Hayıf
Ay insan, nəfsini pulamı
satdın?
Bununla
şərəfi, qeyrəti
atdın.
Başdan
ayağadək çirkaba
batdın,
Sənə vida verən saflığa hayıf.
***
Hər kəsin qəlbini qırıb qanatdın,
Ədalət bilməyib xalqı aldatdın.
Ananı naəlac görüb ağlatdın,
Sənə həyat verən varlığa hayıf.
***
Haqsızlığı gördün, göz yumub yatdın,
Pul hərisliyinlə sən nəyi daddın?
Vicdanına vicdansızlığı qatdın,
Sənə qida verən torpağa hayıf.
Əlibalayeva Gülnarə
Cəfər Cabbarlı ev-muzeyinin
böyük elmi-işçisi, jurnalist.
Olaylar.- 2022.- 1-7 iyul.- S.24.