“Kitabi-Dədə Qorqud dastanı”nda

Qərbi Azərbaycan təbiətinin təsviri

 

"Uşun Qoca oğlu Səyrəyin boyu" (X), "Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi boy"  (XI) və "İç Oğuza Dış Oğuzun dönük çıxması və Beyrəyin öldüyü boy" (XII) hekayətlərində...

Dünyəvi və Dini mənəvi irs, kökənli tarixi maddi mədəniyyət və mürəkkəb qədim geoloji-struktur (təbiət) bütövlüyünə malik olan Qərbi Azərbaycan bölgəsi Türk-Müsəlman mənşəli tayfa-qəbilə İttifaqlarının (Birliyinin) ənənəsini son yüzilliklərdə də qoruyub saxlamışdır. Belə ki, "Kitabi-Dədə Qorqud dastanı" boylarında yer alan bir sıra  hikmətli deyimlər (...Bir igidin Qaradağ yumrusunca malı olsa, yığar-toplayar, qismətindən artıq yeyə bilməz...Yalqız igid alp olmaz... 

Yiyəsi olan böyüyür,  qabırğalı boy atır...At qulağı tez eşidər...Ölüm gəldikdə Allah sizi təmiz imandan ayırmasın, günahınızı Məhəmmədin üzü suyuna bağışlasın...) Zəngəzur, Göyçə, Dağ Borçalı, Dərələyəz, Vedibasar...mahallarında XX əsrin 90-cı illərinədək yerli, milli-etnik ailələr arasında işlənilmiş, el deyimləri kimi yayılmışdır.

Dastan küll halında Oğuz-Türkman ellərinin tarixi, coğrafiyası, milli-mədəniyyət irsi və gələnəkləri barədə zəngin  elmi-dünyəvi və dini bilgilərı əhatə etdiyindən Bütöv Azərbaycan timsalında Oğuz elatının sərhəd hüdudlarının keçdiyi coğrafi məkanlarına, sınırlarına aid məntəqələri ilə bağlı olayları da əhatə edir. Belə ki, "Uşun Qoca oğlu Səyrəyin boyu" (X) hissəsində nəql edilən "qara donlu kafirlərin, Təkürün dəstəsinin yerləşdiyi ərazilər"in coğrafi məkanı əski yurdumuzun-torpaqlarımızın kənar, ucqar sərhəd hüdudlarını bildirir.yaxud, yenə də həmin boyda adı çəkilən və  Uşun Qoca oğulları Əyrək və Səyrəyin keçdikləri Dərəşam çayı, Qərbi Azərbaycanın Şərqi Anadolu yaylası ilə həmsərhədd hissəsində yerləşir.

XI əsr yazılı mənbələrdə Şərqi Anadoluda Dərəçay hövzəsində qədim Alban məbədinin olduğu qeyd edilmişdir.

Təbii ki, bu məbəddə dini-ruhani mərasimlər və ibadətlər zamanı şam, şıraq yandırıldığı üçün bu çay həm də "Dərəşam" adlanıb.

Bəzi tədqiqatçılar (B.Ə.Budaqov və Q.Ə Qeybullayev, 1998) İrəvan xanlığı hüdudlarında, Ü(İ)çmüəzzin nahiyəsi yaxınlığındakı Qaraşam kəndinin etno-morfoloji mənşəyinin "Dərəşam" orotoponimi ilə eyni olduğunu bildirir, olar ki, sınırlardan köç edən ailələrin məskunlaşması fonetik-dil təlləfüzünə uğrayaraq dəyişilməsinə səbəb olmuşdur.

1918-ci ildə dinsiz, kafir hay kilsəsi və daşnak quldurları bu kəndi zəbt edərək Osmanlı Türkiyəsindən köçürülən sürülərini orada yerləşdiriblər.

Ümumiyyətlə, dialekt-şivə özəlliyi baxımından, eləcə də söz köklərinin (Dərəşam/Dərəçay/Qaraşam) leksik-fonetik, tələffüz dəyişikliyi oxşar (morfogenetik baxımdan doğma) toponimlərin şifahi yaranmasına və yazıya köçürülməsinə əsas vermişdir. Belə ki, Qərbi Azərbaycanda həm Dərəşam, Dərəçay, həm də Qaraşam yer adları və hidronimlər geniş yayılmışdır.

Bu bölgənin ən hündür zirvəsi olan Alagöz (4090 m) dağının ətəklərində də Qaraşam kəndi olmuşdur. Daha sonra, Qırxbulaq nahiyəsinin, Zəngi çayı hövzəsinin Dəlləkli (əsl adı Dələkli) kəndinin yaylaqlarından biri (Pəmbək dağlıq silsiləsində) Qaraşam olub. yaxud, Pəmbək çayına qovuşanGümrü nahiyəsinin şimal hissəsini tutan Şörəel dağlıq silsiləsinin Ağlağan-1 (2992 m) və Ağlağan-2 (2977 m) zirvələrinin cənub yamaclarından başlayan  Dərəçay çayı (uzunluğu 67 km) eyni mənşəli hidrotoponim hesab edilir.

Dastanın IV hekayətində də ("Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy") Ağalağan dağının adı çəkilmişdir.

Türkiyə Cumhuriyyətinin İqdır vilayəti ilə qonşuluqda, Ağrıdağ vadisindəki Dərəkənd kəndi də eyni mənşəli orotoponimlər sırasındadır.

Kitabın X boyunda adı çəkilən Dərəşam çayının digər filoloji təhtif forması kimi "Dərəçay" hidrotoponimi də uqəbul edilə bilər. Çünki, Qərbi Azərbaycanın əksər bölgələrində Dərəçay çayına rast gəlinir ki, onlardan biriGümrü nahiyəsinin Cəlaloğlu şəhərindən keşən, dərinliyi 100-300 m arasında dəyişən dərin dərələr (kanyonlar) yaradan Dərəçay çayıdır.

İgid Səyrəyin mindiyi at-"Qaracıq ayğır" ümumiləşdirilmiş ad olsa da, əslində Qərbi Azərbaycanın antro və orotoponimlərinin əksəriyyəti "Qaracıq" söz kökündən ("yüksəklik", "hündür", "böyüklük"...mənalarına uyğun) ibarətdir. Çünki, ərazinin oroqrafik relyef quruluşu (1200-1400 metrdən daha çox yüksəkliklərin geniş ərazilər əhatə etməsi), milli-etnik dünyadərkində "böyüklüyün fərqləndirilməsi"...bu ifadələrlə yozulmuşdur.

  "Salur Qazanın dustaq olduğuoğlu Uruzun onu xilas etdiyi boy" sayca XI sayılır, amma Dastanın ürin hücumumi epik və məzmun ruhuna rəğmən Qərbi Azərbaycan təbiətinin ümumi təsvirindən də xali deyil. Hekayətdə verilən ov, kafirlərin hücum/məğlub və Oğuz igidlərinin qələbə səhnələri/tərənnümü ("səksən min düşmən gördümsə səksənmədim..."), uca dağların, yalçın qayaların, gur axar çayların, Qaracıq atların şahə qalxdığı oylaqların, "Ala qaz kimi atlarının otladığı yaylaqlarının, "Oğuz bəylərinin yeddi gün yatmağa vadar edən büllur dağ havasının"... mənzərəsi təbiətimizin var olan bir parşasıdır ki, coğrafi məkan baxımından Zəngəzur, Göyçə, Vedibasar, Ağrıdağ və Alagöz vadisi...hövzələrini əhatə etmişdir.

Eləcə bu boyda da Qazan xanın dili ilə vəsf olunur ki...

Ağca qala Sürməlidə at oynatdım,

Atla Harun elinə çapdım, çatdım,

Ağhasarın qalasının bürcünü yıxdım...

"Ağca qala" orotoponimi Qərbi Azərbaycanda kifayət qədər çox yayılmışdır.

Qədim tarixi-coğrafi keçmişi yaşadan Ağcaqala kəndi Ü(İ)çmüəzzin qəzasında 1920-ci ilədək Türk-Müsəlman ocağı olub, lakin hay-daşnak quldurlarının hücumları nəticəsində kənd boşalmış, xaricdən gətirilən hay sürüləri yerləşdirilmişdir. Kəndin yaxınlığında "Ağcaqala xarabalığı" qalmaqdadır.

Qərbi Azərbaycanın Göyçə, Cəmbərək, Dərələyəz...nahiyələrində Ağcaqala kəndləri barədə XVII əsrlərdən etibarən rəsmi bilgilər məlumdur.İrəvan xanlığında, Qırxbulaq nahiyəsindəki Ağcaqışlaq kəndinin milli-kökənli sakinləri 1918-ci ildə daşnak silahlıları tərəfindən qovulmiuş, Cənubi Azərbaycanda gətirilən haylar məskunlaşıblar, bu kəndin Türk-Müsəlman əhalisi 1930-cu illərdə tamam sürgün edilmişlər.

Ağrıdağ vadisindəki Ağcaqışlaq kəndi Kəmərli şəhərindən 12 km şimalda olmaqla 1873-cü ildə (1880-ci ildə çap edilmiş "Qafqaz haqqında məlumat toplusu"na görə) əhalisinin sayı 184 nəfər, 1912-ci ildə isə ("Qafqaz təqvimi"nin məlumatı) 207 nəfər milli-kökənli əhali yaşayıb, kəndin mərkəzində Cümə məscidi olub.

İrəvan şəhərindən 8 km cənuba doğru, Ağcaqışlaq kəndinin qərbində, 3-4 km aralı, Ağrıdağ vadisndəki Aşağı Ağbaş kəndinin adı da eyni etno-morfoloji mənaya mənsubluğu şübhə doğurmur. Kənd 130 hektar sahəni tutmaqla 910-950 metr yüksəklikdə yerləşir.

Tədqiqatçılardan B.Ə.Budaqov Q.Ə.Qeybullayev qeyd edirlər ki, "Ağcaqala Sürməli" toponimi ilk dəfə "Kitabi-Dədə Qorqud dastanı"nda adı çəkilmişdir.

Türkiyə Sumhuriyyətinin Qars mahalında, Qars çayı üzərində Ağcaqala yaşayış məntəqəsi orta əsrlərdə nahiyə/sancaqlıq mərkəzi olmuşdur.

Ü(İ)çmüəzzin qəzasında Yuxarı Aşağı Ağcaqala kəndləri tarixən Türk-Müsəlman mənşəli olmaqla, həm tərkəmə elatının köç yolu üstündə yerləşmişlər, bu kəndlərin arasında 4 km məsafə var. 1880-ci ildə çap edilmiş "Qafqaz haqqında məlumat toplusu"nda göstərilir ki, 1873-cü ildə Yuxarı Ağcaqala kəndində 53 ev olmuş, 354 nəfər yaşamışdır, 1912-ci ildə isə 806 nəfər. Aşağı Ağcaqala kəndində isə 1873-cü ildə 398 nəfər, 1912-ci ildə isə 885 nəfər yaşamışdır.

Sürməli mahalının tarixi Türk-Oğuz tayfalarının əzəli coğrafi məkanı olması barədə ensklopedik bilgilər kifayət qədərdir, eləcə Rusiya Müdafiə nazirliyinin Mərkəzi Arxiv məlumatlarında dəqiq sənədlər mövcuddur (2-3 dekabr 1920-ci il tarixli Gümrü sülh müqaviləsi). Ağrıdağ yaxınlığında, Araz çayının sağ sahilində yerləşən Sürməli mahalı İrəvan xanlığının inzibati-ərazi vahidi olmuşdur, 1897-ci ildə Ümumrusiya əhalisinin siyahıyaalınmasının nəticələrinə görə bu mahalda yaşayan əhalinin sayı 89 min nəfərə qədər olub, mərkəzi İqdır kəndində 4680 nəfər yaşayıb (hayların sayı  27075 nəfərə (30,4%) çatıb).

İnzibati-ərazi vahidi kimi Sürməli qəzası çar Rusiyasının Qafqazda yerləşən Hərbi-Topoqrafiya idarəsinin şəkdiyi "Cənubi Qafqaz.1903-cü ildə" xəritəsində dəqiq kartoqrafik təsviri verilmişdir.

Qazan xanın tərənnüm etdiyi Harun elləri zəfər səfərləri Aralıq Qırmızı dəniz hövzələrini  nişan verir deməli, VIII-IX əsrlərdə Oğuz-Türk tayfalarının uğuurlu hərbi yürüşləri Anadolu yaylasınadək, Afrika qitəsinədək əraziləri əhatə etmişdir...

Şərqi Anadolu yaylasından başlayaraq Qara dənizə tökülən Ağhasar çayı (uzunluğu 120 km-dək) yatağı üzrə yerləşən Şalbazar-Beşikdüzü kəndləri boyunu tutan vadisindəki Ağhasar qalasının da bu boyda adının çəkilməsi təsadüfi deyil...

Dastanda verilən boylarda (eləcə "İç Oğuza Dış Oğuzun dönük çıxması Beyrəyin öldüyü boy"-XII)  təsvir edilən tarixi hadisələrin cərəyan etdiyi yerlər, coğrafi məkanlar Qərbi Azərbaycanda XVI-XVII əsrlərdə pərakəndə halda, XVIII-XIX yüzilliklərdə kütləvi şəkildə xaricdən (Avropa, Yaxın Şərq...ölkələrindən)  köçürülərək qəsdən yerləşdirilən hayların məskunlaşdığı yaşayış məntəqələridir ki, XX əsrdə bu yerlərlə bağlı Oğuz-Türk mənşəli antro-etno-hidrotoponimlər mürtəce-dinsiz hay kilsəsi tərəfindən tamamilə, qəsdən "erməni"ləşdirilmiş, kökənli irsimizin-izimizin silinməsi siyasəti yürüdülmüşdür.

"Kitabi-Dədə Qorqud dastanı" Oğuz-Türk soylarının epik-tərənnüm boylarından ibarət olmaqla zəngin ədəbi-bədii məzmun etibarı ilə yanaşı Azərbaycan dövlətçiliyinin bir kəsimi-VIII-XIII əsrlər tarixi-coğrafi salnaməsi kimi, əski Azərbaycan xalqlarının milli-etnik gələnəklərinin, dini-dünyəvi dünyadərkinin təfəkkürünün yazılı mənbəyi kimi, həm İntibah mədəniyyətimizin qiymətli maddi-mənəvi irsidir, Bütöv Azərbaycana aid tarixi-coğrafi filoloji bilgiləri əhatə edən milli ensklopedik topludur.

Təbii ki, bu zənginlik nəsildən-nəsilə ötürülən bir əmanətdir...

R.S. Dəlləkli/Dələkli kəndinin adı hay kilsəsi tərəfindən 1946-cı ildə dəyişdirilərək-"Zovaşen", Ağcaqala kəndi 1946-cı ildə-"Bazmaberd", 1978-ci ildə isə-"Txaskaşen", Ağrıdağ vadisnin Ağcaqışlaq kəndi 1948-ci ildən-"Getaşen", 1978-ci ildən-"Getazat", Aşağı Ağbaş kəndi 1946-cı ildən-"Arevşat", Dərəçay çayı-"Dzoraqet", Ağlağan dağı-"Urasar", Cəlaloğlu şəhəri 1924-cü ildən şərəfsiz-daşnak S.Şaumyanın adı ilə-"Stepanavan"... adlanır.

 

Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi      

 

Olaylar.- 2022.- 16-22 dekabr.- S.17.