“Ara mahnılar bütün
dövrlərdə
tamaşaçını aldadıb”
Bu dəfə sözü xanəndələrə
verdik. Azərbaycan mədəniyyəti zəngin və çox
qədim tarixə malikdir. Mədəniyyətimizi,
mahnılarımızı, Azərbaycanın gerbi
sayılan muğamımızı
bu gün bütün dünyaya
tanıtmışıq. Onun
tanınmasında əvəzsiz rol, məhz
muğam ifaçılarımızın,
xanəndələrimizin payına düşür.
Bəs onlar kimidir?
Beləliklə "Söz xanəndələrindir"
adlı layihəyə start verdik.
Layihəmizin ilk
müsahibi xanəndə, muğam
ifaçısı İlkin Əhmədovdur.
- İlkin
bəy, içinizdə olan muğam sevgisi hardan qaynaqlanır? Necə oldu
ki, xanəndə
olmağa qərar verdiniz?
- Bizdə genetik olaraq səs var. Atam , dayılarım,əmilərim,nənəm. Yəni süd tərəfdən bu istedad verilib.
Demək olar ki, ailəmizdə hamının səsi var. Xanəndə olmağımı
atam məsləhət
gördü, mən də əlbəttə ki, atamın sözündən çıxmadım
və çox şükürlər olsun
ki, atamın sözündən çıxmamışam.
- İlkin bəy, hər kəsin sevdiyi, onun üçün
çabaladığı işindən
bir gün bezdiyi vaxt olub. Bəs siz? Nə vaxtsa
xanəndəliyin daşını
atmağı düşünmüsüz?
- Hər bir işin
çətinliyi olduğu
kimi bu işin
də müəyyən
çətinlikləri var
və ağırdı.
Bu sənətdə olan çətinlik mən deyərdim ki, heç bir sənətdə yoxdur. Ancaq əlbəttə məndə də müəyyən çətinliklər
olub, bəzən fikirləşmişəm ki,
bəlkə mən bu sənətdən gedim? Amma sonradan sənətdə
olan istedadsızları
gördükcə, o istedadsızların
sənətdə "at oynatdığı"
bir zamanda mən bu sənətdən
getməyi düşünmədim
və getmədim.
- 44 günlük
Vətən Müharibəsində
qələbə qazandıq.
Bu dövrdə ordu sıralarına yazılmağı düşündünüzmü?
Bu anlar necə
qaldı yaddaşınızda.Bir
qarabağlı olaraq hansı hissləri keçirdiz?
- 44 günlük müharibə
dövründə,hələ müharibədən öncə
hansı ki, bizim qəhrəman generalımız Polad Həşimov şəhid
oldu, iyul ayında mən həmin vaxtdan gənclərə qoşularaq
hərbi səfərbərlikdə
qeydiyyat keçmişdim.
Ki, müharibə başlasa könüllü
olaraq müharibədə
iştirak edim. Müharibə başlayanda könüllü
olaraq cəbhə bölgəsinə yollandım.
Düzdür, mənə və
mənim kimi əksəriyyətinə ehtiyac
duyulmadı. Çünki
yetərincə güclü,
yenilməz ordumuz var.
Buna baxmayaraq mən arxa cəbhədə öz köməyimi,əlimdən gələni
etməyi əsgirmədim.30 gündən çox cəbhə bölgəsində
oldum.
- Azadlığına qovuşan Şuşada konsert verməyi düşünürsünüzmü?
-Azadlığa qovuşan Şuşamızda konsert vermək hər bir sənətçinin arzusudur, eləcə də mənim. Böyük bir arzumdur, istəyimdir.
İnşallah reallaşacaq. Nə vaxt dövlətimiz
izin versə təbii ki, mən həmin an hazıram. Qarabağımızın azadlığı, Şuşamızın, Kəlbəcərimizin
azadlığı, bizlərə
yenidən haqlı olaraq qaytarılması bu əvəzolunmaz bir xoşbəxtlikdir.
Bir azərbaycanlı olaraq,
vətənin övladı
olaraq bütün şəhidlərimizin ruhu
qarşısında baş
əyirəm və
biz qazilərimizə,
şəhidlərimizə borcluyuq.
Ali Baş Komandanımıza,
cənab prezidentimizə
borcluyuq ki, ordumuza, zəfər müharibəsinə layiqli
sərkərdəlik, rəhbərlik
etdi.Ordumuz 44 günlük
müharibə ərzində
keçilməz qayaları,
meşələri, dağları
aşaraq bizim əzəli haqlı torpaqarımızı işğaldan
azad etdilər. Həm bizim, həm də əsrlər boyu gələcək nəsillərin şərəf
hissi ilə andığı bir zəfər, qalibiyyət olacaq.
- İlkin
bəy, sənət adamları şəhid ailələrinə, qazilərə
yetəri qədər
diqqət göstərirmi?
- Sənət adamlarının
şəhid ailələrinə,
qazilərimizə,ordumuza
köməyi
çox
oldu. Təbii ki, bu kimi hisslər insanın sözün əsl mənasında qanında, canında olmalıdır. Yenə də
qeyd etmək istəyirəm ki, sənət adamlarından
çox dəstək
olan oldu. Mən cəbhə bölgəsində
olarkən bizim əziz dostumuz Rövşən Əzizin
gəlməyinin şahidi
oldum. Aşıq Əlinin göndərdiyi
sovqat pay. Təyyar
Bayramov, Babək Niftəliyev bütün müharibə boyu cəbhə xəttində
oldu. Dostlarımız, əzizlərimizin göndərdikləri ləvazimatlar,
sovqatlar bizə xeyli kömək olurdu. Babək Niftəliyevin əməyi,
zəhməti həmin
dövrdə misilsiz idi. Aşıq Mübariz, adlarını çəkə bilmədiyim
çox dostlarımız
var idi. Onlar da müharibə
dövründə arxa
cəbhədə xeyli
bizə dəstək oldular
- Ara musiqiləri
ciddi musiqiləri sıradan çıxarırmı?
- Ara musiqilər heç vaxt ciddi musiqiyə zərər verə bilməz.Müvəqqəti olaraq
gündəmi zəbt
edirlər təbii ki. Amma müəyyən bir zamandan sonra
onların hamısı
itib gedəcək və yenə ciddi musiqi qalacaq.Sadəcə
bir balaca "alaq otları" kimi əl- ayağa
dolaşırlar.
- İlkin
bəy, sizə görə xanəndə necə olmalıdır?
- Xanəndə ağır olmalı, geyiminə, davranışına, hər
bir şeyə ciddi fikir verməlidir.Səsi
bütün notların
hamısını qane
etməli, ahəngdar tonda olmalıdır.
"Do"-dan, "Si"-yə qədər. Muğamların hamısını bilməli, operalarda ifa etməyi bacarmalıdır və səs tonu cılız
olmamalıdır.
- Bəs sizcə, tamaşaçılar daha
çox yüngül
mahnılara meyillənmirmi?
- Yüngül yox, aldadıcı musiqlər desək daha doğru olar. Çünki heç bir
tamaşaçıya yüngül
mahnı, musiqi sözünü yaraşdırmıram.
Əlbəttə ki, bu bütün dövrlərdə
müşahidə olunub.
Ara mahnıları müəyyən
dövrlərdə insanları
aldadıb. Yəni, uzun
sözün qısası,
tamaşaçını tək
indiki dövrdə yox, bütün dövrlərdə yalançı
mahnılar, musiqilər,
bəstələr aldadıb
və ona meylləniblər. Amma
sonradan ciddi musiqilər, gözəl və təmiz əsərlər öz yerlərini tapıb.
Mehriban Xəlilli
Olaylar.- 2022.- 1-7 iyul.- S.23.