Ağladı Azərbaycan!
Ulu Öndər Heydər
Əliyevin
əbədiyaşar xatirəsinə
Bir atanın evində yarandı şux kəhkəşan,
İllərlə böyüyərək, boy atdı o durmadan.
Səpələdi hər yana ulduzların bir zaman,
Alim, rəssam, kimyaçı oldular çox çalışqan.
***
Ulduzlardan
birini gur parlatdı yaradan,
Vüqarı, əzəməti hamını
etdi heyran.
Müdrik
siyasətiylə xalqı
etdi yuxudan,
Onun gur şöləsinə aqil
oldu toplaşan.
***
Baxmayaraq
çox oldu, ayağına dolaşan,
Çox çalışdı, xalqını
etmədi O, pərişan.
Böyük şəxsiyyət idi
"HEYDƏR" adlı qəhrəman,
Ulu Öndərimizdir, əbədiyaşar
insan.
***
Ömür vəfa vermədi,
belə yazıbmış
yazan,
Dünyasını dəyişdi, qəlblərdə
olan insan.
Küçələrdə izdiham, Onunla vidalaşan,
Təkcə insanlar deyil, ağladı Azərbaycan!
Gülnarə Əlibalayeva
Cəfər Cabbarlı ev-muzeyinin
böyük elmi-işçisi, jurnalist
Olaylar.- 2022.- 9-15 dekabr.- S.24.