayında konsulu olmuş Vintasa Kreve-Mitsyakyaviçyusun (1882-1954, yazıçı, şair, diplomant..., Bakı şəhər gimnaziyasında və Dövlət Universitetində rus dili və ədəbiyyatını tədris edən tənqidçi-tərcüməçi) yazılarını oxuyarkən yaranmışdır-bu qeydlər də məqalə yazanı razı salmayıb, əvəzində aşağıdakı rəzalətini aşağıdakı kimi bidirir:
-Litvalı yazıçıların hekayələrini oxumaq əvəzinə Azərbaycan nağıllarını öyrənməyi görəsən A.Lekisə nə məcbur etmişdir? Azərbaycanlı əsgərlərin igidliyi 1-ci Qarabağ müharibəsində məlum olmuşdur...
XVIII əsrdən başlayaraq çar Rusiyasının gölgəsində yuvalanan, rus ordusunun "qoburu" olan xəstə hay sürüsü bilməməzlikdən gəlir ki, 1988-1994-cü illərdə rus nizami silahlı qüvvələrinin arxasında gizlənməklə Azərbaycan torpaqlarını işğal etməyin bədəlini 2020-ci ilin sentyabr-noyabr aylarında "Dəmir yumruq"lu 44 zərbə ilə verən Azərbaycan igidləri əski babalarının xələfləridir...
1940-cı illərdə Litva respublikasının xarici işlər naziri, Litva Elmlər Akademiyasının prezidenti olmuş V. K..Mitsyakyaviçyusun "Yaranma" tarixi-etnoqrafik əsərində yer alan mülahizələr Azərbaycan hüdudlarında rus işğalının, Azərbaycan xalqına qarşı hay hiyləsinin, məkrinin açımı baxımından sərrast qiymətləndirmə ("...bu yerlərə kafirlərin ayağı dəyən çağlara kimi hər şey yaxşı idi, çünki, urus nə olduğunu bilmirdilər, bu yerlərdə sərxoş gürcülər dolaşmırdılar, murdar ermənilərin ayağı bu torpağın təmizliyinə dəyməmişdir, kökənli əhali Allaha, onun elçisi Məhəmməd peyğəmbərə tapınmışdır, onda torpağın bərəkəti çox idi, günəş şüaları istiliyini, əkin yerləri isə bərəkətini bu xalqdanin əsirgəmirdi..." ) olduğundan hay yazarının qəzəbinə səbəb olmuşdur.
Hay kilsəsinin muzdlusu və muzduru S.Sedakın litvalı tarixçi-tədqiqatçının "XX əsrdə xalqların Qafqaza köçürülməsi" əsərinə qarşı qarayaxmalarından ibarət II məqaləsi ("Alim şərəfini itirmiş alim və yaxud ölənlər haqqında yalnız həqiqət") bütünlüklə "Yaranma" əsərində yer alan və Azərbaycan dövlətçiliyinin və xalqının tarixi-maddi irsinin şərhinə dair mülahizələrin əlehinə yönəlik iftiralarından ibarətdir.
Uydurma və saxta məzmunlu nəşrlərə üstünlük verən, Türk-Müsəlman dünyası haqqında tarixi həqiqətləri hər vəchlə inkar edən hay sürüsünün üzvünü ən çox rəncidə edən (şikəst hay düşüncəsinə və təfəkkürünə görə əski Göy Türklərin xələflərindən 10-12 min əvvəl quru yolu-bərzəxlə Amerika qitəsinə köç edib cənub materikində məskunlaşaraq And dağlarında İnk mədəniyyətinin yaradıcılarının (əcdadlarının) ərazisində (Kolumbiya Respublikası, Kindio vilayətinin paytaxtı, 1889-cu ildən) "Ermənistan" adlı şəhər ola bilər, amma keşmiş SSRİ məkanında yaşayan bir yazışı Azərbaycan haqqında həqiqəti yaza bilməz) Litvalı yazıçının ruhsal və səmimi tərnnümüdür.
Həmin əsərdən növbəti nümunə A.Lekisin təqdimatında:
-Litva ədəbiyyatının klassiki tərəfindən yazılmış bu əsərdə təsvir edilən hadisələr 1913-cü ilə aid olsa da yazıçı Şərq mifologiyasının mövzusuna uyğun olaraq bir İgidin yüsək zirvələr fəth etməsinin tərnnümçüsüdür, bu İgid ümumiləşdirlmiş Azərbaycan xalqını təmsil edir, dünyanın o qədim Xalqı ki, yadellilər onun torpağına ayaq basandan əvvəllər, minilliklərlə Allaha tapınaraq öz dilində danışmış, azad və xoşbəxt həyat sürmüş, mərd yaşamışdır.
Düşmən(lər)imizi isə daha çox təbdən çıxaran xalqımıza xitabən "dünyanın ən qədim Xalqı" qiymətinin verilməsidir, özü də əcnəbi alimi tərəfindən.Və həysızcasına sual edirlər:
-Azərbaycan xalqının dünyanın ən qədimi olması harada sübut, təsdiq olunub, həqiqi alim bunu necə deyə bilər?
Deməli, hay kilsəsinin və hay sürüsünün son yüzilliklərdə Türkiyə Cumhuriyyəti və Azərbaycan Respublikası ərazilərində apardıqları, beynəlxalq elmi ictimaiyyəti (Böyük Britaniya, Niderland, İspaniya, İtaliya, Yunanıstan... dövlətlərinin tarixçilərini, arxeoloqlarını dəvət etməklə) bu qondarma tədbirlərə şərik etmələri saxta arxeoloji qazıntılarının uydurma nəticələri əsasında, özləri tərəfindən basdırılan və əldəqayırma nümunələrin "tarixi-maddi irs" kimi dünyaya təbliğ etmələri, sırımaları bunca lazımdır ki, sübutları olsun... təbii ki, bu yalanlar hay kilsəsinə "təsdiq faktı" hələ çox lazım olacaq...
A.Lekisin "XX əsrdə xalqların Qafqaza köçürülməsi" əsərində dövlətimiz vəxalqımızla bağlı bir çox tarixi faktların şərhi hay toplumuna qarşı öldürücü zərbə təsiri bağışlayıb:
- Amma, vaxt keçdi, Vətənin azadlığı, müstəqilliyi, milli tarixinin yaradıcısı (səssiz müşahidə edən yox) uğrunda Şəhid olası yeni nəsil yetişdi, I Dünya müharibəsi illərində Bakı gimnaziyasının müəllimi, Litva ədəbiyyatının gələcək klassiki V. K..Mitsyakyaviçyus məhz bu cür Xalqı təsəvvür etmişdir. Bu ölkəni və tarixini tanıyan bir çoxları ilə yanaşı o da bu xalqla fəxr edirdi. Çünki, nə vaxtsa Azərbaycan ərazisi xeyli geniş olmuşdur, bu dövlətin xeyli hissəsi İran, Türkiyə və başqa dövlətlərin hüdudlarında qalmışdır, Araz çayı onu iki, Cənub və Şimal hissələrə ayırır, indi Araz çayı İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında sərhəddir...
Təbii ki, Baltiyanı ölkələr sırasında Azərbaycan dövləti və xalqı barədə tarixi faktları olduğu kimi söyləmək və əsər yazaraq təbliğ etmək Alim şərəfi olduğu kimi, həm də cəsarətli olduğu üçün hay kilsəsinin qəzəbinə tuş olmuşdur. Hay sürüsü ənənəvi haray-həşirlərindən qalmayaraq, guya "Azərbaycan" toponimi Araz çayından şimladakı ərazilərə şamil edilmir, bu toponim 1918-ci ildən sonra yaranıb, bu coğrafi məkan-ünvan yalnız İran dövlətinin şimal-qərbində yerləşən Azərbaycan ("Ozarboycan") vilayətinə aiddir...Və iddia edirlər ki, rəsmi sənədlərdə və ensklopediyalarda şimalda yaşayan Azərbaycan türkləri həmişə "müsəlmanlar", "Qafqaz tatarları", "Zaqafqaziya türkləri"... adlanıb. Mürtəce və dinsiz hay kilsəsi tərəfindən dövrü olaraq uydurma küfrlərindən biri də guya "Azərbaycan" toponiminin yalnız 1918-ci ildə yaranması ilə bağlı yaydıqları yalandır. Ona görə yalandır ki...
-Altay dil ailəsinə mənsub olan Azərbaycan türklərinin minilliklərlə yaşadığı məkan Azərbaycan adlanıb və mümkün deyil ki, bir xalqa məxsus dövlətin adı bölünmüş sərhədlər hüdudunda bir hissəsinə aid olsun, digər hissəyə yox;
-Sasani imperiyası və Ərəb xilafəti dövründə inzibati-ərazi vahidləri dəyişildiyi üçün Araz çayından şimalda qalan ərazilər mahal, vilayət, Səfəvi hakimiyyəti illərində bəylərbəyliklər, XVIII-XIX əsrlərdə xanlıqlar, çar Rusiyasının işğalından sonra (1813-1828-ci illərdən etibarən) quberniya və qəzalar adı ilə rəsmiləşdirilmiş və həmin dövrlərə məxsus xəritələrdə əks olunmuşdur;
-Dövlətçilik tariximizdə idarə edilən inzibat-ərazi hüdudlarının sərhəddi, qonşu dövlətlərlə ərazi qonşuluğu, regional və yerli xalqlarla milli, etnik, mədəni, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, beynəlxalq ictimai-siyasi münasibətlərin qurulması... ilə bağlı tarixi məlumatlar təkcə Yunan-Roma mütəfkkirlərinin dünyəvi, qiymətli elmi irsində təsbit edilməyib, eləcə də Türk-Müsəlman dünyasının alimlərinin əsərlərində də bu cür mülahizələrə yer verilmişdir (Hişam əl-Kəlbinin (737-819) "Qohumluq əlaqələri" əsəri; Əbu Cəfər ibn Cərir əl-Təbərinin (839-923) "Peyğəmbərlərin və padşahların tarixi" kitabı; Ubeyd bin Şariyyə əl-Curhuminin (VII əsr) "Kitab-ul-Futuh" ("Zəfər kitabı") əsərində ("Azərbaycan-qədim türk yurdudur" tarixi qeydi); Yaqut əl-Həməvinin (1178-1229) Azərbaycan vilayətləri və Qafqaz barədə səyahət məlumatları yer alan "Mücəm əl-buldan" ("Ölkələrin əlifba ilə sıralanması") əsəri... və başqalarını göstərmək olar);
-Bu sıraya XVII-XIX əsrlərdə Rusiya elmi ictimayəttinin, hərbi-siyasi dairələrinin Cənubi Qafqaza dair nəşr etdirdikləri əsərləri və xəritələri də əlavə etmək olar, çünki bu rəsmi mənbələrdə də Azərbaycan dövlətçiyinin və milli-xalq, etno-morfoloji kökənliyinin təsdiqi ilə bağlı təsdiqedici tarixi bilgilərə kifayət qədər diqqət ayrılmışdır. Və sübut edilir ki, hələ 1880-ci illərdə Tiflis şəhərində çap edilmiş "Qafqaz XIX əsrdə (1800-1878-ci illər)" xəritəsində "Azərbaycan xanlıqlarının əraziləri" termini işlədilmişdir, XIX əsrdə milli dövlətimizin sərhədlərinin, qonşuluqlarının (uydurma "Ermənistan" ərazisi göstərilmədən) kartoqrafik təsvirinin rəsmi təsdiqini tapmışdır. Bu isə mürtəce və mənfur hay kilsəsinin uzun illər ərzində dövriyyəyə buraxdığı, "körüklədiyi" - guya "Azərbaycan" termininin 1918-ci il may ayının 28-dək işlədilməməsi ilə bağlı uydurmasına tutarlı cavabdır ki, elə hayların himayədarları, "kürəklərinin dayağı" tərəfindən verilmişdir;
-Azərbaycan Xalq Cumhuriyyətinin qurucularının öndəri M.Ə.Rəsulzadə (1884-1955) 1903-cü ildə Azərbaycan Gənc İnqilabçılar dərnəyi yaratmış, 1905-ci ildə "Hümmət" qəzetində çap etdirdiyi məqaləsi "Azərbaycan gəncliyiniun siyasi mübarizəsinə" həsr olunmuşdur, bu məqalə 1917-ci il 5 iyul tarixdə "Açıq söz" qəzetində təkrar nəşr edilmişdir. Onun 1917-ci ilin 15-20 aprel tarixdə Bakı şəhərində keçirilmiş Qafqaz müsəlmanlarının qurultayında, eləcə də həmin ilin 26-31 otyabrında Müsavat partiyasının I qurultayında irəli sürdüyü "Azərbaycan muxtariyyəti" ideyası 1917-ci ildən etibarən bütün qəzalarda ictimai-siyasi hərəkata çevrilmişdir.
Görəsən, hansısa xəritədə (saxta, hay qələmi ilə cızılmış xəritələr nəzərdə tutulmur) "Ermənistan" dövləti və qonşu dövlətlərlə sərhədləri göstərilibmi və yaxud, Roma, Yunan, Qərbi Avropa, Rusiya, Yaxın və Orta şərq ölkələrinin alimlərinin, tarixçilərinin, coğrafiyaşünasların... əsərlərində "Ermənistan" dövləti barədə (1918-ci ilin may ayınadək) məlumat yazılıbmı?
Qarayaxma və uydurmalar söyləməzdən öncə bu sualları hay kilsəsi
düzgün cavablandıra bilərmi..
Oismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin
müəllimi
Olaylar.- 2022.- 22-28 aprel.- S.17.