MƏN ŞƏHİD OLMUŞAM,

ÖLMƏMİŞƏM Kİ?!

 

Bir səhər  yuxudan durub,

Özünü uşaq görəsən.

Görəsən hamı evdədir.

Ölənləri sağ görəsən.

 

Qorxasan qaçıb gedərlər,

Tez qapını bağlayasan.

Geri dönüb icəridə,

Bir təzə qonaq görəsən.

 

gözəl arzudur, necə şirin xəyaldır. Qapını açıb 25 yaşlı ciyərparanı görmək. Alçaq düşmənin başını dəmir yumruqla əzdiyimiz can Azərbayçanın zəfərini bizlərə yaşadan çəsur hərbçilərimiz haqda qədər  yazsaq, onların misilsiz xidmətlərinin yanında cox azdır. Ancaq biz jurnalistlərin müqəddəs borcu o cəsur döyüşcüləri tez-tez xatırlamaq, sevincli-kədərli döyüş yolunu millətimizə catdırmaqdır.

Elə bu fikirlə Nağıyevlər ailəsinin qapısını döyürəm. Məni şəhid Nicat Azad  oğlu  Nağıyevin  anası Raisə xanım qarşılayır. Şəhidin atası Nağıyev Azad bir il  bundan qabaq yol qəzasında dünyasını dəyişib. Ailənin 2 övladı olub. Şəhidin qardaşı Rəşa­dın 27 yaşı var. Xəstəliyi ilə əlaqədar hərbi xidmətə gedə bilməyib. Müharibə başlayanda könüllü  qoşul­maq istəsə , onu geri qaytarıblar. İndi Nicatın keçdiyi şəhidlik yolunun ucalığını qardaşının döyüş yoldaşlarının xatirələrindən eşidir.

Nağıyev Nicat Azad oğlu 1995-ci il fevralın 21-də Yevlax rayonunun Əcəmi kəndində anadan olub. Təhsilini  Əçəmi kənd orta məkəbində alıb.  2013-çü ildə hərbi xidmətə çağırılıb. Füzuli rayo­nunda hərbi xidmətdə baş atıçı kursunu tərifnamə ilə başa vurduqdan üç ay sonra Cocuq Mərcanlıda hərbi xidmətinə davam edib. Hərbi xidmətdən qayıdan Nicat kənddə  təsər­rü­fat işləri ilə məşğul olub. Ailə ilə görüşdə bizimlə birlikdə olan Əcəmi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Şahin Əliyev şəhidimizin qoçaq, böyük-kicik yeri bilən, tərbiyəli, basarıqlı biri olduğunu deyir. Qulaq asdıqca, şəhidin divardan asılmış şəkillərinə baxır düşünürəm ki, şəhidlərimizin hamısı gözəl olub, yaraşıqlı olub, vətənpərvər olub, torpağını sevən olub.

2020-ci il sentyabrın 21-də qismən səfərbərliyə qoşulan Nicat tez-tez ailəsi ilə əlaqə saxlasa da anasına bildirmirdi yerini. Böyük ruh yüksəkliyi ilə  deyirdi ki, məndən narahat olmayın, yaxşıyam, hər şey çox gözəl olacaq, tezliklə torpaqlarımızı düşmən­lərdən təmizləyəcəyik. Ali Baş Komandanın dediyi kimi:  onları "iti qovan kimi qovaçağıq", inşallah!

Nicat ilk günlərdə Murovdağda, daha sonra isə Tərtər Talış  istiqamətlərində gedən qızğın döyüşlərdə vuruşub.

Bu günlərdə Raisə xanımı yoxlamağa gələn mingəçevirli döyüş yoldaşı Samir danışıb: "Nicatla biz döyüşlərin ən qaynar nöqtələrində olmuşuq. Murovdağda Nicat döyüş yoldaşları mühasirəyə düşmüşlər. Dörd gün şiddətli  vuruşmalardan sonra yüksəklikdən dərə yamacına tullanıb, dərə boyunca  döyüşərək mühasirəni yara biliblər". Döyüş yoldaşı Nicatın cəsurluğundan, qorxmazlığından necə ürək dolusu danışırmış. Deyib ki, ana, başını dik tut, sənin oğlun əsl cəngavər idi, elə mərd oğul böyütdüyün ücün özünlə fəxr elə!

Nicat sinayperçi olub. Döyüş vaxtı ehtiyac olan hər yerə göndərirdilər onu həmişə düşmənlərini  diz çökdürürdü sərrast atıcılığı ilə. Suqovuşan istiqamətində döyüş tapşırıqlarını yerinə yetirən zaman düşmənlərin atdığı minamyot mərmisi yanlarına düşür. Nicat onun döyüş yoldaşları qəhrəman­casına şəhid olur. 16 oktyabr 2020-ci il tarixində neçə ocağın odu sönür, tüstüsü gözləri acıdır.

Ölümündən iki gün qabaq qardaşı Rəşadla danışıb. Oktyabrın 14-də anasına zəng vurub. Deyib ki, yaxşıyam. Siz özünüzdən muğayat olun. Qismət olsa görüşərik. Salamat qalın. Şəhidimizin 17 fevral 2021-ci ildə dünyaya gələn qardaşı oğluna Nicatın adını yaşatmaq üçün onun adını veriblər.

Dayısı Firamin Mehdiyev: -Kaş ki, tanıyardız Nicatı?! Elə zəhmətkeş, elə mehriban, elə qoçaq, elə vətənpərvər idi ki. Heç kəsin xətrinə dəyməzdi, incitməzdi, artıq-əskik hərəkət etməzdi, yaşından çox böyük idi. Necə ağrılıdı, çətindi Nicatın haqqında keçmiş zamanda danışmaq,- deyir.

Nicat Azad oğlunun əbədi baş qoyduğu torpaq kənddə atasının yanındadır.

Bu ömrü sənə kim biçdi, şəhid? Göz yaşları ilə dolu çayda kim səni  çimməyə məcbur etdi? Axı, əlləri hər yerdən üzülmüş analar üzlərini göyə tut­muş­dular: - İlahi, yerin ucadır, boylanıb balamı görə bilirsənmi?- deyə ətəyindən yapışmışdılar. Sən isə şəhidləri ən müqəddəs yerə, torpağa əmanət etdin, tanrım. Küsüb analar, bəxtlərindən küsüb. Ancaq başlarını əyməyiblər, əyilməyiblər, sınmayıblar. İnanırlar ki, şəhidlər ölmür, bütün zamanlarda yaşayır canlıdırlar. Analar əmindirlər ki, qələbə müjdəsini duyan şəhid ruhları hər gün məmnundurlar.

Nicat haqqında qələmə aldığım bu yazıdan artıq bir ildən çox vaxt keçib. Ayağının dəydiyi, bərrak qanının axdığı Suqovuşan, Murovdağ Talışda indi Azərbaycan bayrağı dalğalanır Nicat. 30 ildir həsrət qaldığımız yurdlarımıza qovuşduq. Bundan sonra hər yaz gələndə şəhid qanından bəslənən al-qırmızı lalələr çiçək-çiçək açacaqlar. O dağlarda quzularımız otlayıb, ocaqlarımız çatılacaq. Sən sonsuzadək o çiçəklərdə, otlarda, ocaqlarımızın işartısında yaşayacaqsan. Ürəyimizdə pöhrə kimi, fidan kimi rişəliyəcəksən

Nicatın anası Raisə xanım məni mehribanlıqla qarşıladı. Kədərindən kədərinə uzun yol gələn yorğun yolçu kimiydi ana, indi ona yaşamaq da çətindi. Amma qürurla yaşamalıdır.

Bir az söhbətləşdik. Ailəsinə göstərilən diqqət qayğıdan son dərəcə razılıq etdi: -Açığını deyim ki, balamdan başqa heç istəmirəm, dünya malında gözüm yoxdur. Amma elənəni itirmək olmaz. Sağ olsunlar, bir  ildə bizə 2 baş iribuynuzlu heyvan, əlavə torpaq sahəsi veriblər. Bank kreditimiz ödənib. Sağ olsun, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı. Ona müraciətdən sonra evimizə qaz xətti çəkdilər. Digər oğlum Rəşadı isə kənd məktəbinə təsərrüfat işçisi kimi qəbul ediblər. Nicatdan sonra Rəşadın oğlu dünyaya gəlib, Nicat adını vermişik, adıyla böyüsün, indi uşaq 8 aylıqdır. Şəhidin adına xatirə bulağı da inşa etdirmşik. Bu mənə bir az toxtaqlıq verir,- deyir ana.

 Nağıyev Nicat Azad oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezid­enti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Nicatın uğrunda canından keçdiyi Qarabağ Azərbaycandır!

 

Əminə YUSİFQIZI,

Respublikanın əməkdar jurnalisti

 

Olaylar.- 2022.- 25 fevral-3 mart.- S.18.