Azərbaycanda gender bərabərliyi ən yüksək səviyyədə qorunur

 

İstiqamət-gender, ailə demoqrafiya məsələlərinin işıqlandırılması

 

Ailə bir qayda olaraq kiçik dövlət hesab edilir. Bu səbəbdən dövlət kimi ailənin təməlinin möhkəm, sağlam olması başlıca şərtdir. Düzdür, zaman-zaman bir çox sahələrdə olduğu kimi qeyd etdiyimiz istiqamətdə müəyyən problemlər, nöqsanlar olub. Lakin zaman-zaman həmin problemlərin həlli, onların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb. Həyata keçirilən məqsədyönlü tədbirlər, görülən işlər sahəsində ailə institutu formalaşıb, getdikcə təkmilləşdirilib günümüzdə işlək bir mexanizmə çevrilib.

Bu birmənalıdır ki, burada dövlətin atdığı addımlar, həyata keçirdiyi tədbirlər xüsusi önəm kəsb edir. Əgər yaxın tariximizə nəzrə yetirsək aydın şəkildə görərirk ki, dövlət səviyyəsində bu istiqamətdə addımlar ümummilli lider Heydər Əliyevin ikincii dəfə siyasi hakimiyyətə qayıdışından sonra atılmağa başlayıb. Danılmaz fakt ondan ibarətdir ki, müstəqilliyin ilk illərində ölkədə mövcud olan çoxsaylı problemlər ailə institutunu da bərbad vəziyyətə gətirib çıxarmış, bu institut demək olar ki, məhv olmuşdu. Yenicə ittifaqdan ayrılmış Azərbaycanın ən ciddi problemlərindən biri işsizlik idi gənclər, ailə başçıları qazanc əldə etmək üçün Rusiya Federasiyasının müxtəlif subyektlərinə üz tutmalı olurdular. Bu da nəticə etibarilə tədricən ailə institutunun dağılmasına gətirib çıxarırdı. İlk növbədə bu problemi həll etmək, xaricə üz tutan işçi qüvvəsinin qarşısını almaq, daxili imkanlar hesabına yeni yerləri açmaq üçün ümummilli lider bir sıra uğurlu addımlar atdı. Ölkədə yaradılan əlverişli investisiya mühiti nəticəsində xarici yerli sərmayədarların yaratdıqları istehsal müəssisələri, müxtəlif təyinatlı müəssisələr yeni yerlərinin açılması azərbaycanlıların dalınca keçmiş ittifaq ölkələrinıə üz tutmasının qarşısını aldı. Bu öz-özlüyündə ölkədə ailə institutunun qorunması, möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edirdi.

Paralel olaraq ölkədə qadın siyasətinin həyata keçirilməsi, müstəqillik illərindən spnra leksikonumuza qədəm qoymuş gender bərabərliyinin qorunub-saxlanılması, onun real həyatda tətbiq edilməsi istiqamətində lazımı addımlar atılırdı. Birmənalı olaraq deyə bilərik ki, məhz sadaladığımız amillərin bu gün ən işlək vəziyyətə gəlib çatması, həmin prinsiplərin qorunub-saxlanılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsiz olub.

Ümummilli lider Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi ilə yanaşı, qadınların cımiyyətdə, ictimai-siyasi həyatda rolunun artırılmasını da vacib hesab edir, bu istiqamətdə zəruri addımlar atırdı. Təsadüfi deyil ki, ikinci dəfə siyasi hakimiyyətə qayıdıb respublikaya rəhbərlik etdiyi illərdə Heydər Əliyev üçün qadın hüquqlarının qorunması, qadınlara qarşı diskriminasiyanən aradan qaldırılması, onların dövlət siyasətinin həyata keçirilməsində qanunların qəbul edilməsində iştirakının genişləndirilməsi ümummilli liderin həyata keçirdiyi siyasətin əsas prioritetlərini təşkil edirdi. Elə Heydər Əliyevin dövlət başçısı kimi respublikaya rəhbərlik etdiyi illərdə bu istiqamətdə  imzalamış olduğu onlarla fərman sərəncamlardan da bunu aydın görmək mümkündür. Bundan başqa ümummilli liderin çıxışlarında, səsləndirdiyi dərin məna kəsb edən fikirlərdə Heydər Əliyevin ailə institutu, qadınların hüquq mənafelərinin qorunması, onlara yüksək dəyərin, diqqətin göstərilməsinin vacibliyi qeyd olunurdu. Ümumilli lider çıxışlarından birində deyirdi: "Mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib".

Azərbaycan qadınlarının həyatında mühüm əhəmiyyət kəsb edən hadisələr, bu istiqamətdə imzalanan fərman sərəncamlar, qəbul edilən dövlət proqramları da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır onun respublikaya rəhbərlik etdiyi illərə təsadüf edir. Bu sırada Heydər Əliyevin müvafiq fərmanı ilə 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasını, ümummilli liderin iştirakı ilə elə həmin ildə Azərbaycan qadınlarının I qurultayının keçirilmısini, 1998-ci ildə "Azərbaycanda qadınların rolunun artırılması haqqında",  2000-ci ildə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərmanların imzalanmasını, 2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı"nı qəbul etməsini göstərmək mümkündür. Bütün bunlar ümummilli liderin qadınlara xüsusi diqqət qayğısı, onlara verdiyi dəyərin başlıca göstəricilərindən idi. Heydər Əliyev qadına yüksək dəyər verdiyini həm söylədiyi fikirlər, həm atdığı əməli addımlarla sübuta yetirirdi. Elə Azərbaycan Qadınlarının Birinci Qurultayındakı Heydər Əliyevin çıxışında bunu aydın görmək mümkündür. Ümummilli lider qadınların ölkə həyatındakı rolunu qiymətləndirərkən deyirdi:

"Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir heç vaxt bu zəhmətdən inciməmişdir".

Günümüzdə Azərbaycanda qadın siyasəti zamanında Heydər Əliyevin müəyyənləşdirdiyi yola uyğun olaraq uğurla davam etdirilirQadınların cəmiyyətdə, ictimai-siyasi həyatda rolu ildən-ilə artırılır. Bu gün ölkənin qanunverici orqanına sədrliyin məhz zərif cinsin nümayəndəsi tərəfindən edilməsi deyilənlərin əyani sübutudur. Bundan başqa parlamentdə onlarla qadın millət vəkilinin təmsil olunması,mərkəzi yerli icra hakimiyyəti orqanlarında qadınların idarəetmə prosesinə cəlb edilməsi həm Azərbaycanda qadınlara yüksək diqqət qayğının göstəricisi sayıla, həm ölkədə gender bərabərliyinin ən yüksək səviyyədə qorunması kimi xarakterizə oluna bilər.

 

Süleyman İsmayılbəyli

 

Olaylar.- 2022.- 26 avqust - 1 sentyabr. - S. 11.